Month: August 2025

  • Bakı və İslamabad quru nəqliyyat marşrutlarının inkişafı hesabına ticarət dövriyyəsini artırmaq niyyətindədir

    Pakistan Azərbaycanla quru nəqliyyat marşrutlarının inkişafı hesabına ticarətin genişləndirilməsinə böyük əhəmiyyət verir.

    Bu barədə Pakistanın özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.

    “Pakistan və Azərbaycan Birgə Ticarət Palatasının fəaliyyəti quru yolu ilə əlaqələr hesabına ticarətin təşviqinə yönəlib. Pakistan və Azərbaycanı tarixi, coğrafi və dini bağlar birləşdirir. Pakistan ikitərəfli ticarət və əməkdaşlığı təşviq etməyə səy göstərir”, – Xan qeyd edib.

    Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər və cari regional vəziyyət də müzakirə olunub.

    Azərbaycan səfiri bildirib ki, Pakistan və Azərbaycan arasında dostluq münasibətləri inkişaf etməyə davam edəcək.
    //report

  • В поселке Бильгях найдено тело молодого человека, утонувшего в море

    В поселке Бильгях Сабунчинского района Баку обнаружено тело молодого человека, утонувшего в море.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС), 10 августа на горячую линию “112” поступило сообщение об утоплении человека на неконтролируемой территории в Бильгях.

    Для поиска были привлечены водолазы Государственной службы по контролю за маломерными судами и спасению на водах.

    В ходе работ спасатели обнаружили и подняли из воды тело Джавида Ильгар оглу Тапдыгова, 2006 года рождения. Тело передано по назначению.

  • Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb

    Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.

    Bu barədə Fövqalədə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

    Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Cavid İlqar oğlu Tapdıqovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycan klubu ABŞ-dən olan basketbolçunu heyətinə qatıb

    “Abşeron Lions” heyətini yeni basketbolçu ilə gücləndirib.

    Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

    ABŞ-dən olan oyunçu Ceylen Şou 2025/2026 mövsümündə Azərbaycan təmsilçisində çıxış edəcək.

    Qeyd edək ki, basketbolçu son olaraq Avstriyada “Rayffeysen” klubunun formasını geyinib.

  • Потребителям в Нахчыване за 7 месяцев возвращено около 985 тыс. манатов НДС

    В Нахчыванской АР в январе-июле текущего года потребителям, являющимися физическими лицами, возвращено 984,8 тыс. манатов НДС.

    Об этом сообщает нахчыванское бюро Report со ссылкой на Государственную налоговую службу (ГНС) при Минэкономики.

    Согласно информации, возврат произведен с НДС, уплаченного за товары, приобретенные на объектах розничной торговли или общепита в Нахчыванской Автономной Республике (за исключением нефтегазовой продукции, автомобилей, алкогольных напитков и табачных изделий), а также за услуги, оказанные медицинскими учреждениями и лицами, занимающимися частной врачебной практикой.

    По данным ГНС, это на 23% превысило показатель аналогичного периода прошлого года.

    Общая сумма НДС, возвращенного гражданам, достигла 3,3 млн манатов.

  • Naxçıvanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 984,8 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

    İndiyə qədər vətəndaşlara geri qaytarılan ƏDV-nin ümumi məbləği isə 3,3 milyon manata yaxınlaşıb.

  • В Сумгайыте обнаружен артиллерийский снаряд – Видео

    В Сумгайыте обнаружен артиллерийский снаряд.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям, снаряд BR530 калибра 152 мм был обнаружен на территории массива “Яшма баглары” .

    Боеприпас вывезен с территории специалистами группы быстрого реагирования по разминированию Службы спасения особого риска МЧС.

    В ходе дополнительного осмотра места и прилегающей территории других опасных и подозрительных предметов обнаружено не было.

  • Sumqayıtda zirehdələn top mərmisi tapılıb – Video

    Sumqayıt şəhəri, Yaşma bağları adlanan ərazidə hərbi sursat aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 152 mm-lik BR530 zirehdələn top mərmisi olduğu müəyyən edilib.

    Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Тайвань эвакуирует сотни людей из-за надвигающегося тайфуна “Подул”

    В Тайване во вторник предприняли меры для эвакуации сотен людей в преддверии возможного обрушения тайфуна “Подул” на юго-восточное побережье острова, в то время как близлежащие районы пытаются оправиться от наводнений и сильных ветров, вызванных предыдущими штормами.

    Об этом сообщает агентство Reuters.

    Сообщается, что в восточном уезде Хуалянь около 700 человек эвакуируют, чтобы избежать рисков, связанных с переполнением естественной дамбы, образованной оползнем при предыдущем тайфуне.

    По прогнозам синоптиков, тайфун средней силы “Подул”, скорость которого достигает 155 км/ч (96 миль/ч), направлялся к юго-восточному городу Тайтунг. Ожидается, что он достигнет берега в среду.

    Тайвань регулярно подвергается нападениям тайфунов, как правило, вдоль своего гористого, малонаселенного восточного побережья, обращенного к Тихому океану.

  • Tayvanda qasırğa səbəbindən yüzlərlə insan təxliyə edilir

    Tayvan hökuməti çərşənbə axşamı “Podul” qasırğasının adanın cənub-şərq sahillərinə yaxınlaşması ərəfəsində yüzlərlə insanın təxliyəsi üçün tədbirlər görüb.

    Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

    Bildirilib ki, Hualyan bölgəsində təxminən 700 nəfər əvvəlki qasırğa zamanı sürüşmə nəticəsində yaranan bəndin daşması ilə bağlı risklərdən qaçmaq üçün təxliyə olunur.

    Sinoptiklərin proqnozlarına görə, sürəti saatda 155 km-ə (96 mil/saat) çatan “Podul” qasırğası cənub-şərqdəki Taytunq şəhərinə doğru hərəkət edirdi. Onun çərşənbə günü sahilə çatacağı gözlənilir.