Month: August 2025

  • Трамп: Жду конструктивной встречи с Путиным на Аляске

    Президент США Дональд Трамп заявил, что ждет конструктивной встречи с российским лидером Владимиром Путиным, которая состоится на Аляске 15 августа.

    Об этом он сказал на пресс-конференции.

    Трамп заявил, что встреча на Аляске с Путиным будет скорее предварительной и участие президента Украины Владимира Зеленского в ней не запланировано. Он добавил, что после его встречи с Путиным он ожидает встречи российского президента с Зеленским, или трехстороннего саммита. Он также заявил, что США постараются организовать обмен территориями.

    “Я поговорю с Владимиром Путиным и скажу ему: ты должен остановить эту войну”, – сказал Трамп, добавив, что стремится выработать соглашение по урегулированию конфликта, которое будет выгодно и Москве, и Киеву.

    При этом он не исключил вероятность выхода из переговорного процесса по Украине по итогам встречи с российским лидером: “Я могу уйти и сказать “удачи”. И это будет конец”.

    “Есть те, кто считает, что Путин хотел всю Украину. Кстати, я один из них. Думаю, если бы не я, он бы сейчас даже ни с кем не разговаривал. Но я собираюсь с ним встретиться. Мы обсудим параметры сделки. А потом я позвоню президенту Зеленскому и европейским лидерам”, – сказал президент США.

    * * * * *

    Президент США Дональд Трамп сообщил, что планирует отправиться ” в Россию” в пятницу.

    Об этом передает Median.Az ссылаясь на российские СМИ.

    “В пятницу я еду в Россию. Я собираюсь увидеться с Путиным”, – сказал глава Белого дома.

  • Tramp: Alyaskada Putinlə konstruktiv görüş olacağını gözləyirəm – YENİLƏNİB

    ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə avqustun 15-də Alyaskada baş tutacaq görüşün konstruktiv olacağını gözlədiyini açıqlayıb.

    O, bu barədə mətbuat konfransında bildirib.

    Tramp Putinlə Alyaskada keçiriləcək görüşün daha çox ilkin xarakter daşıyacağını və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşdə iştirakının planlaşdırılmadığını söyləyib. ABŞ lideri əlavə edib ki, Putinlə görüşündən sonra onunla Zelenski arasında görüş və ya üçtərəfli sammit baş tutacağını gözləyir. O, həmçinin ABŞ-nin ərazi mübadiləsi təşkil etməyə çalışacağını bildirib.

    “Vladimir Putinlə danışacağam və ona deyəcəyəm: sən bu müharibəni dayandırmalısan”, – deyən Tramp münaqişənin həlli üçün həm Moskva, həm də Kiyev üçün sərfəli olacaq razılaşmanı hazırlamağa çalışdığını vurğulayıb.

    Eyni zamanda, o, Rusiya lideri ilə görüşdən sonra Ukrayna üzrə danışıqlar prosesindən geri çəkilməyinin mümkünlüyünü də istisna etməyib: “Mən danışıqlardan çəkilə və onlara “uğurlar” deyə bilərəm. Və bu, son olacaq”.

    “Putinin bütün Ukraynanı istədiyini düşünənlər var. Yeri gəlmişkən, mən də onlardan biriyəm. Düşünürəm ki, mən olmasaydım, o, indi heç kimlə danışmazdı. Amma mən onunla görüşməyə hazırlaşıram. Razılaşmanın parametrlərini müzakirə edəcəyik. Bundan sonra mən Prezident Zelenskiyə və Avropa liderlərinə zəng edəcəyəm”, – ABŞ Prezidenti deyib.

    * * * * *

    ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiyaya getməyi planlaşdırdığını bildirib.

    Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.

    “Cümə günü Rusiyaya gedirəm. Putinlə görüşmək niyyətindəyəm”, – Ağ Evin rəhbəri deyib.

  • Lavrov erməni həmkarı ilə müzakirə APARDI

    Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

    Bu barədə məlumatı Rusiya XİN yayıb.

    Rusiya XİN-in məlumatına görə, Lavrov Ermənistan XİN rəhbəri ilə telefonda Paşinyanın Tramp və Əliyevlə təmaslarının detallarını müzakirə edib.

    Söhbət zamanı Lavrov İrəvan və Bakı arasında üçtərəfli razılaşmalara uyğun olaraq davamlı sülhün vacibliyini vurğulayıb.

    XİN-in bəyanatında deyilir ki, Moskva bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşmasına kömək etməyə hazırdır.

  • “Renault” 150 mindən çox avtomobili geri çağırdı

    Fransanın məşhur avtomobil istehsalçısı “Renault” iki böyük texniki qüsur səbəbilə yüz minlərlə avtomobili geri çağırmağa qərar verib.

    Geri çağırmanın səbəbi yanacaq xətti və mühərrik sızması ilə bağlıdır. İlk olaraq, Cənubi Koreyada istehsal edilən ikinci nəsil “Renault Koleos” modelləri geri çağırılıb. “Renault” rəsmi olaraq 2 901 modeli geri çağırdığını təsdiqləyib. Mütəxəssislərin məlumatına görə, bu modellərdə yanacaq ötürücü boruda potensial qüsur aşkar edilib. Bu problem yanacaq xəttinin qismən ayrılmasına səbəb ola bilər ki, bu da nasazlıq, dayanma və ya yanğın təhlükəsinə gətirib çıxara bilər.

    İkinci və daha geniş geri çağırma kampaniyası 155 min 825 “Renault” avtomobilini əhatə edəcək. Bu 2019-cu il aprelin 5-dən 2022-ci il sentyabrın 26-dək istehsal edilmiş bütün 1.6 hibrid və plug-in hibrid modellərinə şamil ediləcək.

    Ümumilikdə, 155 min 825 ədəd “Renault”un “Clio 5”, “Captur 2”, “Arkana” və “Megane 4”, eləcə də 79 ədəd “Dacia Jogger” modeli elektrik mühərrikində sızma probleminə görə yoxlamadan keçməlidir.

    Bildirilir ki, bu texniki müdaxilə və ehtiyat hissələrinin dəyişdirilməsi tamamilə istehsalçının hesabına olacaq.

  • Yuxusuzluğun səbəb olduğu səkkiz xəstəlik

    Gecə yeddi saatdan az yatmaq hipertoniya, infarkt, insult, piylənmə, diabet, demans, depressiya və narahatlıq pozuqluğu da daxil olmaqla səkkiz xəstəliyin inkişaf riskini artırır.

    Bunu rusiyalı nevroloq Janaina Azevedo yerli KİV-ə açıqlamasında deyib.

    Mütəxəssisin sözlərinə görə, yuxusuzluq stress hormonlarının və maddələr mübadiləsinin tənzimlənməsini pozur, iltihabı və təzyiqi artırır, ürək-damar sisteminə mənfi təsir göstərir. Metabolizm və insulin istehsalının pozulması piylənmə və diabet riskini artırır.

    Bundan əlavə, yuxu olmaması sinir sisteminin xroniki həddindən artıq yüklənməsinə səbəb olur. Bu, psixi pozğunluqların inkişafına, həmçinin yaddaşın və diqqətin pisləşməsinə kömək edir.

    Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün həkim hər gecə eyni vaxtda yatmağı, yataq otağını qaranlıq saxlamağı və axşam saatlarında qadcetlərdən istifadə etməməyi tövsiyə edir.

  • Türkiyənin bu bölgələrində güclü zəlzələ gözlənilir – Xəbərdarlıq

    Yapon mütəxəssis Yoshinori Morivaki Balıkəsirdə Sındırgıda baş verən 6,1 bal gücündə zəlzələni qiymətləndirib.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, Mərmərə və Egey bölgələri üçün potensial risklərə diqqət çəkib. Egey bölgəsi üçün 6,5 bal gücündə zəlzələ olacağını bildirən Morivaki, İzmir, Ayvalık və Muğla üçün risk xəbərdarlığı edib.

    “İzmir, Ayvalık və Muğlada 6 və ya 6,5 bal gücündə zəlzələ ola bilər”, – o, xəbərdarlıq edib.

    Xatırladaq ki, ötən gün Balıkəsirdə Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ ilk növbədə İstanbulda və Mərmərə bölgəsində hiss edilib, Sındırgıda 1 nəfər ölüb, 29 nəfər yaralanıb.

  • Bu kəndə gedən bir gecədə milyonçu olur

    Afrika təbii sərvətləri və qiymətli daşları ilə dünyanın ən zəngin qitələrindən biri olsa da, Sierra Leone-nin Kono bölgəsindəki kiçik bir kənd öz möcüzəvi zənginlik hekayələri ilə tanınır.

    “Almaz paytaxtı” kimi məşhur olan Koidu şəhərinə yaxın yerləşən kənddə bəzən bir günlük qazıntı milyonlarla dollar dəyərində daşların tapılması ilə nəticələnir və bu, insanların həyatını tamamilə dəyişir.

    Səyahət bloqeri Gano “Afrikanın danışılmamış hekayələri” adlı “YouTube” kanalında bu kənddə keçirdiyi iki günü izləyicilərlə bölüşüb.

    “Bəzən illərlə heç nə tapmazsınız. Amma şanslı olsanız, tək bir daş həyatınızı sonsuza qədər dəyişdirə bilər”, – o, qeyd edib.

    Məlumata görə, kənddə çıxarılan almaz və qızıllar əvvəlcə şəhərdəki ofislərdə toplanır, daha sonra Dubay, Çin, Hollandiya və ABŞ kimi ölkələrə göndərilir . Bildirilir ki, keyfiyyətli bir kiloqram almazın qiyməti 5 milyon dollara qədər yüksələ bilir.

    Kiçik miqyaslı bir günlük qazıntıdan orta hesabla 2–3 qram qızıl çıxarılır. Bölgədə ilk almazlar 1930-cu illərdə aşkar edilib və o vaxtdan bəri bura, şansını sınamaq istəyənlərin sevimli məkanına çevrilib.
    //unikal.az

  • Türkiyə-Ermənistan sərhədi nə vaxt açılacaq?

    Türkiyə-Ermənistan sərhədinin açılışının konkret vaxtı məlum deyil.

    Bu barədə Türkiyə KİV məlumat yayıb.

    “Türkiyə-Ermənistan sərhədinin açılması barədə konkret müddətlər yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasında sülh prosesi ilə paralel gedəcək. Biz bu istiqamətdə müsbət addımlar görürük, iki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region faydalanacaq”, – məlumatda qeyd olunub.

    Xatırladaq ki, avqustun 8-də Ermənistan, ABŞ və Azərbaycan liderləri Ağ Evdə İrəvanla Bakı arasında münasibətlərin sülh yolu ilə nizamlanmasına dair birgə bəyannamə imzalayıblar.
    //unikal.az

  • Ağrıkəsici dərman ürək çatışmazlığına səbəb ola bilər

    Yeni aparılan genişmiqyaslı araşdırma, əsasən sinir ağrısı, narahatlıq pozuntusu və epilepsiya müalicəsində istifadə olunan pregabalin dərmanının ürək çatışmazlığı riskini 48% artırdığını ortaya çıxarıb.

    Median.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, risk xüsusilə ürək xəstəliyi keçmişi olan şəxslərdə daha yüksəkdir. Kolumbiya Universitetinin rəhbərlik etdiyi tədqiqatda həkimlərə, xüsusən yaşlı xəstələrdə pregabalin təyin etməzdən əvvəl kardio­vaskulyar riskləri diqqətlə qiymətləndirmələri tövsiyə olunur.

    Statistikaya görə, xroniki ağrı 65 yaşdan yuxarı insanların təxminən 30%-nə təsir edir. Pregabalin sinir sistemi boyunca ağrı siqnallarını bloklayaraq bu ağrını azaltmağa kömək edir. Lakin halüsinasiya, sidikdə qan, çəki artımı kimi mövcud yan təsirləri ilə yanaşı, dərmanın ürək sağlamlığına təsiri də ciddi suallar doğurur.

    Mütəxəssislər, pregabalinin nadir hallarda olsa da, təcili tibbi müdaxilə tələb edən ağır allergik reaksiya – anafilaksiyaya səbəb ola biləcəyini bildirirlər.

    Araşdırma çərçivəsində 65–89 yaş aralığında, ən az 12 həftə davam edən xroniki (xərçəng xaric) ağrılardan əziyyət çəkən və əvvəllər ürək çatışmazlığı diaqnozu almayan 246 min 237 nəfərin məlumatları 4 il ərzində təhlil edilib. Bu müddətdə 1 470 nəfər ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib.

    Məlumatlar göstərib ki, pregabalin istifadə edən hər 1 000 nəfərə ildə təxminən əlavə 6 ürək çatışmazlığı halı düşür. Təhlillər nəticəsində pregabalin qəbul edən xəstələrdə ürək çatışmazlığı riskinin 1,5 dəfə yüksək olduğu müəyyən edilib.

  • DSX-nın əsgəri cibinə məktub qoyub, özünü güllələdi – Baş leytenant incidirmiş (TƏFƏRRÜAT)

    Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: “Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”.

    İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub.

    Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən qələm düşən, sıra baxışında kiçik də olsa, səhv edən əsgərlər baş leytenant tərəfindən döyülüb, təzyiqlərə məruz qalıb.

    Bəkiyev xidmətdə olan zaman baş leytenant tərəfindən çoxsaylı təzyiqlərə məruz qalıb. Komandir yol verdiyi hər xırda nöqsana görə mütəmadi olaraq onun ünvanına nalayiq ifadələr işlədib, ləyaqətini alçaldıb, amansız rəftar edib. Əsgərin yazdığı məktubdan belə başa düşülür ki, ailəsinə bu barədə əvvəllər də məlumat veribmiş.

    Mərhum intiharında bir gün əvvəl komandir tərəfindən sıra önünə çıxarılıb. Bəkiyev yol verdiyi nöqsanlara görə komandir tərəfindən təhqirlərə məruz qalıb, şəxsiyyəti alçaldılıb. Səbəb kimi rabitə vasitələrinin üzlüklərinin olmamasını, icazəsiz yeməkxanaya getməsini əsas gətirən komandir onun ünvanına nalayiq ifadələr işlədib. Bununla kifayətlənməyən komandir Kənanın əsgər yoldaşının doğum günü şənliyini yarıda saxlayıb və tortun kəsilməsinə icazə verməyib. Həmçinin Bəkiyevin xidmətdə olduğu otaqdakı oturacağı da götürərək onu cəzalandırıb ki, xidmət zamanı ayaq üstə dayansın.

    Bütün bunlar Kənanın intihar qərarı verməsinə səbəb olub. Yazdığı məktubu cibinə qoyan əsgər zastava gözətçisi xidmətində olan yoldaşının yanına gedib. Əsgər yoldaşına silahı zastava rəisinin istədiyini deyərək ondan alıb.

    Bəkiyev götürdüyü silahla çənə nahiyəsindən bir dəfə atəş açmaqla həyatına son qoyub.

    Baş leytenanat məsuliyyətə cəlb edilərək həbs edilib. Onun barəsində 6 il 6 ay həbs cəzası təyin edilib. Təqsirləndirilən şəxsin şikayətləri təmin edilməyib və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.