Month: August 2025

  • Elektromobili ildırım vurdu – VİDEO

    Çinin Beihai şəhərində elektromobilə ard-arda üç dəfə ildırım düşüb.

    Sürücü möcüzə nəticəsində sağ qalıb.

    Hadisədən dərhal sonra texniki işçilər avtomobilə baxış keçirib və elektrik stansiyasının əsas hissələrinin zədələnmədiyi qənaətinə gəliblər. Qısaqapanma əlamətləri də aşkar edilməyib.

  • Ərdoğan: “Türkiyə hər zaman Azərbaycanın yanında olacaq” – Video

    “Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda onsuz da yeni mərhələ başlanmışdı. ABŞ-də Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu”.

    Bbunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

    Dövlət başçısı ABŞ tərəfindən Azərbaycana qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qalxmasının sevindirici hal olduğunu dilə gətirib.

    O, həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.

  • Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib

    Azərbaycanı Bolqarıstanın Samokov şəhərində keçiriləcək U-20 dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib.

    “Samokov Arena”da təşkil ediləcək mundialda 23 güləşçimiz mübarizə aparacaq.

    Yarışın ilk günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Fərhad Hacıyev (61 kq), Ağa Qasımov (65 kq), Nurlan Ağazadə (70 kq), Ağanəzər Novruzov (74 kq), Muradxan Omarov (79 kq), Təbriz Bayramov (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaqlar.

    Daha sonra qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaqlar.

    Dünya çempionatının son günlərində estafet yunan-Roma güləşçilərinə keçəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcəklər.

    Avqustun 17-dən 24-dək keçiriləcək yarışda görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

    Məsul yarışda I dərəcəli hakimlər – Kamran Əliyev və Bəşir İsazadə ədaləti qoruyacaqlar.
    //report

  • Bakıda 4 avtobus marşrutunun hərəkəti Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək

    Avqustun 12-dən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Uluqbəy küçəsində (Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinədək olan hissədə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, həmçinin Əhməd Rəcəbli küçəsində əvvəlcədən tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılacaq.

    Bununla əlaqədar Ağa Nemətulla küçəsi (Fətəli xan Xoyski küçəsindən Uluqbəy küçəsinədək olan hissə) ilə hərəkət edən 2, 9, 11 və 24 nömrəli marşrutların hərəkəti dəyişdirilərək Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək.

  • В ближайшие два дня в Азербайджане ожидается сильный ветер

    В Баку и на Абшеронском полуострове, а также в некоторых регионах объявлен желтый уровень погодной опасности в связи с ветреной погодой, ожидаемой 12-13 августа.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В Баку и на Абшеронском полуострове, в Джульфе, Ордубаде, Огузе, Габале, Исмаиллы, Шамахы, Агдаше, Агсу, Агдаме, Агдере, Агджабеди, Товузе, Агстафе, Газахе, Самухе, Гёйгёле, Шамкире, Шеки, Балакяне, Гахе, Загатале, Гёйчае, Дашкесане, Гедабеке, Гяндже, Гёранбое, Нафталане, Хызы, Гобустане, Джалилабаде, Билясуваре, Мингячевире, Гаджигабуле, Сабирабаде, Губе, Гусаре, Хачмазе, Шабране, Сиязане, Евлахе, Тертере, Барде, Кяльбаджаре, Лачыне, Зангилане, Джебраиле, Ширване, Сальяне, Нефтчале, Саатлы будет преобладать северо-западный ветер, скорость которого будет достигать 13,9-20,7 м/сек.

  • Növbəti iki gündə külək güclənəcək

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 12-13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Ağdaş, Ağdam, Ağdərə, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Zaqatala, Göyçay, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Азербайджан и Армения предпримут меры в связи с пропавшими без вести в ходе военного конфликта

    Азербайджан и Армения предпримут меры для решения вопросов, связанных с пропавшими без вести лицами и случаями насильственных исчезновений, произошедших в ходе военного конфликта, в котором участвовали обе стороны. Это будет включать обмен всей имеющейся информацией о таких лицах напрямую или, при необходимости, в сотрудничестве с соответствующими международными организациями.

    Об этом говорится в парафированном тексте “Соглашения между Азербайджанской Республикой и Республикой Армения об установлении мира и межгосударственных отношений”.

    “Стороны признают важность установления судьбы указанных лиц, включая, при необходимости, поиск и возвращение их останков, а также обеспечение правосудия в отношении этих лиц посредством необходимых следственных действий – как средства примирения и укрепления доверия. В этой связи будут обсуждены соответствующие процедуры, которые подробно согласуют в отдельном соглашении”, – отмечено в тексте.

  • Azərbaycan və Ermənistan aralarındakı hərbi münaqişədə itkin düşmüş şəxslərlə bağlı tədbirlər görəcək

    Azərbaycan və Ermənistan onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər.

    Bu barədə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətnində qeyd olunub.

    “Tərəflər bu çərçivədə sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır”, – mətndə vurğulanıb.

  • Президент Ильхам Алиев позвонил эмиру Катара

    11 августа Президент Азербайджанской Республики Ильхам Алиев позвонил Эмиру Государства Катар шейху Тамиму бен Хамаду Аль Тани.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, в ходе телефонного разговора была подчеркнута важность запущенного некоторое время назад проекта по поставкам азербайджанского газа в Сирию в результате совместного сотрудничества Азербайджана, Турции, Катара и Сирии, особо отмечена финансовая поддержка Катара в его реализации.

    Было затронуто значение парафированного в рамках визита Президента Ильхама Алиева в США Соглашения об установлении мира и межгосударственных отношений между Азербайджаном и Арменией и других документов в обеспечении прочного мира и стабильности в регионе.

    Была отмечена роль Президента США Дональда Трампа в достижении этих успехов. Президент Ильхам Алиев также подчеркнул, что достигнутая договоренность о беспрепятственном транспортном сообщении между основной частью Азербайджана и его Нахчыванским регионом окажет положительное влияние на грузоперевалочную способность Среднего коридора в будущем.

    Глава нашего государства поблагодарил Эмира Катара за поддержку процесса нормализации между Азербайджаном и Арменией.

    Шейх Тамим бен Хамад Аль Тани поздравил Президента Ильхама Алиева с проявленным им лидерством в продвижении мирной повестки и достигнутыми историческими результатами.

    Президент Азербайджана пригласил Эмира Катара посетить с визитом нашу страну. Приглашение было с удовлетворением принято.

  • Prezident İlham Əliyev Qətər əmirinə zəng edib

    Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə zəng edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

    Telefon söhbəti zamanı bir müddət əvvəl Azərbaycan, Türkiyə, Qətər və Suriyanın birgə əməkdaşlığı nəticəsində Azərbaycan qazının Suriyaya çatdırılması layihəsinin önəmi vurğulanıb, bunun həyata keçirilməsində Qətərin maliyyə dəstəyi xüsusilə qeyd edilib.

    Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.

    Bu nailiyyətlərin əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də vurğulayıb.

    Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə verdiyi dəstəyə görə Qətər Əmirinə təşəkkürünü bildirib.

    Şeyx Təmim bin Həməd Əl Tani sülh gündəliyinin irəli aparılmasında göstərdiyi liderlik və əldə olunmuş tarixi nəticələr ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

    Azərbaycan Prezidenti Qətər Əmirini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.