Month: August 2025

  • В пяти сёлах Ордубадского района прекращена подача газа

    В пяти сёлах Ордубадского района прекращена подача газа.

    Об этом сообщает Median.Az со ссылкой на Газо-эксплуатационную службу Нахчыванской Автономной Республики.

    9 августа с 13:00 в связи с ремонтными работами приостановлена подача газа в села Бист, Хурс, Насирваз, Алехи и Нюргют.

    После завершения работ газоснабжение будет восстановлено.

  • Ordubadın beş kəndində qaz təchizatı dayandırılıb

    Ordubad rayonunun beş kəndində qaz təchizatının verilişində fasilə yaranıb.

    Bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

    Bildirilib ki, polietilen borunun dəmir boru ilə əvəz edilməsi ilə əlaqədar qaz təchizatı Ordubad rayon Bist, Xurs, Nəsirvaz, Ələhi və Nürgüt kəndlərində 09.08.2025 tarixdə saat 13:00-dan müvəqqəti dayandırılıb. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

  • ABŞ səfirliyi Ağ Evdə əldə olunan sülh razılaşmasını alqışlayıb – FOTO

    ABŞ-nin ölkəmizdəki səfirliyi Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayıb.

    Bu barədə səfirlik “X”də paylaşım edib.

    “Birləşmiş Ştatlar bu gün Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır. Prezident Tramp tərəfləri bir araya gətirərək, onilliklərdir davam edən münaqişəyə son qoyan razılaşmaya vasitəçilik edib. Bu, hər iki ölkə üçün irəliyə doğru mühüm addım və Cənubi Qafqazın iqtisadi potensialını artırmaq üçün böyük fürsətdir. Bu imkan ABŞ xalqına, eləcə də həm Ermənistana, həm də Azərbaycana yeni ticarət əlaqələri və rifah gətirəcək. Biz hər iki ölkəni sülhün yeni dövrünə qədəm qoymaları münasibətilə təbrik edirik”, – deyə bəyanatda qeyd olunub.

  • Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur

    Mingəçevir şəhərində dəbdəbəli ehsan verilməsi ləğv ediləcək.

    Şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında bu barədə məsələ qaldırılıb.

    Belə ki, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının keçirilən hesabat yığıncağında gündəmdə olan məsələlərdən biri də ehsan məclislərinin Mingəçevirdə qadağan olunması ilə bağlı səsləndirilən təklif və fikirlər olub.

    Qeyd olunub ki, ən yaxın günlərdə Mingəçevir şəhər rəhbərliyi, dini icma və Ağsaqqallar Şurası tərəfindən bu qaydanın tətbiqi ilə bağlı müvafiq qərar çıxarılacaq.

    Xatırladaq ki, oxşar qayda bir müddət əvvəl Sabirabad rayonunda tətbiq olunub.
    //oxu.az

  • МИД Азербайджана об итогах визита Президента Ильхама Алиева в США

    Визит Президента Азербайджана Ильхама Алиева в Соединенные Штаты Америки, состоявшийся 7-8 августа, ознаменовался важными результатами в контексте нормализации отношений между Азербайджаном и Арменией.

    Об этом говорится в заявлении МИД Азербайджана об итогах визита Президента Ильхама Алиева в США.

    Отмечается, что Президент Азербайджана Ильхам Алиев и президент США Дональд Трамп подписали Меморандум о взаимопонимании между правительствами двух стран о создании Стратегической рабочей группы с целью подготовки Хартии стратегического партнерства между Азербайджанской Республикой и Соединенными Штатами Америки.

    Согласно документу, в течение шести месяцев планируется разработать Хартию стратегического партнерства, направленную на укрепление сотрудничества в сферах, представляющих взаимный интерес. В рамках Стратегической рабочей группы предполагается уделить приоритетное внимание региональным связям, включая энергетику, торговлю и транзит, экономическим инвестициям, в том числе в сфере искусственного интеллекта и цифровой инфраструктуры, а также вопросам обороны, безопасности и борьбы с терроризмом. Это станет важным шагом в создании институциональных рамок для практического двустороннего сотрудничества.

    Значимым событием в ходе визита стало подписание президентом США распоряжения о приостановке действия поправки №907 к Акту в поддержку свободы. Этот шаг стал символическим, поскольку поправка №907 долгое время являлась негативным наследием в азербайджано-американских отношениях.

    Визит также ознаменовался важными результатами в контексте нормализации отношений между Азербайджаном и Арменией. В Вашингтоне состоялся саммит лидеров Азербайджана, США и Армении, по итогам которого Алиев и премьер-министр Армении, при участии президента США, подписали Совместную декларацию. Кроме того, главы МИД Азербайджана и Армении парафировали проект Соглашения о мире и установлении межгосударственных отношений и направили совместное обращение действующему председателю ОБСЕ с призывом ликвидировать Минский процесс и связанные с ним структуры.

    Подписание Совместной декларации подтвердило мирную повестку, выдвинутую Азербайджаном. При этом было отмечено, что для подписания и ратификации мирного договора необходимо предпринять дополнительные шаги, включая внесение изменений в Конституцию Армении для устранения территориальных претензий к Азербайджану.

    В декларации отдельный пункт посвящен открытию транспортных коммуникаций и обеспечению беспрепятственной связи между основной территорией Азербайджана и Нахчыванской Автономной Республикой. Также зафиксировано, что на территории Армении будет реализован специальный проект – “Маршрут Трампа во имя международного мира и процветания”, предусматривающий поддержку США в обеспечении указанного транспортного соединения.

    Обращение в ОБСЕ с призывом ликвидировать Минский процесс рассматривается как важный шаг в устранении одного из ключевых препятствий для мирного процесса, находившегося на повестке Азербайджана с 2020 года.

    Кроме того, в присутствии Президента Азербайджана и специального посланника президента США был подписан Меморандум о сотрудничестве между SOCAR и ExxonMobil, предусматривающий укрепление уже существующих положительных связей и потенциальное партнерство в освоении как традиционных, так и нетрадиционных нефтегазовых ресурсов в Азербайджане.

    Таким образом, в рамках визита были достигнуты соглашения, имеющие историческое значение как для азербайджано-американских отношений, так и для процесса нормализации между Азербайджаном и Арменией.

  • Vaşinqtonda nələr oldu? – Azərbaycan XİN-dən AÇIQLAMA

    Avqustun 7-8-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-də səfərdə olub.

    Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.

    Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

    Bildirilib ki, səfər həmçinin iki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

    Azərbaycan Prezidentinin ABŞ-yə səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

    Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstdə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

    Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

    Sənəddə, həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

    ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.

    Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

    Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

  • Казахстан и Азербайджан начали работу по прокладке оптического кабеля по дну Каспийского моря

    Казахстан и Азербайджан приступили к активной фазе уникального телекоммуникационного проекта — прокладке первого в истории оптоволоконного кабеля по дну Каспийского моря.

    Он соединит города Актау и Сумгаит, обеспечив прямое цифровое соединение между двумя странами и став частью более широкого трансъевразийского маршрута передачи данных, сообщает Exclusive.kz.

    По словам председателя правления АО «Казахтелеком» Багдата Мусина, совместно с партнёрами из AzerTelecom уже проведены обследования прибрежных зон и выбраны места для установки береговой инфраструктуры: берегового колодца (beach manhole) и станции приземления кабеля (cable landing station).

    В начале августа из порта Баутино в море вышло специализированное судно. Оно оснащено оборудованием для изучения морского дна — рельефа, глубин, подводных течений и других геофизических характеристик. Эти данные необходимы для определения финальной трассы прокладки кабеля и его конфигурации.

    Проект имеет стратегическое значение для всего региона. Пропускная способность будущего подводного канала связи составит не менее 400 Тбит/с — этого объёма достаточно, чтобы обеспечить растущие потребности в передаче данных на годы вперёд.

    Реализация проекта запланирована до конца 2026 года. Как отметил Багдат Мусин, запуск первой передачи данных по новому оптоволоконному каналу откроет новую главу в цифровой истории региона, сделав Каспий телекоммуникационным мостом между Азией и Европой.

  • İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

    Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnama təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident, Sinqapur Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

    Sinqapur ötən dövr ərzində böyük yol keçərək dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmiş dövlətə çevrilib.

    İnanıram ki, Azərbaycan-Sinqapur dostluq əlaqələrini və qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Leyla Əliyeva İlham Əliyevin Donald Trampla Vaşinqtondakı görüşündən fotolar paylaşıb – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla Vaşinqtondakı görüşündən fotolar paylaşıb.

    Median.Az paylaşımı təqdim edir:


  • Prezident İlham Əliyev Donald Trampın Nobel mükafatına layiq görülməsi üçün Nikol Paşinyanla birgə Nobel komitəsinə müraciət etməyi təklif edib

    Prezident İlham Əliyev Donald Trampın Nobel mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel komitəsinə müraciət etməyi təklif edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Vaşinqtonda birgə bəyanat zamanı bu barədə deyib: “Bəlkə biz Baş nazir Paşinyan ilə razılaşarıq və Nobel mükafatının komitəsinə birgə təşəbbüs də irəli sürə bilərik. Cənab Tramp bu mükafata layiqdir”.