Month: August 2025

  • В работе Instagram произошел сбой

    Пользователи Instagram в ряде стран пожаловались на сбои в работе платформы.

    Об этом свидетельствуют данные сайта Downdetector.

    Неполадки начались около 20:47 по Баку, к 21:02 было зафиксировано около 828 жалоб из США. 56% пользователей отметили сбои в работе приложения, 24% не могут зайти в аккаунт, 20% жалуются на работу сайта.

    Помимо этого, проблемы также зафиксированы в Великобритании, Германии и Франции.

  • “Instagram”ın işində nasazlıqlar yarandı

    Bir sıra ölkələrdə “Instagram” istifadəçiləri platformanın işindəki problemlərdən şikayətləniblər.

    Bunu “Downdetector” saytının məlumatları təsdiqedir.

    Şikayətlər daha çox (828 şikayət) ABŞ-dən daxil olub. İstifadəçilərin 56%-i proqramda nasazlıqlar olduğunu qeyd edib, 24%-i öz hesabına daxil ola bilməyib, 20%-i saytdan şikayət edib.

    Bundan əlavə, Böyük Britaniya, Almaniya və Fransada da sosial şəbəkə ilə bağlı problemlər qeydə alınıb.

  • Rusiyada kanat yolu qırılıb, xəsarət alanlar var

    Rusiyanın Nalçik şəhərində kanat yolunun qırılması nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    Bu barədə TASS məlumat yayıb.
    Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və xilasedici briqadalar cəlb olunub.
    Xəsarət alanların vəziyyəti və qəzanın səbəbləri barədə araşdırmalar davam etdirilir.
     
    /APA

  • Tərtərdə ağır qəza – Ata-oğul öldü

    Tərtərdə ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Tərtər şəhər M.Hüseynzadə küçəsindən yaşayan sürücü, 1972-ci il təvəllüdlü Mustafayev Ramin Nurəddin oğlu, sərnişinlər; ata-oğul, 1974-cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu və 1998-ci il təvəllüdlü Quliyev Vidadi Həbib oğlu qəza zamanı hadisə yerində ölüblər.
    Faktla bağlı araşdırma aparılır.

  • Fransa mediası sülh görüşünə diqqət ÇƏKİR

    Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla nəzərdə tutulan görüşü Fransa telekanallarının, xəbər agentlikləri və portallarının diqqət mərkəzindədir.

    Fransız mətbuatı bu görüşün məqsədinin Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq və sülh sazişinə dair yekun razılaşmanı əldə etmək olduğunu yazır. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb. Bu sənəd onilliklərdir davam edən Qarabağ münaqişəsinə son qoymağı hədəfləyir. “Bir çox lider müharibəyə son qoymağa çalışdı, ancaq bunu yalnız TRUMP bacardı”, – deyə D.Trampın sosial şəbəkələrdəki sözlərindən sitat gətirilib.

    2020-ci və 2023-cü illərdəki hərbi əməliyyatlarla Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə konstitusiya dəyişikliyi ilə Qarabağa dair iddialarından imtina etməyə hazır olduğunu bildirib.

    Vaşinqtondakı bu görüşün Cənubi Qafqazda dayanıqlı sülhə və iqtisadi əməkdaşlığa yol açacağı gözlənilir.

  • ChatGPT Maskın “Grok”una qarşı: İki böyük süni intellektin şahmat oyunu fərqli bitdi

    “Kaggle AI Exhibition Tournament” şahmat çempionatının finalında “OpenAI”ın “o3” modeli xAI-ın “Grok 4” modelini 4:0 hesabı ilə məğlub edərək qalib gəlib.

    Qaynarinfo xəbər verir ki, iki keçmiş ortaq arasındakı rəqabət texnologiya dünyasında olduğu kimi şahmatda da diqqət çəkib.

    Süni zəka sahəsində tanınmış iki şəxs – İlon Mask və Sem Altman – bu dəfə şahmat taxtasında qarşılaşıb. “OpenAI” tərəfindən hazırlanan “o3” modeli, finaldan əvvəl “Anthropic”, “DeepSeek”, “Google” və “Moonshot AI” kimi güclü rəqibləri arxada qoyub. “Grok 4” də eyni uğuru göstərsə də, finalda fərqli mənzərə yaranıb.

    Bu görüş təkcə texniki bacarıqların yoxlanılması deyildi. Onun fonunda şəxsi münasibətlərin tarixi dayanırdı. Mask və Altman təxminən on il əvvəl “OpenAI”ı birlikdə qurmuş, lakin Mask sonradan öz şirkəti xAI-ı yaratmaq üçün ayrılmışdı. Zamanla münasibətlər gərginləşmiş, hətta Altman, Maskın ChatGPT-ni alma cəhdi uğursuz olanda onu “zorakılıq” adlandırmışdı. Finaldan sonra Mask sosial şəbəkədə “xAI şahmat üçün demək olar ki, heç səy göstərmədi” şərhini yazıb.

    Şahmatda süni zəkanın üstünlüyü yeni anlayış deyil. 1997-ci ildə IBM-in “Deep Blue” superkompüteri dünya çempionu Qarri Kasparovu məğlub edərək tarixə düşmüşdü. Sonrakı illərdə “Google”un “DeepMind” komandası şahmat və “Go” kimi mürəkkəb oyunlarda insanı geridə qoyan proqramlar hazırladı. Lakin bu turniri fərqləndirən cəhət, 2022-ci ildə ChatGPT-nin təqdimatından sonra məşhurlaşan böyük dil modellərinin ilk dəfə bu miqyasda şahmatda sınanması olub.

    Turnirin təşkilatçılarından Mats Andre Kristiansen bildirib: “90-cı illərdə Kasparov-“Deep Blue” qarşılaşması necə əhəmiyyətli idisə, bu turnir də o qədər önəmlidir. Əsas məsələ bu sistemlərin necə düşündüyünü və məntiq yürütməsini anlamaqdır”.

    Finalı izləyənlər arasında şahmatın əfsanəvi siması Maqnus Karlsen də olub. O, ötən il onlayn oyunda ChatGPT-ni heç bir fiqur itirmədən məğlub etmişdi. Karlsen “Grok”un şahmat reytinqini təxminən 800, “o3”ün isə 1.200 civarında qiymətləndirib. Müqayisə üçün, Karlsenin ən yüksək reytinqi 2.882-dir.

  • Qətlə yetirilən qadının dörd gün əvvəl dedikləri: “İkinci balta zərbəsindən sonra da dayanmadı”

    Füzulidə keçmiş arvadını qətlə yetirməkdə ittiham olunan 48 yaşlı Elsevər Bağırovun məhkəmə araşdırması yekunlaşıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yekunda Elsevərə ittiham olunduğu maddələrdən biri ilə cəza, digəri ilə bəraət verilib.

    Bu cinayət hadisəsi ötən ilin payızında, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən xəstəxananın həyətində baş verib. İstintaq materiallarında yazılır ki, Elsevər xəstəxananın Laboratoriya şöbəsində tibb bacısı çalışan keçmiş arvadı Dilbər Namazovanın iş yerinə gedib. Bu vaxt onunla Dilbər arasında mübahisə yaranıb. Kişi 8 yaşlı qızını onunla görüşdürməməsini bəhanə edərək əlindəki balta ilə Dilbərin baş nahiyəsindən iki dəfə vurub. Beyninə qan sızan sonuncu 4 gün sonra xəstəxanada ölüb.

    Elsevərə əməlinə görə xuliqanlıq niyyəti ilə adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham verilib.

    O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Dilbərlə 12 il evli olublar, 2018-ci ildə boşanıblar. Birgə nikahdan 18 yaşlı oğlanları, 16 yaşlı qızları var. Hazırda uşaqlar ikisi də xalası ilə birgə yaşayır. Elsevər deyib ki, boşansalar belə keçmiş həyat yoldaşının bəzi hərəkətləri, xüsusilə iş yoldaşları ilə səmimi münasibəti onu narahat edib. Keçmiş qaynı və qayınanasının qızı ilə görüşməsinə əngəl olması da münasibətləri kəskinləşdirib: “Qızımla görüşməyimə imkan vermirdilər. Bir neçə dəfə elə bu məsələyə görə mübahisələrimiz yaranıb. Bunlara baxmayaraq, Dilbəri öldürmək niyyətim olmayıb. Hadisə günü baltanı çayxanada işlətməyə almışdım. Həmin gün əsəbi olduğum üçün təsadüfən xəstəxanaya balta ilə getmişdim. Düzdür, Dilbərə 1-2 zərbə ilə yüngül xəsarət yetirmişəm. Amma onun bu xəsarətlərdən deyil, başqa səbəbdən öldüyünü düşünürəm”.

    Hadisədən sonrakı 4 gündə müstəntiq xəstəxanada müalicə alan Dilbəri də dindirə bilib. Mərhum deyib ki, Elsevər hadisədən bir gün əvvəl də xəstəxanaya gəlib, onu öldürəcəyini bildirib: “Əvvəllər də məni ölümlə hədələyirdi. Baltanı da elə məqsədinə nail olmaq üçün xəstəxanaya gətirmişdi. Ona görə ikinci zərbədən sonra da dayanmaq istəmirdi. İş yoldaşlarım mane olmasaydı, məni yerindəcə öldürəcəkdi”.

    Dilbərin qardaşı da daha əvvəl Elsevərin bacısını və övladını öldürəcəyi barədə xəbər aldığını deyib. Onun sözlərinə görə, həmin gün kəndə gəlməyə çalışarkən bacısının baltalandığını eşidib.

    Təqsirləndirilən şəxsin azyaşlı qızı hakim qarşında həssas ifadə verib, atasının hərəkətlərindən gileylənib: “Anam atamın əlindən elə cana yığılmışdı ki, hər dəfə aliment ödəməməsini, sadəcə həyatımızdan çıxmasını istəyirdi. Atam heç vaxt mənim təlim-tərbiyəmdə iştirak etməyib. Əksinə bizi narahat edirdi. Hətta bir neçə dəfə oxuduğum məktəbə gəlib sinif yoldaşlarımın yanında məni utandırmışdı. Buna görə son vaxtlar qorxumdan məktəbə də getmirdim. Anam son günlərdə xəstəxanada qaldı, amma mən onu görə bilmədim. Həkimlər demişdilər ki, anam yaxın adamları görəndə həyəcanlanır”.

    Məhkəmədə dindirilən digər şahidlər də ittihama uyğun ifadələr veriblər. Mərhumun ailəsi Elsevərin qanunla cəzalandırılmasını və vurulan maddi-mənəvi zərərin ödənilməsini tələb edib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Ayşən Vəliyevanın hökmü ilə Elsevər Bağırov xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. 221-ci (xuliqanlıq) maddəsi üzrə ona bəraət verilib.

    Bundan əlavə, müttəhim cinayət nəticəsində dəymiş maddi ziyana görə keçmiş həyat yoldaşının ailəsinə 10 min manat (dəfn, məzar daşı xərcləri və s.), mənəvi zərərə görə isə 20 min manat ödəməlidir. Elsevərlə Dilbərin hökmə qədər xalasının yanında qalan yetkinlik yaşına çatmayan qızının himayədarlığı məsələsi isə Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına həvalə olunub.

  • Ağ Evdə keçiriləcək tarixi görüşə son hazırlıqlar gedir

    Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşünə saatlar qalır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Ağ Ev ətrafında yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilib.

    ABŞ Prezidenti Donald Tramp ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanla Oval Ofisdə ikitərəfli görüş keçirəcək. Daha sonra Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi nəzərdə tutulub.

    Bundan sonra Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə Oval Ofisdə ikitərəfli görüş keçirəcək. Görüşün sonunda Tramp və İlham Əliyev arasında da sənəd imzalanması planlaşdırılır.

    İkitərəfli görüşlərdən sonra Tramp, İlham Əliyev və Paşinyan arasında üçtərəfli imzalanma mərasimi baş tutacaq.

    Dövlət Departamentinin cədvəlinə əsasən, dövlət katibi Marko Rubio həm üçtərəfli görüşə, həm də imzalanma mərasiminə qatılacaq.

    Görüşün sonunda jurnalistlər üçün Oval Ofisdə mətbuat konfransı keçirilməsi nəzərdə tutulub.

  • Ağdaşda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

    Ağdaşda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Xosrov kəndi ərazisində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Saleh Əliağa oğlu Tahirov həyətində iş görərkən elektrik cərəyanı vurub.

    O, hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib: Yaralılar var

    Avqustun 8-nə keçən gecə Rusiya “Şahed” dronları ilə SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına hücum edib.

    Bu barədə RBC-Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Hadisə yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.

    Məlumata görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.

    Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.

    Mənbələr qeyd edirlər ki, rəsmi təhqiqat məlumatları hələ açıqlanmayıb, lakin idarə olunan beş pilotsuz hücum aparatının vurulması açıq şəkildə göstərir ki, neft anbarı hücumun əsas hədəfi olub.

    Qeyd edək ki, bundan əvvəl Odessa Vilayət Prokurorluğu nasos stansiyasının qismən dağıdılması və müəssisələrdən birinin obyektlərinin zədələnməsi barədə məlumat vermişdi.