Month: August 2025

  • İtaliya Azərbaycan və Ermənistan arasında tarixi razılaşmanı alqışlayır

    İtaliya Azərbaycan və Ermənistan arasında tarixi razılaşmanı alqışlayır.

    Apa xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

    “İtaliya Azərbaycan və Ermənistan arasında tarixi razılaşmanı, suverenlik və ərazi bütövlüyünə əsaslanan normallaşmaya doğru bir addımı alqışlayır. Vasitəçiliyə görə ABŞ-a təşəkkür edirik . Regionda sülh, sabitlik və inkişaf üçün fürsətdir”, – bəyanatda vurğulanıb.

  • Başqırdıstanda zavodda partlayış olub

    Başqırdıstanın Sterlitamak şəhərində zavodda partlayış olub.

    Apa TASS-a iatinadən xəbər verir ki, hadisə kərpic binada qaz-hava qarışığının alışmadan partlaması nəticəsində baş verib.

    36 nəfərin xəsarət aldığı, 22 nəfərin isə xəstəxanaya yerləşdirildiyi vurğulanıb.

  • Глава МИД Румынии прокомментировала мирный процесс между Азербайджаном и Арменией

    Румыния приветствует парафирование мирного договора между Азербайджаном и Арменией при активном содействии президента США Дональда Трампа.

    Как передает report, об этом заявила глава румынского МИД Оана Цою.

    “Это важный шаг к достижению прочного мира, стабильности и процветания на Южном Кавказе. Румыния поддерживает полную нормализацию отношений между Азербайджаном и Арменией”, – написала она.

    Отметим, что главы МИД Азербайджана и Армении в Вашингтоне 8 августа парафировали Соглашение о мире и установлении межгосударственных отношений.

  • Rumıniya XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesini şərh edib

    Rumıniya ABŞ Prezidenti Donald Trampın fəal köməyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.

    Report xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

    “Bu, Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa nail olmaq yolunda mühüm addımdır. Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasının tərəfdarıdır”, – o yazıb.

    Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

  • Lerikdə meşədə üzərinə ağac aşan kişi ölüb

    Lerikdə meşəyə odun yığmağa gedən 51 yaşlı Lənkəran sakininin üzərinə ağac aşıb.

    Report-un cənub bürosunun məlumatına görə hadisə rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib.

    Belə ki, Lənkəran rayon sakini 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev, şəhid ailələri üçün ayrılan kvota üzrə meşəyə odun gətirməyə gedib. A.İbrahimov üzərinə ağacın aşması nəticəsində ağır xəsarət alıb.

    Ətrafdakıların köməyi ilə o yaxınlıqdakı kəndə çatdırılsa da, təcili tibbi yardım briqadası gələnə qədər ölüm faktı qeydə alınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Omoniya”nın baş məşqçisi: “Nəticədən razı qaldım”

    Henninq Berq”Omoniya”nın baş məşqçisi Bakıdakı oyunun nəticəsindən razı qalıb.
    Report-un məlumatına görə, bunu Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq “Araz-Naxçıvan”a dörd cavabsız qolla qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
    Mütəxəssis dörd qol vurduqları üçün sevindiklərini söyləyib:
    “Qapımızda top görmədik. Evdə növbəti matça çıxmalı və işimizi tamamlamalıyıq. Nəticədən razı qaldım”.
    O, ot örtüyünün keyfiyyətinin yaxşı olmadığını söyləyib:
    “Burada oynamaq çətin idi. Lakin yaxşı qollar vurduq. Oyunçuların çıxışından razı qaldım”.
    Henninq Berq daha əvvəl avrokuboklarda “Qarabağ”la da qarşılaşdıqlarını xatırladıb:
    “Qarabağ” həmin vaxt daha təcrübəli kollektiv idi. “Arax-Naxçıvan” isə yeni qurulan komandadır. Bugünkü rəqibimiz əvvəlki mərhələdə çox yaxşı çıxış etmişdi. Biz bu nəticəni də asanlıqla əldə etmədik”.
    Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada baş tutacaq.

  • Bakıda it oğurlayan şəxs həbs edildi

    Oğurladığı iti Bakı Beynəlxalq Avtovağzal Kompleksində gəzintiyə aparan şəxs həbs edilib.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, saxlanılan 1988-ci il təvəllüdlü F.Q. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, 6 avqust 2025-ci il tarixdə zərərçəkmiş C.H. iti gəzdirmək üçün əraziyə çıxarıb və naməlum şəraitdə heyvan oğurlanıb. Təqsirləndirilən şəxs isə bildirib ki, gecə saatlarında özünə məxsus olan iti gəzdirən zaman Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Postunun yanından keçərkən bir itin dəmir dirəyə bağlandığını görüb. Bazar dəyəri 450 manat olan “Malinka” cinsli iti götürərək yaşadığı evə aparıb.

    Həmin günün səhəri itlə birlikdə Avtovağzal ərazisində yerləşən gül mağazasında olan zaman zərərçəkən ona yaxınlaşaraq, heyvanın ona məxsus olduğunu bildirib. F.Q. könüllü şəkildə iti sahibinə vermədiyi üçün hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları çağırılıb və təqsirləndirilən şəxs saxlanılıb.

    Məhkəmənin hökmü ilə F.Q. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 25 gün həbs edilib.

  • Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı

    Rusiyanın bir neçə aeroportunda təyyarələrin enişi və qalxışına məhdudiyyətlər qoyulub.

    Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artyom Korenyako açıqlayıb.

    Onun sözlərinə görə, bu məhdudiyyətlər Vladiqafqaz, Kazan, Kaluqa, Nijnekamsk, Samara və Ulyanovsk şəhər hava limanlarına təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunub.

    Xatırladaq ki, bundan əvvəl Soçi aeroportunda PUA hücumları ilə əlaqədar uçuşlar dayandırılmışdı.

  • Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib

    Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib.

    O, bu barədə “X” hesabında paylaşım edib:

    “Ermənistan və Azərbaycan arasında razılaşma onilliklər boyu davam edən düşmənçiliyə son qoymaq yolunda mühüm mərhələdir. Biz hər iki tərəfi, Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Nikol Paşinyanı, eləcə də ABŞ Prezidenti Donald Trampı regionda sülh, barışıq və firavanlığa yol açmağa kömək etdiklərinə görə təbrik edirik”.

  • Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub

    Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.

    Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.