Month: August 2025

  • Taksi islahatları: Hazırda vəziyyət necədir?

    İslahatlardan əvvəl taksi ilə qısa məsafəli sifarişlər 40 faiz təşkil edirdisə, hazırda bu rəqəm 13-14 faizə qədər düşüb. Nəticədə, sərnişinlər qısa məsafə üçün avtobus və digər ictimai nəqliyyatdan istifadə edirlər.

    Cari ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 47 137,4 nəfər olub ki, bu da illik müqayisədə 0,1 faiz azalma deməkdir. Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında ölkə üzrə taksi xidmətindən 47 184,6 müştəri istifadə edib. Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5 faiz artaraq 1 187 694,8 min təşkil edib. Rəqəmlərdən də göründüyü kimi taksidən istifadə edən vətəndaşların sayı azalıb. Bu azalmanı taksi islahatları ilə əlaqələndirmək olarmı? Taksi islahatları məqsədinə çatdı? Hazırda vəziyyət necədir?

    Avtosfer.az bununla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

    “Taksilərlə gedişlərin sayı 41,8 faizə qədər azalıb”

    AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, taksi islahatı üzrə bu vaxtadək həyata keçirilən tədbirlər birinci mərhələni əhatə edir: “Bu mərhələdə əsas məqsəd taksi parkının yenilənməsi, bu sahədə uçotun, nizamlı fəaliyyətin və nəzarət mexanizminin qurulması, sürücülərin təlimlərə cəlb edilməsi və digər məsələlərdir. Rəqəmlər göstərir ki, 2025-ci ilin ilk beş ayı ərzində şəxsi avtomobillər və taksilərlə həyata keçirilən gedişlərin sayı 41,8 faizə qədər azalıb. Bu müddət ərzində ictimai nəqliyyatın payı isə 33,9 faizə qədər artıb. Bu, ilk növbədə sərnişinlərin avtobusla gedişlərə marağının artması, ictimai nəqliyyatın daha da optimallaşdırılması, marşrut şəbəkəsinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi, o cümlədən qovşaqların yaradılmasının nəticəsində mümkün olub”.

    Qurumdan qeyd edildi ki, islahatlardan əvvəl taksi ilə qısa məsafəli sifarişlər 40 faiz təşkil edirdisə, hazırda bu rəqəm 13-14 faizə qədər düşüb: “Nəticədə sərnişinlər qısa məsafə üçün avtobus, mikrobillik və digər ictimai nəqliyyatdan istifadə edir. İslahatların başlanması ərəfəsində Bakı şəhərində taksilərin sayı təxminən 67000 ədəd olmaqla ortalama qabaqcıl beynəlxalq təcrübə göstəricisindən təxminən üç dəfə çox idi. Hazırda icazə alan taksi minik avtomobillərinin sayı 29000-dən çoxdur. Bu da ortalama qabaqcıl beynəlxalq təcrübə göstəricisinə uyğundur”.

    “Taksiyə artıq əyləncə naminə gələn insanlar yoxdur”

    Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə düşünür ki, taksidən istifadənin azalmasının əsas səbəbi ictimai nəqliyyatın, xüsusən də avtobusların daha keyfiyyətli xidmət göstərməsidir: “Həmçinin ictimai nəqliyyatda istismara buraxılan marşrutlar daima yenilənir. Həm özəl, həm də dövlətin balansında olan daşıyıcı şirkətlər nəqliyyat vasitələrini yeniləyirlər”.

    E.Cəfərov bildirdi ki, taksi daha məsuliyyətli peşə növünə çevrilib: “Taksi islahatları ötən illərdə qəbul olunmuş qayda və qanunlara əsasən həyata keçirilir. Əsas məqsəd taksini daha təhlükəsiz və keyfiyyətli etməkdir. Düşünürəm ki, bu məqsədə qismən də olsa, nail olunub. Belə ki, artıq köhnə, yararsız, sərnişindaşımaya uyğun olmayan nəqliyyat vasitələrini taksidə görmürük. Onların əvəzində taksidə daha yeni avtomobillər istismar olunur. Daha çox hibrid və elektromobil avtomobillər üstünlük təşkil edir. Taksiyə artıq əyləncə naminə gələn insanlar yoxdur. Yalnız təcrübəli şəxslər fəaliyyət göstərirlər. Bu da sürücülərin məsuliyyətini daha da artırır”.

    Ekspert deyir ki, taksidə keyfiyyətin və təhlükəsizliyin yüksəldilməsi sərnişinlərdən, onların tələbləri, təklifləri və şikayətlərindən asılıdır: “Məsələn, əvvəlki aylarda sərnişinlər şikayət edirdi ki, proqramda başqa avtomobildir, lakin ünvana başqa avtomobil gəlir. Bu problemin həlli üçün SİMA əlavə olundu. Hansı ki, artıq sürücü haqqında məlumat müvafiq qurumlara ötürülür. Bu da taksini daha təhlükəsiz edir. Gələcəkdə də hər hansı problem çıxdıqda, sərnişinlərin iradı ilə bu problemi həll etmək mümkün olacaq. Ümid edirəm ki, getdikcə taksi sahəsində vəziyyət daha da yaxşılaşacaq. Belə olduğu təqdirdə biz keyfiyyət, yüksək təhlükəsizlik standartına çata biləcəyik”.

  • Misirdə qatar qəzası – 3 ölü, 92 yaralı

    Misirin şimal-qərbindəki Matruh əyalətində qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb, 92 nəfər yaralanıb.

    Regional Səhiyyə İdarəsi hadisədən sonra əyalətdəki bütün xəstəxanalarda fövqəladə vəziyyət elan edib.

    Bildirilir ki, ölən və yaralananların sayı arta bilər.

  • Премьер-лига Азербайджана: “Зиря” крупно обыграла “Кяпаз” в матче 3-го тура

    Бакинская “Зиря” разгромила гянджинский “Кяпаз” в домашнем матче 3-го тура азербайджанской Премьер-лиги по футболу.

    Как сообщает Report, встреча на стадионе спорткомплекса “Зиря” завершилась победой подопечных Рашада Садыгова со счетом 5:0.

    В составе победителей голами отметились Гисмят Алиев (13-я минута), Исса Джибрила (32-я минута), Жуниор Мартинс (37-я минута), Егор Богомольский (71-я минута) и Давит Волков (83-я минута).

    Отметим, что в ранее в матче 3-го тура “Нефтчи” дома проиграл “Туран Товуз” – 0:1, а в матче “Сумгайыт” – “Шамахы” победитель не определился.

    Итоги тура будут подведены 31 августа.

  • Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”i böyük hesabla məğlub edib

    Azərbaycan Premyer Liqasının III turunda “Zirə” “Kəpəz”i böyük hesabla məğlub edib.

    Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Rəşad Sadıqovun baş məşqçisi olduğu komandada Qismət Alıyev (13), İssa Cibrila (32), Junior Martins (37), Yeqor Boqomolski (71) və Davit Volkov (83) fərqlənib.

    Qeyd edək ki, III turun daha əvvəl baş tutan “Neftçi” – “Turan Tovuz” matçında qonaqlar qələbəyə seviniblər – 1:0. “Sumqayıt” – “Şamaxı” görüşündə isə qalib müəyyənləşməyib (1:1). Tura avqustun 31-də yekun vurulacaq.
    //report

  • İtkin düşən gəncin anası: Biz ailə olaraq soyadımızı oğlumuzun adı ilə dəyişmişik

    1993-cü il fevralın 5-də Ağdərə yaxınlığında Mahru Şahinin oğlu da daxil olmaqla 20 yaşı tamam olmayan 17 gənc əsgər itkin düşüb.

    M.Şahinin “Report”un Avropa bürosuna verdiyi məlumata görə, onun əsl soyadı Əliyevadır.

    “Baş verənlərdən sonra onun qayıdışına ümidimizi itirdiyimiz bir vaxtda bütün ailəmiz soyadımızı dəyişib Şahin qoyduq ki, adı yaşasın. Mən və digər iki övladım”, – əsgərin anası bildirib.

    Onun sözlərinə görə, itkin düşənlərin ailələri yaxınlarının qalıqlarını tapa bilmək üçün Ermənistandan minalar və kütləvi məzarlıqlar haqqında məlumatların verilməsini tələb edirlər.

    “BMT onlara təsir etməli və bu məsələdə bizə kömək etməlidir”, – o qeyd edib.

  • Rasmus Hoylunn “Napoli”yə keçir

    “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylunn İtaliyaya qayıdır.

    “Napoli” danimarkalı forvardın transferi ilə bağlı razılıq əldə edib.

    İtaliya çempionu 22 yaşlı futbolçunu 6 milyon avro müqabilində 1 illik icarəyə götürəcək. Neapol klubu müqavilədə göstərilən şərtlərə əsasən 44 milyon avro ödəməklə Hoylunnun transfer hüquqlarına sahib ola biləcək.

    Xatırladaq ki, “Mançester Yunayted” Rasmus Hoylunnu 2023-cü ilin yayında “Atalanta”dan 77 milyon avroya transfer etmişdi. Danimarka millisinin üzvü ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 52 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Cəlilabadda qardaş qardaşı bıçaqladı

    Cəlilabadda qardaş qardaşı bıçaqlayıb.

    Hadisə rayonun Adnalı kəndində baş verib. Kənd sakinləri Əsgər və Nurlan Əsgərov qardaşları arasında yaranan mübahisə zamanı Əsgər Əsgərov bıçağa əl atıb. Nəticədə 1979-cu il təvəllüdlü Nurlan Əsgərov iki bıçaq xəsarəti alaraq yaralı vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Məlumata görə, qardaşlar arasında mübahisələr tez-tez baş verirmiş.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Daha bir internet əfsanəsi tamamilə bağlanır

    “Typepad” 2003-cü ildə təqdim olunmuş və “WordPress” ilə eyni dövrdə populyarlıq qazanmış bloq platformasıdır. İllərin platforması 30 sentyabr tarixində bağlanacağını rəsmi olaraq açıqlayıb.

    Qaynarinfo xəbər verir ki, şirkət bu qərarın asan olmadığını vurğulayaraq, “Typepad”i istifadədən kənarlaşdırmaq barədə çətin bir qərar verdik” bəyanatını yayıb. İlk illərində iri media qurumları və saytlar məzmun idarəsi üçün məhz “Typepad”i seçmişdilər. 2008-ci ildə mobil tətbiqi də hazırlanmışdı. Lakin zamanla “WordPress”in sürətlə yüksəlişi fonunda “Typepad” populyarlığını itirib.

    2020-ci ildən etibarən yeni istifadəçi qeydiyyatını dayandıran platforma mövcud istifadəçilərinə xidmət göstərməkdə davam edirdi. Bu ilin mart ayında bir istifadəçi ilə aparılan müzakirədə, “Typepad” rəsmiləri dəstək xidmətlərinin dəyişməyəcəyini bildirmişdilər. Bu səbəbdən bağlanma qərarı daha da gözlənilməz görünüb.

    30 sentyabrdan etibarən “Typepad” bağlandıqdan sonra istifadəçilər bloqlarına, məzmunlarına və hesab idarəetməsinə giriş əldə edə bilməyəcəklər. Bütün məlumatlar tamamilə silinəcək. İstifadəçilər platformadan ayrılmadan əvvəl məzmunlarını Portativ Tip Import Formatla (MTI) çıxara və onları “WordPress” kimi digər platformalara köçürə biləcəklər. Bundan başqa, 31 avqustdan etibarən “Typepad” abunə haqları tutulmayacaq və son ödəniş edənlərə ödəniş üsullarına uyğun olaraq geri qaytarılacaq.

    Hazırda platformadan bəlkə də yalnız az sayda istifadəçi yararlanır. Lakin “Typepad”in bağlanması köhnə internet dövrlərinin xatirələrinə yeni bir vida deməkdir. Bu qərar həm də internetin dəyişən dinamikalarına uyğunlaşa bilməyən bir çox köhnə xidmətin tədricən yox olduğunu xatırladır.

  • Sumqayıtda 13 yaşlı uşaq ölüb

    Sumqayıtda 13 yaşlı uşaq ölüb.

    Median.Az Report-a istinadən verir ki,hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

    İlkin məlumata görə, 2012-ci il təvəllüdlü Yusif Sahib oğlu Məcidzadənin boğazında yad cisim qalıb.

    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • “Qarabağ”ın U-19 komandasının UEFA yarışında təqvimi açıqlandı

    “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunlarının təqvimi bəlli olub.
     
    Ağdam təmsilçisi turnirdə 6 matç keçirəcək.
     
    Azərbaycan çempionu ev oyunlarını “Azersun Arena”da keçirəcək.
     
    UEFA Gənclər Liqası
     
    I tur
     
    16 sentyabr
     
    “Benfika” (Portuqaliya) – “Qarabağ”
     
    II tur
     
    1 oktyabr
     
    “Qarabağ” – “Kopenhagen” (Danimarka)
     
    III tur
     
    22 oktyabr
     
    “Atletik” (İspaniya) – “Qarabağ”
     
    IV tur
     
    5 noyabr
     
    “Qarabağ” – “Çelsi” (İngiltərə)
     
    V tur
     
    25 noyabr
     
    “Napoli” (İtaliya) – “Qarabağ”
     
    VI tur
     
    10 dekabr
     
    “Qarabağ” – “Ayaks” (Niderland)
     
    Qeyd edək ki, 36 iştirakçının mübarizə aparacağı mərhələdə 1-22-ci yeri tutan komandalar 1/16 finala yüksələcək.