Month: August 2025

  • Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycaa 248 min 470 ton meyvə və tərəvəz idxal edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 191 milyon 481 min ABŞ dolları olub.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14 min 80 ton (6 %), dəyər baxımından isə 19 milyon 585 min ABŞ dolları (11,3 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.

    Bundan başqa, 7 ay ərzində Azərbaycan 506 milyon 406 min ABŞ dolları dəyərində 490 min 609 ton meyvə-tərəvəz ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 122 min 60 ton (33,1 %), dəyər baxımından isə 122 milyon 543 min ABŞ dolları (31,9 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində 3,3 % paya malik olub.

  • В Азербайджане упростят получение разрешений на строительство

    Правительство Азербайджана готовит новые меры для повышения доступности и надежности онлайн-услуг в сфере строительства.

    Об этом сообщает Report со ссылкой на “Дорожную карту на 2025 год” по индикатору “Местоположение бизнеса” отчета Всемирного банка Business Ready.

    Проект предусматривает модернизацию Электронного строительного портала (e-tikinti.gov.az).

    На платформе появятся структурированные статистические данные за последние пять лет по стране и регионам. Планируется разработать специальный модуль, посвященный получению разрешений на установку и эксплуатацию рекламных конструкций.

    Также будет создан раздел, посвященный Нахчыванской Автономной Республике.

    Платформа будет интегрирована с системой земельного отвода.

    Кроме того, запланированы аудит безопасности портала, его перенос на резервный центр “Правительственного облака” и проведение тестов на эффективность.

    Отдельное внимание уделено внедрению технологий информационного моделирования зданий (BIM) и созданию реестра профессионалов строительной отрасли. Работы продолжатся и над формированием Национальной геопространственной информационной системы, включая разработку стандартов и организацию управляющей структуры.

    Предложения по финансированию и реализации мер должны быть представлены Комиссии до 1 октября.

  • Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq

    Azərbaycan hökuməti tikinti sahəsində onlayn xidmətlərin mövcudluğu və etibarlılığını artırmaq məqsədilə yeni tədbirlər paketi hazırlayır.

    Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.

    Layihəyə əsasən, Elektron Tikinti Portalının (e-tikinti.gov.az) təkmilləşdirilməsi nəzərdə tutulur.

    Portalda son 5 ili əhatə edən və ölkə ilə regionlar üzrə strukturlaşdırılmış statistik məlumatlar yerləşdiriləcək, icazə və müraciət göstəricilərinin fərqləndirilməsi təmin olunacaq.

    Portalda reklam qurğularının tikintisinə və istismarına icazə üzrə ayrıca modul yaradılacaq. Bundan başqa, Naxçıvan Muxtar Respublikası üzrə icazə və məlumatlandırma icraatı modulu əlavə ediləcək, torpaqayırma modulu üzrə inteqrasiya təmin ediləcək.

    Eyni zamanda, portalın təhlükəsizlik auditləri və səmərəlilik sınaqları həyata keçiriləcək. Portalın fiziki infrastrukturu “Hökumət buludu”nun ehtiyat mərkəzinə köçürüləcək.

    Binaların informasiya modelləşdirilməsinə (BIM – Building Information Modeling) keçid tədbirləri davam etdiriləcək. Tikinti sahəsində peşəkarlıq reyestrinin yaradılması və onun vahid informasiya təminatı sisteminə inteqrasiyası üzrə təkliflər hazırlanacaq.

    Bundan başqa, Milli Məkan İnformasiya Sisteminin formalaşdırılması istiqamətində işlər davam etdiriləcək.

    Bu çərçivədə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün sənədlər toplusu hazırlanacaq, dövlət qurumları ilə razılaşdırılacaq, standartlar qəbul ediləcək və idarəedici struktur formalaşdırılacaq.

    Qiymətləndirmə aparılacaq və maliyyələşmə ilə bağlı təkliflər Komissiyaya təqdim ediləcək.

    Sənədin icra müddəti oktyabrın 1-dəkdir, bundan sonra isə proses növbəti dövrdə davam etdiriləcək.
    //report

  • Sentyabr ayına olan hava proqnozu açıqlanıb

    Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

    Ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə, gündüzlər 24-29 dərəcə, bəzi günlərdə 33-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-23 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər 26-31 dərəcə, bəzi günlərdə 34-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-13 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə, gündüzlər 21-26 dərəcə, bəzi günlərdə 29-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-50 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17 dərəcə, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 27-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-37 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər 24-29 dərəcə, bəzi günlərində 33-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 17-44 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə, gündüzlər 22-27 dərəcə, bəzi günlərdə 30-35 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüzlər 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 33-120 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə, gündüzlər 25-30 dərəcə, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-38 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər 24-29 dərəcə, bəzi günlərdə 33 dərəcəyədək isti, dağlardagecə 15-19 dərəcə, gündüzlər 22-27 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 mm).

  • В Кяльбаджаре завершен этап поиска массовых захоронений в труднодоступной горной местности

    На освобожденных территориях Азербайджана продолжаются поиски возможных мест захоронений лиц из числа пропавших без вести.

    Как сообщил в интервью Report заместитель руководителя рабочей группы Государственной комиссии по делам военнопленных, пропавших без вести и заложников Эльдар Самедов, в июле и августе текущего года работы велись на труднодоступной горной местности в Кяльбаджарском районе.

    По его словам, поиски велись с участием большого числа специалистов профильных государственных ведомств.

    “Также применялись беспилотные летательные аппараты. В соответствии с планом эти работы завершены на днях с учетом погодных условий. Дальнейшие мероприятия будут осуществляться поэтапно”, – добавил Самедов.

  • Kəlbəcərdə çətin relyefli ərazidə hava şəraiti ilə bağlı axtarış-qazıntı işləri başa çatıb

    İşğaldan azad olunmuş ərazilərdə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı və qazıntı işləri intensiv davam etdirilir.

    Bunu “Report”a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

    Onun sözlərinə görə, aidiyyəti dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə son axtarış-qazıntı işləri cari ilin iyul və avqust aylarında Kəlbəcər rayonu ərazisində, çətin relyefli ərazidə həyata keçirilib:

    “Prosesə çoxsaylı canlı qüvvə cəlb olunub və dron texnologiyası tətbiq edilib. Plana uyğun olaraq, eyni zamanda, hava şəraiti ilə bağlı orada işlər bu günlərdə başa çatıb. Amma mərhələli şəkildə proseslər həyata keçiriləcək”.

  • Пилот погиб при жесткой посадке легкомоторного самолета в России

    В Тамбовской области (Россия) при совершении посадки легкомоторного самолета погиб пилот.

    Как передает Median.Az со ссылкой на Интерфакс, об этом сообщает пресс-служба Западного межрегионального следственного управления на транспорте СК РФ.

    По версии следствия, самолет совершил жесткую посадку во время обработки сельскохозяйственных угодий, в результате чего пилот скончался на месте.

    Следствие возбудило уголовное дело по статье о нарушении правил безопасности движения и эксплуатации воздушного транспорта, повлекшее по неосторожности смерть потерпевшего.

  • Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

    Rusiyanın Tambov vilayətində yüngül mühərrikli təyyarənin eniş etməsi zamanı pilot ölüb.

    Bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regional İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

    İstintaqın versiyasına görə, təyyarə sərt eniş edib, nəticədə pilot hadisə yerində ölüb.

    İstintaq ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olan hava nəqliyyatının hərəkəti və istismarı təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb.

  • В Украине в результате перестрелки убит народный депутат

    В украинском городе Львове в результате стрельбы убит народный депутат Андрей Парубий.

    Об этом сообщает РБК-Украина.

    Депутат скончался до прибытия медиков.

    Отмечается, что правоохранители принимают все меры для установления личности стрелка и места его нахождения.

  • Ukrayna Ali Radasının deputatı qətlə yetirilib

    Ukrayna Ali Radasının deputatı Andrey Parubiy sui-qəsd nəticəsində qətlə yetirilib.

    O, avqustun 30-da yerli vaxtla saat 12.10-da Lvov şəhərində naməlum killer tərəfindən güllələnərək öldürülüb.

    Məlumata görə, deputata 8 dəfə atəş açılıb.

    Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə əməliyyat qrupu yaradılıb.
    //report