Month: August 2025

  • Aİ Rusiyanın aktivlərini qaytarmayacaq

    “Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın aktivlərinin müsadirə edilməsi ilə bağlı qərar qəbul etməyiblər. Lakin Moskva Ukraynaya dəyən bütün zərərləri ödəməyənə qədər onları geri qaytarmamaq barədə razılığa gəliblər”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas deyib.

    “Bizə daha aydın strategiya lazımdır. Sülh razılaşması olanda necə hərəkət edəcəyimizi müəyyən etməliyik”, – Kallas bildirib.

    Qeyd edək ki, hazırda Rusiyanın 210 milyard avroluq suveren aktivləri Aİ tərəfindən bloklanıb.

  • Ağcabədidə fermada güclü yanğın: Xəsarət alan var

    Ağcabədidə təsərrüfatda baş verən yanğın zamanı bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 8 baş iribuynuzlu heyvan tələf olub.

    Hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib.

    Kənd sakini Həziyev Müzəffər Ənvər oğluna məxsus təsərrüfatda baş verən yanğın zamanı yanğınsöndürənlər hadisə yerinə gələnədək 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Əlif qızı yanğınla mübarizə apararkən xəsarət alıb və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Tövlənin çardağında yığılı 16 ton ot kipinin 8 tonu və tövlədəki 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub. Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları yanğına vaxtında müdaxilə edərək digər heyvanların tələf olmasının və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • DİQQƏT: Bakıda bəzi yollar nəqliyyatın hərəkəti üçün qismən MƏHDUDLAŞDIRILACAQ

    30 avqust saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış “Formula-1” yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

    Məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır.

    Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.

  • Bu ay dünyada ən çox bahalaşan – Məhsullar

    Avqust ayı ərzində dünyada ən çox bahalaşan məhsulların adları məlum olub.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu ay kofenin “Robusta” və “Arabica” növləri dünyanın ən baha satılan məhsulları sırasındadır.

    Belə ki, bir ay ərzində “Robusta” qəhvəsinin qiyməti 1,5 dəfə, “Arabica” isə 29 faiz bahalaşıb.

    Məlumatda, həmçinin qeyd olunub ki, London birjasında şəkərin, Amerika bazarında isə soyanın qiyməti 4,9 faiz artıb.

    Dünyanın ən bahalı metalı maqnit istehsalında istifadə edilən neodimium olub. Onun dəyəri bir ay ərzində 20 faiz yüksəlib.

    Avqustda ən ucuz mallar taxta-şalban olub – onların qiymətində 19,2 faiz ucuzlaşma müşahidə olunub.

  • Taksilərin qiyməti artıb? – Yenilənib

    Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırdığı deyilir.

    Bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb.

    Bildirilib ki, “Uber” şirkətində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 4, “Bolt” şirkəti üçün isə 3,50 AZN olub.

    Qeyd edək ki, daha əvvəl ən yaxın ünvana minimum gediş haqqı 2,50 AZN təşkil edirdi.

    * * * * *

    “Uber”in mətbuat xidmətindən verilən məlumata görə, gediş haqqı dəyişməyib:

    “Tariflərin özləri, yəni ümumi gediş haqqını formalaşdıran məbləğlər dəyişməyib. Lakin qiymətə yalnız seçilən tarif deyil, həm də bir çox digər amillər təsir edir: səfərin vaxtı və məsafəsindən tutmuş, xəttə çıxan azad sürücülərin sayına və gediş tələbatına qədər”.

  • Bu ölkə Ukraynaya 100 milyon ayırdı

    Belçika hökuməti ABŞ-dən Ukraynaya silah alınması üçün 100 milyon avro ayırıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo Kopenhagendə Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.

    “Belçika hökuməti Ukrayna üçün ABŞ-dən silah alınması proqramına 100 milyon avro ayırıb”, – deyə nazir qeyd edib.

  • Qatlana bilən “iPhone” modeli bu tarixdən satışda – Nömrə taxmağa yeri olmayacaq

    “Apple” şirkəti 2026-cı ildə qatlana bilən “iPhone” modelini istehsal edərək satışa çıxardacaq.

    Bu barədə məlumatı “Bloomberg”in yazarı Mark Qurman paylaşıb.

    Onun sözlərinə görə, “iPhone”nin bu yeni modeli “Apple” şirkətinin istehsal etdiyi ən iddialı model olacaq.

    Belə ki, qatlana bilən “iPhone” kitab kimi açılacaq.

    Bu model bağlandıqda, 13-15 sm xarici ekranı ilə ənənəvi “iPhone” kimi istifadə edilə bilər.

    Açıldıqda isə istifadəçilərə böyük 20 sm daxili ekran təqdim olunacaq.

    Cihazda cəmi dörd kamera olacaq.

    Yeni model “Face ID” əvəzinə “Touch ID” istifadə edəcək. Barmaq izi sensoru cihazın yan tərəfindəki güc düyməsinə (on-off) inteqrasiya olunacaq. “Apple” şirkətinin belə qərar verməsi isə cihazın nazik olması ilə bağlıdır.

    Qatlana bilən “iPhone” qapalı halda cəmi 9,5 mm qalınlığında olacaq. Bu özəlliyi də onu bu günə qədər ən nazik “iPhone” modeli edəcək.

    Qatlana bilən “iPhone”də ikinci nəsil C2 modemi olacaq. Bu modem daha yüksək sürət təklif edəcək. Bundan əlavə, cihazlarda “SİM kart” yuvası olmayacaq. Telefon ancaq “eSIM”i dəstəkləyəcək.

    İlk qatlana bilən model qara və ağ rəngdə təqdim ediləcək.

    Yeni modelin rəsmi qiyməti məlumatı olmasa da, “Android” rəqiblərinin 1800 dollardan çox qiymətə satıldığını nəzərə alsaq, “Apple” şirkətinin daha aşağı qiymət təyin etməsi gözlənilmir.

  • Россия захватила 13 населенных пунктов в Сумской области Украины

    Российские войска в настоящее время контролируют 99,7% территории Луганской области и 79% Донецкой области Украины.

    Как сообщает Median.Az со ссылкой российские СМИ, об этом заявил начальник Генштаба ВС РФ Валерий Герасимов.

    По его словам, для полного контроля над “ЛНР” российским войскам осталось взять менее 60 кв. км.

    Герасимов добавил, что под контролем российских войск находятся большая часть еще двух регионов Украины – 74% Запорожской и 76% Херсонской областей.

    Начальник Генштаба добавил, что войска РФ также контролируют 210 кв. км территории и 13 населенных пунктов в Сумской области Украины.

    Он отметил, что в Днепропетровской области Украины российские военные взяли под контроль семь населенных пунктов.

  • Rusiya ordusu Ukraynanın Sumı vilayətində 13 yaşayış məntəqəsini işğal edib

    Rusiya ordusu hazırda Ukraynanın Luqansk vilayətinin 99,7 %-nə və Donetsk vilayətinin 79 %-nə nəzarət edir.

    Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

    Onun sözlərinə görə, Luqansk Xalq Respublikasının tam nəzarətə alınması üçün 60 kv. km-dən az ərazi qalıb.

    V.Gerasimov əlavə edib ki, Ukraynanın daha iki bölgəsinin böyük hissəsi – Zaporojye vilayətinin 74 %-i və Xerson vilayətinin 76 %-i Rusiya qüvvələrinin nəzarəti altındadır.

    Baş Qərargah rəisi, həmçinin bildirib ki, Rusiya ordusu Ukraynanın Sumı vilayətində 210 kv. km ərazini və 13 yaşayış məntəqəsini də nəzarətdə saxlayır.

  • Азербайджан за 7 месяцев увеличил импорт и экспорт фруктов и овощей

    Азербайджан в январе-июле 2025 года импортировал 248,5 тыс. тонн фруктов и овощей на сумму $191,5 млн, что на 6% больше в натуральном выражении и на 11,3 % больше в денежном по сравнению с тем же периодом прошлого года.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный таможенный комитет.

    Согласно данным, доля этих расходов в общем объеме импорта страны составила 1,4 %.

    За тот же период экспорт фруктов и овощей достиг 490,6 тыс. тонн на $506,4 млн. По сравнению с прошлым годом объем увеличился на 33,1%, а доходы выросли на 31,9%. Доля данного сегмента в общем объеме экспортных поступлений составила 3,3 %.