Month: August 2025

  • Bu ərazi plana düşdü: Evlər söküləcək – Sakinlərə kompensasiya veriləcək

    Bakının Yasamal rayonunda yeni söküntü prosesi həyata keçiriləcək.

    Median.Az xəbər verir ki, Baku.ws-in əldə etdiyi məlumata görə, Yasamal rayonunda yerləşən Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində yerləşən fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.
    Hazırda həmin ərazilərdə inventarizasiya işləri aparılır. Bu proses tamamlandıqdan sonra söküləcək evlərin dəqiq sayı açıqlanacaq.
    Planlaşdırmaya əsasən, söküntü işləri mərhələli şəkildə icra ediləcək. Əmlakı söküləcək sakinlərə minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Lakin evlərin dəyəri fərqli olduğundan, bu məbləğin daha yüksək olması istisna edilmir. Kompensasiyanın dəqiq həcmi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunacaq.

  • “OpenAI”dən etiraf – Bəzi yazışmaları yoxlayıb, polisə xəbər verirlər

    “ChatGPT” adlı populyar süni intellekt alətinin yaradıcı şirkəti “OpenAI” istifadəçi söhbətlərinin bəzilərini izlədiyini və zəruri hallarda hüquq-mühafizə orqanlarına məlumat verdiyini etiraf edib.

    Valyuta.az xəbər verir ki, şirkətin yayımladığı bloq yazısında bu prosesin təhlükəli vəziyyətlərin qarşısını almaq məqsədi daşıdığı bildirilib.

    Şirkət qeyd edib ki, istifadəçilərin bütün yazışmaları yoxlanılmır, lakin təhlükə ehtimalı olduqda susmaqla kifayətlənilmir. Belə ki, “OpenAI” bəzi hallarda istifadəçi fəaliyyətlərini nəzərdən keçirir və süni intellekt tərəfindən zərərli hesab olunan məzmunlar şirkət nümayəndələrinə ötürülür. Bu nümayəndələr isə ehtiyac yarandıqda məlumatları polis orqanlarına təqdim edirlər.

    Süni intellekt texnologiyası, xüsusilə də “ChatGPT” gündəlik istifadəçilər üçün əhəmiyyətli faydalar təqdim edir. Məsələn, saatlarla aparılması gərəkən araşdırmaları bir neçə dəqiqəyə yekunlaşdırmaq mümkündür. Lakin bəzi istifadəçilər bu texnologiyadan sui-istifadə edərək bomba hazırlanması və ya ölümcül hücumlar planlaşdırılması kimi təhlükəli məqsədlər üçün istifadə etməyə cəhd edirlər.

    “OpenAI” bu kimi halların qarşısını almaq məqsədilə müəyyən nəzarət tədbirləri gördüyünü bildirib. Şirkət rəsmiləri qeyd edirlər ki, süni intellekt sistemləri tərəfindən zərərli hesab edilən məzmunlar avtomatik olaraq müvafiq heyətə çatdırılır və onların qərarı əsasında hüquq-mühafizə orqanlarına məlumat verilir.

    Şirkətin açıqlamasında intihar halları ilə bağlı bir istisnaya da diqqət çəkilib. Bildirilir ki, bu kimi vəziyyətlər hüquq-mühafizə orqanlarına bildirilmədən əvvəl məxfilik prinsipləri nəzərə alınır və məlumatın ötürülməsi bu səbəbdən məhdudlaşdırılır.

    Mütəxəssislər hesab edirlər ki, bu yanaşma “OpenAI” üçün ikili bir dilemmanın göstəricisidir. Bir tərəfdə istifadəçilərin məxfiliyə olan haqlı tələbləri, digər tərəfdə isə təhlükəli fəaliyyətlərin qarşısını almaq zərurəti durur. Şirkətin bu balansı necə qoruyacağı və yeni hüquqi-etik mübahisələrin yaranıb-yaranmayacağı gələcəkdə daha çox müzakirə ediləcək mövzulardan biri ola bilər.

  • Nazirliyə məxsus avtomobil 2000 manatla satışa çıxarılır

    4 noyabr tarixində bir neçə dövlət qurumuna məxsus avtomobillər hərraca çıxarılacaq.

    Satışa çıxarılan avtomobillər 2006-2014-cü illər arası istehsalıdır.

    Satışa çıxarılan nəqliyyat vasitələri arasında Hesablama Palatasına məxsus 2 ədəd “Toyota Camry minik” markalı avtomobil var. Bu avtomobillərin ilkin satış qiymətləri müvafiq olaraq 18 900 və 19 350 manat təşkil edir.

    Bundan başqa, Nazirlər Kabinetinin İşlər Müdirinə məxsus 3 avtomobil – “BMW 730LI minik” 9 900 manata, “Volkswagen Passat minik” 8 100 manata və “BMW 760LI” markalı avtomobil 10 800 manata satışa çıxarılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus “Chevrolet Niva 21230 L minik” markalı avtomobilin ilkin satış qiyməti isə 2 000 manatdır.

    Qeyd edək ki, Hesablama Palatasına və Nazirlər Kabinetinin İşlər Müdirinə məxsus avtomobillər artıq üçüncü dəfədir ki, 10 faiz endirimlə satışa çıxarılır.
    //valyuta.az

  • Həyət evi olanların nəzərinə: Sentyabrın 1-dən…

    Azərbaycanda sənədsiz tikintilərlə bağlı vəziyyətin tənzimlənməsi istiqamətində yeni addımlar atılır. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərə əsasən, bu ayın sonuna qədər sözügedən problemlə bağlı normativ hüquqi akt layihəsi və əlaqəli sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.
     
    Bununla yanaşı, əcnəbilərin mənzil mülkiyyətində torpaq hüquqlarının tənzimlənməsi və torpaq icarəsi mübahisələrinin məhkəmədənkənar həlli üçün arbitraj mexanizminin tətbiqi də gündəmdədir. Yeniliyin sentyabrın əvvəlindən qüvvəyə minəcəyi gözlənilir.
     
    Azərbaycanda texniki pasportu olan köhnə tikililərin qeydiyyatı prosesi sadələşdirilib. Lakin hələ də minlərlə vətəndaş bilmir ki, hansı şərtlərlə evinə rəsmi çıxarış ala bilər. Sovet dövründən miras qalmış torpaq sahələrində 35-40 il əvvəl tikilmiş evlər artıq qanunla tanınacaq və faktiki ölçülərə uyğun çıxarış veriləcək. Bu proses ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrində həyata keçirilir. Amma burada bir incə məqam var: bu güzəşt yalnız arxiv sənədi olan evlərə şamil edilir. 1995-ci ildən sonra, bələdiyyələrdən sadəcə kağız qəbzlə torpaq alan və hər hansı arxiv sənədi olmayan evlər isə hələ də hüquqi baxımdan “görünməzdir”. Abşeron yarımadasında təxminən yarım milyon belə ev mövcuddur. Bu evlərdə yaşayan ailələr illərlə sənədsiz qalıb, daşınmaz əmlak bazarına çıxışdan məhrum olub, ipoteka və rəsmi satış imkanlarından istifadə edə bilmirlər. Mütəxəssislər hesab edirlər ki, bu problemin həlli gecikir.
     
    Görəsən, yeni normativ akt özbaşına tikintilər probleminin həlli və mülkiyyət hüquqlarının qorunmasında real dönüş yarada biləcəkmi?
     
    Sfera.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycanda sənədsiz tikintilərlə bağlı uzun illərdir mövcud olan problemlərin həlli istiqamətində yeni addımların atılması, xüsusən də Dünya Bankı Qrupunun ”Business Ready” hesabatının 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlər çərçivəsində normativ hüquqi akt layihəsinin hazırlanması prosesi davam etdirilir və bu hesabat hər il üçün ayrıca olaraq tərtib olunur. Hesabat çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, biznes fəaliyyəti üçün icazələrin verilməsi, fərdi və hüquqi şəxslərin həyata keçirdiyi fəaliyyətlərin dövlət tərəfindən tənzimlənməsi kimi bir çox istiqamətlər nəzərdə tutulur.
     
    Bu prosesdə Prezident Administrasiyası, Əmlak Məsələləri üzrə müvafiq qurumlar, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, ticarət qeydiyyatı ilə bağlı dövlət qurumları, həmçinin ictimai fəallar və sahibkarlar da fəal şəkildə iştirak edirlər.
     
    Mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınması daşınmaz əmlak bazarının sağlam inkişafı üçün əsas şərtdir. Texniki pasportu olan köhnə tikililərin sadələşdirilmiş qaydada qeydiyyata alınması artıq yüzlərlə ailəyə rəsmi çıxarış əldə etmək imkanı yaradıb. Abşeron yarımadasında təxminən yarım milyon belə evin olması daşınmaz əmlak bazarında böyük “kölgə seqmenti” formalaşdırır və bu, ipoteka kreditləri, rəsmi satışlar və investisiya axını baxımından ciddi məhdudiyyət yaradır. Yeni hazırlanacaq normativ akt bu boşluğu aradan qaldırarsa, daşınmaz əmlakın kadastr qeydiyyatına və rəsmi bazara inteqrasiyasına şərait yaradacaq. Bu isə həm dövlət büdcəsinə əlavə vergi gəlirləri, həm də vətəndaşlar üçün maliyyə resurslarına çıxış imkanı deməkdir”.
     
    Günay İsmayılqızı qeyd edib ki, Prezidentin 2015-ci il tarixli, 439 nömrəli fərmanına edilən dəyişikliklər də bu prosesə əlavə imkanlar yaradıb: “Həmin fərman çərçivəsində 2004-cü ilə qədər mövcud qanunvericiliyə əsasən verilmiş ilkin qeydiyyat sənədlərinin də qəbul edilməsi nəzərdə tutulur. Hazırda hazırlanmaqda olan normativ-hüquqi aktın sentyabr ayının sonuna qədər təqdim edilməsi planlaşdırılır. Bu sənəd xüsusilə hüquqi statusu tam dəqiqləşdirilməmiş torpaq sahələrində yerləşən, uzun illərdir yaşayış üçün istifadə olunan və texniki pasportu mövcud olan tikililərin rəsmi qeydiyyata alınmasını təmin edəcək. Bununla yanaşı, dövlət arxivlərində mövcud olan sənədlər, habelə əvvəlki inventar bürolar və digər müvafiq qurumlar tərəfindən verilmiş sənədlər də nəzərə alınacaq. Qeyd olunan sənədlərin əksəriyyəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olduğu üçün bu prosesdə onların da rəsmiləşdirilməsi həyata keçiriləcək.
     
    Ümumilikdə, qəbul ediləcək yeni qanun ölkə üzrə 400 minə yaxın özbaşına tikilinin rəsmi sənədləşdirilməsinə mühüm töhfə verəcək və uzun illərdir davam edən bu problemi əhəmiyyətli dərəcədə həll edəcək.
     
    Azərbaycan Qiymətləndiricilər Palatası olaraq hesab edirik ki, yeni normativ akt yalnız sovet dövründən qalma tikililəri deyil, həm də sonradan bələdiyyə torpaqlarında sənədsiz tikilmiş evləri də əhatə etməlidir. Mülkiyyət hüquqlarının tam tanınması ipoteka bazarının genişlənməsinə və vətəndaşların sosial rifahına birbaşa təsir göstərəcək. Şəffaf mexanizmlər yaradılmalıdır ki, nə vətəndaş, nə də bazar iştirakçıları əlavə inzibati maneələrlə üzləşməsin. İnstitusional koordinasiya vacibdir: ASAN Xidmət, Əmlak Məsələləri Dövlət Xidməti və yerli bələdiyyələr vahid platforma üzərindən fəaliyyət göstərməlidirlər”.

  • Milyardlarla izlənən “Gangnam Style” ifaçısı barəsində istintaq başladı

    Seul polisi məşhur koreyalı müğənni PSY (əsl adı Park Jae Sang) haqqında tibbi qanunları pozmaqda şübhəli bilinərək istintaqa başlayıb.

    PSY psixotrop dərmanlar üçün resept almaqda şübhəli bilinir. Belə ki, müğənni həkimə şəxsən getmədən vasitəçilər vasitəsilə reseptlə yazılan psixotrop dərmanları qanunsuz almaqda ittiham olunur.
     
    İndi hüquq-mühafizə orqanlarının əməkdaşları ulduz və universitet klinikalarından birində həkimlə bağlı araşdırma aparır. Hər iki şəxs reseptlə satılan dərmanların verilməsi prosedurunu pozmaqda ittiham olunur.
     
    İş materiallarına görə, PSY 2022-ci ildən son dövrlərə qədər olan müddətdə həkimlə şəxsi məsləhətləşmədən psixotrop dərmanlar üçün reseptlər əldə etməkdə şübhəli bilinir. Bundan başqa, müğənninin menecerinə və başqalarına onun adından narkotik almağı tapşırdığı iddia edilir.
     
    Bu cür qanun pozuntuları barədə anonim məlumat daxil olduqdan sonra araşdırmalara başlanılıb. Polis universitetin klinikasında axtarış aparıb və müvafiq tibbi sənədləri götürüb. Qeyd edək ki, mövcud qanunvericilik reseptlərin vasitəçilər vasitəsilə verilməsini qəti şəkildə qadağan edir.
    Onu da qeyd edək ki, PSY 2012-ci ildə meqahit “Gangnam Style” buraxıldıqdan sonra dünya ulduzu olub.
     
    Sənətçiyə verilən dərmanlar yuxu pozğunluğunu, narahatlıq və depressiyanı müalicə etmək üçün istifadə olunan psixotrop dərmanlar kimi təsnif edilir. Bu dərmanların asılılıq riski yüksəkdir, buna görə də onların resepti həkim tərəfindən məcburi şəxsi müayinə tələb edir.

    Reseptləri verən həkim isə ittihamları qəti şəkildə rədd edir. Həkim uzaqdan müalicə etdiyini iddia edir.

    “Bu, üçüncü şəxslər vasitəsilə reseptlə verilən yuxu dərmanlarının alınması ilə bağlı bizim tərəfimizdən aşkar səhv və nöqsanlıq idi. Psiyə xroniki yuxu pozğunluğu diaqnozu qoyulub və həkim təyin etdiyi kimi yuxu həbləri qəbul edir. Lakin vasitəçilər vasitəsilə heç bir resept olmayıb, bəzi hallarda dərmanları üçüncü şəxslər onun adından götürüblər”- deyə sənətçinin nümayəndələri bildiriblər.
     
    İstintaq davam edir. Mümkün sanksiyalarla bağlı yekun qərar hələ verilməyib.
     
    PSY Cənubi Koreyalı müğənni, reper, prodüser, bəstəkar və şoumendir. 31 dekabr 1977-ci ildə Seulda (Cənubi Koreya) anadan olub. O, 2012-ci ildə musiqi sənayesini alt-üst edən və “K-pop”u qlobal miqyasda əsas istiqamətə çevirən meqahit “Gangnam Style”ın buraxılmasından sonra dünya ulduzuna çevrilib.
    //sfera.az

  • Vəfat edən şəxsin kreditini kim ödəməlidir? – AÇIQLAMA

    Vəfat edən şəxsin bank borcunun taleyi ilə bağlı suallar cəmiyyətdə tez-tez müzakirə olunur.
     
    İnsanların ən çox maraqlandığı məqam isə borcun ailə üzvlərinə keçib-keçməməsi və bu məsələdə qanunvericiliyin necə tənzimləməsidir.
     
    Hüquqşünas Elcan Həsənli bu məsələ ilə bağlı Metbuat.az-a açıqlama verib. O qeyd edib ki, vəfat edən şəxsin borcu avtomatik olaraq ailə üzvlərinə keçmir.
     
    Yalnız miras qəbul edilərsə, həm aktivlər (mülk, pul vəsaiti), həm də passivlər (borclar) mirasçılara keçir:
     
    “Əgər mirasçılar mirası qəbul etməzsə, onlar borcu ödəmək öhdəliyindən azad olunurlar. Bəzi hallarda kredit müqaviləsində sığorta nəzərdə tutulur. Bu halda borcun ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilir”.

    Elcan Həsənlinin sözlərinə görə, miras qəbul etməzdən əvvəl vətəndaşlar həm aktivlərin, həm də passivlərin hüquqi vəziyyətini dəqiq öyrənməlidirlər.
     
    Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələ qanunvericilikdə “Mülki Məcəllə”nin müddəaları ilə tənzimlənir və bəzən mübahisələrə səbəb olur.

    Onun sözlərinə görə, Mülki Məcəlləyə əsasən, kredit götürən şəxs dünyasını dəyişərsə, həmin borc onun mülkiyyəti hesabına ödənilməlidir. Lakin vətəndaşın adına heç bir mülk olmadığı halda məsuliyyət zaminin üzərinə keçir. Ə. Həsənov əlavə edib ki, bu zaman bankların zaminlərə müəyyən faiz güzəştləri etməsi mühüm məqamdır:
     
    “Zamin mütləq şəkildə kredit faizinin bağışlanmasına dair bankdan yazılı sənəd almalıdır. Bu, gələcəkdə yarana biləcək hüquqi mübahisələrin də qarşısını alacaq”.

  • В Гяндже задержали подозреваемого в нанесении ножевых ранений 31-летнему мужчине

    В Гяндже задержали подозреваемого в нанесении ножевых ранений 31-летнему мужчине.

    Об этом сообщили в региональной группе пресс-службы МВД.

    Согласно информации, в результате мероприятий, проведенных сотрудниками Гянджинского городского главного управления полиции, был задержан 29-летний Намиг Алиев, подозреваемый в нанесении ранений колюще-режущим предметом местному жителю Р. Шахбазову.

    По факту начато расследование.

  • Gəncədə 31 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

    Gəncədə həmyerlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini R. Şahbazova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı Namik Əliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qarabağ”ın rəqibləri müəyyən olundu

    UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan “Qarabağ”ın rəqibləri bəlli olub.

    Yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılıb.

    Liqa mərhələsində “Qarabağ”ın səkkiz rəqibi olacaq. Bunlar “Çelsi” (evdə), “Liverpul” (səfərdə), “Ayntraxt” (evdə) “Benfika” (səfərdə), “Ayaks” (evdə), “Napoli” (səfərdə), “Kopenhagen” (evdə) və “Atletik Bilbao” (səfərdə) klublarıdır.

    Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

    Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

  • Израиль атаковал Сану во время обращения лидера хуситов

    Израильские военные нанесли удар по йеменской столице Сане, которая находится под контролем хуситов из мятежного движения “Ансар Аллах”.

    Об этом сообщил принадлежащий повстанцам телеканал Al Masirah.

    Информация об ударе по Сане поступила в момент трансляции в эфире канала еженедельного обращения лидера “Ансар Аллах” Абдель Малека аль-Хуси. По сведениям канала Al Yemen, в городе произошло несколько взрывов.

    Согласно утверждению Al Yemen, Израиль нанес по меньшей мере 10 ударов по целям в Сане. Обстрелам также подверглись объекты в провинциях Амран и Хаджа. Информация о жертвах или пострадавших пока не поступала.

    Ранее пресс-служба Армии обороны Израиля сообщила, что военные перехватили второй за день беспилотник, запущенный с территории Йемена. Аппарат был перехвачен до пересечения израильской границы.