Month: August 2025

  • İsrail Sənanı husi liderinin müraciəti zamanı bombaladı

    İsrail hərbçiləri “Ənsar Allah” üsyançı hərəkatının nəzarətində olan Yəmənin paytaxtı Səna şəhərinə zərbələr endiriblər.

    Bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

    Hücum kanalda “Ənsar Allah”ın lideri Əbdülməlik əl-Husinin həftəlik müraciətinin yayımı zamanı baş verib.

    Məlumata görə, şəhərdə bir neçə partlayış olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

  • Впервые семьи пропавших без вести из Азербайджана были приняты в ООН

    Представители Общественного объединения “Семьи пропавших без вести Карабаха” 28 августа провели встречу в Женеве с Секретариатом комитета по насильственным исчезновениям (CED – Committee on Enforced Disappearances) Управления Верховного комиссара ООН по правам человека.

    Как сообщает Report, на встрече председатель Объединения Кёнюль Бехбудова отметила, что в результате военной агрессии Армении против Азербайджана без вести пропали 3 990 граждан, из которых 6 человек исчезли во время 44-дневной войны 2020 года. Среди пропавших – 71 ребенок, 284 женщины и 316 пожилых людей.

    Она также обратилась к ООН и Международному Комитету Красного Креста (МККК) с призывом активизировать усилия для установления судьбы пропавших без вести граждан Азербайджана и потребовать от Армении предоставить соответствующую информацию.

    “Более 30 лет Армения не раскрывает данные о пропавших без вести. В августе 2023 года мы направили обращения Генсеку ООН, руководителям Генассамблеи и Совета по правам человека, Верховному комиссару по правам человека с просьбой снова потребовать от Армении предоставить информацию о судьбе наших граждан и места массовых захоронений. Ответа мы так и не получили. Требования международного гуманитарного права и Женевских конвенций однозначно закрепляют право семей пропавших без вести знать судьбу своих близких. Мы настаиваем на том, чтобы это право было соблюдено”, – подчеркнула Бехбудова.

    Бехбудова также сообщила, что ее отец скончался за день до этой встречи, так и не дождавшись вестей о сыне, пропавшем в Зангилане в 1992 году. “Я покинула церемонию его похорон, чтобы прийти сюда и попросить помощи в установлении судьбы моего брата. Это было самое большое желание моего отца. Как и тысячи других семей, он ждал новостей до последнего дня”, – рассказала она.

    На встрече также выступили матери, супруги и близкие других пропавших без вести – Эльмира Дадашова, Махуру Шахин, Фарида Джаббарова, Рейхан Джаниева, Парвана Мамедова и другие. Они отметили, что в Армении до сих пор никто не понес ответственности за военные преступления против азербайджанцев, а виновные в разные годы представлялись как “герои”.

    Члены семей напомнили, что за последние пять лет на освобожденных территориях было выявлено 28 массовых захоронений, что свидетельствует о массовых убийствах, бесчеловечном обращении и попытках скрыть следы преступлений. В Первой Карабахской войне целые семьи исчезали бесследно – только в 61 семье пропало от 2 до 7 человек, и до сих пор неизвестно, что с ними случилось.

    Участники встречи потребовали, чтобы Армения предоставила карты массовых захоронений. При этом они выразили сомнения в том, что МККК сможет сообщить новости о судьбе их близких.

    Семьи пропавших также указали на необходимость создания института специального докладчика ООН по делам пропавших без вести.

    Представители Секретариатом комитета по насильственным исчезновениям УВКПЧ ООН Габриэла Гузман и Альбан Профетт Палласко заявили, что все обращения и обсуждения внесены в протокол.

    Отметим, что это первый случай рассмотрения обращений Общественного объединения “Семьи пропавших без вести Карабаха” на уровне ООН.

  • Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilib

    2025-ci il avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR – The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED – Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib.

    “Report” xəbər verir ki, görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü, onlardan 6 nəfərinin 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşdüyünü diqqətə çatdırıb. Onların içərisində 71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs olub. O, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Azərbaycanda itkin ailələrini sıralarında birləşdirdiyini qeyd edərək, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün səyləri artırmasının vacibliyini bildirib, onları itkin düşmüş Azərbaycan vətəndaşları barədə məlumatları təqdim etməsi üçün Ermənistana çağırış etməyə səsləyib: “30 ildən çoxdur ki, Ermənistan bu barədə heç bir məlumat vermir. Biz 2023-cü ilin avqustunda BMT-nin Baş katibinə, BMT Baş Assambleyasının prezidentinə, BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edərək yenə xahiş etdik ki, Ermənistana çağırış edilsin ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etsin. Bizə hələ cavab verilməyib. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Biz hüquqlarımıza hörmətlə yanaşılmasını istəyirik”.

    Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı Könül Behbudova 1 gün əvvəl atası vəfat etdiyi üçün bu toplantıya gəlməyin onun üçün çox çətin olduğunu da dilə gətirib: “Mənim atam 1992-ci ildə Zəngilanda itkin düşmüş oğlu Abbas Behbudovun həsrəti, nisgili, ağrısı ilə bu dünyadan köçdü. Mən onun hüzr mərasimini yarımçıq qoyaraq bura gəlmişəm ki, siz qardaşımın aqibəti barədə məlumat əldə etməkdə bizə köməklik edəsiniz. Bu, atamın ən böyük arzusu idi. Atam da minlərlə itkin ailəsinin illərdir gözləri yollarda qalan nümayəndələri kimi xəbər gözləyirdi”.

    Görüşdə itkin İlham Dadaşovun anası Elmira Dadaşova, itkin Şahin Əliyevin anası Mahuru Şahin, itkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, itkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova və “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin digər təmsilçiləri təəssüflə qeyd ediblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları düzəldirib.

    İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir. Xatırladılıb ki, bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.

    Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd ediblər.

    Görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.

    BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR – The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED – Committee on Enforced Disappearances) Katibliyinin nümayəndələri – Gabriela Guzman, Albane Prophette Pallasco görüşdəki müzakirələrdən müvafiq qeydlər götürdüklərini bildiriblər.

    Qeyd edək ki, bu, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin müraciətlərinə BMT səviyyəsində baxılmasına dair ilk haldır.

  • Türkiyənin iki vilayətində meşə yanır

    Türkiyənin Bursa vilayətində meşə yanır.

    Median.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Yenişehir rayonunda qeydə alınır.

    Yanğınla əlaqədər olaraq Bursa-Yenişehir yolu bağlanıb.

    Yanğına havadan və qurudan müdaxilə edilir.

    Eyni zamanda Amasya vilayətində də meşə yanır. Əraziyə təcili tibbi yardım əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Bir helikopter, 12 su maşını və 190 nəfərlik şəxsi heyətlə yanğına müdaxilə edilir.

    Yanğınların səbəbi məlum deyil.

  • Məktəblərdə yeni dərsliklər tədris olunacaq

    Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq.

    Bu barədə Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

    Xəbərdə bildirilir ki, ARTİ tərəfindən hazırlanan yeni dərsliklər ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli formalaşdırılması məqsədini daşıyır.

    2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni dərsliklər aşağıdakılardır:

    8-ci sinif – Kimya, Fizika, Biologiya (Azərbaycan və rus bölməsi üçün)

    7-ci sinif – Coğrafiya (Azərbaycan və rus bölməsi üçün)
    6-cı sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili)
    3-cü sinif – Həyat bilgisi (azərbaycan və rus bölməsi üçün)
    Yeni kurikulumlar əsasında yeni dərsliklərin hazırlanması prosesi bu il də davam edir.

    Yeni kurikulumlar əsasında hazırlanan aşağıdakı dərsliklər isə ilkin sınaq məqsədilə pilot siniflərdə istifadəyə veriləcək:

    9-cu sinif – Kimya, Fizika, Biologiya, Coğrafiya
    8-ci sinif – Coğrafiya, Riyaziyyat, Azərbaycan dili (tədris dili)
    7-ci sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili),
    4-cü sinif – Həyat bilgisi

    Məlumatda o da bildirilir ki, bu ildən etibarən tədrisi digər dillərdə aparılan 5-ci və 6-cı siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək.

  • Kirayə mənzil bazarında vəziyyət necədir?

    Ali məktəblərdə tədrisin başlamasına və tələbələrin rayonlardan paytaxta axın etməsinə az müddət qalıb. Tələbələrin kirayə mənzil tapmaq üçün Bakıya gəlməyə başladığı müşahidə olunur.

    Bəs kirayə mənzil bazarında vəziyyət necədir?

    Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son illər əmlak bazarında, xüsusilə Bakıda əmlak bazarında satış qiymətlərində baş verən artımlar kirayə qiymətlərinə də öz təsirini göstərir:

    “Bir əmlakın kirayə qiyməti onun satış qiymətinin 0.5%-i nisbətində ölçülür. Təqribən 10 il əvvəl Bakının mərkəz rayonlarında bir otaqlı evlərin satış qiyməti 60-65 min manat civarında idisə, hazırda bu rəqəm 90-110 min manat arası dəyişir. Onların qiyməti artdıqca kirayə haqları da artır. Həmçinin, otaq sayı artdıqca da kəskin artımlar müşahidə olunur. Digər tərəfdən, uzun müddətdir paytaxtda söküntü-bərpa işləri gedir.

    Paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində olan köhnə yaşayış massivlərinin sökülməsi artıq həmin ərazilərdə olan ucuz kirayə mənzillərin bazardan çıxmasına gətirib çıxarır. Söküntü prosesləri iki formada aparılır. Bəzi ərazilər dövlət ehtiyacı üçün alınır. Yəni orada parklar salınır, yollar tikilir. Həmin ərazilərdə artıq yaşayş binaları mövcud olmur. Digər ərazilərdə tikinti şirkətləri tərəfindən söküntü aparılır və yerində yeni tipli binalar inşa olunur. Bu zaman evləri sökülən vətəndaşlar özləri uzunmüddətli kirayə çıxmalı olurlar. Artıq paytaxt sakinləri özləri məcburən şəhərdəki mənzilləri uzunmüddətli kirayələməli olurlar. Nəticə etibarilə sökülən binalardakı evlər kirayə bazarından çıxır, yerində tikilən binalardakı mənzillərin qiyməti isə iki dəfəyə qədər baha olur”.

    E.Fərzəliyev qeyd edib ki, hazırda bir neçə ildir baş verən qiymət artımları səbəbindən tələbələrin əksəriyyəti Bakıətrafı ərazilərə üz tuturlar:

    “Bu zaman tələbələr günlərinin 2-3 saatını yola sərf edir, əlavə yol xərcləri yaranır. Bu problemdən çıxış yolu istifadə edilməyən tələbə yataqxanalarıdır. Əvvəllər bir çox tələbə yataqxanalarında məcburi köçkünlər yaşayırdı. Daha sonra onların əksəriyyəti evlə təmin olundu. Artıq onlar mərhələli şəkildə öz torpaqlarına köçürlər. Həmin yataqxanalar yaşayış üçün yararsız olsa da, torpaq sahələri var. Düşünürəm ki, köhnə yataqxanaları sökərək, çoxmərtəbəli, müasir yataqxanalar tikilərsə, bu, tələbələrin ev problemini aradan qaldırmış olar. Digər tərəfdən, həmin ali təhsil müəssisələri üçün də bu, külli miqdarda gəlir gətirər. Çünki yataqxanalar da ödənişlidir. Hər hansı ali təhsil müəssisələri istifadə edilməyən yataqxanaları söküb çoxmərtəbəli yataqxana inşa edərsə, 3-5 il ərzində qoyulan xərc tələbələrin ödənişləri ilə geri dönmüş olar”.

    Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Trend-ə bildirib ki, artıq kirayə mənzil bazarında canlanma başlayıb:

    “Çünki ali məktəblərə qəbul nəticələri açıqlanıb, xüsusilə də birinci kurs tələbələri ev axtarışına çıxırlar. Bu da minlərlə tələbənin bazara daxil olması deməkdir. Məlum olduğu kimi, kirayə mənzil bazarının 20%-ə qədərini tələbələr təşkil edir. Bu, artıq qiymətlərdə özünü göstərir, 50-100 manat artım müşahidə olunur. Birotaqlı evlər 400, ikiotaqlılar 500 manatdan, üçotaqlılar isə 700 manatdan başlayaraq təklif olunur. Keçən illərdə minimum kirayə qiymətləri 300 manat idisə, bu il 400 manata çatmaqdadır. Köhnə mənzil bazarında qiymətlər qeyd etdiyim kimi təklif olunur”.

    Ekspert vurğulayıb ki, yeni tikililərdə qiymətlər daha bahadır:

    “Belə tikililərdə kirayə qiymətləri hər kvadratmetrə görə 8 manatdan başlayır. Əsasən, axtarılan evlər isə 100 kvadratmetrə qədər olanlardır. Daha böyük evlərə isə nadir hallarda müraciət olunur. Əraziyə görə ən baha qiymətlər metrostansiyaların yaxınlığında yerləşənlərdir. Ən baha qiymətlər ənənəvi olaraq Nərimanov, Nəsimi, Səbail rayonunun bir hissəsi və Yasamal rayonunun “Elmlər Akademiyası” ətrafında olan evlərə aiddir. Əvvəllər “Əhmədli”, “Həzi Aslanov” istiqamətində qiymətlər bir qədər ucuz idi. Amma müşahidələrimiz göstərir ki, həmin ərazilərdə də kirayə qiymətləri artmağa başlayıb. Orada da metro yaxınlığında 1 otaqlı mənzillər 400-450 manata təklif olunur. Bir qədər kənarda isə qiymətlər 10-20% daha aşağıdır”.

    “Nərimanovda metroya yaxın ərazidə qiymətlər 500 manatdan başlayır. “Neftçilər”, “Qara Qarayev”, “Əhmədli” və “Xalqlar dostluğu” istiqamətində isə qiymətlər 400 manatdan başlayır. Qiymətlər indi belə təklif olunur. Amma bu səbəblərə görə evləri əvvəlki illərdə kirayələyərək saxlayanlar var. Artıq biz bir neçə ildir müşahidə edirik ki, artıq əvvəlki kimi, tələbələr yay tətilində rayonlara gedib, sonra gələrək yenidən ev axtarmırlar. Bu səbəbdən evlər yay aylarında çox boşalmır.

    Qiymətlərin stabil qalmasına səbəblərdən biri də budur. Baxmayaraq ki, kirayə mənzil bazarının 20%-ni tələbələr təşkil edir, onlardan boşalan evlərin sayı çox az olur. Təxminən 5%-ə qədər evlər boşalır. Şəhərin bir neçə istiqamətində fərdi yaşayış evləri də var ki, orada evlərin kirayə qiyməti 250-300 manatdan başlayır. Ən ucuz kateqoriyalı evlər həyət evləridir”, – R.Qasımzadə deyib.

  • “Zara”dan paltar oğurladı, məhkəmədə “ali təhsilliyəm” dedi

    Bakıda məşhur mağazalar şəbəkəsindən oğurluq edilib.

    1986-cı ildə Bakı şəhərində anadan olan, özünün dediyinə görə, ali təhsilli G.H. “Zara” geyim mağazasından 263 manat dəyərində paltar oğurlayıb.

    G.H. maddi vəziyətinin yaxşı olmaması səbəbilə oğurluq etdiyini, əməlindən peşman olduğunu bildirib.

    Məhkəmənin qərarı ilə G.H. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 3 ay müddətinə həbs edilib.
    //qaynar.az

  • Labubunun yaradıcısı 38 yaşında dünyanın ən varlı 100 adamı sırasına daxil oldu

    Labubu kuklalarının yaradıcısı Vanq Ninq 38 yaşında planetin ən zəngin 100 adamı sırasına daxil olub.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

    Onun aktivlərinin ümumi məbləğinin 26,5 milyard dollar olduğu bildirilir. Ninq siyahıda “Lukoil”in səhmdarı Vahid Ələkbərov və “PayPal”ın təsisçisi Peter Tieli geridə qoyub. Cəmi bir il ərzində labubunun yaradıcısının sərvəti 20 milyard dollar artıb.

    Bundan əvvəl “Pop Mart” şirkəti labubu kuklalarının mini versiyalarını buraxdığını elan etmişdi. Şirkət özünün ən məşhur labubu kuklalarının mini versiyalarını satışa çıxardığını elan etdikdən sonra birjada səhmləri bahalaşıb. Baş direktor bildirib ki, yeni mini-labubu telefonlar üçün aksesuarlar formatında hazırlanacaq.

  • Bu idarə Bərdədən Xankəndiyə köçürülür

    Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 12 avqust 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

    Dəyişikliyə əsasən, övlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür.

    Onun fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək.

    Nazirlər Kabineti və Dövlət Komitəsi fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • Azərbaycanlı qadına Rusiyada 5 il həbs cəzası verildi – Casusluq ittihamı

    Rusiyada Azərbaycan əsilli qadın məhkəmə hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Musavat.com xəbər verir ki, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, 1970-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı olan həmin qadın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda təqsirli bilinib.

    Rəsmi açıqlamaya əsasən, qadının fəaliyyəti dövlət təhlükəsizliyinə zidd qiymətləndirilib və o, koloniyaya göndərilib.