Month: August 2025

  • Paytaxtda motosiklet və skuter oğurlayan 6 nəfər saxlanılıb

    Bakının Nizami rayonunda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

    Bundan başqa, vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan daha 4 şəxs də tutulub.

    Faktlarla bağlı araşdırma aparılır.

  • İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib

    Gəncə şəhər “İstanbul Genetics Klinika” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə “Report”a Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Gəncə şəhər “İstanbul Genetics Klinika” MMC-də həkim mama-ginekoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda MMC və MMC-nin direktoru Seyfəddin Miriyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional Şöbəsinə göndərilib.

    Məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində və Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq qərarı ilə MMC-nin vəzifəli şəxsi 4500 manat məbləğində inzibati cərimə edilib.

  • Аллахшукюр Пашазаде примет участие в Межрелигиозном форуме G20

    Председатель Управления мусульман Кавказа (УМК) Шейхульислам Аллахшукюр Пашазаде 10 августа отправится в Кейптаун, столицу Южной Африки, для участия в Межрелигиозном форуме G20.

    Об этом распространила информацию пресс-служба УМК.

    Отмечено, что Межрелигиозный форум, проводимый в преддверии саммитов G20, является авторитетной постоянно действующей глобальной межрелигиозной платформой. Шейхульислам А.Пашазаде, который был участником мероприятий Межрелигиозного форума G20 в Болонье, Бали и Пуне, был приглашен на очередное мероприятие в Южно-Африканской Республике президентом Межрелигиозного форума G20 Колом Дурхамом.

    Тема Кейптаунского форума, который пройдет с 10 по 14 августа, – “Вера в действии”. Председатель УМК Шейхульислам А.Пашазаде, который выступит на открытии пленарного заседания форума, также примет участие в различных культурных программах в рамках мероприятия, запланированы встречи с участниками форума и официальными лицами.

    Азербайджан на Межрелигиозном форуме G20 также будут представлять депутаты Милли Меджлиса Азербайджана, а также исполнительный директор Бакинского международного центра мультикультурализма Раван Гасанов.

  • Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcək

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 10-da G20 Dinlərarası Forumunda iştirak etmək üçün Cənubi Afrikanın paytaxtı Keyptaun şəhərinə səfərə gedəcək.

    Bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. G20 Dinlərarası Forumun Bolonya, Bali, Punada keçirilən tədbirlərinin iştirakçısı olmuş Şeyxülislam A.Paşazadə Cənubi Afrika Respublikasındadı növbəti tədbirə G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət olunub.

    10-14 avqust tarixlərində baş tutacaq Keyptaun Forumunun mövzusu “İman fəaliyyətdə”dir. Forumun açılış plenar iclasında çıxış edəcək QMİ sədri Şeyxülislam A.Paşazadənin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.

    Azərbaycanı G20 Dinlərarası Forumda, həmçinin, Azərbaycan Milli Məclisinin deputatları, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edəcəklər.

  • Азербайджан инвестирует $20 млн в строительство курорта в Казахстане

    На побережье озера Алаколь планируется строительство туристического лечебно-оздоровительного комплекса. Инвестором проекта выступит Азербайджан.

    Вопрос реализации проекта обсуждали аким области Абай Берик Уали и Чрезвычайный и Полномочный Посол Казахстана в Азербайджане Алим Байель, сообщает Exclusive.kz.

    Во встрече также приняли участие заместитель председателя Азербайджано-Казахстанского делового совета, председатель правления Ассоциации тюркских предпринимателей Аслан Кунияров, представители Азербайджанского инвестиционного холдинга и Фонда развития бизнеса Азербайджана.

    Азербайджанская делегация представила инвестиционный проект стоимостью около $20 млн. Планируется создание круглогодичного туристического комплекса на 800 мест, который обеспечит около 200 рабочих мест.

    По словам участников встречи, новый объект увеличит туристический поток, повысит налоговые поступления в бюджет и создаст условия для формирования кластера на стыке медицины и отдыха.

    Алим Байель отметил, что отношения между Азербайджаном и Казахстаном вышли на новый уровень.

    «В 2024 году мы создали совместный инвестиционный фонд Казахстана и Азербайджана. Если проект на Алаколе будет реализован, он может стать одним из первых в рамках этого фонда», — цитирует Байеля издание «Вести Кавказа».

    Берик Уали сообщил, что разрабатывается генеральный план туристической зоны Алаколь. Под строительство курорта будет выделен участок, а региональные власти окажут поддержку в реализации проекта.

  • Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır

    Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması məqsədilə kompleks tədqiqatlara başlanılıb.

    Median.Az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, tədqiqatlar qurumun təşəbbüsü, Bakı Dövlət Universiteti və FAO-nun dəstəyi, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin, “Letgen Biotechnology” və “Bayramlı Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

    Qarabağ və Dilbaz at cinslərinin genom miqyasında tədqiqinə dair genişmiqyaslı layihənin əsas məqsədi bu iki milli at cinsinin genetik irsinin qorunması, onların genom miqyasında struktur və funksional variasiyalarının identifikasiyası, marker-assosiativ seleksiya sistemlərinin qurulması və genetik resursların uzunmüddətli elmi əsaslarla qorunmasıdır. Layihənin ilkin fazasında yerli ekspertlər və Türkiyədən dəvət edilmiş ekspertlər müxtəlif atçılıq təsərrüfatlarından qan və tük nümunələri götürüb, fenotip qiymətləndirmə aparıb.

    Götürülmüş nümunələrin analizi ilə layihənin yekun hədəfləri Qarabağ və Dilbaz atlarının ilk dəfə tam genomik xəritəsinin hazırlanması, Seçmə və damazlıq işlərində marker-assisted selection (MAS) sistemlərinin tətbiqi, Genotip-fenotip assosiasiyalarına əsaslanan seleksiya səmərəliliyinin yüksəldilməsi, Genetik məlumatların elektron baza (genobank) formasında qorunması və Tədqiqat nəticələrinin qlobal elmi bazalara (NCBI və s.) inteqrasiyası olaraq müəyyən edilib.

    Layihənin nəticələri ilə bağlı elmi iş və məqalələrin hazırlanaraq reytinqli elmi jurnallarda çapı, həmçinin nəticələrin mühüm genetik məlumatlar elektron verilənlər bazasında yerləşdirilməsi həyata keçiriləcək və seleksiya-damazlıq proqramları təkmilləşdiriləcəkdir.

    Layihə təkcə elmi araşdırmalar baxımından deyil, həm də Qarabağ və Dilbaz atlarının genetik irsininqorunması baxımından strateji əhəmiyyət daşıyır.

  • Управление образования: Температура в помещениях в детсадах поддерживается в соответствии с нормами

    В детских садах города Баку в случае превышения температурной нормы сотрудники регулярно проветривают помещения.

    Об этом в ответ на запрос Report сообщили в Управлении образования города Баку, комментируя жалобы родителей на отсутствие систем охлаждения и вентиляции в ряде детских садов столицы в жаркие дни.

    Отмечено, что в дошкольных образовательных учреждениях температура в помещениях поддерживается в соответствии с нормами, а также требованиями законодательства.

    “При необходимости в уполномоченный орган направляется обращение для рассмотрения вопроса об оснащении помещений дополнительным оборудованием”, – заявили в управлении.

  • BŞTİ: Uşaq bağçalarında otaqların temperaturu qanunvericiliyin tələblərinə uyğun həddə saxlanılır

    Temperaturun normadan artıq olduğu hallarda uçaq bağçalarılnda otaqların havalandırılması işçi heyət tərəfindən müntəzəm həyata keçirilir.

    Bu barədə Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) isti hava şəraitinin müşahidə edildiyi günlərdə paytaxtdakı bir sıra uşaq bağçalarında soyutma və havalandırma sisteminin olmamasına dair valideynlərin şikayətləri ilə əlaqədar bildirilib.

    Bəhs olunan məsələ ilə bağlı redaksiyaya müraciət edən valideynlər Bakıda fəaliyyət göstərən bəzi uşaq bağçalarında soyutma sistemlərinin olmaması səbəbindən uşaqların istidən əziyyət çəkdiklərini bildiriblər:

    “Hər axşam uşaqları bağçadan götürəndə onların qan-tər içində olduqlarını görürük. Necə olur, bağça müdirlərinin kabinetində kondisioner var, amma uşaqlar olan otaqda yoxdur? Uşaqlar yazıq deyil?”

    BŞTİ-dən bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində əlverişli təlim mühitinin yaradılması məqsədilə otaqların temperaturu qanunvericiliyin tələblərinə uyğun olaraq normada saxlanılır.

    “Zərurət olduqda otaqların əlavə avadanlıqlarla təchiz edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə müraciət ünvanlanır”, – İdarədən qeyd edilib.

  • İngiltərə klubu 21 yaşlı futbolçusuna 120 milyon avro qiymət təyin edib

    İngiltərənin “Brayton” klubu yarımmüdafiəçisi Karlos Balebanın transfer qiymətini 120 milyon avro təyin edib.

    21 yaşlı kamerunlu futbolçu Premeyer Liqanın digər təmsilçiləri “Mançester Yunayted” və “Mançester Siti”nin maraq dairəsindədir.

    Yarımmüdafiəçinin isə ən azı növbəti mövsümün sonuna qədər “Brayton”da qalmaq istədiyi bildirilib.

    Qeyd edək ki, K.Baleba 2024/2025 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 40 matçda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

    “Transfermarkt” oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.
    //report

  • В Азербайджане имущество четырех закрытых банков будет выставлено на аукцион

    В Бакинском аукционном центре 13 августа состоятся аукционы по продаже имущества ликвидированных Zamin Bank, Texnika Bank, Günay Bank и Dəmir Bank.

    Об этом информирует Фонд страхования вкладов – ликвидатор указанных банков.

    На торги будут выставлены три нежилых помещения в Ясамальском районе Баку, ранее принадлежавшие Zamin Bank: площадью 80,3 кв. м, 143,4 кв. м и 216,3 кв. м, стоимостью соответственно 190 тыс., 326 тыс. и 491 тыс. манатов. Кроме того, на продажу будет выставлена квартира площадью 71,69 кв. м за 115 420 манатов.

    Также планируется продажа нежилого помещения Texnika Bank площадью 111,5 кв. м за 245 тыс. манатов в Хатаинском районе, нежилое помещение Günay Bank площадью 270,6 кв. м за 800 тыс. манатов в Наримановском районе, а также нежилое помещения Dəmir Bank площадью 126,5 кв. м стоимостью 260 тыс. манатов в городе Сумгайыт.

    Аукционы организуются в рамках реализации активов ликвидируемых банков.