Month: August 2025

  • Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır

    Avqustun 13-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Zamin Bank”, “Texnika Bank”, “Günay Bank” və “Dəmi Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Məlumata görə, söhbət “Zamin Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv.metrlik, dəyəri 326 min manat olan 143,4 kv.metrlik və dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahələrindən, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 83 ünvanındakı dəyəri 115,420 manat olan 71,69 kv.metrlik mənzildən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvandakı dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Günay Bank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanındakı dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsindən və “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki istifadədə olan, dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

  • В Физули вынесли приговор мужчине за убийство бывшей жены на рабочем месте

    Завершился судебный процесс по делу Эльсевара Багирова, обвиняемого в убийстве своей бывшей жены Дильбар Намазовой во дворе больницы в Физулинском районе.

    Как сообщает Report, приговор оглашен в Лянкяранском суде по тяжким преступлениям под председательством судьи Айшан Велиевой.

    Согласно приговору, он оправдан по статье 221.1 (хулиганство) УК и признан виновным по статье 120.2.2 (умышленное убийство, совершенное из хулиганских побуждений) УК. Багиров приговорен к 18 годам лишения свободы и будет отбывать наказание в исправительном учреждении строгого режима.

    Отметим, что инцидент произошел 12 ноября 2024 года во дворе Центральной больницы Физулинского района в селе Бёюк Бахманлы.

    Согласно обвинению, Эльсевар Багиров во дворе больницы поджидал свою бывшую жену Дильбар Намазову, работавшую лаборантом. На выходе с работы он нанес ей телесные повреждения топором. Намазова скончалась 16 ноября 2024 года в больнице в Баку, где проходила лечение.

  • Füzulidə keçmiş həyat yoldaşını iş yerində qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

    Füzulidə xəstəxananın həyətində keçmiş həyat yoldaşı Dilbər Namazovanı qətlə yetirməkdə təqsirləndirilən Elsevər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    “Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə bəraət verilib. Elsevər Bağırov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib.

    O, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, hadisə 2024-cü il noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasının rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən binasının həyətində baş verib.

    İttihama görə, Elsevər Bağırov Füzuli Rayon Mərkəzi Xəstəxanasının rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən binasının həyətinə gələrək xəstəxananın Laboratoriya şöbəsində laborant işləyən keçmiş həyat yoldaşı Dilbər Namazovanın işdən çıxmasını gözləyib.

    E.Bağırov keçmiş həyat yoldaşı işdən çıxan zaman ona balta ilə xəsarətlər yetirməkdə təqsirləndirilib.

    Dilbər Namazova 2024-cü ilin noyabr ayının 16-da Bakıda müalicə aldığı xəstəxanada vəfat edib.

  • Министр обороны Японии Хэн Накатани планирует посетить Южную Корею в начале сентября

    Министр обороны Японии Хэн Накатани планирует посетить Южную Корею в начале сентября.

    Как сообщает Median.Az со ссылкой на Yonhap, об этом он сообщил своему южнокорейскому коллеге Ану Гюбэку во время онлайн-встречи.

    В ходе переговоров японский министр сообщил о намерении совершить визит в Сеул. Если поездка подтвердится, это будет первый официальный визит министра обороны Японии в Южную Корею с 2015 года.

    Отметим, что Накатани планировал посетить Сеул в декабре прошлого года, однако из-за обострения внутренней ситуации в стране визит не состоялся.

  • Yaponiyanın müdafiə naziri 10 il sonra ilk dəfə Cənubi Koreyaya səfər edə bilər

    Yaponiyanın müdafiə naziri Hen Nakatani sentyabrın əvvəlində Cənubi Koreyaya səfər etməyi planlaşdırır.

    H. Nakatani bu barədə cənubi koreyalı həmkarı An Qyu-bək ilə keçirdiyi onlayn görüşdə məlumat verib.

    Danışıqlar zamanı yapon naziri Seula səfər etmək niyyətində olduğunu bildirib. Səfər təsdiqlənərsə, bu, Yaponiya müdafiə nazirinin 2015-ci ildən bəri Cənubi Koreyaya ilk rəsmi ziyarəti olacaq.

    Qeyd edək ki, Nakatani ötən ilin dekabrında Seula səfər etməyi planlaşdırmışdı, lakin ölkə daxilində vəziyyətin gərginləşməsi səfərin baş tutmasına mane olmuşdu.

  • Казахстанские инженеры начали обследование дна Каспия для прокладки линии связи

    Казахстанские инженеры вышли в Каспий — они начали обследование морского дна, где пройдёт первая подводная линия связи между Казахстаном и Азербайджаном.

    Об этом сообщает агентство Kazinform со ссылкой на телеканал Jibek Joly.

    Из порта Баутино отправилось судно с оборудованием. На его борту — специалисты, которые изучают рельеф дна, состав грунта, выясняют, нет ли препятствий на будущем маршруте — от Актау до Сумгайыта.

    Аналогичные работы сейчас идут и с азербайджанской стороны.

    Напомним, что в рамках проекта “Транскаспийская волоконно-оптическая кабельная линия” между Сумгайытом (Азербайджан) и Актау (Казахстан) по дну Каспийского моря будет проложена волоконно-оптическая линия связи протяжённостью 380 км.

    С пропускной способностью 400 Тбит/с этот подводный коммуникационный кабель обеспечит передачу больших объёмов данных. Завершение строительных работ планируется до конца 2026 года.

    Исполнителями проекта являются азербайджанская компания AzerTelecom и казахстанская Kazakhtelecom. Технический контроль и консультационную поддержку обеспечивает американская компания Pioneer Consulting.

  • Qazaxıstan mühəndisləri də Xəzərin dibini tədqiq etməyə başlayıblar

    Qazaxıstan mühəndisləri bu ölkə ilə Azərbaycan arasında çəkiləcək ilk sualtı rabitə xəttinin keçəcəyi dəniz dibinin tədqiqatına başlayıblar.

    Bu barədə “Jibek Joly” telekanalı məlumat yayıb.

    Bildirilib ki, lazımi avadanlıqlarla təchiz olunmuş gəmi artıq Bautino limanından yola düşüb.

    Mühəndislər Sumqayıtla (Azərbaycan) Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel xətti üzrə maneələrin olub-olmadığını müəyyənləşdirəcəklər.

    Qeyd olunur ki, hazırda oxşar işlər Azərbaycan tərəfindən də aparılır.

    Xatırladaq ki, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə bu sualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Layihənin icraçıları Azərbaycanın “AzerTelecom” və Qazaxıstanın “Kazakhtelecom” şirkətləridir. Texniki nəzarət və məsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindən təmin edilir.

  • Число заказов Airbus сократилось в 29 раз

    Европейская авиастроительная корпорация Airbus в июле получила заказы на 7 самолетов, что в 29 раз меньше показателя июня в 207 самолетов.

    Это следует из данных на сайте компании.

    С начала года Airbus получил заказы на 501 самолет, но с учетом отмен этот показатель составил 405 самолетов.

    Поставки самолетов клиентам компании в июле выросли на 6,3% – до 67 единиц. С начала года было поставлено 373 самолета.

    Airbus – одно из крупнейших авиакосмических и оборонных предприятий мира. Состоит из подразделений Airbus SAS, которое занимается выпуском пассажирских самолетов, Airbus Defence and Space и Airbus Helicopters.

  • “Airbus” sifarişləri iyul ayında 29 dəfə azalıb

    Avropanın təyyarə istehsalçısı olan “Airbus” iyul ayında cəmi 7 təyyarə sifarişi alıb ki, bu da iyun ayında qəbul edilən 207 təyyarə sifarişi ilə müqayisədə 29 dəfə azdır.

    Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.

    İlin əvvəlindən etibarən “Airbus”dan ümumilikdə 501 təyyarə sifariş edilib, lakin ləğv olunan sifarişlər nəzərə alındıqda bu rəqəmin 405 olduğu qeyd edilir.

    Şirkətin müştərilərinə iyul ayında təyyarə təhvilləri 6,3 % artaraq 67 ədədə çatıb. İlin əvvəlindən isə 373 təyyarə təhvil verilib.

    Qeyd edək ki, “Airbus” dünyada ən böyük aviasiya, kosmik və müdafiə sənayesi şirkətlərindən biridir. Şirkətə sərnişin təyyarələri istehsal edən “Airbus SAS”, müdafiə və kosmik sahə üzrə fəaliyyət göstərən “Airbus Defence and Space”, həmçinin helikopter istehsalı ilə məşğul olan “Airbus Helicopters” bölmələri daxildir.

  • İlham Əliyev müharibəni qazandı, indi də sülhü qazanır – Prezidentin köməkçisi

    Prezident İlham Əliyev müharibəni qazandı, indi də sülhü qazanır.

    Bunu Prezident Administrasiyasının şöbə müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz “X” hesabında yazıb.