Month: August 2025

  • Соучастники нападения в “Крокусе” имели на вооружении гранаты для другого теракта

    Члены группировки “Вилаят Хорасан”, которые отвечали за поставку оружия участникам нападения на “Крокус сити холл”, имели на вооружении боевые гранаты для совершения другого преступления террористической направленности.

    Об этом сказано в материалах дела.

    “Умеджон Солиев, Шахромджон Гадоев и Зубайдулло Исмоилов, находясь на территории РФ, в период с 24 по 31 марта 2024 года, у неустановленных лиц, приобрели унифицированный запал ручной гранаты и гранату РГД-5 с обозначениями на корпусе “59-79Т”. Далее, в тот же период, Исмоилов З.А., действуя совместно с Солиевым У.А. и Гадоевым Ш.Н., выполняя указания организаторов террористической организации, находясь в арендованной квартире по адресу Каспийск, ул. Ленина, д. 24, кв. 122, незаконно изготовили, используя приобретенные компоненты, взрывное устройство”, – сказано в материалах дела.

    В документах, имеющихся в деле, отмечается, что осуществить новый теракт трое обвиняемых не смогли, так как были задержаны правоохранителями, которые изъяли гранату, запал и обезвредили взрывное устройство.

    Ранее сообщалось, что Солиев, Исмоилов и Гадоев, оборудовав тайник в автомобиле “Митсубиси”, поместили туда огнестрельное оружие и боеприпасы, после чего Гадоев направился на указанном автомобиле в Москву. Исполнители теракта в “Крокусе” Фаридуни Шамсидин и Мирзоев Далержон подобрали участок местности в лесном массиве на территории Московского региона, где и забрали это оружие.

  • Terror zəncirinin qırılmış halqası: “Crocus” faciəsinin ardınca ikinci hücum planı ifşa olundu

    “Vilayət Xorasan” qruplaşmasının “Crocus City Hall”da terror aktını törədən şəxsləri silahla təmin edən üzvləri başqa bir terror aktı planlaşdırmaq üçün döyüş qumbaraları əldə ediblər.

    Bu barədə istintaq materiallarında qeyd olunur.

    Sənədlərə əsasən, Umedjon Soliyev, Şahromdjon Qadoyev və Zubaydulla İsmailov 2024-cü ilin 24-31 mart tarixləri arasında, Rusiya ərazisində olarkən, kimliyi müəyyən olunmamış şəxslərdən “59-79T” işarəli “RQD-5” əl qumbarası və onun unifikasiya edilmiş fitilini əldə ediblər.

    Daha sonra həmin şəxslər terror təşkilatının rəhbərliyinin təlimatlarına əsasən, Dağıstanın Kaspiysk şəhərində, Lenin küçəsi, 24 ünvanında kirayələdikləri mənzildə bu komponentlərdən istifadə edərək qanunsuz partlayıcı qurğu hazırlayıblar.

    Ancaq onlar növbəti terror aktını həyata keçirməyə macal tapmayıblar. Hüquq-mühafizə orqanlarının vaxtında müdaxiləsi nəticəsində saxlanılıblar, qumbara və fitil müsadirə olunub, partlayıcı qurğu zərərsizləşdirilib.

    Xatırladaq ki, daha əvvəl yayılan məlumatlara görə, Soliyev, İsmailov və Qadoyev “Mitsubishi” markalı avtomobildə gizli yer düzəldərək oraya odlu silah və döyüş sursatı yerləşdiriblər. Daha sonra Qadoyev həmin avtomobillə Moskvaya gedib. “Crocus City Hall”da terror aktını həyata keçirən Fariduni Şamsuddin və Dalerjon Mirzoyev isə Moskva vilayətindəki meşəlik ərazidə bu silahları götürərək hücuma keçiblər.

    2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı – Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

  • На Солнце снова произошла сильная вспышка

    Вспышка предпоследнего класса мощности (М) зафиксирована на Солнце.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики (ФГБУ “ИПГ”).

    “8 августа в 06:53 мск (07:53 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4168 (N04W43) зарегистрирована вспышка M2.8 продолжительностью 32 минуты”, – говорится в сообщении.

    Всего в августе зафиксировано девять вспышек такой мощности, причем почти все вспышки произошли в одной группе пятен. Самая сильная из них – М4.4.

  • Günəşdə yeni partlayış baş verib

    Günəşdə sondan əvvəlki güc sinfinə (M) aid partlayış baş verib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Avqustun 8-də Moskva vaxtı ilə saat 6:53-də (Bakı vaxtı ilə 7:53 – red.) rentgen diapazonunda 4 168 (N04W43) günəş ləkələri qrupunda 32 dəqiqə davam edən M2.8 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Ümumilikdə avqust ayında bu gücdə doqquz partlayış olub və demək olar ki, hamısı eyni günəş ləkələri qrupundadır. Onlardan ən güclüsü isə M4.4-dür.

  • Milyonlarla insanın bu vərdişi ürək sağlamlığı üçün təhlükə yaradır

    Yeni bir araşdırma göstərib ki, ekran qarşısında keçirilən hər əlavə saat uşaqlar və yeniyetmələrdə ürək-damar sağlamlığı üçün ciddi risk yaradır.

    Qaynarinfo xəbər verir ki, danimarkalı alimlərin “Journal of the American Heart Association” jurnalında dərc olunmuş araşdırmasına əsasən, ağıllı telefonlardan televizorlara qədər ekranlardan həddindən artıq istifadə uşaqların və gənclərin ürək-damar sisteminə mənfi təsir göstərir.

    İki uzunmüddətli kohort tədqiqatına cəlb olunmuş minlərlə iştirakçının analizinə əsasən məlum olub ki, ekran qarşısında keçirilən hər əlavə saat kardiometabolik riski – yüksək təzyiq və insulinə qarşı müqavimətin yaranma ehtimalını – əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislərin qiymətləndirməsinə görə, gündə 5-6 saatlıq ekran vaxtı bu riski 40-60% yüksəldə bilər.

    Ən təhlükəli vəziyyət isə ekran qarşısında çox vaxt keçirməyin pis yuxu rejimi ilə birləşməsi zamanı yaranır: yuxunun qısa olması və gec yatmaq bu mənfi təsiri daha da artırır. 10 və 18 yaşlı iştirakçılarda ekran vaxtı ilə kardiometabolik risk arasında yaranan əlaqənin təxminən 12%-i yuxu müddətinin qısalığı ilə izah olunur.

    Alimlər süni intellekt alqoritmlərindən istifadə edərək yeniyetmələrin qanında ekran fəaliyyətinə bağlı olan spesifik “metabolik iz” də aşkar ediblər. Bu biomarker gələcəkdə mümkün ürək-damar xəstəliklərinin ilkin əlaməti ola bilər.

    Tədqiqatın müəllifləri bildirirlər ki, uşaqlıq dövründə formalaşan vərdişlər sağlamlığımıza uzunmüddətli təsir edir. Buna görə də ekran vaxtının məhdudlaşdırılması və yuxu rejiminin normallaşdırılması erkən yaşlardan profilaktik tədbirlərin vacib hissəsinə çevrilməlidir.

  • Qlobal valyuta böhranı təhlükəsi – Azərbaycan necə qoruna bilər?

    “Dünyanın maliyyə modeli və valyuta sistemi dəyişəcək”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bütün dünyada proqnozlaşdırılan valyuta böhranı barədə danışarkən deyib.

    Ekspert bildirib ki, prosesin dəqiq vaxtını söyləmək mümkün olmasa da, yaxın onilliklərdə baş verəcəyi ehtimal olunur:

    “Güman olunur ki, 2050-ci ilə qədər bu baş verəcək. Amma konkret tarix demək çətindir. Hazırda dünyada mövcud olan əmlak, mal və digər dəyərlər ölkələrin buraxdığı pul kütləsinə uyğun deyil. Pullar, qiymətli kağızlar, maliyyə bazarı şişmiş vəziyyətdədir. Bu proses davam edir, amma bir gün mütləq partlayacaq. Prinsipcə valyutalar davamlı olaraq ucuzlaşır. Amerika dolları ötən əsrin 1950-1970-ci illərində tam başqa dəyərə malik idi. Dövlətlər həddindən artıq çox pul buraxır, çünki xərclərini bağlamağa çalışırlar”.

    Əkrəm Həsənov vurğulayıb ki, Azərbaycan bu prosesdə müəyyən addımlar ataraq riskləri azalda bilər:

    “Biz qızıl ehtiyatımızı çoxalda bilərik. Hazırda valyuta ehtiyatlarımız əsasən dollar və avro formasındadır. Daha yaxşı olar, onları qızıla yönəldək ki, sabah bu hadisə baş verəndə ölkəmiz üçün ciddi problem yaranmasın”.

    Qeyd edək ki, “High Yield Economics” bülleteninin təsisçisi Daniel Altman “Foreign Policy” üçün yazdığı məqalədə dünya üçün misli görünməmiş valyuta böhranı proqnozlaşdırıb. Ekspertin fikrincə, indiki vəziyyət Asiya və Rusiyada 1990-cı illərin maliyyə böhranlarını xatırlatsa da, daha geniş miqyasdadır. O qeyd edib ki, gözlənilən maliyyə fəlakətinin əsas səbəbi onun G-7 – “Böyük Yeddilik” adlandırdığı yeddi ölkənin təsirli borclarıdır.

    Altman məqaləsində Kanada, Fransa, Yaponiya, İspaniya, İtaliya, Böyük Britaniya və ABŞ-ın borcunun ÜDM-in 100%-ni keçdiyi Beynəlxalq Valyuta Fondunun hesablamalarını xatırladıb. Ekspert qeyd edib ki, G-7-nin səlahiyyətliləri öz milli valyutalarını devalvasiya etməklə öz öhdəliklərinin həcminə nəzarət edə bilərlər. Bu cür hərəkətlər, Altmanın proqnozlaşdırdığı kimi, fond bazarlarında çaxnaşma yarada bilər ki, bu da treyderləri bu valyutalarda ifadə olunan bütün qiymətli kağızları satmağa məcbur edəcək.

    “Qlobal valyuta böhranına aparan zəncirvari reaksiyaya başlamaq üçün sadəcə bir domino kifayətdir”, deyə ekspert yekunlaşdırıb.

    Bundan əvvəl BMT adambaşına ən çox dövlət borcu olan ölkələrin adını çəkmişdi. 2024-cü ilin məlumatlarına görə, adambaşına düşən dövlət borcunun 158 min dollar olduğu Sinqapur bu siyahıda birinci yerdədir. Sonrakı yerləri ABŞ (103,7 min dollar) və Yaponiya (76,9 min dollar) tutur.

  • “28 May”dan “Dərnəgül”ə qatarların hərəkəti dayandırılacaq – Rəsmi açıqlama

    Bir müddət “Bakı Metropoliteni”ndən “Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” stansiyası qismən bağlanacağı və “28 May”dan “Dərnəgül” istiqamətində qatarların hərəkəti olmayacağı bildirilib.

    Belə ki, “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır.

    Tikinti zamanı “28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər “Əhmədli-İçərişəhər” istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq.

    Qatarlar tikinti dövründə də “28 May” stansiyasında dayanacaqlar və sərnişinlər “Cəfər Cabbarlı-Şah İsmayıl Xətai” istiqamətində hərəkətlərini davam etdirə biləcəklə. Yeganə məhdudiyyət “28 May-Nizami” istiqamətində olacaq. Tikinti başladıqdan sonra “28 May’”dan ‘Dərnəgül’ stansiyasına hərəkət edən qatarlar bu istiqamətdə hərəkət edə bilməyəcək. Həmin dövrdə sərnişinlərin bu hissədə alternativ nəqliyyatdan – avtobuslardan istifadə etməsi nəzərdə tutulur. Qatarlar yalnız “Nizami-Dərnəgül” istiqamətində hərəkət edəcək və bu marşrut üzrə sərnişin axınında maneə olmayacaq”.

    Bəzi media qurumları prosesin yay aylarında başlayacağı qeyd edilib.

    Modern.az məsələ ilə əlaqədar “Bakı Metropoliteni” ilə əlaqə saxlayıb.

    Qurumdan bildirilib ki, metropoliteninin inkişafı ilə bağlı həyata keçiriləcək yeni layihələr çərçivəsində “Dərnəgül” deposunun tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra xətlərin ayrılması layihəsinə başlanılacaq.

    “Tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək. Bu və digər məsələlər, həmçinin hərəkətin təşkili, iş rejimində tətbiq ediləcək dəyişikliklərlə bağlı ictimaiyyətə əvvəlcədən rəsmi məlumat veriləcəkdir” – deyə qurumdan qeyd olunub.

  • “Moody’s” Azərbaycanda bank sektorunun konsolidasiyasının davam edəcəyini gözləyir

    “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi ortamüddətli perspektivdə Azərbaycanda kiçik banklar arasında konsolidasiyanın davam edəcəyini proqnozlaşdırır.

    Bu barədə “Report”a “Moody’s Ratings”in kiçik vitse-prezidenti Lev Dorf məlumat verib.

    O xatırladıb ki, 2014-cü ildən bəri ölkədə bankların sayı 45-dən 22-yə düşüb və bu, həm bazar, həm də tənzimləyici amillərin yaratdığı konsolidasiya prosesinin davam etdiyini göstərir.

    “Nəticədə sektorda təmərküzləşmə yüksək olaraq qalır: beş ən böyük bankın payına bütün bank aktivlərinin yarıdan çoxu düşür. Qalan hissə isə yüksək fraqmentasiya şəraitində bir-biri ilə rəqabət aparan 17 bank arasında bölüşdürülüb”, – L.Dorf qeyd edib.

    Onun sözlərinə görə, tarixən aparıcı banklar iri korporativ müştərilərlə işləməkdə, daha geniş likvidlik və resurslara çıxış sayəsində üstünlüyə malik olub, kiçik banklar isə likvidliyə çıxış imkanları məhdud olub və daha bahalı maliyyələşdirmə mənbələri uğrunda rəqabət aparıblar.

    “Keçən ildən bəri tənzimləyici bazarı tarazlaşdırmağa, təmərküzləşmə səviyyəsini azaltmağa və resurs bazasının yenidən bölüşdürülməsinə çalışır. Bu məqsədlə passivlərin təmərküzləşməsini məhdudlaşdırmaq üçün əlavə tələblər irəli sürülüb. Bununla belə, tənzimləmənin gücləndirilməsi, artan rəqabət, həmçinin rəqəmsallaşma və texnologiyaya investisiya ehtiyacı kimi amillər konsolidasiyanın davam etməsinə kömək edə bilər, xüsusilə də dəyişən mühitə uyğunlaşmaqda çətinlik çəkən kiçik banklar arasında”, – L.Dorf vurğulayıb.

    O, həmçinin son 2-3 ildə makroiqtisadi vəziyyətin və əməliyyat mühitinin yaxşılaşmasının Azərbaycan banklarının kredit reytinqlərinə müsbət təsir göstərdiyini bildirib.

    “Gəlirliliyin artması, problemli aktivlərin həcminin azalması, biznesin şaxələndirilməsinin yaxşılaşdırılması, yüksək likvidlik və kapital adekvatlığı reytinqlərin müsbət yöndə yenidən nəzərdən keçirilməsinə təsir edib. Azərbaycanın suveren reytinqinin bu ilin iyul ayında müsbət proqnozla “Baa3” investisiya dərəcəsinə yüksəldilməsi də əlavə amil olub”, – “Moody’s”in kiçik vitse-prezidenti söyləyib.

    Rəsmi statistikaya əsasən, 2025-ci il iyulun 1-nə Azərbaycanın bank sektorunun cəmi aktivləri 56,73 milyard manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 % çoxdur. Ən böyük beş bankın – ABB, “Kapital Bank”, “PAŞA Bank”, “Xalq Bank” və “Bank Respublika”nın payına 41,83 milyard manat və ya ümumi aktivlərin 73,7 %-i düşür.

    Bu beş bankın cəmi depozit portfeli iyulun 1-nə 28 milyard 518 milyon manat və ya hesabat tarixinə 37 milyard 353 milyon manata çatan (il ərzində 6,2 % artım) bank sektoru üzrə cəmi depozit portfelinin 76,34 %-ni təşkil edib.

    Elə həmin tarixə onların kredit portfeli 17,36 milyard manat təşkil edib ki, bu da Azərbaycan banklarının ümumi kredit portfelinin (28,472 milyard manat, illik 11,96 % artım) 60,97 %-i deməkdir.

  • “Saçını kəsdirirdim, yenə axtarırdı” (VİDEO)

    Xəbər verdiyimiz kimi, iyulun 30-da Qax rayon sakini olan 9 yaşlı qız ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.

    9 yaşlı uşağın mədəsində qastrotomiya əməliyyatı icra olunub.

    Aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib. Azyaşlının anasının sözlərinə görə, bu vərdiş onda körpəlikdən var imiş:

    “Neçə dəfə saçını kəsdirmişəm. Onda da başqa yerdən tük axtarırdı ki, yesin. Həkimə göstərdik dedilər ki, nevroloji problemdir. Əvvəllər bu vərdişi olsa da, məsələnin ciddiyyətinə varmamışdıq”.

    Ətraflı “Xəzər Xəbərin” videomaterialında:

  • Sökülən “Sovetski”də tarixi əhəmiyyətli binaların taleyi necə olacaq? (Video)

    Köhnə “Sovetski” özünün yeni görkəminə hazırlaşır. Artıq ərazidə söküntü işlərinə başlanılıb.

    Şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, görülən işlər Bakı şəhərinin baş planına əsasən aparılır.

    Bəs Sovetskidəki tarixi, arxitektura cəhətdən əhəmiyyətli binaların taleyi nə olacaq?

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. //Xəzər TV