Month: August 2025

  • Milli Qəhrəman Hökümə Əliyevanın doğum günü qeyd olunur

    Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökümə Əliyevanın doğum günü qeyd olunur.

    Median.Az report-a istinadən xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL nümayəndələri, həmkarları və rəsmi şəxslər iştirak edirlər.

    Qeyd edək ki, yaşasaydı, avqustun 8-də Hökümə Əliyevanın 34 yaşı tamam olacaqdı. Milli Qəhraman xanım əslən Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.

    O, 1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. H.Əliyevanın valideynləri və qardaşı hazırda Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.

    Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

  • Bakı metrosunda doğulan körpə metronun “xüsusi sərnişini” olacaq

    Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək

    Bunu hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.

    “Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”, -o bildirib.

  • Ağstafada qəza olub, dörd nəfər xəsarət alıb

    Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Köşəsgər kəndi yolunda qeydə alınıb.

    Belə ki, minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.

    Qəza zamanı dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan 12 illik təhsilə keçir?

    Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.

    Elm və Təhsil Nazirliyindən Apa-ya bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.

    Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:

    məktəbəhazırlıq mərhələsi (5 yaş);

    ibtidai təhsil (I-IV siniflər);

    ümumi orta təhsil (V-IX siniflər);

    tam orta təhsil (X-XI siniflər).

    “Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, – məlumatda qeyd olunub.

  • Novxanının bəzi ərazilərində işıq olmayacaq

    Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    “Azərişıq”dan verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 8 avqust tarixində 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq.

    Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Kürdəmirdə maşın aşıb, üç nəfər xəsarət alıb

    Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, sürücü Şöhrət Məmmədov “Mitsubishi” markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

    Avtomobildə olan sürücü və onun sərnişinləri – 34 yaşlı Əjdər Əsgər oğlu Abbaslı və 42 yaşlı Paşa Həmid oğlu Baxşıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Baş prokuror yeni rəis TƏYİN ETDİ

    Hərbi Prokurorluqda yeni təyinat olub.

    Bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Hərbi prokurorun təqdimatı və baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovniki Fərəc Nuhbala oğlu Sayılov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

    Yeni hərbi prokurorun rəhbərliyi ilə Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları uğurla həyata keçirilir, nəzəri bilik və peşə hazırlığı, şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslərin yüksək vəzifələrə təyinatı təmin olunur və bu proses davamlı hala çevrilib.

    Qeyd edək ki, son günlərdə Respublika Hərbi Prokurorluğunda bir neçə yeni təyinat olub.

  • Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır

    Avqustun 13-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Zamin Bank”, “Texnika Bank”, “Günay Bank” və “Dəmi Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Məlumata görə, söhbət “Zamin Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv.metrlik, dəyəri 326 min manat olan 143,4 kv.metrlik və dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahələrindən, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 83 ünvanındakı dəyəri 115,420 manat olan 71,69 kv.metrlik mənzildən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvandakı dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Günay Bank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanındakı dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsindən və “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki istifadədə olan, dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

  • Пашинян: Блаженны миротворцы, ибо они будут наречены сынами Божиими

    Премьер-министр Армении Никол Пашинян опубликовал в Facebook очередную публикацию перед своими сегодняшними встречами с президентами США и Азербайджана Дональдом Трампом и Ильхамом Алиевым, передает Oxu.Az.

    “Блаженны миротворцы, ибо они будут наречены сынами Божиими. Мф. 5, 9”, – привел он цитату из Библии.

    Напомним, что сегодня ожидается подписание Совместной декларации между Президентом Ильхамом Алиевым и премьер-министром Армении Николом Пашиняном по итогам встречи в Вашингтоне.

  • Nikol Paşinyan İncildən sitat paylaşdı: “Sülh yaradanlar necə də xoşbəxtdirlər”

    Hazırda Vaşinqtonda olan Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində diqqətçəkən paylaşım edib.

    N.Paşinyan İncil kitabının (Əhdi-cədidin) 5-ci fəslinin 9-cu hissəsini paylaşıb.

    Paylaşımda yazılıb: “Sülh yaradanlar necə də xoşbəxtdirlər, çünki onlar Allahın övladları adlanacaqlar”.

    Məlumat üçün əlavə edək ki, bu gün Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir.