Month: August 2025

  • Bakı “yamaq”dan qurtulur: Sovetin tozunda boğulan məhəllə tarix olur – VİDEO

    Bakının darısqal, iki adamın yanaşı gedə bilməyəcəyi küçələri, əyri-üyrü, divarları quzulamış, evləri bir-birinin az qala “ayağını tapdalayan”, görünüşündən nimdaşlıq yağan “Sovetski” məhəlləsi elə adını daşıdığı sovetlər kimi tarixə qovuşur.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu gündən “Sovetski”nin istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binalarının söküntüsünə start verilib.

    Avropa ilə Asiyanın qovşağında özünəməxsus koloriti ilə seçilən Bakı üçün bu söküntü zəruridir – çünki həm sakinlərin təhlükəsizliyi təmin olunacaq, həm də günü-gündən gözəlləşən paytaxt yamaq kimi görünən köhnəlikdən canını qurtaracaq.

    Söküntü ilə Mərkəzi Park daha da genişləndiriləcək, əyri-üyrü tikililəri yaşıllıqlar əvəz edəcək.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu proseslə bağlı açıqlamasında bildirib ki, Təzəpir məscidi ətrafında Bakının Baş Planında ictimai zona olaraq qeyd edilmiş ərazidə yerləşən tarixi məhəllə müasir şəhərsalma standartlarına uyğun olaraq abadlaşdırılaraq yenidən qurulacaq.

    Ətraflı videomaterialı təqdim edirik:

  • Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkarlandı

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində “ARKA” MMC Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkar olunub.

    Median.Az xəbər verir ki, SİMDNX-dan verilən məlumata görə, tədbirlər zamanı müəyyən olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən adıçəkilən fabrik tərəfindən fəaliyyəti zamanı formalaşan istehsalat tullantı suları qanunvericiliyin tələblərinə uyğun idarə olunmur.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Xəzər Rayon Məhkəməsinə təqdim edilib.

    Məhkəmənin qərarına əsasən, “ARKA” MMC təqsirli bilinərək, barəsində 10 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

    ADSEA bir daha bütün hüquqi və fiziki şəxsləri su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.

  • BƏƏ Rusiya və Ukrayna arasında körpü rolunu oynamağa hazırdır

    Birləşmiş Ərəb Əmirlikləri Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsini asanlaşdırmaq üçün addımlar atmağa hazırdır.

    Apa xəbər verir ki, bunu BƏƏ əmiri Məhəmməd bin Zayed Əl-Nəhyan bildirib.

  • Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib

    Ali Məhkəmə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və rayonun digər sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə “Xalq Bank”ın qaldırdığı mülki iddianı təmin edib.

    Bu barədə qərar hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə verilib.

    Belə ki, sözügedən məsələ ilə bağlı bank mülki iddia qaldıraraq İsmayıl Vəliyevin banka borclu olduğunu və bu borcu qaytarmaq üçün onun dövlət nəfinə müsadirə edilmiş əmlaklarının bir qismini borcun ödənilməsinə yönəldilməsini istəyib. Məhkəmə bankın iddiasını təmin edib.

    Xatırladaq ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri DTX tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.

    İsmayıl Vəliyev və digərlərinə AR Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Rayonun İcra Hakimiyyətinin başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.

    Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 9 il 6 aya, Əjdər Kərimovun cəzası 8 ilə, Gültəkin Sadıqovanın cəzası isə 6 ilə endirilib.

    Daha sonra Ali Məhkəmənin qərarı ilə İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Vurğun Əkbərovunku 6 ilə, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Vüqar Nağıyevinki 5 il 8 aya, Telman Zahidov və Anar Cəfərovun cəzaları 5 il 6 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.
    //report

  • Евросоюз приветствует любое давление на Россию по урегулированию в Украине

    Европейский союз приветствует любое давление, направленное на возвращение России за стол переговоров по урегулированию конфликта в Украине.

    Об этом заявила представитель ЕС по иностранным делам Анита Хиппер.

    Она подчеркнула, что никто не хочет мира больше, чем Украина и ЕС.

    “Очевидно, что Россия не заинтересована в достижении мира – это подтверждают ее действия, а не слова. Тем не менее, мы приветствуем любое давление, направленное на то, чтобы Россия оказалась за столом переговоров. Мы приветствуем любую работу, направленную на достижение устойчивого прекращения огня”, – заявила Хиппер.

    Заявление прозвучало после состоявшихся 6 августа в Москве переговоров между специальным представителем президента США Стивом Уиткоффом и президентом России Владимиром Путиным. Европейские лидеры участия в этих встречах не принимали и приглашены не были.

    Официальный представитель ЕС Арианна Подеста, комментируя эти переговоры, отметила, что президент Еврокомиссии Урсула фон дер Ляйен была подробно проинформирована по этому поводу и находилась “на связи с лидерами, как всегда”.

    “Она постоянно контактирует с ними, особенно по таким важным вопросам”, – заявила представитель ЕС.

    Отвечая на вопрос о возможном разочаровании ЕС в связи с отсутствием в переговорном процессе по Украине, Подеста подчеркнула, что формат и другие параметры встречи остаются неясными, “поэтому о разочаровании не может быть речи”.

  • Aİ Ukraynada nizamlanma üçün Rusiyaya istənilən təzyiqi alqışlayır

    Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar masasına qayıtmasına yönəlmiş istənilən təzyiqi alqışlayır.

    Bunu Aİ-nin xarici işlər üzrə nümayəndəsi Anita Hipper bəyan edib.

    O vurğulayıb ki, heç kim Ukrayna və Aİ-dən daha çox sülh istəmir.

    “Aydındır ki, Rusiya sülhə nail olmaqda maraqlı deyil – bunu onun sözləri deyil, əməlləri təsdiqləyir. Biz Rusiyanın danışıqlar masasında olmasına yönəlmiş istənilən təzyiqi, davamlı atəşkəsə nail olunması istiqamətində istənilən işi alqışlayırıq”, – Hipper bildirib.

    Bəyanat avqustun 6-da Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya Prezidenti Vladimir Putin arasında aparılmış danışıqlardan sonra səslənib. Avropa liderləri bu görüşlərə dəvət olunmayıblar.

    Aİ-nin rəsmi nümayəndəsi Arianna Podesta bu danışıqları şərh edərkən qeyd edib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu barədə ətraflı məlumatlandırılıb və həmişəki kimi liderlərlə əlaqə saxlayıb.

    “O, daim onlarla təmasdadır, xüsusilə belə vacib məsələlərdə”, – Aİ nümayəndəsi bildirib.

    Ukrayna üzrə danışıqlar prosesində Aİ-nin iştirak etməməsi ilə bağlı mümkün məyusluq barədə suala cavab olaraq Podesta vurğulayıb ki, görüşün formatı və digər parametrləri aydın deyil, “ona görə də məyusluqdan söhbət gedə bilməz”.

  • Сотрудники Аппарата омбудсмена посетили Клиническую психиатрическую больницу

    Сотрудники Аппарата омбудсмена посетили Клиническую психиатрическую больницу №2 Министерства здравоохранения и Бакинский наркологический центр.

    Об этом сообщили в Аппарате омбудсмена.

    В Клинической психиатрической больнице №2 проводится как стационарное, так и амбулаторное лечение, некоторые недочеты, выявленные во время предыдущих посещений, были устранены, на вакантные места назначены новые сотрудники, и несколько месяцев назад были проведены ремонтные работы.

    Были даны рекомендации по улучшению условий проживания в больнице, совершенствованию документооборота и усилению контроля в этой сфере, а также по увеличению времени прогулок пациентов на свежем воздухе.

    В то же время было установлено, что в Бакинском наркологическом центре, функционирующем на первом этаже жилого здания, проводятся только амбулаторные лечебные мероприятия, также было отмечено, что площадь центра мала, а число врачей недостаточно.

    Хотя сообщалось, что планируется переезд обоих учреждений в новые, более просторные здания, была подчеркнута важность ускорения этого процесса.

    По итогам посещений с руководством и сотрудниками учреждений были проведены правовые просветительские беседы, представлены правовые просветительские издания Аппарата омбудсмена и информационные стенды о Центре обращений “916”.

    Также было отмечено, что для устранения недочетов, выявленных во время посещения, будет направлено обращение в Министерство здравоохранения.

  • Ombudsman Aparatı: Narkoloji Mərkəzin sahəsi kiçikdir, həkim sayı azdır

    Ombudsman Aparatının əməkdaşları Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirib.

    Bu barədə Ombudsman Aparatından məlumat verilib.

    Bildirilib ki, 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında həm stasionar, həm də ambulator müalicənin aparıldığı, müəssisəyə əvvəlki başçəkmələr zamanı mövcud olan bəzi nöqsanların aradan qaldırıldığı, vakant olan yerlərə yeni işçilərin təyin edildiyi və bir neçə ay öncə təmir işlərinin aparıldığı müəyyən edilib.

    Xəstəxanada yaşayış şəraitinin, sənədləşmə işinin təkmilləşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi, pasiyentlərin daha çox açıq hava gəzintilərinə çıxarılması istiqamətində tövsiyələr verilib.

    Eyni zamanda, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən Bakı şəhəri Narkoloji Mərkəzində yalnız ambulator müalicə tədbirlərinin görüldüyü müəyyən olunub, həkim sayının az olduğu mərkəzin sahəsinin də kiçik olduğu müşahidə edilib.

    Hər iki müəssisənin yeni, daha geniş binalara köçürülməsinin nəzərdə tutulduğu bildirilsə də, bu məsələnin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.

    Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyi və əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri və “916” Çağrı Mərkəzi ilə bağlı məlumat lövhələri təqdim edilib.

    O da qeyd olunub ki, başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinə müraciət olunacaq.

  • Президент США поручил начать работу по переписи населения

    Президент США Дональд Трамп поручил Министерству торговли начать работу по переписи населения.

    Об этом американский лидер написал в соцсети Truth Social.

    “Я поручил нашему Министерству торговли немедленно начать работу над новой и высокоточной ПЕРЕПИСЬЮ НАСЕЛЕНИЯ, основанной на современных фактах и цифрах и, что немаловажно, на результатах и информации, полученной в ходе президентских выборов 2024 года. Люди, которые находятся в нашей стране нелегально, НЕ БУДУТ УЧИТЫВАТЬСЯ ПРИ ПЕРЕПИСИ”, – подчеркнул он.

    Отметим, что очередные президентские выборы в Соединенных Штатах планируется провести в 2028 году.

  • ABŞ əhalisi siyahıya alınacaq

    ABŞ Prezidenti Donald Tramp Ticarət Nazirliyinə əhalinin siyahıyaalınmasına başlamağı tapşırıb.

    Bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

    “Mən Ticarət Nazirliyimizə dərhal müasir faktlara, rəqəmlərə, 2024-cü il prezident seçkilərinin nəticələrinə və məlumatlarına əsaslanan yeni və yüksək dəqiqlikli əhalinin siyahıyaalınması işinə başlamağı tapşırdım. Ölkəmizdə miqrantlar siyahıalınmada nəzərə alınmayacaq”, – o vurğulayıb.

    Qeyd edək ki, Birləşmiş Ştatlarda növbəti prezident seçkilərinin 2028-ci ildə keçirilməsi planlaşdırılır.