Month: August 2025

  • Maksim Qalkini avtomobil vurub

    Rusiyalı yumorist Maksim Qalkini avtomobil vurub.

    Bu barədə jurnalist Bojena Rınska öz “Telegram” kanalında məlumat verib.

    İnsident üç gün əvvəl Yurmalada baş verib.

    Komik velosipedlə hərəkətdə olarkən onu maşın vurub.

    Hadisə nəticəsində o, əlindən xəsarət alıb, damar və vətəri zədələnib.

  • Mask süni intellektin yeni modelinin müjdəsini verdi

    Американский миллиардер и предприниматель Илон Маск заявил, что к концу этого года появится новая модель искусственного интеллекта (ИИ) от компании xAl Grok-5.

    Об этом он написал в соцсети Х.

    “Grok 5 выйдет до конца этого года, и он будет невероятно хорош”, – говорится в сообщении.

    Публикация стала ответом на новость сайта Tech Dev Notes, который сообщил, что после тестирования ИИ-моделей Grok-4 считается лучшей нейросетью, чем GPT-5.

    Ранее в этот день сообщалось, что компания OpenAI представила новое поколение своей нейросети – GPT-5, благодаря которой пользователи будут получать более точные рассуждения. В ходе презентации разработчики заверили, что обновленная версия нейросети оснащена расширенной долговременной памятью и намного реже выдает ошибки в ответах. Отмечается, что GPT-5 будет доступна всем пользователям ChatGPT, однако количество запросов для бесплатных пользователей ограничат.

  • Mask süni intellektin yeni modelinin müjdəsini verdi

    “xAI” şirkəti bu ilin sonuna kimi süni intellektin yeni “Grok-5″ modelini istifadəyə verəcək”.

    Bu barədə amerikalı milyarder və sahibkar, “xAI” şirkətinin rəhbəri İlon Mask “X” sosial şəbəkə hesabında yazıb.

    “Grok-5″ bu ilin sonuna qədər təqdim ediləcək və o inanılmaz dərəcədə gözəl olacaq”, – deyə Mask bildirib.

    Qeyd edək ki, ötən gün “OpenAI” şirkəti də “ChatGPT” süni intellektinin yeni versiyasını təqdim edib.

  • Ayrılmaq istəyən sevgilisini maşında döyən gənc oğlan cəzasız qaldı

    Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ziyad Babayevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Ziyad Babayev cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

    İttihama görə, hadisə bu il iyulun 15-də, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2003-cü il təvəllüdlü Ziyad Babayev avtomobilin içərisində sevgilisi, zərərçəkmiş Zəminə Əlizadə (adı və soyadı şərtidir) ilə qadının ondan ayrılmaq istəməsi səbəbindən mübahisə edib. Bu zaman o, qəsdən əli ilə zərərçəkmiş şəxsin qol və kürək nahiyələrindən bir neçə dəfə vuraraq onun sağlamlığına yüngül zərər yetirib.

    Hadisədən sonra Ziyad Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tamamilə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.

  • К тушению пожара в Агдеринском районе привлечен вертолет – Видео

    В Агдеринском районе вспыхнул лесной пожар, для ликвидации которого привлечены авиация и силы Министерства по чрезвычайным ситуациям (МЧС).

    Как передает Report, возгорание произошло ночью вблизи села Суговушан. Из-за горного рельефа огонь быстро распространился на лесной массив.

    К месту происшествия направлен вертолет Авиационного отряда, а также силы Государственной службы пожарной охраны и Службы спасения особого риска МЧС.

    В настоящее время продолжаются работы по тушению пожара.

  • Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb edilib – Video

    Ağdərədə yanğının baş verdiyi əraziyə helikopter cəlb olunub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, gecə saatlarından yanğın Ağdərənin Suqovuşan kəndi yaxınlığında başlayıb.

    Yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

  • Qadın Bakı metrosunda uşaq dünyaya gətirdi

    “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

    Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.

    36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.

    Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.

  • Трамп: Азербайджан и Армения подпишут мирное соглашение 8 августа – Фото

    Я с нетерпением жду встречи с Президентом Азербайджана Ильхамом Алиевым и премьер-министром Армении Николом Пашиняном завтра в Белом доме на историческом саммите мира.

    Об этом написал президент США Дональд Трамп на своей странице в социальной сети Truth Social.

    “Эти две страны вели войну в течение многих лет, в результате чего погибли тысячи людей. Многие лидеры до сих пор пытались положить конец войне, но не добились успеха. Моя администрация уже давно работает с обеими сторонами.

    8 августа вместе с Президентом Ильхамом Алиевым и премьер-министром Николом Пашиняном в Белом доме состоится церемония подписания мирного соглашения. Соединенные Штаты также подпишут двусторонние соглашения с обеими странами, чтобы полностью раскрыть потенциал региона Южного Кавказа и совместно реализовать экономические возможности. Я очень горжусь этими смелыми лидерами за то, что они сделали правильную работу для Великих народов Азербайджана и Армении. Это будет исторический день для Азербайджана, Армении, США и всего мира”, – подчеркнул он.

  • Tramp: “Azərbaycanla Ermənistan arasında avqustun 8-də sülh sazişi imzalanacaq” – FOTO

    “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm”.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

    “Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, – deyə Tramp qeyd edib.

    O, avqustun 8-də Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla birlikdə Ağ Evdə sülh sənədinin imzalanma mərasiminin olacağını vurğulayıb.

    Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.

    “Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”, – deyə o vurğulayıb.

  • “Omoniya”nın baş məşqçisi: “Nəticədən razı qaldım”

    Henninq Berq”Omoniya”nın baş məşqçisi Bakıdakı oyunun nəticəsindən razı qalıb.
    Report-un məlumatına görə, bunu Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq “Araz-Naxçıvan”a dörd cavabsız qolla qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
    Mütəxəssis dörd qol vurduqları üçün sevindiklərini söyləyib:
    “Qapımızda top görmədik. Evdə növbəti matça çıxmalı və işimizi tamamlamalıyıq. Nəticədən razı qaldım”.
    O, ot örtüyünün keyfiyyətinin yaxşı olmadığını söyləyib:
    “Burada oynamaq çətin idi. Lakin yaxşı qollar vurduq. Oyunçuların çıxışından razı qaldım”.
    Henninq Berq daha əvvəl avrokuboklarda “Qarabağ”la da qarşılaşdıqlarını xatırladıb:
    “Qarabağ” həmin vaxt daha təcrübəli kollektiv idi. “Arax-Naxçıvan” isə yeni qurulan komandadır. Bugünkü rəqibimiz əvvəlki mərhələdə çox yaxşı çıxış etmişdi. Biz bu nəticəni də asanlıqla əldə etmədik”.
    Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada baş tutacaq.