Month: August 2025

  • “Abrams” haqqında məlumatları Rusiyaya ötürməyə cəhd edən hərbçi ələ keçib

    Amerikalı hərbçi Texas ştatında “M1 Abrams” tankının istismarı ilə bağlı məlumatları Rusiyaya ötürməyə cəhd edərkən həbs edilib.

    Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

    Müttəhim Rusiyaya Milli Müdafiə və “M1A2 Abrams-“ın istismarı ilə bağlı məxfi məlumatları ötürməyə cəhd edib.

    İyul ayında həbs olunan şəxs “M1 Abrams” haqqında ətraflı sənədləri təhvil verib və tankın avadanlıq komponentlərindən birinin Rusiya hökumətinin nümayəndəsi olduğuna inandığı şəxsə verilməsini müzakirə edib.

    İyulun sonlarında 22 yaşlı Taylor Li vəd edilmiş hissəni təyin olunmuş yerə gətirib, bundan sonra o, həbs olunub.

  • На юге Франции пожар уничтожил сотни гектаров виноградников

    Лесной пожар в департаменте Од на юге Франции уничтожил более 600 га виноградников, в связи с чем виноделы региона рассчитывают на помощь государства.

    Как передает Median.Az со ссылкой на BFMTV, об этом в разговоре с премьер-министром республики Франсуа Байру заявил мэр города Сен-Лоран-де-ла-Кабрерисс Ксавье де Волонта.

    “Это сельскохозяйственная и экономическая катастрофа. 600 га виноградников сгорели”, – отметил он.

    По словам мэра, последние три сезона региональные виноделы уже сталкивались с проблемами из-за засухи, “но в этом году рассчитывали на хороший урожай, однако за месяц до сбора винограда все оказалось уничтожено огнем”. Де Волонта спросил Байру, “окажет ли правительство серьезную поддержку виноделам”, однако в эфире телеканала ответ не прозвучал.

    Ранее глава МВД Франции Брюно Ретайо заявил журналистам, что пожар, охвативший 16 тыс. гектаров леса в департаменте Од на юге страны, является крупнейшим с 1949 года.

  • Fransada yanğın yüzlərlə hektar üzüm bağını məhv edib

    Fransanın cənubundakı Od departamentində baş verən meşə yanğını 600 hektardan çox üzüm bağını məhv edib və bölgədəki şərabçılar hökumətin köməyinə ümid edirlər.

    Bunu Sen-Loran-de-la-Kabreris şəhərinin meri Ksavye de Volontas respublikanın baş naziri Fransua Bayru ilə söhbətində deyib.

    “Bu, kənd təsərrüfatı və iqtisadi fəlakətdir. 600 hektar üzüm bağı yanıb”, – o qeyd edib.

    Merin sözlərinə görə, rayon şərabçıları son üç mövsümdə quraqlıq səbəbindən artıq problemlərlə üzləşiblər, lakin bu il onlar yaxşı məhsula ümid edirdilər, lakin üzüm yığımına bir ay qalmış hər şey odda məhv olub.

    De Volontas Bayrudan “hökumətin şərabçılara ciddi dəstək olub-olmayacağını” soruşsa da, telekanal siyasətçinin cavabını göstərməyib.

  • ABŞ vizası almaq istəyənlərin diqqətinə: Yeni qayda var

    Sentyabrın 2-dən etibarən əksər kateqoriyalarda qeyri-immiqrant vizası üçün müraciət edənlər, o cümlədən vizasını yeniləyən şəxslər ABŞ konsulluğunun əməkdaşı ilə şəxsən müsahibədə iştirak etməli olacaqlar.

    Bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı səfirliyi Dövlət Departamentinin rəsmi internet saytına istinadən paylaşıb.

    Qeyd olunur ki, 14 yaşdan kiçik və 79 yaşdan yuxarı ərizəçilər də daxil olmaqla, bütün qeyri-immiqrant viza üçün müraciət edənlər konsulluq məmuru ilə şəxsi müsahibədən keçməlidirlər.

    Qeyri-immiqrant viza müsahibəsindən azad ola biləcək ərizəçilər isə aşağıdakılardır:

    – A-1, A-2, C-3 (akkreditə olunmuş rəsmilərin müşayiətçiləri, xidmətçiləri və ya şəxsi işçiləri istisna olmaqla), G-1, G-2, G-3, G-4, NATO-1-dən NATO-6-ya qədər və ya TECRO E-1 viza simvolları altında təsnif edilə bilən şəxslər;

    – Diplomatik və ya rəsmi tipli vizalar üçün müraciət edənlər;

    – Əvvəlki vizanın müddətinin bitməsindən 12 ay ərzində tam etibarlı B-1, B-2, B1/B2 vizasını və ya sərhəd-keçid kartını (Meksika vətəndaşları üçün) yeniləyən və əvvəlki vizanın verildiyi zaman ən azı 18 yaşı olan ərizəçilər.

    Konsul məmurları hər hansı səbəbdən fərdi qaydada şəxsi müsahibələr tələb edə bilərlər. Ərizəçilər viza müraciəti tələbləri və prosedurları haqqında daha ətraflı məlumat əldə etmək, həmçinin səfirlik və ya konsulluğun fəaliyyət statusu və xidmətləri haqqında daha çox məlumat almaq üçün səfirlik və konsulluğun veb-saytlarını yoxlamalıdırlar.

    Əlavə edilir ki, bu qaydalar 18 fevral 2025-ci il tarixli güzəşti müsahibə qaydalarını əvəz edəcək.

  • Dövlət vəsaitini mənimsəməkdə ittiham olunan sabiq sektor müdirinə hökm oxundu

    Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) keçmiş vəzifəli şəxsi Şahlar Orucova hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Şahlar Orucov Ağdam Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 179.2.1 (mənimsəmə və ya israf etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə edilib.

    Hakim Rafiq Məmmədovun çıxardığı hökmə əsasən, Şahlar Orucova 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 4 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    İttiham aktına görə, Şahlar Orucov öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talayıb. O, həmçinin vəzifəli şəxs kimi şəxsən və qeyrisinin köməyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Bundan başqa, Şahlar Orucov vəzifəli şəxs kimi şəxsən və qeyrisinin köməyi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törədib.

    İttiham aktında, həmçinin qeyd edilib ki, Şahlar Orucov dövlətə məxsus 41 500 manat vəsaiti mənimsəyib.

    O, 2019-2023-cü illərdə Ağdam DAİM-in Heyvandarlıq sektorunun müdiri vəzifəsində çalışıb.

  • “Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin çəkilişləri Kəlbəcərdə davam edir

    Azərbaycan mədəni irsinin və türk dünyasının ortaq yaddaşının kino dili ilə əks olunduğu “Molla Nəsrəddin: Çətin günlərimin dostu” adlı tammetrajlı bədii filmin çəkilişləri hazırda Kəlbəcər rayonunda davam edir. Layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən mədəni canlanmaya öz töhfəsini verir. Bu mərhələdə çəkiliş heyətinə filmin prodüseri Zaur Darabzadə, ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayev, filmin icraçı prodüseri Azər Quliyev və ümumilikdə 100 nəfərlik beynəlxalq peşəkar film heyəti daxildir.

    Vaqif Mustafayev özünəməxsus üslubu və ictimai mövzulardakı bədii təfəkkürü ilə bu layihəyə yüksək sənətkarlıq bəxş edir. Onun rəhbərliyi ilə ərsəyə gələn bu ekran əsəri “Molla Nəsrəddin” obrazını, sadəcə, satirik deyil, maarifçi və mənəvi irs daşıyıcısı kimi tamaşaçıya təqdim edir.

    “Molla Nəsrəddin təkcə gülüş və satiranın deyil, həm də zəka, ironiya və cəmiyyətin dərdlərinə bədii cavabın simvoludur. Onun obrazını ekranlaşdırmaq mənim üçün həm böyük məsuliyyət, həm də mənəvi borcdur. Qarabağ torpağında bu filmi çəkmək isə əsl mədəni dirçəlişin göstəricisidir”, – Vaqif Mustafayev bildirib.

    Layihə TÜRKSOY tərəfindən rəsmi şəkildə dəstəklənmiş və 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 40-cı iclasında qəbul edilib.

    Filmin istehsalı 2023-cü ildə yaradılmış “Nasreddin Production” MMC tərəfindən, TÜRKSOY ölkələrinin mədəniyyət nazirliklərinin dəstəyi ilə həyata keçirilir. Filmin çəkilişlərində C.Cabbarlı adına “Azərbaycanfilm” kinoteatrının pavilyonlarından da istifadə olunur. Çəkilişlər Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da davam etdiriləcək.

    “Bu layihə türk dünyasında ilk dəfə olaraq bütün türkdilli ölkələrin birgə əməkdaşlığı ilə ərsəyə gələn bədii filmdir. Biz təkcə Molla Nəsrəddin irsini yenidən yaşatmırıq, həm də türk dünyasının tanınmış prodüserləri ilə sıx əlaqə quraraq mədəni körpülər yaradırıq. Bu əməkdaşlıq xalqlarımızı ortaq dəyərlər ətrafında birləşdirir və Qarabağda çəkilən bu film gələcək nəsillər üçün həm tarixi, həm də mənəvi bir yadigar olacaq.

    Bu beynəlxalq miqyaslı layihə türk dünyasının ortaq mədəni dəyərlərini bir araya gətirməklə yanaşı, Qarabağın bədii və tarixi simasının kino vasitəsilə tanıdılmasına mühüm töhfə verir”, – Zaur Darabzadə bildirib.

  • Xəzərin sahilini çirkləndirən şəxslər məsuliyyətə cəlb olundu

    Polis əməkdaşları tərəfindən 5 rayonun dəniz sahilində antisanitar tədbirləri çərçivəsində 14 şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

    “Paytaxtın Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması və qadağan edilmiş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.

    Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 3 və qadağan olunmuş yerdə tütün çəkən 1 nəfər olmaqla ümumilikdə 14 şəxs barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb.

    Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir”,- deyə məlumatda qeyd edilib.

  • Masallıda meşədə yanğın olub – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində bir ha sahədə quru ot və kol-kos yanıb.

    Meşə zolağı yanğından mühafizə olunub.

  • AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, AAYDA-nın tabeliyində fəaliyyət göstərən “2 №-li X4 Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-də sahə rəisi vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Taleh Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.

    Hadisə Göygöl rayonunun Köşkülü kəndində baş verib. Bildirilir ki, Taleh Məmmədov Toğana kəndində ailəsi ilə birlikdə istirahət edərkən spirtli içki qəbul edib. Daha sonra o, avtomobilin idarəsini sərxoş olduğuna görə övladına tapşırıb.

    Yol-patrul xidmətinin əməkdaşları Taleh Məmmədova məxsus “Toyota Prado” markalı avtomobili saxlayıb. Bu zaman Taleh Məmmədov avtomobildən düşərək nalayiq ifadələr işlədib və polis əməkdaşına fiziki müqavimət göstərib.

    Məhkəmədə verdiyi izahatda Taleh Məmmədov bildirib ki, hadisə zamanı avtomobildə ailə üzvləri – ümumilikdə 7 nəfər olub. Onun sözlərinə görə, yol polisi avtomobilə işarə verib və sükan arxasında olan oğlu avtomobili saxlayıb. Uşaqların qorxduğu üçün Taleh Məmmədov övladına avtomobili sürməsini tapşırdığını deyib. Daha sonra polis əməkdaşları onların evlərinin qarşısına gələrək saxlayıblar və insident baş verib.

    Məhkəmənin qərarı ilə Taleh Məmmədov 8 gün müddətinə inzibati qaydada həbs olunub.

  • Bölgələrdəki ictimai nəqliyyat problemi bu cür həll edilə bilər – AÇIQLAMA

    “Bölgələrdə ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir”.

    Bu sözləri Baku.ws-ə açıqlamasında bölgələrdəki nəqliyyat sisteminin aqibətindən danışan ekspert Elməddin Muradlı deyib.

    Ekpert vurğulayıb ki, rayonlarda sərnişin daşıma və yük daşıma sistemi bir az qəlizdir və nizamlanmayıb:

    “Bölgələrdə ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir. Bəzi bölgələrdə ümumiyyətlə bu sistem yox vəziyyətindədir. Kimlər köhnə dövrdən bu nəqliyyat sistemində çalışıbsa, onlar hardasa bir mikroavtobusla, köhnə avtobusla sərnişin daşıma xidməti göstərir. Rayon mərkəzləri var ki, orada heç ümumiyyətlə avtobus yoxdur. Elə rayon mərkəzləri var ki, məsələn avtovağzalı bir yerdədir, amma hansısa bir sahibkar özü üçün başqa bir yerdə avtovağzal düzəldib, bütün maşınları da çəkir ora və dövlətin istifadəsində olan avtovağzal boş qalır. Yəni bölgələrdə ictimai nəqliyyatla bağlı, ümumiyyətlə nəqliyyat sistemi ilə bağlı vəziyyət çox çətindir. Sərnişin daşıma olsun, yük daşıma olsun bir az qəlizdir nizamlanmayıb, hələ tənzimlənə bilməyib”.

    Elməddin Muradlı qeyd edib ki, rayon nəqliyyatında höküm sürən bu bərbad vəziyyətin biraz qarşısını almaq üçün hazırda mərkəzləşdirilmiş qaydalar müəyyənləşdirilib:

    “İndi mərkəzləşdirilmiş qaydalar müəyyənləşdirilib. Onlayn sistem üzərindən buraxılış kartları verilir, yük daşıma fəaliyyəti üçün icazə blankları və başqa qeydiyyat prosedurları aparılır. Bunlar həmin sistemə müəyyən bir təsir göstərir”.

    Ekspert onu da bildirib ki, bəzən Bakıda istifadə müddətini başa vuran avtobuslar rayonlara göndərilirdi. Bu isə heç də ürəkaçan vəziyyət deyil:

    “Əvvəl çox biabırçı bir ənənə var idi. Bakıda istismardan çıxarılan köhnə avtobusları bölgələrə satırdılar. Bu doğru, düzgün yanaşma deyil. Yəni bu Bakıda istismara yararsızdırsa, bölgələrdə də istifadəyə yararsızdır. Rayon camaatı niyə köhnə avtobusda gəzməlidir? Rayonlar üçündə hansısa bir imkanlar yaradılmalıdır. Amma retabellik baxımından sahibkarlar maraq göstərmir. Ona görə də bu məsələlər hansısa bir formada həllini tapmalıdır”.

    Elməddin Muradlı onu da vurğulayıb ki, dövlət sahibkarlara dotasiya ayırsa, rayonlardakı ictimai nəqliyyat problemi müəyyən qədər həll olunar:

    “Sahibkarlar bölgədə ictimai nəqliyyat işlədə bilmir. Çünki gəlir aşağı səviyyədədir. Bölgədə nə qədər insan var, nə qədər ictimai nəqliyyata axın olacaq. Yəni dövlət bunu tənzimləməlidir, hansısa formada sahibkara dotasiya ayırmalı subsidiyalar verilməlidir. Sahibkar maraqlı olmalıdır ki, dövlət dəstəyi varsa mən bu ictimai nəqliyyat xidmətini göstərim”.

    “Ya da rayon icra hakimiyyətləri yenə əvvəlki qaydada bu işlə məşğul olmalıdılar. Təbii ki, burada da özbaşınalıq, rüşvətxorluq, şəxsi maraq yox ictimai maraq üstün tutulmalıdır. İndi bu məsələyə baxmaq lazımdır ki, icra hakimiyyəti bu işin öhdəsindən gələ bildimi? Vaxtı ilə onların tabeliyində idi. Hərhalda bir az qəliz məsələdir, amma kökündən həll etmək üçün dövlətin bu sahədə dəstəyinə ehtiyac var” -deyə, ekspert fikirlərinə əlavə edib.