Month: August 2025

  • Beşqat Olimpiya çempionu Norveçin futbol klubuna 80 avroya transfer olundu

    Yohannes Bö Norveçin “Vinqer” futbol klubu ilə müqavilə imzalayıb.

    Median.Az Norveç Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bö beşqat olimpiya, 23 qat dünya çempionu və biatlon üzrə dünya kubokunun beşqat qalibidir. O, aprel ayında karyerasını başa vurub.

    Keçmiş biatlonçu Norveç çempionatının altıncı divizionunda çıxış edən “Vinqer” klubu ilə müqavilə imzaladığını açıqlayıb.

    O, yarımmüdafiəçi qismində çıxış edəcək.

    “Getdik! Yeni klub, sabah ilk oyun”, – deyə Yohannes sosial şəbəkədə transfer məbləğinin 80 avro olduğunu da qeyd edib.

  • Almaniyanın üç vilayətində polis reydləri: Dövlət çevrilişində şübhəli bilinən şəxslər HƏBS EDİLİB

    Almaniyanın Bavariya əyalətində üç kişi həbs edilib və onlar Henrix XIII Şahzadə Roys ətrafındakı radikal “reyxsbyurqerlər” şəbəkəsi ilə əlaqədə şübhəli bilinirlər.

    Bu barədə “BİLD na russkom” “Telegram” kanalı məlumat verib.

    Bavariya Kriminal Polis İdarəsinin məlumatına görə, saxlanılanlar terror təşkilatının ehtimal edilən üzvləridir və istintaqın qənaətincə, mövcud dövlət sistemini zorakılıqla devirməyi və onu öz sistemləri ilə əvəz etməyi planlaşdırıblar.

    “Genişmiqyaslı araşdırma çərçivəsində yeni fiqurantlar müəyyən edilib ki, onlar ya qruplaşmaya dəstək veriblər, ya da hazırlıq işlərində iştirak ediblər”, – deyə müstəntiqlər bildiriblər.

    Bundan əlavə, söhbət 2022-ci ilin aprelində Bayroyt yaxınlığındakı keçmiş Bundesver atış poliqonunda keçirilən silahlı təlimdən də gedir ki, orada altı nəfər – 40-61 yaşlarında kişilər və bir qadın iştirak edib.

    Hüquq-mühafizə orqanlarının versiyasına görə, bu atışmaların məqsədi Bundestaq binasına hücuma hazırlıq ola bilərdi. Bu motiv rəsmi olaraq iş materiallarında əksini tapıb.

    Qeyd edək ki, avqustun 7-də səhər saatlarında eyni anda üç federal ərazidə reydlər və axtarışlar aparılıb: Bavariya, Saksoniya və Tyuringiya. Ümumilikdə, səkkiz axtarış həyata keçirilib – yeddisi təqsirləndirilən şəxslərin, biri isə şahidin ünvanında.

  • Yaponiya və Tayvanda zəlzələ oldu

    Yaponiyanın cənub-qərb hissəsində yerləşən Ryukyu adalarında 5.9 bal gücündə zəlzələ olub.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Tayvanın şimal-şərq sahillərində isə 6.2 maqnitudalı zəlzələ baş verib.

    Tayvanın mərkəzi hava idarəsi Taypey şəhərində baş verən zəlzələnin 88.1 kilometr dərinlikdə olduğunu bildirib.

    Zəlzələ binaların silkələnməsinə səbəb olub.

    Dağıntılarla bağlı məlumat verilməyib.

    ///apa

  • DYP-dən avtonəqliyyatla sərnişin daşıyanlara MÜRACİƏT

    Baş Dövlət Yol Polisi İdərəsi avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib.

    Bu barədə BDYP-dən məlumat verilib.

    “Yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir. Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.

    Baş Dövlət Yol Polisi İdərəsi bir daha sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşurutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir.

    Sərnişinlər də öz təhlükəsizliklərinə biganə qalmamalı, qanunsuz sərnişindaşımada iştirakçıya çevrilməməlidirlər.

    Nəzərə almaq lazımdır ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir. Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsi aparılmır”, – məlumatda qeyd olunub.

  • Polis blogerin avtomobilindən 103 kq qızıl aşkarladı

    Braziliya polisi ölkə tarixində ən böyük qızıl qaçaqmalçılığı əməliyyatını həyata keçirib.

    Dəbdəbəli həyat tərzi ilə tanınan sosial media simalarından Suzy Alencarın avtomobilindən 103 kiloqram qızıl zibil aşkarlanıb. Qızılın hazırkı bazar dəyəri təxminən 11 milyon dollar qiymətləndirilir.

    Belə ki, Suzy Alencar və əri Bruno Mendes de Jesus işıqforun qırmızı işığında polis tərəfindən saxlanılıb. İlkin axtarış zamanı avtomobildə az miqdarda qızıl aşkar edilib. Bununla belə, polis avtomobilin digər bölmələrdə gizlədilmiş çoxsaylı qızıl külçələri aşkar edib.

    Braziliyanın Federal Yol Polisi (PRF) bu əməliyyatın ölkə tarixində ən böyük qızıl müsadirəsi olduğunu bildirib. 30 yaşlı Bruno hadisə yerində həbs edilib və polisə ifadə verməkdən imtina edib. Suzy Alencar qısa müddətə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ona ittiham irəli sürülməyib.

    Polis ələ keçirilən qızılların mənbəyini və cinayətkar təşkilatlarla mümkün əlaqələrini araşdırır.

    Suzy Alencar sosial mediada analıq, moda və gündəlik həyat haqqında videolar paylaşaraq böyük bir izləyici kütləsinə sahibdir.
    //unikal.az

  • Bakıda TİKİNTİDƏ FACİƏ: Usta hündürlükdən yıxılıb öldü

    Bakıda tikintidə bədbəxt hadisə baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Cəlilabad şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Kamil oğlu Şahbazov Bakı şəhərinin ərazisində qeyri-yaşayış obyektində usta işləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən yaşadığı evdə ölüb.

    Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

  • Türkiyə MN: Daha beş terrorçu təslim oldu

    Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) terrorla mübarizə ilə bağlı son məlumatları açıqlayıb.

     
    Nazirliyin məlumatına görə, daha 5 PKK terrorçusu təslim olub, son bir həftə ərzində terror təşkilatına mənsub 239 şəxs saxlanılıb.
    Nazirlik eyni zamanda 10 avqust Anafartalar Zəfərinin 110-cu ildönümünü öncədən qeyd edib, Anafartalar qəhrəmanı Mustafa Kamal Atatürk başda olmaqla, bütün şəhidləri ehtiramla yad edib.
     
    Açıqlamada, 61 il əvvəl Kiprdə keçirilən hava əməliyyatı zamanı əsir düşərək vəhşicəsinə işgəncə ilə şəhid edilən Türkiyə Cümhuriyyətinin ilk hava hərbi şəhidlərindən biri – Pilot Yüzbaşı Cengiz Topel və Erenköy şəhidlərinə də rəhmət və minnətdarlıq ifadə olunub.

  • Azərbaycan yığmasının gənc üzvü vəfat etdi

    Güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Mirismayıl Həbibov dünyasını dəyişib.

    Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

  • Bakıda sərnişin avtobusu HASARA ÇIRPILDI, ərazidə elektrik enerjisinin verilişi dayandı (Video)

    Bakının Maştağa qəsəbəsində sərnişin avtobusu hasara çırpılıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, 197 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus hasara və avtomobilə çırpılıb.

    Nəticədə ərazidə elektrik enerjisinin verilişi dayanıb.

    Zərərçəkmiş iddia edir ki, avtobusun əyləc sistemi işləməyib. Qəza da məhz bu səbəbdən baş verib. Həmçinin avtobusda sərnişinlərin olduğu da deyilir.

    Hadisə yerindən kadrları təqdim edirik:

  • “El Faro Hotel Nabran”da biabırçılıq – Yemək üstündə mübarizə (Video)

    Nabranda ailəvi istirahət mərkəzi olan “El Faro Hotel Nabran”da yemək üstündə insanlar mübarizəyə qalxıblar.

    Bununla bağlı görüntü sosial şəbəkədə paylaşılıb.

    Belə ki, istirahətə gələnlər növbədə durmayıblar. Nəticədə də bu xoşagəlməz görüntülər yaranıb.