Month: August 2025

  • Bred Pittin çəkildiyi “F1” filmi 545 milyon dollar gəlir əldə edib

    Bred Pittin baş rolda oynadığı “F1” filmi 545 milyon dollar qazanc əldə edib.

    Bu, Pittin karyerasında ən yüksək göstəricidir.

    Bu vaxta qədər rekord 540 milyon dollardan bir qədər çox gəlir əldə edən “World War Z” filmi olub.

    Aktyorun ən çox gəlir gətirən ilk beş filmi sırasına “Troya” (497 milyon dollar), “Cənab və xanım Smit” (487 milyon dollar) və “Ouşenin on bir dostu” (450 milyon dollar) daxildir.

    Bred Pittin 786 milyon dollar gəlir əldə edən “Deadpool 2” filmi siyahıya salınmayıb. Çünki ulduz aktyor həmin filmdə yalnız epizodik rolda yer alıb. İlk 5-liyə daxil olan bütün digər gəlirli filmlərdə aktyor baş və ya baş rollardan birini oynayıb.
    //oxu.az

  • Türkmənistan Prezidenti Azərbaycanın Baş nazirini qəbul edib

    Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Məlumata əsasən, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

    Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

  • Главу азербайджанской диаспоры на Урале Шахина Шихлинского поместили в одиночную камеру

    Главу азербайджанской диаспоры в Свердловской области России Шахина Шихлинского, которого заочно арестовали в Москве и доставили в Екатеринбург, поместили в одиночную камеру следственного изолятора.

    Как передает Median.Az, об этом ura.ru сообщили два источника, близких к следствию.

    “Шихлинский находится в екатеринбургском СИЗО-1, в одиночной камере”, – сказал один из собеседников агентства.

    В пресс-службе свердловского ГУФСИН так прокомментировали эти сведения: “Местоположение и местонахождение спецконтингента не комментируется, согласно действующего законодательства”.

    Ранее сообщалось, что главу азербайджанской диаспоры Шахина Шихлинского заочно арестовал Басманный суд Москвы. Это случилось после того, как его объявили в розыск.

    Некоторое время Шихлинский находился на территории азербайджанского посольства в Москве, куда доступ российским силовикам запрещен. После дипломатических переговоров он вышел, сдался органам и был доставлен в Екатеринбург, где принял участие в следственных действиях и был помещен в СИЗО.

    По предварительной информации, главу уральской диаспоры обвиняют в причастности к покушению на убийство Фехруза Ширинова (ст. 30 ст. 105 УК РФ), а также в насилии над представителем власти (ст. 318 УК РФ).

    Адвокат Шахина Шихлинского сообщил e1.ru, что его подзащитный настаивает на своей невиновности и намерен обжаловать решение об аресте. В Басманном суде не смогли оперативно ответить на звонок и письменный запрос редакции.

    Покушение на Фехруза Ширинова произошло в 2010 году, через несколько лет после убийства Юнуса Пашаева. Но Фехрузу повезло – пистолет убийцы дал осечку. Исполнителем же, по версии следствия, стал еще один азербайджанец – Эльман Сулейманов (уже умер от естественных причин). Перед смертью он якобы успел назвать имя заказчика.

    Ранее в Екатеринбурге отправили под арест сына Шахина Шихлинского – Мутвали. Он пробудет под стражей два месяца. Его задержали 15 июля по обвинению в применении насилия в отношении представителя власти.

    Причиной стала ситуация, произошедшая 1 июля у “Баку Плаза”. Тогда силовики устроили спецоперацию по задержанию главы диаспоры Шахина Шихлинского, который ехал в авто вместе с сыном. Когда в Mercedes Gelandewagen стали бить стекла, машина, за рулем которой был Мутвали, поехала назад и сбила спецназовца.

  • Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski təkadamlıq kameraya salınıb

    Rusiyanın Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskva tərəfindən qiyabi şəkildə həbs edildikdən sonra Yekaterinburqa gətirilib və istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib.

    Median.Az xəbər verir ki, bu barədə Ura.ru istintaqa yaxın iki mənbəyə istinadən xəbər yayıb.

    Sverdlovsk vilayətinin Cəzaçəkmə Müəssisələri üzrə Baş İdarəsinin (QUFSİN) Mətbuat Xidməti məsələ ilə bağlı rəsmi mövqe bildirməkdən imtina edib:

    “Xüsusi kontingentin yerləşdiyi yer, qanunvericiliyə əsasən, açıqlanmır və şərh olunmur”, – deyə idarədən bildirilib.

    Xatırladaq ki, daha əvvəl Moskvanın Basmannı məhkəməsi Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı çıxarmışdı. Bu qərar onun axtarışa verilməsindən sonra qəbul olunmuşdu.

    Şıxlinski bir müddət Moskvadakı Azərbaycan səfirliyinin ərazisində olub. Həmin əraziyə Rusiya hüquq-mühafizə orqanlarının girişi qadağandır. Diplomatik danışıqlardan sonra o, səfirlikdən çıxaraq könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub və Yekaterinburqa aparılıb. Orada istintaq hərəkətlərində iştirak edib və təcridxanaya yerləşdirilib.

    İlkin məlumata görə, Şahin Şıxlinski Ural azərbaycanlılarının diaspor rəhbəri kimi, 2010-cu ildə Fehruz Şirinova qarşı sui-qəsdə cəhd və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamları ilə üzləşib.

    Onun vəkili açıqlamasında bildirib ki, Şıxlinski özünü təqsirli bilmir və həbs qərarından apellyasiya şikayəti verəcək. Basmannı məhkəməsi isə nə redaksiyanın zənglərinə, nə də sorğusuna cavab verib.

    Sui-qəsd cəhdi 2010-cu ildə – Yunus Paşayevin qətlə yetirilməsindən bir neçə il sonra baş verib. Hadisə zamanı cinayətkarın silahı ilişdiyi üçün Fehruz Şirinov sağ qalıb. İstintaqın versiyasına görə, icraçı azərbaycanlı Elman Süleymanov olub. O, artıq təbii səbəblərdən vəfat edib. Lakin ölümündən əvvəl sifarişçinin adını açıqladığı iddia olunur.

    Bundan əvvəl Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski də Yekaterinburqda həbs edilmişdi. O, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur və iki ay müddətinə həbs olunub.

    İttihama səbəb iyulun 1-də “Bakı Plaza” yaxınlığında baş verən insident olub. Həmin vaxt hüquq-mühafizə orqanları Şahin Şıxlinskini həbs etmək üçün əməliyyat keçirib. Atası ilə birlikdə avtomobildə olan Mütvəli idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobillə geri hərəkət edərək xüsusi təyinatlı polis əməkdaşını vurub.

  • Möminə xatun türbəsinin bərpasına başlanıldı

    Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

    Bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi məlumat yayıb.

    Nazirlik ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, bu gün şirkətin işçi qrupu Naxçıvana gəlib. Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastrukturun qurulması işlərinə başlanılıb. Abidə tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.

    Qeyd edək ki, Prezident İlham Əliyev mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

  • Ərdoğan Zakir Həsənovun müşavirinə Ordu generalı rütbəsi verdi

    Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.

    Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

    Belə ki, əvvəl Türkiyə ordusunda general-polkovnik rütbəsini daşıyan Bəxtiyar Ersaya prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə ordu generalı hərbi rütbəsi verilib.

    Eyni zamanda, Türkiyə ordusunda 31 general və admirala daha bir üst rütbə, 61 polkovnikə isə general və admiral rütbələri verilib.

  • İyul ayında günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı AÇIQLANDI

    2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət edib.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib.

    “Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.

    Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib”,- deyə əlavə edilib.

  • Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 5-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Şəmistan Sadıxovun hüquqi varisi – atası Əbdülağa Sadıxov bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olub.

    Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs Vüsal Məlikovun hüquqi varisi – atası Bəxtiyar Məlikov övladının Laçında Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.

    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Cavad Məhərrəmovun hüquqi varisi – atası Sadiq Məhərrəmov övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.

    Zərərçəkmiş Eltun Yunusovun hüquqi varisi – atası Cavanşir Yunusovun övladının Xocavənddə düşmən atəşi nəticəsində həlak olduğunu qeyd edib.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Məmməd Qayıbov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarət aldığını bildirib. Həmin vaxt Rahib Şıxıyev, Elmin Eyvazov və Şəhrət Qasımov da yaralanıblar.

    Əli Heydərov ifadəsində Ağdamda düşmən tərəfindən atılmış mərminin yaxınlığına düşərək partlaması nəticəsində özünün və Sabutay Ağabağırovun yaralandığını vurğulayıb.

    Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Fərid Aslanov Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını diqqətə çatdırıb.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Camal Həmidov Laçında düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.

    Habil Qənbərov ifadəsində Xocavənd rayonunda minaatan mərmisinin partlaması nəticəsində yaralandığını deyib. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, həmin vaxt yanında olan Murad Mustafayev də xəsarət alıb.

    Afiq Süleymanov Ermənistanın mina terrorundan zərər çəkdiyini söyləyib. O, ifadəsində deyib ki, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlayışı nəticəsində xəsarət alıb.

    Süleyman Qarayev ifadəsində Laçın rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib.

    Zərərçəkmiş Kənan Əhədov ifadəsində Ağdam rayonunda avtomobillə hərəkətdə olarkən mina partlaması nəticəsində xəsarət aldığını diqqətə çatdırıb. O deyib ki, hadisə nəticəsində onunla eyni avtomobildə olan Afər Hüseynov, Yusif Abdullayev, Rəşad Həziyev və Adəm Əliyev müxtəlif xəsarətlər alıblar.

    Zərərçəkmiş Rəşad Həziyev özündən əvvəl ifadə vermiş K.Əhədovun dediklərini təsdiqləyərək, hadisə zamanı yaralandığını, avtomobilin yararsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb.

    Şəhriyar Zərbəliyev Xocalıda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O bildirib ki, həmin vaxt Emil Nəbiyev və Rövşən Əzimli də müxtəlif növ bədən xəsarətləri alıblar.

    Sonra ifadə verən Abdulla Hacıyev Ağdərədə, Sadiq Həmidov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldıqlarını qeyd ediblər.

    Məhkəmənin növbəti iclası avqustun 12-nə təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

  • Yoldan bank kartı tapdı, özgəsinin pulunu xərclədiyi üçün cəzalandırıldı

    Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən ticarət mərkəzindəki mağazalardan birində satıcı işləyən şəxs oğurluq etdiyinə görə həbs olunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü D.F.-nin barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    İttihama əsasən, satıcı işləyən D.F. yolda banklardan birinə məxsus, Z.S. adlı şəxsə aid bank kartı tapıb. O, həmin kartdan istifadə edərək mağazalardan birindən iki köynək və bir ədəd şalvar, başqa bir mağazadan isə bir jaket və bir köynək, həmçinin bir cüt ayaqqabı alıb. Bundan əlavə, o, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən kafedə 14 manat 50 qəpik məbləğində alış-veriş edib. Nəticədə zərərçəkmişə ümumilikdə 455 manat 32 qəpik məbləğində maddi ziyan dəyib.

    Məhkəmənin qərarına əsasən, D.F.-yə 27 may 2025-ci ildən 29 may 2025-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

  • Rüşvətlə plastik cərrahiyyəyə icazə verənlərin işi çətinləşdi – Ağır ittihamlar

    Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

    Median.Az Baş Prokurorluğa istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

    İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməkçilik) və 32.5, 313 (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Sözügedən cinayət işindən qeyd edilən cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.