Month: August 2025

  • Dörd övladına aliment verməyən ana cəzalandırıldı

    Azərbaycanda övladlarına aliment verməyən ana cəzalandırılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qadın məhkəmə qərarını icra etməməkdə təqsirli bilinib.

    Afət Quliyevanın (ad-soyad şərti) dörd övladına aliment ödəməməsi ilə bağlı keçmiş əri şikayətçi olub. Üçüncü qrup əlil olan ər uşaqlarının xərclərini qarşılamaq üçün alimentin ödənilməsini tələb edib.

    Məhkəmənin qərarına əsasən, A.Quliyeva hər uşaq üçün aylıq 50 manat aliment ödəməlidir. Çünki o, uşaqlarını atanın yanında qoyaraq ailəni tərk etdiyinə görə məsuliyyət daşıyır. Qadın uşaqlarına aliment vermədiyi üçün daha əvvəl də iki dəfə cəzalandırılıb. Hazırda ödənilməmiş ümumi aliment borcu altı min manatdır.

    Məhkəmədə məlum olub ki, A.Quliyeva yenidən ailə həyatı qurub və Abşeron rayonunda gözəllik salonunda işləyir. Keçmiş əri qadının qanunauyğun şəkildə cəzalandırılmasını xahiş edib. O, aylıq 400 manat maaş aldığını da məhkəmənin diqqətinə çatdırıb.

    Göyçay Rayon Məhkəməsinin qərarı ilə anaya bir il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

  • На Солнце произошла новая сильная вспышка

    Вспышка предпоследнего класса мощности (М), которая стала уже четвертой в августе, зафиксирована на Солнце во вторник.

    Об этом сообщили ТАСС в Институте прикладной геофизики (ФГБУ “ИПГ”).

    “5 августа в 05:12 мск (06:12 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4168 (N04E03) зарегистрирована вспышка M1.2 продолжительностью 30 минут”, – отмечает институт.

    Ранее ученые прогнозировали повышенные риски крупных вспышек на первые выходные августа. Вспышка класса М, произошедшая во вторник, стала уже четвертой в августе.

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: A, B, C, M и X. Минимальный класс A0.0 соответствует мощности излучения на орбите Земли в 10 нВт на 1 кв. м. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки могут сопровождаться выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

  • Günəşdə yeni güclü partlayış baş verib

    Günəşdə avqustda artıq dördüncü olan sondan əvvəlki güc sinfinə (M) məxsus partlayış qeydə alınıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Avqustun 5-də Moskva vaxtı ilə saat 05:12-də (Bakı vaxtı ilə 06:12 – red.) 4168 (N04E03) Günəş ləkələri qrupunda rentgen diapazonunda 30 dəqiqə davam edən M1.2 partlayışı qeydə alınıb”, – deyə institutdan bildirilib.

    Qeyd edək ki, daha əvvəl alimlər avqustun ilk həftəsonunda böyük partlayışlar riskinin artacağını proqnozlaşdırmışdılar. Bu gün baş verən M sinifli partlayış isə artıq avqust ayında dördüncü olub.

    Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • Oğuzda ruhi xəstə balta ilə insanlara hücum edir

    “Bir həftədən çoxdur ki, qorxu içindəyik. Aramızdan bəziləri məcbur evlərində qalıb, digərləri isə başqa qohumların evinə gediblər. Hər an birimiz cinayətin qurbanı ola bilərik”.

    Median.Az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Oğuz rayonunun Padar kəndinin bir qrup sakini müraciət edib. Kənd sakinləri narahatlığa səbəb kimi elə Padarda yaşayan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən Ruslan Elbahat oğlu Səmədovu göstərirlər.

    Vətəndaşların sözlərinə görə, bu şəxs dəfələrlə həbs edilib, Maştağa Psixiatriya Xəstəxanasında müalicə alıb. Sonra yenidən bu kəndə, evinə qayıdıb. Lakin əməllərində dəyişən heç nə olmayıb:

    “Yenidən başqalarına hücum edib. Qorxumuzdan çölə çıxa bilmirik. Bu şəxs 2010-cu ildə 74-75 yaşlı Münəvvər Zakirovanın evini dağıdıb, sonra isə balta ilə qəddarlıqla öldürüb. Qətldən əvvəl onun evinə girib, neçə dəfə qapı-pəncərəsini sındırıb. Qadın ölümündən əvvəl Ruslan Səmədovun evinə də gedərək anası Sevincə, atası Elbahata şikayətini deyib. Ruslan isə şikayətlərinə görə qadını öldürəcəyi ilə hədələyib və qısa müddət sonra dediyini edib”.

    Kənd sakinləri deyirlər ki, Ruslan Səmədova 14 il həbs cəzası verilsə də, bunun, sadəcə, səkkiz ilini həbsdə keçirib:

    “Həbsdən sonra ailəsi nə edibsə, o, Maştağa Psixiatriya Xəstəxanasına göndərilib və evinə qayıdıb. Hətta öz ana və atasına da bir neçə dəfə xəsarət yetirib və ailə üzvləri ondan şikayətçi olublar. Sonra yenə müalicəyə gedib və evinə qayıdıb. Doğma bibisi oğlu ilə dalaşıb, anasına deyib ki, onu öldürəcək. Anası zəng edərək oğlanı xəbərdar edib, o, iş yerindən qaçıb. Amma oğlanı tapıb və onu bıçaqlayıb, lakin xəsarət yetirdiyi adam ölməyib. Yenə həbs olunub. Amma əvvəlki qaydada xəstəxanaya göndərilib və evinə qayıdıb.

    İyul ayında isə yenidən eşitdik ki, həmin şəxs evindədir. Ailəsi bundan əvvəl də dəfələrlə onu evində gizlədib. Sonuncu dəfə evindən balta ilə çıxıb, sonradan başqa bir kənddən tapılıb. Axırıncı dəfə isə Rövşən adlı şəxsin həyətinə gedib, həyətdəki iti öldürüb, sonra isə tövləni yandırıb. Buna səbəb isə həmin şəxsin Ruslandan şikayət edəcəyini deməsi olub. Qonşuların polisə müraciəti ilə o tutulub.

    Biz qorxuruq ki, yenə eyni şeylər olsun. Əlində balta ilə küçələrdə gəzir, biri gözünə xoş görünmürsə, hansısa sözü ağlına qoyursa, onunla düşmən olur. Həmin şəxs hamımız üçün təhlükədir. Bir gün bizi də öldürə bilər…”

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyulun 30-da Oğuz rayonunun Padar kəndində tövlənin qəsdən yandırılması ilə bağlı daxil olmuş məlumat əsasında ərazi üzrə polis orqanında araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ruslan Səmədovun yeri müəyyən olunaraq saxlanılıb. Hazırda fakta görə araşdırmalar davam etdirilir.

    Şikayətlə bağlı Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Ruslan Səmədov yeddi dəfə xəstəxanada stasionar müalicədə olub:

    “Sonuncu dəfə 30.01.2025-ci ildə qənaətbəxş vəziyyətdə evə yazılıb. Xəstənin psixi vəziyyətində yenidən pisləşmə müşahidə olunarsa, özünün və yaxınlarının müraciəti ilə Mərkəzi Rayon Xəstəxanasından göndəriş əldə edərək ərazi polisinin köməkliyi ilə Respublika Psixiatriya Xəstəxanasına müraciət edib lazımi müalicələrlə təmin oluna bilər”.

  • Рекордная жара в Восточном Азербайджане: закрыты госучреждения – Фото

    В иранской провинции Восточный Азербайджан из-за роста температуры и для регулирования энергопотребления 5 и 6 августа госучреждения и учебные заведения приостановят работу.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    В заявлении руководства провинции отмечается, что решение о двухдневном закрытии принято в связи с резким повышением температуры и необходимостью управления расходом водно-энергетических ресурсов.

  • İranda şiddətli istilər: Dövlət idarələri bağlandı – Foto

    İraqın Şərqi Azərbaycan əyalətində artan temperatur və enerji sərfiyyatını tənzimləmək məqsədilə avqustun 5-də və 6-da dövlət idarələri və təhsil müəssisələri fəaliyyətini dayandıracaq.

    Bu barədə “Azad İran” “Telegram” kanalı İran KİV-ə istinadən məlumat verib.

    Bununla bağlı əyalət rəhbərliyinin yaydığı açıqlamada bildirilib ki, tətil qərarı hava şəraitinin kəskin istiləşməsi və su-elektrik enerjisi istehlakının idarə olunması məqsədilə verilib.

  • В июле в Азербайджане температура воздуха превысила климатическую норму

    В июле текущего года максимальная температура воздуха в Баку и на Абшеронском полуострове достигала 39, а в регионах – 41 градуса тепла.

    Об этом Report сообщили в Национальной службе гидрометеорологии.

    Отмечается, что среднемесячная температура воздуха составила 28 градусов, что на 2 градуса выше климатической нормы.

    Также подчеркивается, что за последние 5 лет среднемесячная температура воздуха в июле была на 5-8 градусов выше климатической нормы.

  • Ötən ay havanın temperaturu iqlim normasından yuxarı olub – RƏSMİ

    2025-ci ilin iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, bölgələrdə isə 41 dərəcəyədək isti olub.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Qeyd olunub ki, havanın ortaaylıq temperaturu 28 dərəcə isti təşkil edib, bu da iqlim normasından 2 dərəcəyədək yuxarıdır.

    Eyni zamanda vurğulanıb ki, son beş ildə iyul ayında havanın ortaaylıq temperaturu iqlim normasından 5-8 dərəcə yuxarı olub.

  • В Иране произошло сильное землетрясение

    Сегодня в иранской провинции Керман произошло землетрясение.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Подземные толчки магнитудой 5.4 произошли на глубине 28 км и ощущались в районе Захеклута провинции Керман.

    На данный момент информации о пострадавших и разрушениях нет.

  • İranda güclü zəlzələ baş verib

    Bu gün İranın Kirman vilayətində zəlzələ qeydə alınıb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Məlumata görə, yeraltı təkanlar 5.4 bal gücündə olub və zəlzələ ocağı 28 kilometr dərinlikdə yerləşib.