Month: August 2025

  • Oğuzda 34 yaşlı şəxs bıçaqlanıb

    Oğuz rayonunda fəaliyyət göstərən kafelərin birində 34 yaşlı şəxs bıçaqlanıb.

    39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Azərbaycanlı güləş hakimi karyerasını başa vurub

    Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında iştirak edən azərbaycanlı hakim Natiq Hacıyev karyerasını başa vurub.

    Bu, təcrübəli referinin son beynəlxalq yarışı kimi əlamətdar olub.

    Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyəti ilə vidalaşıb. Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.

    Qeyd edək ki, N.Hacıyevlə yanaşı, Elman İsmayilov da mundialda ədaləti qoruyub.

  • На прошлой неделе от мин очищена территория площадью 1726 га

    С 28 июля по 3 августа на освобожденных от оккупации территориях Азербайджана обнаружено и обезврежено 15 противотанковых, 48 противопехотных мин и 309 неразорвавшихся боеприпасов.

    Об этом говорится в еженедельной сводке Агентства Азербайджана по разминированию (ANAMA).

    За указанный период от мин очищена территория площадью 1726,1 га.

    Операции проводились ANAMA, министерствами Обороны и Чрезвычайных ситуаций, Государственной пограничной службы и четырьмя частными компаниями.

  • Ötən həftə 1726 ha ərazi minalardan təmizlənib

    Azad olunan ərazilərdə iyulun 28-dən avqustun 3-nə qədər 15 tank əleyhinə mina, 48 piyada əleyhinə mina, 309 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 1726.1 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

  • Bakıda zirzəmisinə su yığılmış binaların sayı açıqlanıb

    Son dövrlərdə Bakıda zirzəmisinə su yığılmış 114 bina aşkarlanıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologoya Mərkəzindən məlumat verilib.

    Məlumata əsasən, aparılmış monitorinqlər zamanı belə zirzəmilər Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Nizami, Nəsimi, Yasamal, Səbail, Suraxanı, Sabunçu, Nərimanov rayonu ərazilərində olan binalarda qeydə alınıb.

    “Bu ünvanlarda su axıntıların qarşısının alınması, zirzəmilərin qurudulması ilə bağlı tədbirlərin aparılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə və rayonların Mənzil Kommunal Təsərrüfat Birliyi idarələrinə məktublarla müraciət olunub”, – bildirilib.

  • В Армении арестован участник кибер-банды, выманившей свыше $2 млн через “инвестсайты”

    Следственный комитет Армении сообщил об аресте участника крупной международной мошеннической схемы, основанной на фальшивых инвестиционных платформах.

    Об этом сообщают армянские СМИ.

    По данным следствия, гражданин С. Х. с ноября 2021 года по декабрь 2023-го принимал участие в деятельности организованной группы, в состав которой входили не менее 144 человек, включая несовершеннолетних.

    Преступная схема заключалась в создании поддельных сайтов, предлагавших инвестиции с высокой доходностью и содержавших элементы идентификации пользователей. Вводя людей в заблуждение, злоумышленники похищали средства, которые те перечисляли в надежде на быструю прибыль.

    Общее число пострадавших превысило 1 400 человек из разных стран, а сумма ущерба составила более 810 млн драмов (около $2,16 млн).

    В отношении С. Х. возбуждено уголовное дело по статье о компьютерном хищении в особо крупном размере. Материалы дела с обвинительным заключением уже переданы прокурору.

  • Ermənistanda 2 milyon dollar pulu mənimsəyən kiber dəstənin üzvü həbs edilib

    Ermənistan İstintaq Komitəsi saxta investisiya platformalarına əsaslanan irimiqyaslı beynəlxalq dələduzluq sxeminin iştirakçısının həbs edildiyini bildirib.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    İstintaqın məlumatına görə, həmin şəxs 2021-2023-cü illərdə azı 144 nəfərdən ibarət mütəşəkkil qrupun fəaliyyətində iştirak edib.

    Cinayət sxemi yüksək gəlirli investisiyalar təklif edən saxta saytların yaradılmasından ibarət olub. Dələduzlar insanları aldadaraq onların köçürdükləri vəsaitləri mənimsəyiblər.

    Müxtəlif ölkələrdən zərərçəkənlərin ümumi sayı 1 400 nəfəri keçib, ziyanın məbləği isə 810 milyon dramdan (təxminən 2,16 milyon dollar) çox olub.

    Onun barəsində cinayət işi açılıb. İş materialları ittiham aktı ilə birlikdə artıq prokurora təqdim edilib.

  • Rusiyada triatlonçu yarış zamanı vəfat edib

    Rusiyada triatlonçu Andrey Pulyayev yarış zamanı vəfat edib.

    Bu barədə yarışı təşkil edən “İronstart 113″ün mətbuat xidmətindən bildirilib.

    O, Nijni Novqorodda triatlon yarışı zamanı məsafənin su hissəsini keçərkən vəfat edib. Finişə yaxın halı pisləşən idmançı təcili yardım briqadasına təhvil verilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    İdmançının müvafiq təcrübəyə və hazırlığa malik olduğu, əvvəllər 113 və 226 km məsafələrdə triatlon yarışlarında iştirak etdiyi, digər iştirakçılar kimi yarışlara buraxılış üçün tibbi müayinədən keçdiyi qeyd olunub.

  • Завтра в Баку ожидается до 40, в регионах – до 41 градуса тепла

    5 августа в Азербайджане столбики термометров поднимутся до 41 градуса.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В Баку и на Абшеронском полуострове ожидается солнечная погода. Будет преобладать северо-западный ветер, который утром сменится юго-восточным.

    Температура воздуха ночью составит 24-29, днем – 35-39, местами до 40 градусов тепла. Атмосферное давление ниже нормы – 758 мм ртутного столба, относительная влажность воздуха ночью составит 70-80, днем – 40-45%.

    В районах Азербайджана ожидается преимущественно без осадков. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 21-27, днем – 35-40, местами до 41 градуса тепла, в горах ночью 18-23, днем – 29-34 градуса тепла.

  • Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq – PROQNOZ

    Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-29, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.