Month: August 2025

  • Trampın siyasəti dolları risk altında qoyur – “Bloomberg”

    ABŞ dolları və digər Amerika aktivləri, ölkənin iqtisadi institutlarının gələcəyi ilə bağlı yaranmış təhlükə səbəbindən həssas vəziyyətə düşüb.

    Qaynarinfo xəbər verir ki, bu gərginlik keçmiş prezident Donald Trampın son addımları ilə daha da dərinləşib.

    “Bloomberg”in yazdığına görə, Tramp 1 avqustda istefa vermiş Federal Ehtiyat Sisteminin (FED) üzvü Adriana Kuqlerin yerinə yeni bir namizədi təyin etmək imkanına malikdir. Bu isə FES sədri Cerom Pauellin təsir imkanlarını zəiflədə bilər.

    Trampın ötən həftə Əmək Statistika Bürosunun rəhbəri Erika MakEntarferi vəzifədən uzaqlaşdırması da əlavə narahatlığa səbəb olub. Analitiklər bildirirlər ki, iqtisadi göstəricilərin və pul-kredit siyasətinin müstəqilliyinə olan təhdidlər investorların Amerika aktivlərinə inamını azalda və bu səbəbdən dolların dəyərinə zərbə vura bilər. Artıq bəzi fondlar ABŞ istiqrazları və səhmlərindən imtina ediblər.

    Amerika institutlarının siyasiləşməsi ilə bağlı narahatlıqlar, eyni zamanda iqtisadi artımın zəifləməsi ilə bağlı siqnallar fonunda baş verir. Ötən həftənin əvvəlində dollar bir qədər dirçəlmə əlamətləri göstərsə də, 1 avqustda aparıcı valyutalar qarşısında kəskin ucuzlaşıb.

    “ABŞ siyasətinə olan etibar getdikcə daha çox təhlükə altındadır”, deyə Londonun “Brown Brothers Harriman” şirkətinin strateqi Elias Haddad bildirib. Onun sözlərinə görə, dollar yaxın zamanda daha da zəifləyə bilər.

    Trampın Pauell və onun həmkarlarına faiz dərəcələrini azaltmaq üçün təzyiq göstərmək cəhdləri FED-in müstəqilliyini sarsıdır, MakEntarferin vəzifədən azad edilməsi isə ABŞ iqtisadi məlumatlarının bütövlüyünə dair təsəvvürə zərər vura bilər.

    FED-in yeni üzvü postuna Trampın namizədi gələcək il may ayında Pauellin səlahiyyət müddəti başa çatdıqda sədr vəzifəsinə keçə bilər. Yeni rəhbərin vaxtından əvvəl açıqlanması isə “kölgə sədr” anlayışını gündəmə gətirə bilər – investorlar Pauellin deyil, Trampın namizədinin proqnozlarına diqqət yetirə bilərlər.

    MUFG bankının London şöbəsinin qlobal bazarlar üzrə tədqiqat rəhbəri Derek Halpenninin sözlərinə görə, Pauellin yerinə mümkün namizədlər arasında ən mənfi təsir göstərən seçim “Milli İqtisadi Şura”nın direktoru Kevin Hassett ola bilər – onun Trampa yaxınlığı bu təhlükəni artırır. Halpenni əlavə edib ki, maliyyə naziri Skott Bessent də Tramp ilə əlaqələri səbəbindən investorlar tərəfindən mənfi qarşılanacaq, lakin bu təsir Hassett qədər güclü olmayacaq.

    Halpenni qeyd edib ki, keçmiş FES üzvü Kevin Vorş, eləcə də hazırkı FES üzvləri Kristofer Voller və Mişel Bouman isə mərkəzi bank təcrübələri sayəsində daha müsbət qarşılanacaqlar.

  • “İnsanlar ayaqlarını yorğanına görə uzatmır, çox kredit götürürlər” – Ekspert

    “İnsanlar ayaqlarını yorğanlarına görə uzatmır, çox yüksək məbləğdə kredit götürürlər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov istehlak kredit kartlarında limitlərin azaldılması ilə bağlı Mərkəzi Bankın qərarını şərh edərkən deyib.

    Ekspert bildirib ki, bu dəyişiklik əhalinin həddindən artıq borclanmasının qarşısını almağa yönəlib:

    “Addım tamamilə doğrudur. İnsanlar yüksək məbləğdə kredit götürmək istəyir, banklar da onların istəyini yerinə yetirir. İstehlak kreditlərinin faizləri daha yüksəkdir. Banklar isə düşünür ki, vətəndaşla yaranacaq problemi həll etmək asandır – kollektorla, məhkəmə yolu ilə və s. Nəticədə həm əhali, həm də bank sistemi üçün ciddi problemlər yaranır”.

    Əkrəm Həsənovun sözlərinə görə, vətəndaş krediti ödəyə bilməyəndə bu borc “problemli kredit” siyahısına düşür:

    “Bu, həmçinin ölkə iqtisadiyyatı üçün də mənfi haldır. İqtisadiyyatın inkişafı üçün əsasən biznes kreditləri verilməlidir. Bu səbəbdən Mərkəzi Bank qərara alıb ki, aylıq əməkhaqqı 1000 manat olan vətəndaşa maksimum 5 min manat həcmində kredit xətti açıla bilər”.

    Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması məqsədilə yeni tənzimləyici çərçivə tətbiq edib. Dəyişikliklərin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaq və bank sisteminin kapital dayanıqlığını qorumaqdır. Yeni qaydalara görə, borcalanın kredit kartı üzrə limit onun xalis (vergidən sonrakı) aylıq gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır.

  • “28 Mall”da qadının çantası oğurlandı: İki aylıq həbs edildi

    Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində qadına məxsus əl çantası oğurlanıb.

    Qaynarinfo-nun məlumatına görə, hadisə ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən restoranlardan birində baş verib.

    F.V. adlı xanım əl çantasını masanın üzərinə qoyub və təxminən 2 dəqiqə sonra geri qayıtdıqda onun yoxa çıxdığını görüb. Çantanın içərisində şəxsiyyət vəsiqəsi, 15 manat pul, 70 manatlıq kosmetika, 20 manatlıq qulaqcıq qabı və 60 manatlıq enerji naqili olub. Ümumilikdə qadına 165 manat maddi ziyan dəyib.

    Zərərçəkmiş dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.

    Araşdırmalar nəticəsində müəyyən olunub ki, hadisəni 1978-ci il təvəllüdlü, Göyçay şəhər sakini P.Ə. törədib. O, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş protokola məhkəmədə baxılıb.

    P.Ə. oğurladığı əşyaları sataraq pulu xərclədiyini etiraf edib. Məhkəmənin qərarı ilə o, 2 ay müddətinə inzibati həbs cəzası alıb.

  • İtaliya dağlarında rekord ölüm: Nə baş verir?

    İtaliya Alp dağlarında cəmi bir ay ərzində – 21 iyunla 23 iyul tarixləri arasında – 83 nəfər həyatını itirib, daha 5 nəfər isə itkin düşmüş hesab olunur. Bu, ölkədə dağlarda müşahidə olunan ən yüksək ölüm göstəricilərindən biridir.

    Qaynarinfo-nun məlumatına görə, İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Milli Dağ Xilasetmə Xidmətinin rəhbəri Mauritsio Dellantonio bildirib ki, iyun ayının ortalarında məktəb tətili başlayan kimi dağlara axın başlayıb. Onun sözlərinə görə, qurbanların 60 faizi turistlər, qalan 40 faizi isə alpinistlər, velosipedçilər və paraşütçülərdir.

    “Gündə demək olar ki, üç ölüm hadisəsi baş verir. Yardım çağırışları ötən illərlə müqayisədə təxminən 20% artıb. Mən bu qədər ölüm hadisəsinin qeydə alındığı başqa bir yay mövsümünü xatırlamıram. Artıq bütün hədlər aşılıb”, deyə Dellantonio vurğulayıb.

    Hazırlıqsız turistlər təhlükə yaradır

    Dellantonio son hadisələrdən biri ilə bağlı misal çəkib: 30 yaşlı bir aşpaz işdən sonra Palla Bianca zirvəsinə (3600 metr) qalxmaq qərarına gəlib. Lakin 3100 metr hündürlükdə krossovka ilə donmağa başladığı üçün kömək çağırıb.

    O, həmçinin xatırladıb ki, ötən il bir turist azyaşlı qızını qucağında tutaraq San-Pelleqrino keçidindəki dəmir pilləkəndən dırmaşıb. “O, özünü sığortalamamışdı, ayaqlarının altında 50 metrlik uçurum var idi. Ertəsi gün mən ona zəng edib dedim: “Əzizim, bu cür hərəkət olmaz. Sən möcüzə nəticəsində sağ qalmısan”.

    Yeniyetmələr və sosial şəbəkələrin təsiri

    Bir neçə gün əvvəl Aosta vadisində 15 yaşlı yeniyetmə itkin düşüb, sonradan isə meyiti tapılıb. Dellantonioya görə, sosial şəbəkələrin yaratdığı təzyiq – başqalarının uğurla zirvəyə qalxdığını paylaşması – gəncləri düşünmədən hərəkət etməyə vadar edir.

    Xilas edilənlər ödənişdən imtina edirlər

    Qurtarma xidmətinin rəhbəri əlavə edib ki, bəzi insanlar xilasetmə əməliyyatlarına görə ödəniş etməyə razı olmurlar. Məsələn, Trentino bölgəsində bir nəfərin xilas olunması 750 avroya, Veneto bölgəsində isə min avroya başa gəlir. “Yarısı ödənişdən imtina edir – hətta həyatlarını xilas etdiyimiz halda belə”, deyə Dellantonio bildirib.

    Dağda nə vacibdir?

    Dellantonio dağlara gedərkən su, qida, gün eynəyi və əlavə geyim götürməyin vacibliyini xatırladıb. O bildirib ki, yaxşı hava şəraiti belə bir anda dəyişə bilər, və güclü leysan yağışlar yolları dağıda bilər?

    “Turistlərin yalnız yarısı özü ilə plaş və ya yağıntıya qarşı paltar götürür. Əlbəttə, mobil telefon tam dolu olmalı və üzərində “GeoResQ” tətbiqi quraşdırılmalıdır. Bu proqram çox yaxşı işləyir”.

  • Baş nazir Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir

    Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Hocamırat Gəldimıradov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Türkiyədə saxta diplom dəhşəti: “Əsrin zəlzələsi”ndə ölən vəkillərin sənədlərini istifadə etdilər

    Türkiyədə saxta diplom cinayəti ilə bağlı istintaq çərçivəsində şokedici faktlar ortaya çıxıb. Məlum olub ki, dəstə üzvləri 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdə həyatını itirən vəkillərin universitet sistemindəki qeydiyyatlarını silərək, onların yerinə hüquq fakültəsi məzunu kimi görünmək istəyən şəxslərin adlarını yerləşdiriblər. Bu saxta diplomlar hətta e-dövlət sistemində də görünüb.

    Median.Az bu barədə “Haber Global”a istinadla xəbər verir.

    Bildirilir ki, dəstə müxtəlif dövlət qurumlarına məxsus elektron imzaları ələ keçirərək saxta universitet və məktəb diplomları, eləcə də sürücülük vəsiqələri tərtib edib. May ayında 134, iyulda isə əlavə 65 nəfər barəsində cinayət işi açılıb.

    İş üzrə araşdırmalar davam edir.

  • Paytaxtda köşklərdən oğurluq edən şəxslər saxlanıldı

    Bakının Nizami və Suraxanı rayonlarında yerləşən iki köşkdən oğurluqlar edilib və zərərçəkənlərə 4 min manata yaxın ziyan vurulub.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı M.İmamverdili və əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Ə.Əliyev saxlanılıb.
    Aparılan araşdırmalarla Ə.Əliyevin bir nəfərə məxsus bank kartından 465 manat pul oğurladığı da müəyyən edilib.
    Araşdırma aparılır.

  • Səs yazısı yayılan məktəb direktoru vəzifəsindən azad edilib

    Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.

    Mərkəzi Aran Regional Təhsil İdarəsindən verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.
    “Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili, bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir”, – deyə qurumdan bildirilib.

  • Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

    Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilir, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
    Bildirilib ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 5 avqust saat 15:00, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək:
    “Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilər”.
    Qeyd edək ki, proses 20 avqust 18:00-a qədər davam edəcək.

  • Международный суд отклонил второй иск Карапетяна о национализации в Армении ЭСА

    Арбитражный институт Торговой палаты Стокгольма (SCC) отклонил поданный в конце июля иск арестованного в Ереване по обвинению в призывах к захвату власти российского бизнесмена армянского происхождения, главы группы компаний “Ташир” Самвела Карапетяна.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщили в пресс-службе правительства Армении.

    Так, 29 июля компания Liormand Holdings Limited, Самвел Карапетян, Этери Карапетян, Саргис Карапетян и Карен Карапетян вновь обратились к экстренному арбитру, назначенному в соответствии с арбитражным регламентом SCC с просьбой дополнить арбитражное решение от 22 июля.

    “Истцы требовали от арбитра заявить, что Республика Армения имеет правовое обязательство выполнить арбитражное решение от 22 июля, обязать Армению восстановить статус-кво, существовавший на дату подачи первого заявления 16 июля, обязать Армению информировать экстренного арбитра и истцов обо всех мерах, принятых для исполнения арбитражного решения, включая восстановление статус-кво, а также подтвердить исполнение временных мер в сроки, установленные экстренным арбитром”, – отметили в правительстве.

    Решением от 3 августа арбитр “полностью отклонил иск, обосновав это тем, что предъявлены новые по сравнению с первоначальным иском требования, а также что его юрисдикция и полномочия не распространяются на запрашиваемые меры обеспечения”.

    В конце июля команда адвокатов Карапетяна заявила, что бизнесмен и его семья выиграли экстренное арбитражное дело по делу о национализации правительством Армении принадлежащей ему компании “Электрические сети Армении” (ЭСА).