Month: August 2025

  • Beynəlxalq məhkəmə Karapetyanın Ermənistanın elektrik şəbəkələri ilə bağlı ikinci iddiasını da rədd edib

    Stokholm Ticarət Palatasının Arbitraj İnstitutu (SCC) “Taşir” Şirkətlər qrupunun İrəvanda həbsdə olan rəhbəri Samvel Karapetyanın iyulun sonunda təqdim etdiyi iddiasını rədd edib.

    Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

    Belə ki, iyulun 29-da “Liormand Holdings Limited” şirkəti, Samvel Karapetyan, Eteri Karapetyan, Sarqis Karapetyan və Karen Karapetyan SCC-nin arbitraj qaydalarına uyğun olaraq təyin edilmiş təcili arbitrə yenidən müraciət edərək 22 iyul tarixli arbitraj qərarını tamamlamağı xahiş ediblər.

    “İddiaçılar arbitrdən Ermənistanın 22 iyul tarixli arbitraj qərarını yerinə yetirmək üçün hüquqi öhdəliyi olduğunu bəyan etməsini, bundan əlavə, Ermənistanın iyulun 16-da ilk ərizənin verildiyi tarixdə mövcud olan status-kvonu bərpa etməsinə məcbur etməyi və s. tələb ediblər”, – hökumətdən bildirilib.

    Arbitr 3 avqust tarixli qərarı ilə “ilkin iddia ilə müqayisədə yeni tələblərin irəli sürüldüyünü, həmçinin onun yurisdiksiyası və səlahiyyətlərinin tələb olunan təminat tədbirlərinə şamil edilmədiyini əsas gətirərək iddiasını tam rədd edib”.

    İyulun sonunda Karapetyanın vəkillər komandası bildirmişdi ki, iş adamı və onun ailəsi Ermənistan hökuməti tərəfindən ona məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi ilə bağlı təcili arbitraj işini qazanıb.

  • В некоторых районах Насиминского района Баку не будет света

    Сегодня ночью, 5 августа, на ряде улиц Насиминского района Баку ожидается перебой в подаче электроэнергии.

    Об этом сообщает “Азеришыг”.

    Подача электричества будет приостановлена в промежутке с 01:00 до 06:00 на некоторых участках проспекта Азадлыг, улиц Аббасгулу ага Бакиханова, Анвара Гасымзаде, Гулу Гулиева, Имрана Гасымова, Академика Мирасадуллы Миргасымова, Фейзуллы Гасымзаде, Аббаса Саххата, Мирали Гашгая, Джейхуна Гаджибейли.

    После завершения работ указанные территории будут обеспечены более качественной электроэнергией.

  • Bakının Nəsimi rayonunun bir sıra ərazisində işıq olmayacaq

    Bu gecə, avqustun 5-də Bakının Nəsimi rayonunun bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

    Bildirilib ki, gücləndirmə işləri ilə əlaqədar olaraq avqustun 5-də saat 01:00-dan saat 06:00-dək rayonun Azadlıq prospekti, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Qulu Quliyev, İmran Qasımov, Akademik Mirəsədulla Mirqasımov, Feyzulla Qasımzadə, Abbas Səhhət, Mirəli Qaşqay, Ceyhun Hacıbəyli küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Qabiliyyət imtahanlarında iştirak üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib

    Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Məlumata əsasən, bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.

    Qabiliyyət imtahanları iyunun 20-də başlanıb avqustun 11-də yekunlaşacaq.

  • Состоялось очередное судебное заседание над обвиняемым в подготовке нападения на синагогу

    Состоялось очередное судебное заседание по уголовному делу, возбужденному Службой государственной безопасности (СГБ) в отношении Абдуллы Алиева, обвиняемого в подготовке теракта в Азербайджане.

    Как сообщает Report, на процессе, проходившем в Бакинском суде по тяжким преступлениям под председательством судьи Айгюн Гурбановой были заслушаны показания свидетелей.

    По словам свидетеля М.А., Абдулла Алиев признался признавался ему в знакомстве с неким членом террористической организации ИГИЛ. “Я познакомился с Абдуллой в ноябре 2024 года через Instagram, после чего мы начали регулярно переписываться. Он рассказывал мне об ИГИЛ. Даже сказал, что у него там есть знакомый. Через неделю он отправил мне группу. Затем он отправил другую секретную группу. Попросил меня вступить в нее. Через некоторое время он сказал мне, что собирается напасть на синагогу и попросил у меня для этого топор, нож, коктейль Молотова, перчатки.

    Он сказал мне, что после этого, когда придет время, он взорвет и другие места. Сказал, чтобы я продолжил его дело после его смерти. В тот день мы направились в сторону синагоги. По дороге нас остановили сотрудники СГБ. Был проведен осмотр. В машине и при Абдулле были обнаружены принадлежащие ему вещи и зажигательные смеси”, – сказал свидетель.

    Очередное заседание суда состоится 22 сентября.

    Отметим, что 18-летний Абдулла Алиев, проживающий в городе Сумгайыт и связанный с террористической организацией “ИГИЛ Хорасан”, готовился совершить теракт против “Бакинской синагоги горских евреев”.

    28 декабря прошлого года он подъехал на автомобиле к зданию синагоги и намеревался атаковать ее с помощью “коктейля Молотова” и других предметов, используемых в качестве оружия.

    Во время спецоперации по задержанию Абдуллы Алиева при нем и в его автомобиле были обнаружены и изъяты предметы, которые он планировал использовать в качестве оружия для нападения.

    Абдулле Алиеву предъявлены обвинения по статьям 28, 214.2.1 (терроризм, совершенный группой лиц по предварительному сговору, организованной группой или преступным сообществом (преступной организацией), 28, 214.2.3 (терроризм, совершенный с применением огнестрельного оружия и предметов, используемых в качестве оружия), 28, 214.2.6 (терроризм, совершенный на почве религиозной вражды, религиозного радикализма или религиозного фанатизма), 218.2 (участие в преступном сообществе (организации), а также в объединении организаторов, руководителей или иных представителей организованных групп) УК АР

  • Bakıda Sinaqoqa hücuma hazırlıqda təqsirləndirilən şəxsin məhkəməsində: İŞİD-də tanışının olduğunu dedi

    Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

    Şahid M.A-nin sözlərinə görə, 2024-cü ilin noyabr ayında “Instagram” sosial şəbəkəsi vasitəsilə Abdulla ilə tanış olub:

    “Daha sonra onunla mütəmadi yazışmağa başladıq. O, mənə İŞİD-lə bağlı danışdı. Hətta orada tanışının da olduğunu dedi. Bir həftə sonra mənə qrup göndərdi. Daxil oldum. Oxudum. Sonra başqa gizli qrup göndərdi. Üzv olmağımı istədi. Bir müddət sonra mənə sinaqoqa hücum edəcəyini dedi və bunun üçün məndən balta, bıçaq, molotov kokteyli, əlcək istədi. O mənə dedi ki, buradan sonra vaxtı çatanda başqa yerləri də partladacaqdır. Dedi ki, mən öləndən sonra işimi davam elətdir. Mənə məkan göndərdi. Getdim. Maşına mindi və biz sinaqoq istiqamətində hərəkət etdik. Yolda bizi DTX əməkdaşları saxladı. Baxış keçirildi. Maşından və Abdullanın üzərindən ona məxsus əşyalar və yandırıcı maddələr aşkar olundu”.

    Məhkəmənin növbəti iclası sentyabrın 22-də olacaq.

    Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

    Məlumata görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.
    İttihama görə, Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.

    O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.//report

  • Anar Abdullayev məhkəmə zalında həbs olunub

    Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq Anar Abdullayevin qaydalara əməl etmədiyini əsas gətirərək onun məhkəmə zalında həbs edilməsini istəyib.

    Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Anar Abdullayev məhkəmə zalında həbs edilib.

    Daha sonra ittiham aktı elan edilib.

    Hər iki təqsirləndirilən elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

    Növbəti iclas 22 sentyabr tarixinə təyin olunub.

    Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

    Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar.

  • ВСУ поразили 5 российских истребителей в Крыму, один полностью уничтожен

    Украина заявила об уничтожении одного и повреждении четырех российских истребителей в результате ударов украинских беспилотников на территории Крыма.

    Об этом говорится в заявлении Службы безопасности Украины.

    В нем говорится, что цели были поражены в ходе ночного удара по военному аэродрому “Саки” в оккупированном Крыму.

    “Полностью уничтожен один истребитель Су-30СМ, еще один поврежден. Кроме того, огнем поражены три бомбардировщика Су-24”, – говорится в заявлении СБУ.

    Отметим, что аэродром “Саки” является ключевой базой для операций российской авиации в Черном море.

    По оценкам, один самолет Су-30СМ стоит от $35 до $50 млн.

  • Krımda Rusiyanın 5 qırıcısı vurulub

    Ukrayna Krım ərazisində pilotsuz təyyarələrin zərbələri nəticəsində Rusiyanın bir qırıcısının məhv edildiyi və dördünün zədələndiyi barədə məlumat verib.

    Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

    Bəyanatda qeyd olunub ki, hədəflər işğal olunmuş Krımda “Saki” hərbi aerodromuna gecə zərbə endirilməsi nəticəsində vurulub.

    “Bir “Su-30SM” qırıcısı tamamilə məhv edilib, daha biri isə zədələnib. Bundan başqa, üç “Su-24” bombardmançı təyyarəsi vurulub “, – bəyanatda bildirilib.

    “Saki” aerodromu Qara dənizdə Rusiya aviasiyasının əməliyyatları üçün əsas baza hesab olunur.

    Qiymətləndirmələrə görə, bir “Su-30SM” təyyarəsinin dəyəri 35-50 milyon dollar arasında dəyişir.

  • Bakıdakı binaların istilik sistemləri sınaq yoxlanışından keçiriləcək

    “Azəristiliktəchizat” ASC Bakıda 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində istilik sistemlərinin sınaq yoxlanmasını həyata keçirəcək.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, sabah paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində 3, 4, 5, 6, 7, 8, 10, 11, 12a, 13, 15, 16, 18, 20, 22, 24, 26, 28, 30, 44, 46, 50, 52, 56 və 58 nömrəli binalar, General Şıxlınski küçəsində 13, 15, 19, 21, 23 (yataqxana), 25, 37, 39, 39a, 39b, 47,49, 51(yataqxana),57 və 59 nömrəli binalar, General Səməd bəy Mehmandarov küçəsində 20a, 20b, 22a, 22b, 26a, 26b, 28a, 28b, 42, 44, 46, 48, 50, 52, 54, 66, 68, 70, 72, 74, 76, 80, 82, 84, 90, 92, 94, 96, 98 və 100 nömrəli binalar, Nəsrəddin Tusi küçəsində 22, 24, 26 və 28 nömrəli binalar, Məhəmməd Hadi küçəsində 92 və 92a nömrəli binalar, eləcə də 48 saylı orta məktəb sınaq yoxlanışından keçiriləcək.

    Bununla əlaqədar olaraq qeyd edilən ünvanlarda baş verə biləcək su axıntısının qarşısının əvvəlcədən alınması məqsədi ilə mənzildaxili istilik sistemlərinə nəzarət olunması tövsiyə edilir.

    “Binaların zirzəmisində, binadaxili və ya mənzildaxili istilik sistemlərində su axıntısı müşahidə olunduğu halda bu barədə dərhal müəssisənin 956 nömrəli “Çağrı mərkəzi”nə, əraziyə xidmət göstərən yerli idarələrə (İstilik Sistemləri İstismarı Sahələri) və ya binaya xidmət göstərən MKİS-ə məlumat verməyinizi Sizdən xahiş edirik”, – deyə məlumatda qeyd olunub.