Month: August 2025

  • Mixail Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı məlumatı təkzib etdi

    Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci müavini Mixail Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı bir sıra KİV-də yayılan məlumatları təkzib edib.

    Oxu.az-a açıqlamasında o bildirib ki, Sankt-Peterburq (RF) qubernatoru Aleksandr Beqlovun mətbuat katibi vəzifəsinə təyin olunması ilə bağlı məlumatlar həqiqətəuyğun deyil.

    “Bunlar hamısı saxtadır”, – deyə Qusman telefon danışığı zamanı qeyd edib.

    Xatırladaq ki, Mixail Qusman bu gün Bakıda Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.

  • Президент Азербайджана внес изменения в указ 10-летней давности

    Президент Азербайджана Ильхам Алиев внес изменения в указ от 21 октября 2015 года “Об утверждении списка организаций, финансируемых из государственного бюджета, которые могут предоставлять гранты юридическим и физическим лицам в соответствии со сферами их деятельности”.

    Как сообщает Report, глава государства подписал новый указ, вносящий соответствующие коррективы.

    Согласно указу, документ десятилетней давности теперь называется “Об утверждении списка организаций, финансируемых из государственного бюджета, которые могут предоставлять гранты юридическим и физическим лицам, а также муниципалитетам в соответствии со сферами их деятельности”. Данное изменение связано с обновлением закона “О грантах”.

  • Prezident 10 il əvvəlki fərmanını “Qrant haqqında” yeni qanuna uyğunlaşdırıb

    Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli “Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” Fərmanında dəyişiklik edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Fərmana əsasən, 10 il əvvəl imzalanmış fərman artıq “Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi” haqqındadır. Bu dəyişiklik “Qrant haqqında” Qanunun dəyişməsi ilə bağlıdır.

  • Emin və Coni dünya sıralamasında 3-cü oldular

    Xalq artisti Emin Ağalarov və müğənni Coni (Cahid Hüseynli)ni böyük uğura imza atıblar.

    Onların ifa etdiyi “Kamin” treki “Shazam” servisində dünya hitləri arasına daxil olub.

    Mahnı TOP-200-ün ilk üçlüyündə yer alıb.

    Xatırladaq ki, onlar mahnını ötən il “DreamFest”də birlikdə sələndiriblər.
    //azxeber

  • Azərbaycanda istidən beyninə qan sızan kişi öldü

    Şəmkirdə beyninə qan sızan kişi ölüb.

    Hadisə rayonun Keçili kəndində qeydə alınıb.

    Kənd sakini 50 yaşlı Çingiz Məhəmməd oğlu Məhərrəmovun isti hava şəraitində beyin qan sızması keçirib. Nəticədə o müalicə aldığı xəstəxanada ölüb.

    Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

    ///Lent.az

  • Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar.

    Onlar naməlum səbəblərdən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.

    Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış A. İsgəndərli və T.Həsənli bu ilin martında sözügedən vəzifələrə təyin olunmuşdular.

  • Vida mərasiminə Əli Əsədov da qatıldı

    Baş nazir Əli Əsədov Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində iştirak edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş nazir Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən mərasimə qatılıb və mərhumun ailə üzvlərinə başsağlığı verib.

    Həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmilər də vida mərasimində iştirak edib.

    Mərhum Birinci Fəxri xiyabanda dəfn ediləcək.

    Qeyd edək ki, E.Əfəndiyev 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edib.

  • Oğurluq edən yeniyetmə dostlara 100 metrdən yaxın məsafədə görüşmək qadağan edildi

    İçərişəhərdə yerləşən restoranlardan birində oğurluq edən yeniyetmə dostlara məhkəmə hökmü elan olunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Ariz Mərdənov (soyadı şərti), 2008-ci il təvəllüdlü Nahid Vəliyev (soyadı şərti) və 2010-cu il təvəllüdlü Babək Fətəliyev (soyadı şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.1 (bir qrup şəxs tərəfindən törədilən oğurluq) və 177.2.3-cü (qəsdən zərər vurmaqla törədilən oğurluq) maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

    İstintaqla müəyyən olunub ki, sosial şəbəkə vasitəsilə əvvəlcədən razılaşan yeniyetmələr Səbail rayonu, Böyük Qala küçəsi, 41 ünvanında yerləşən restorana daxil olaraq oğurluq ediblər. Onlar ümumi dəyəri 6 manat olan 2 ədəd energetik içki, 65 manatlıq viski və kassa aparatından 4 000 manat nağd pul aparıblar. Oğurlanmış içkiləri istifadə edib, pulları isə aralarında bölüblər.

    Məhkəmənin qərarına əsasən, Ariz Mərdənov 2 il 6 ay, Nahid Vəliyev və Babək Fətəliyev isə hər biri 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Cəza müddətində onların elektron qolbaq taxaraq nəzarətdə saxlanılması və bir-birilərinə 100 metr yaxınlaşmamaq tələbləri müəyyən olunub.

  • В Баку и ряде регионов содержание пыли в воздухе превышает норму

    В Баку и на Абшеронском полуострове, а также в южных районах и Аранской зоне наблюдается повышенная запыленность воздуха.

    Об этом заявила главный инженер Группы мониторинга загрязнения окружающей среды Рена Аллахвердиева.

    По её словам, в настоящее время содержание пыли в воздухе превышает норму в 1.1-1.4 раза.

    Аллахвердиева добавила, что наблюдаемая пыль имеет трансграничный характер и связана с метеорологическими условиями – она проникла на территорию страны с восточными и юго-восточными ветрами из соседних регионов.

    Пыльная погода продлится примерно три дня в зависимости от метеорологической ситуации.

  • Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti nə qədər davam edəcək?

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda, cənub və aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur.

    Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

    O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır.

    R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub:

    “Tozlu hava şəraitinin, meteoroloji vəziyyətdən asılı olaraq, üç gün ərzində davam edəcəyi gözlənilir”.