Month: August 2025

  • “Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir”

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 84, Mazımqara gömrük postunda 35, Samur gömrük postunda 84 yük maşını var.

    Məlumata görə, hazırda Xanoba və Biləsuvar gömrük postlarında gözləyən avtomobil yoxdur.

    AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

  • İmişlidə 30-dan artıq karxananın fəaliyyəti dayandırıldı – SƏBƏB

    Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında fəaliyyət göstərən karxanaların su obyektinə və yer təkinə vurduğu zərərli təsirlərin müəyyən edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX), İmişli Rayon İcra Hakimiyyətinin, İmişli Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşlarından ibarət işçi qrup yaradılıb və nəzarət tədbirləri gücləndirilib.

    SİMDNX-dən verilən məlumata görə keçirilən nəzarət tədbirləri zamanı çay məcrasında və mühafizə zonasında heç bir hüquqmüəyyənedici sənədlər olmadan fəaliyyət göstərən karxanalar tərəfindən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlərin kobud şəkildə pozulduğu, bunun nəticəsində çayın məcrasının kəskin eroziyaya məruz qaldığı və məcrasının qismən dəyişdiyi müəyyən edilib.

    Bildirilir ki, SİMDNX tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələblərini pozaraq su obyektlərini və onun sahil mühafizə zonasını zəbt etməklə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarına qarşı tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciətlər edilib. Nəticədə Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb və hasilat zamanı istifadə olunan qurğu və texnikalar ərazidən çıxarılıb:

    “Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti hazırda su obyektlərində və onların mühafizə zonasında fəaliyyət göstərən digər karxanalarla bağlı nəzarət tədbirlərin davam etdirildiyini bildirir və vətəndaşlardan bu kimi neqativ hallarla rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir”.

  • AZCON-un icraçı direktoru bəzi birgə komissiyaların tərkibinə daxil edilib

    Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru bəzi birgə komissiyaların tərkibinə daxil edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

    Fərmana əsasən, AZCON-un icraçı direktoru aşağıdakı komissiyaların tərkibinə daxil edilib:

    – Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası;

    – Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyası;

    – Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası;

    – Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya;

    – Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiya;

    – Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası.

    Əvəzində ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru adı çəkilən komissiyaların tərkibindən çıxarılıb.

  • Prokurorluq işçisinin qulluqda olmasının yaş həddi artırıldı – Prezident TƏSDİQLƏDİ

    “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanununu təsdiqləyib.

    Yeni qanunla prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60-dan 65 yaşa qaldırılıb.

  • Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir?

    Hazırda yoluxucu xəstəliklərin kütləvi yayılma halları müşahidə edilmir.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, yay fəslində bəzi xəstəliklər, xüsusilə də bağırsaq infeksiyalarına yoluxma riski arta bilər.

    “Lakin hazırda yoluxucu xəstəliklərin kütləvi yayılma halları müşahidə edilmir, ölkədə epidemioloji vəziyyət stabildir və daim nəzarət altındadır.

    İsti yay günlərində şəxsi gigiyena qaydalarına xüsusi diqqət yetirmək, günorta saatlarında açıq havada olmamaq tövsiyə olunur”, – deyə əlavə edilib

  • Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Dəmiryolu Sahəsi Stansiyası və Beynəlxalq Hava Limanı Hərbi Əlaqələr Komendantlığını dövlət qeydiyyatına alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, yeni qurum Babək rayonunun Şəkərabad kəndində qeydiyyatdan keçib, dövlətə məxsus idarəetmə orqanıdır.

    Onun qanuni təmsilçisi Eltun Nazim oğlu Divanovdur.

  • 21 məktəb direktorunun işinə XİTAM VERİLİB – RƏSMİ

    “2025-ci ilin yanvar – iyul ayları ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 1137 təhsil müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən, ümumi təhsil müəssisələrinin rəhbərləri barəsində 383 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 21 müəssisə rəhbərinin əmək müqaviləsinə isə xitam verilib”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bildirilib.

    Məlumatda qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 189 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 3 müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilib:

    “Cari ilin yanvar-iyul ayları ərzində məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələrinə əsasən isə müəssisə rəhbərləri barəsində isə ümumilikdə 20 halda töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tədbirləri tətbiq olunub.

    Qeyd edirik ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb”.

  • Bakıda qadın sahibkar kafedə müştərini döydü

    Bakıda qadın sahibkar kişi müştərini döyüb.

    Hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki kafelərdən birində baş verib.

    Fəxrəddin adlı müştəri dostları ilə birlikdə adıçəkilən kafeyə gələrək pivə sifariş verib. Onlar pivə içdikdən sonra Fəxrəddin yenidən pivə sifariş verərkən kafenin icarədarı Vəfa Məmmədova (soyad şərtidir) onların masasına yaxınlaşaraq Fəxrəddindən kafeyə olan köhnə borcunu istəyib və onu təhqir edib. Bu vaxt müştəri ilə icarədar arasında mübahisə yaranıb.

    Mübahisəyə Vəfanın Natiq adlı sevgilisi müdaxilə edib. Fəxrəddin Natiqə məsələnin ona aidiyyəti olmadığını bildirib və bu dəfə Fəxrəddinlə Natiq sözlü mübahisə etməyə başlayıblar. Mübahisə zamanı Vəfa Fəxrəddini yumruqla vurub yerə yıxıb. O, yumruqdan yerə sərilən müştəriyə təpik zərbələri endirməyə başlayıb.

    Hadisəyə kafedə olan müştərilər müdaxilə ediblər və dava sakitləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Sabunçu Rayon Məhkəməsinin hökmü ilə V.Məmmədova qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
    //oxu.az

  • Qaxda 55 yaşlı kişi kafedə öldü

    Qax rayonunda kafedə ölüm hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi bazarının ərazisindəki kafelərdən birində baş verib.

    Rayon sakini, 1970-ci il təvəllüdlü İbrahim Əşrəf oğlu Əfəndiyev kafedə dünyasını dəyişib.

    Araşdırmalarla məlum olub ki, Ə.Əfəndiyev spirtli içki aludəçisi olub. Bu gün yenidən kafeyə gələn Ə.Əfəndiyev yenidən spirtli içki qəbul edib və orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Правительство Литвы подало в отставку после скандала с премьером

    Правительство Литвы объявило об отставке после экстренного заседания.

    Об этом сообщила пресс-служба Кабинета министров.

    Отставка стала следствием скандала вокруг главы Кабмина Гинтаутаса Палуцкаса, который покинул пост 31 июля.

    “С отставкой премьер-министра в соответствии с законом правительство слагает свои полномочия и ставит об этом в известность президента”, – сказано в пресс-релизе.

    Премьер-министр оказался в центре внимания после публикаций о получении кредита для своей фирмы вне очереди до назначения на должность. Ранее, в 2012 году, он уже привлекался к суду за злоупотребление полномочиями при заключении муниципального контракта. Тогда Палуцкас получил условный срок и обязан был выплатить 16 500 евро, однако завершил расчеты только в июле 2024 года.