Month: August 2025

  • Litvada baş nazirdən sonra hökumət də istefa verdi

    Litva hökuməti fövqəladə iclasdan sonra istefa verdiyini açıqlayıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunur ki, istefa iyulun 31-də Litvanın Baş naziri Qintautas Palutskasın vəzifəsini tərk etməsi ilə əlaqədardır.

    “Qanunvericiliyə uyğun olaraq, baş nazirin istefasından sonra hökumət özünü buraxır və bu barədə prezidentə məlumat verir”, – ölkənin Nazirlər Kabinetinin yaydığı bəyanatda qeyd olunur.

    Xatırladaq ki, baş nazir postunun başına keçməzdən əvvəl Q.Palutskas səhmdarı olduğu şirkət üçün bankdan növbədənkənar kredit götürüb. Baş verən bu hadisə mətbuatda dərc edilib və siyasi qalmaqala səbəb olub. Nəticədə Litvanın baş naziri istefa verib.

  • Ermənistan ordusunun Mingəçeviri raket atəşinə tutmasından zərərçəkənlər ifadə veriblər

    Avqustun 4-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən İnqilab Məmmədov 44 günlük Vətən müharibəsi zamanı yaşadığı Mingəçevir şəhərində mülki şəxs kimi zərər çəkdiyini bildirib.

    İnqilab Məmmədov 2020-ci il oktyabrın 4-də raket düşməsi nəticəsində ikimərtəbəli evinin dağıldığını, özünün və üç azyaşlı övladının dağıntılar altında qalaraq xəsarətlər aldığını söyləyib. Qeyd edib ki, evinin ətrafında heç bir hərbi obyekt yoxdur. “Sonradan öyrəndik ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketidir”, – deyə o bildirib.

    İfadə verən Elçin Bağırov da həmin gün Mingəçevirdə evinin yaxınlığına “Smerç” raketi düşməsi nəticəsində maddi və mənəvi zərər çəkdiyini deyib. O, hadisə nəticəsində özünün, anası Nabat Bağırovanın və dayısının yaralandığını söyləyib. Bildirib ki, dayısı aldığı xəsarətlər nəticəsində iş qabiliyyətini itirib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Кямран Алиев произвел новое назначение в Военной прокуратуре

    Назначен начальник отдела правового обеспечения и по правам человека Военной прокуратуры.

    Как сообщает Report, генеральный прокурор Кямран Алиев подписал соответствующий приказ, согласно которому на эту должность назначена полковник-лейтенант юстиции Гюнай Карлен гызы Аскерова.

  • Kamran Əliyev yeni idarə rəisi təyin etdi

    Hərbi Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinə rəis təyin olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, bu vəzifəyə ədliyyə polkovnik-leytenantı Günay Karlen qızı Əsgərova təyin olunub.

  • Судья Сабаильского районного суда отправлена на пенсию

    Судья Сабаильского районного суда отправлена на пенсию.

    Как передает Oxu.Az, Багирова Мадина освобождена от должности судьи в связи с предельным возрастом пребывания на службе.

    Последнее судебное дело под председательством М.Багировой состоялось в мае текущего года.

  • Səbail Rayon Məhkəməsinin hakimi təqaüdə göndərildi

    Səbail Rayon Məhkəməsinin hakimi təqaüdə göndərilib.

    Mədinə Bağırova yaş həddi ilə bağlı hakim vəzifəsindən azad edilib.

    O, sonuncu məhkəmə işinə bu ilin may ayında baxıb.
    //oxu.az

  • Birinci qrup üzrə universitetlərin təhsil haqları – RƏQƏMLƏR

    Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı, ödənişli əsaslarla təhsil alan zaman universitetlərin tələb etdiyi illik təhsil haqqına da fikir verməlidirlər. Hələlik universitetlərin plan yerləri və ixtisaslar üzrə tələb etdikləri illik ödənişin məbləği ilə bağlı konkret rəqəmlər məlum olmasa da, artıq bir sıra universitetlər ötənilki ilə müqayisədə bu il təhsil haqlarında müəyyən artımların olacağını qeyd ediblər.

    Median.Az Modern.az-a istinadən I ixtisas qrupu üzrə ötən il üçün universitetlərin təhsil haqlarını təqdim edir:

    Bakı Dövlət Universitetində əksər ixtisasların illik təhsil haqqı 2100 manatdır. Onlar içərisində sadəcə Yerquruluşu və daşınmaz əmlakın kadastrının (qiyabi) təhsil haqqı 1700 manatdır. Bundan başqa universitetin Qazax filialında tədrisi aparılan – Fizika müəllimliyi (əyani) , riyaziyyat müəllimliyi (əyani), həmçinin riyaziyyat və informatika müəllimliyinin (əyani) illik təhsil haqqı 1500 manat olub.

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ötən il I qrupa aid olan bütün ixtisasların ödənişi 2000 manat təşkil edib.

    Azərbaycan Texniki Universitetində bu qrupa aid olan ixtisasların illik təhsil haqqı 1700-2100 manat aralığında dəyişir.

    Azərbaycan Memarlıq və İnşaat Universitetində də əksər ixtisasların illik ödənişi 2000 manat təşkil edir. Bu universitetdə qrup üzrə ən yüksək təhsil haqqı Memarlıq (tədbir ingilis dilində) ixtisasında tələb olunur. Həmin ixtisas üzrə illik ödəniş 2500 manat təşkil edir. Bundan başqa iki ixtisas – İnformasiya texnologiyalar və Yerquruluşu və daşınmaz əmlakın kadastrı (hər ikisi qiyabi təhsil forması üzrə) üzrə illik ödənişi 1700 manat təşkil edib.

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin I qrup üzrə tədris olunan ixtisaslarında illik ödəniş 2000-2300 manat arasında dəyişir. Belə ki, universitetin Bakıda yerləşən əsas binasında ixtisaslar üzrə təhsil haqqı 2300 manat təşkil edirsə, region filiallarında – Şamaxı, Ağcabədi, Quba və Şəki filiallarında isə 2000 manat təşkil edir.

    Azərbaycan Dövlət İqtisad Universitetində ixtisaslar üzrə illik ödəniş 1400-2200 manat arasında dəyişir.

    Bakı Mühəndislik Universitetində I qrup üzrə ən aşağı təhsil haqqı tələb olunan ixtisaslar Ekologiya, energetika, maşın mühəndisliyidir ki, bunların da illik təhsil haqqı 2200 manatdır. Ən yüksək təhsil haqqı isə tədrisi həm Azərbaycan, həm də ingilis dilində aparılan memarlıq ixtisasıdır. Bu ixtisasda təhsil alanlar illik 2700 manat pul ödəyir.

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında I qrup üzrə tədrisi aparılan Kompüter elmləri ixtisasında illik təhsil haqqı 2500 manatdır.

    Azərbaycan Diplomatik Akademiyası və İtaliya-Azərbaycan Universitetində I qrupa aid ümumilikdə 8 ixtisas tədris edilir ki, onların da hər biri üzrə illik tələb olunan ödəniş 6000 manatdır.

    Milli Aviasiya Akademiyasında I qrup üzrə tədrisi nəzərdə tutulan bütün ixtisasların illik ödənişi 2500 manatdır, Azərbaycan Dövlət Dəniz Akademiyasında isə hər ixtisas görə ödəniş 2000 manat təşkil edir.

    Bakı Ali Neft Məktəbində bu qrupa aid 12 ixtisasın tədrisi həyata keçirilir, onların hər birinin illik ödənişi isə 4500 manatdır.

    Dövlət Gömrük Komitəsinin Akademiyasında isə keçirilən İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları üzrə ödəniş müvafiq olaraq 2500 və 2800 manat təşkil edir.

    Region universitetlərinə gəldikdə isə Naxçıvan Dövlət Universitetində illik təhsil haqları 1400-1700 manat arasında dəyişirsə, Naxçıvan Müəllimlər İnstitutunda isə bu qrupa bağlı tədris olunan 3 ixtisas üzrə illik ödənişlərin hər biri 1700 manatdır.

    Gəncə Dövlət Universitetində illik təhsil haqqı ən aşağı olan ixtisas maşın mühəndisliyidir, bu ixtisas üzrə təhsil alan tələbələr 1200 manat pul ödəyir. Riyaziyyat, həmçinin informatika müəllimliyi ixtisasları üzrə tələb olunan ödəniş isə 1800 manatdır. Bu, universitetdə tədris olunan ixtisaslar arasında tələb olunan ən yüksək təhsil haqqıdır.

    Azərbaycan Dövlət Aqrar Universitetində isə əksər ixtisaslar yalnız dövlət sifarişi hesabına aparılır, lakin bu ali təhsil mərkəzlərində tədris olunan kompüter mühəndisliyi və informasiya texnologiyaları (hər ikisi əyani olmaqla) ixtisasında illik 1700 manat təhsil haqqı tələb olunur. Gəncə şəhərində yerləşən Texnologiya Universitetində isə tələbələrdən tələb olunan illik ödəniş 1350-1550 manat arasında dəyişir.

  • Кандидат в депутаты арестован по обвинению в наркопреступлении

    Арестован кандидат в депутаты от партии Классического народного фронта по Газахскому избирательному округу.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, житель села Джафарли Шохрат Асад оглу Мамедзаде обвиняется в культивировании наркосодержащих растений.

    Согласно информации, во дворе его дома были обнаружены кусты конопли, выращенные агротехническим методом. Против Ш.Мамедзаде возбуждено уголовное дело, в его отношении избрана мера пресечения в виде ареста.

  • Deputatlığa namizəd olmuş şəxs narkotik ittihamı ilə tutuldu

    Klassik Xalq Cəbhəsi Partiyasının Qazax Seçki Dairəsi üzrə deputatlığa namizədi olmuş şəxs həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Cəfərli kənd sakini Şöhrət Əsəd oğlu Məmmədzadə yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə ittiham edilir.

    Məlumata görə, ona məxsus həyətyanı sahədə aqrotexniki qaydada qulluq edilən çətənə kolları aşkarlanıb. Onun əməlləri ilə bağlı başlanan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.

  • Приостановлено энергоснабжение части поселка Новханы

    Сегодня с 12:00 приостановлено энергоснабжение части поселка Новханы.

    Об этом сообщает Median.Az со ссылкой на ОАО “Азеришыг”.

    В связи с ремонтными работами, проводимыми 4 августа на территории Управления энергоснабжения и сбыта “Баглар” на 35 кВ-й воздушной линии электропередачи, до 14:00 ограничена подача электроэнергии в части Новханы.

    Согласно информации, после завершения ремонтных работ территория будет снабжаться более качественной электроэнергией.