Month: August 2025

  • Омер Челик: Азербайджанский газ сыграет критическую роль в социальном восстановлении Сирии

    Поставка азербайджанского газа в Сирию через Турцию чрезвычайно важна с точки зрения восстановления разрушенной инфраструктуры и социальной жизни арабской республики.

    Как сообщает Median.Az со ссылкой на Haber Global, об этом заявил пресс-секретарь правящей Партии справедливости и развития (ПСР) Турции Омер Челик.

    Он подчеркнул, что Турция превращается в центр энергетической дипломатии в регионе, и поставка азербайджанского газа в Сирию является стратегическим шагом в этом направлении.

    По его словам, этот проект не только удовлетворит энергетические потребности Сирии, но и внесет вклад в восстановление экономической и социальной стабильности в регионе.

    “Интеграция энергетических ресурсов Азербайджана в регион является фактором, поддерживающим долгосрочный мирный процесс не только с экономической, но и с политической и социальной точки зрения”, – заявил представитель ПСР.

  • Ömər Çelik: “Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq”

    Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqlinin ölkənin dağılmış infrastrukturunun və sosial həyatının bərpasında həlledici əhəmiyyət daşıdığını bildirib.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, o bu barədə mətbuat konfransı zamanı danışıb.

    Çelik vurğulayıb ki, Türkiyə regionda enerji diplomatiyasının mərkəzinə çevrilir və Azərbaycan qazının Suriyaya çatdırılması bu istiqamətdə strateji addımdır. Bu layihə təkcə Suriyanın enerji ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də regionda iqtisadi və sosial sabitliyin bərpasına töhfə verəcək.

    “Azərbaycanın enerji resurslarının regiona inteqrasiyası yalnız iqtisadi deyil, həm də siyasi və sosial baxımdan uzunmüddətli sülh prosesini dəstəkləyən amildir”, – AKP sözçüsü bəyan edib.

  • “İmtahanlar saxtalaşdırıldı,oğlumun haqqı tapdalandı” – Aparıcıdan iddia (Video)

    Bu il SAT imtahanlarında çox böyük haqsızlıqlar oldu. Övladım SAT imtahanlarından 1310 bal toplasa da, ADA universitetinə qəbul ola bilmədi. Çünki suallar bəzi kurslar tərəfindən satıldı ”.

    Bu sözləri aparıcı Aytəkin Mərdanova deyib.

    ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə instaqramda canlı yayıma girən aparıcı Aytəkin Mərdanova SAT imtahan suallarının satıldığını iddia edib.

    Aparıcı bildirib ki, övladını xaricdə təhsil almağa göndərməyə hər valideynin maddi imkanı çatmır:

    “Çünki, xaricdə qalmaq, orada uşaq oxutmaq xeyli vəsait tələb edir. Hər valideynin də buna imkanı çatmır. Ona görə də, bu imtahanla bağlı məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır”.

    Qeyd edək ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə SAT imtahanları ilə bağlı qalmaqallı paylaşımlar davam edir.

    Belə ki, bir çox valideyn övladının yüksək bal toplamasına baxmayaraq universitetə qəbul ola bilmədiyini deyib. İddia edilir ki, imtahan sualları əvvəlcədən satılıb.

    Məlumat üçün bildirək ki, bu il Azərbaycanda beynəlxalq SAT (Scholastic Assessment Test) imtahanında yüksək nəticə göstərən abituriyentlərin sayında kəskin artım müşahidə olunub.

  • Gürcüstanda təlimdə 2 amerikalı hərbçi yaralandı

    Gürcüstanda təlimlər zamanı iki amerikalı hərbçi yaralanıb.

    Bu barədə “Novosti Qruziya” məlumat yayıb.

    Faktı Gürcüstan Müdafiə Nazirliyi də təsdiqləyib.

    Hadisə ötən gün Krtsanisidəki NATO-Gürcüstan Birgə Təlim Mərkəzinin (JTEC) ərazisində baş verib. Hərbçilərin olduğu avtomobilin aşdığı bildirilir. Yaralananlar Tbilisidə klinikalardan birinə çatdırılıb. Klinikadan verilən məlumata görə, onlar ciddi xəsarət almayıblar və həyati təhlükələri yoxdur.

    Qeyd edək ki, hazırda Krtsanisi poliqonunda “Agile Spirit” çoxmillətli hərbi təlimlər keçirilir. Gürcü və amerikalı hərbçilərlə yanaşı NATO-ya üzv və tərəfdaş olan doqquz ölkənin hərbçiləri də iştirak edir. Təlimlərin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin döyüş hazırlığının artırılması, qarşılıqlı fəaliyyətinin və əməliyyat imkanlarının təkmilləşdirilməsidir.

  • Azyaşlı uduş müsabiqəsində soyuducu qazandı, gündəm oldu – Video

    Bir neçə ay öncə marketlərin birində vətəndaşların iştirak etdiyi uduş müsabiqəsində azyaşlı hədiyyə qazanıb.

    Bu görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb və yenidən gündəmə gəlib.

    Belə ki, uşağın seçdiyi kağızda “Soyuducu qazanmısınız” sözləri yazılıb. Bu da ailənin sevincinə səbəb olub. Daha sonra market tərəfindən ailəyə soyuducu təqdim olunub.

    Sözügedən görüntüləri təqdim edirik:
    //qafqazinfo

  • “Bankdan kredit götürmüşük, pomidor alınmır deyə ödəyə bilmirik” – Video

    Masallının illərdir pomidor əkini ilə məşğul olan Sərçuvar kənd sakinləri – fermerlər əkib-becərdikləri pomidoru sata bilmirlər.

    Bu barədə Xəzər TV süjet hazırlayıb.

    Bildirilib ki, onlar son illər pay torpaqlarında əkini daha da genişləndiriblər. Lakin satışa yararlı olan tonlarla pomidor sahələrdə çürüyərək məhv olur: “Üç nəfərik, 4 hektarlıq yerimiz var, pomidor sahəsində məhsul boldur. Ümumi olaraq 10 mindən çox sərmayə qoymuşuq, ancaq alıcılıq qabiliyyəti aşağıdır. Zavodlar işləmir, bazar yox. Bankdan pul götürmüşük, indi ödəyə bilmirik”.

    Fermerlərin sözlərinə görə, adəti üzrə bu il də bolqar sortu olan “Novuçok” əkiblər. Bu sort da əsasən turşu hazırlamaq üçün nəzərdə tutulub. Ancaq ziyana düşüblər.

    Məsələ ilə bağlı Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il rayonda 537,5 ha, bu il isə 542 ha sahədə pomidor əkilib, bu da müqayisədə 4.5 ha çoxdur: “Fermerlə bağlı isə Dövlət Aqrar İnkişaf Mərkəzi onlara heç bir köməklik göstərə bilmir. Çünki fermer bazarı özü tapmalı və becərdiyi məhsulu da istədiyi qiymətə satmalıdır”.

    Süjetdə o da qeyd olunub ki, fermerler hazırda irili-xırdalığından asılı olaraq pomidorun 1 kiloqramını 10-30 qəpik arasında təklif edirlər.

    Daha ətraflı videomaterialda:

  • Dua Lipa bu ölkənin də vətəndaşlığını aldı

    Böyük Britaniyanın məşhur müğənnisi Dua Lipa qismən tanınan Kosovo Respublikasının vətəndaşlığını alıb.

    Bu barədə Kosovo Prezidenti Vjosa Osmani instaqram hesabında paylaşım edib.

    O bildirib ki, Dua və Kosovo bir-birinə bağlıdır: “Evinə xoş gəldin, Dua…

    Bu gün Dua Lipaya Kosovo Respublikasının vətəndaşlığını vermək şərəfinə nail oldum. O, dünyanın ən böyük səhnələrində çıxış edib və milyonların ilham mənbəyinə çevrilib. Duanın gənclərimiz, sənətimiz və ölkəmizin beynəlxalq imici üçün etdiyi hər şeyə görə minnətdarlığımızı bildiririk”.

    Qeyd edək ki, Lipa Londonda doğulub. Onun valideynləri Kosovoludur. O, üç il əvvəl Albaniya vətəndaşlığı da alıb.
    //qafqazinfo

  • UEFA “Sabah”ın rəqibini cərimələyib

    UEFA “Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın “Levski” (Sofiya) klubunu cərimələyib.

    Paytaxt təmsilçisi evdə İsrailin “Hapoel” (Beer-Şeva) kollektivinə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda (0:0) yaşananlara görə ziyana düşüb.

    Sofiya klubu ictimai keçidlərin bağlanması ucbatından 14000 avro ödəyəcək. Bundan əlavə, “Levski” azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi və fanatların meydana yad əşyalar atmasına görə 6000 avro cərimələnib.

    Qeyd edək ki, “Sabah” bu rəqiblə ilk matçı avqustun 7-də səfərdə, cavab görüşünü isə 14-də evdə keçirəcək.

  • В России после взрывов выведен из строя газопровод, доставляющий газ из Туркменистана

    В России после взрывов вышел из строя магистральный газопровод “Центральная Азия-Центр”.

    Об этом сообщает РБК-Украина со ссылкой на источники.

    По данным источника, 2 августа на территории Волгоградской области вышел из строя магистральный газопровод “Центральная Азия-Центр”. Он входит в систему газопроводов, принадлежащей “Газпрому”, и транспортирует природный газ из Туркменистана через Узбекистан и Казахстан в Россию.

    Отмечается, что после сообщений о взрывах к газопроводу выехали российские экстренные службы. По словам местных жителей в районе села Динамовское Нехаевского района Волгоградской области находятся правоохранительные органы и ремонтные бригады с целью ликвидации последствий взрыва.

    Данная магистраль обеспечивает энергией ряд объектов ВПК РФ: “Демиховский машиностроительный завод”, “Российская самолетостроительная корпорация МИГ (производственный комплекс №1)”, завод по изготовлении патронов “Магнум-к” и другие.

    Сообщается, что транспортировка газа по магистральному газопроводу “Центральная Азия-Центр” в Волгоградской области остановлена на неопределенный срок.

    Ранее сообщалось, что украинские БПЛА атаковали промышленный объект в Новокуйбышевке Самарской области. В сети отмечали, что, вероятно, дроны поразили местный НПЗ.

    Также сообщалось об ударе ВСУ по Рязанскому нефтеперерабатывающему заводу.

  • Rusiyada partlayışlardan sonra Türkmənistandan qaz nəql edən qaz kəməri sıradan çıxıb

    Rusiyada partlayışlardan sonra “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb.

    Bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.

    Mənbənin məlumatına görə, avqustun 2-də Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb. O, “Qazprom”a məxsus qaz kəməri sisteminin bir hissəsidir və Türkmənistandan təbii qazı Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiyaya nəql edir.

    Qeyd olunur ki, partlayışlar barədə xəbərlərdən sonra Rusiyanın fövqəladə hallar xidmətləri qaz kəmərinə doğru yola düşüb. Yerli sakinlərin sözlərinə görə, hüquq-mühafizə orqanları və təmir briqadaları partlayışın nəticələrini aradan qaldırmaq üçün Volqoqrad vilayətinin Nexayevski rayonunun Dinamovskoye kəndi ərazisindədir.

    Bu boru kəməri Rusiya hərbi-sənaye kompleksinin bir sıra obyektlərini – Demixovski Maşınqayırma Zavodunu, MİQ Rusiya Təyyarəqayırma Korporasiyasını (1 nömrəli İstehsalat Kompleksi), “Maqnum-K” patron istehsalı zavodunu və başqa obyektləri enerji ilə təmin edir.

    Bildirilir ki, Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri ilə qaz nəqli qeyri-müəyyən müddətə dayandırılıb.

    Daha əvvəl Ukrayna PUA-larının Samara vilayətində Novokuybışevkadakı sənaye obyektinə hücum etdiyi bildirilirdi. PUA-ların yerli neft emalı zavodunu vurduğu qeyd edilirdi.

    Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ryazan Neft Emalı Zavoduna zərbələr endirdiyi də bildirilib.