Month: August 2025

  • Tərtərdə silahla insident törədən qazi HƏBS EDİLDİ – FOTO

    Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus VAZ-2114 markalı avtomobilə zərər dəyib.

    Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb.

    Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • На Солнце произошла вторая за сутки сильная вспышка

    Новая вспышка предпоследнего класса мощности (М) зарегистрирована на Солнце в понедельник.

    Об этом сообщается в Telegram-канале лаборатории солнечной астрономии ИКИ РАН и ИСЗФ СО РАН.

    “На Солнце в активной области 4168 в 07:57 мск (08:57 по Баку – ред.) произошла вторая вспышка класса M (сильная; предварительный балл – M2.1)”, – говорится в сообщении.

  • Günəşdə bir gündə ikinci güclü partlayış olub

    Avqustun 4-də Günəşdə sondan əvvəlki güc sinfinə (M) məxsus olan yeni partlayış qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun “Telegram” kanalında məlumat verilib.

    “Moskva vaxtı ilə saat 07:57-də (Bakı vaxtı ilə 08:57 – red.) Günəşdə 4168 aktiv bölgəsində M (güclü, ilkin bal – M2.1) dərəcəli ikinci partlayış olub”, – deyə məlumatda bildirilib.

  • 6 aylıq uşaq infarktdan öldü

    Sumqayıtda körpə vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə avqustun 2-si saat 17 radələrində şəhərin 10-cu məhəlləsində yerləşən Sumqayıt Şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.
    Sumqayıt şəhər sakini 07.02.2025-ci il təvəllüdlü Alparslan Elməddin oğlu Cəfərli xəstəxanada infarktdan ölüb.
    Faktla bağlı araşdırma aparılır.

  • Polis silsilə oğurluq edən şəxsi saxladı

    Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən evlərdən oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

     
    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun cari il ərzində müxtəlif evlərdən nəğd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 000 manat dəyərində ziyan vurduğu müəyyən edilib. E.Məmmədovun yaşadığı ünvandan bir sıra maddi sübut aşkarlanaraq götürülüb. 
    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Rüstəmov həbs edilib. İstintaq davam etdirilir.

  • Kanada yerli qəbilələrinə 312 milyon dollar təzminat ödəyəcək

    Kanada kənd təsərrüfatı müqavilələrinin pozulması səbəbilə yerli qəbilələrə 312 milyon dollar təzminat ödəməyə başlayıb.

    Kanada hökumətinin 150 illik kənd təsərrüfatı müqavilələrini pozmasının ardınca yerli qəbilələr “inək və kotan sazişi” adlandırılan razılaşmaya gəliblər. Bu çərçivədə təzminatların ödənilməsinə başlanılıb.

    Razılaşmaya əsasən, Kanada:

    * Saskatçevan əyalətindəki Big River Birinci Milləti qəbiləsinə təxminən 150 milyon dollar,
    * The One Arrov qəbiləsinə 90 milyon dollar,
    * Muskovpetunq Birinci Milləti qəbiləsinə isə 72 milyon dollar təzminat ödəyəcək.

    Həmin müqavilələr çərçivəsində yerli qəbilələrə kənd təsərrüfatı alətləri və dəvəbuynuzlu mal-qara da daxil olmaqla kənd təsərrüfatı yardımı göstəriləcəyi təminatı verilsə də, federal hökumət bu öhdəlikləri yerinə yetirməmişdi.

    Muskovpetunq Qəbiləsinin Şefi Melissa Tavita “Bu gün əslində pulun paylanması üzərində işləyirik” deyib və hökumətlə əldə edilən razılaşmanı “acı-şirin bir an” olaraq qiymətləndirib.

    Tavita qeyd edib ki, qəbilənin hər bir üzvü ödəniş alacaq, 18 yaşından kiçik üzvlər üçün ayrılan vəsait isə illik 4% gəlir gətirən təhlükəsiz bir fonda yatırılacaq və bu şəxslər fondlara yetkinlik yaşına çatdıqda çıxa biləcəklər.

    Big River Qəbiləsinin Şefi Conatan Bear isə açıqlamasında razılaşmanın yerli xalq üçün yeni və ümidverici yollar açdığını vurğulayaraq, bunun Kanada ilə Millət-Millət münasibətlərini təsdiq etdiyini bildirib.

  • Azərbaycan qızıl ixracından nə qədər qazanıb?

    Cari ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 144 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

    Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə qızıl ixracından əldə olunan gəlirlər 58 milyon ABŞ dolları təşkil edib.

    Hesablamalara əsasən, Azərbaycanın illik müqayisədə qızıl ixracından əldə etdiyi gəlir 86 milyon ABŞ dollar və ya 2,4 dəfə artırıb.

    Qeyd edək ki, qızıl 2025-ci ilin yanvar-iyun aylarinda ixrac olunan əsas qeyri-neft mallarınınn siyahısında 2-ci yerdə qərarlaşıb.

  • ЦАХАЛ заявил о ликвидации замкомандира батальона ХАМАС в Газе

    Армия обороны Израиля заявила о ликвидации в секторе Газа заместителя командира батальона “Аль-Фуркан” палестинского движения ХАМАС.

    Об этом сообщила армейская пресс-служба.

    “ЦАХАЛ атаковал и уничтожил заместителя командира батальона “Аль-Фуркан” в террористической организации ХАМАС”, – говорится в сообщении.

    По ее данным, ликвидированный радикал отвечал за боевую поддержку батальона и участвовал в организации многочисленных атак против армейских подразделений в секторе Газа.

  • Qəzzada HƏMAS batalyonunun komandir müavini öldürülüb

    İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının “Əl-Furqan” batalyonunun komandir müavininin öldürüldüyünü açıqlayıb.

    Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

    “İsrail ordusu HƏMAS terror təşkilatının “Əl-Furqan” batalyonunun komandir müavinini öldürüb”, – deyə məlumatda bildirilir.

    Qeyd olunub ki, komandir Qəzza zolağında ordu hissələrinə qarşı çoxsaylı hücumların təşkilində iştirak edib.

  • Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? (RƏSMİ)

    Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə məktəblərində birillik təhsil haqqının 1800-2000 manata kimi qaldırılması məsələsinə münasibət bildirib.

    Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, təhsil haqqının məbləğinin yüksəldilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr yetişdirməkdir.

    Məlumatda qeyd olunub ki, cari ildə qəbul planının 75%-ni (24 280) dövlət sifarişli yerlər təşkil edib:

    “Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında 14 iyun 2025-ci il tarixli, 192 nömrəli Qərar qəbul edib.

    Adambaşına maliyyələşmə mexanizmi tətbiq edilən peşə təhsili müəssisələrində sözügüdən qərara uyğun olaraq təhsil haqları tətbiq edilib. Bundan əlavə, 2024-cü ildən etibarən yüksək texniki peşə təhsilində ödənişli plan yerləri ayrılıb. Həmin ödənişli plan yerlərində də təhsil haqları 192 nömrəli AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq tətbiq olunub”.