Month: August 2025

  • Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq – PROQNOZ

    Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Belə ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-27° isti, gündüz 36-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacaq.

  • В Хырдалане рабочий погиб, упав с высоты

    В Абшероне 48-летний рабочий погиб, упав с высоты.

    Инцидент произошел в одном из строящихся многоэтажных зданий в Хырдалане.

    Тело погибшего направлено на экспертизу.

    По факту ведется расследование.

  • Xırdalanda fəhlə yüksək mərtəbədən yıxılaraq ölüb

    Abşeronda 48 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb.

    Hadisə Xırdalan şəhərində yerləşən inşası davam edən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

    Tikinti sahəsində çalışan fəhlə Vüqar Cəfərov yuxarı mərtəbədən yıxılaraq həyatını itirib.

    Meyit müvafiq ekspertiza təyin olunmaqla aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Nəsimi rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb

    Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında soyğunçuluq hadisəsi baş verib.

    Naməlum şəxs azyaşlının mobil telefonunu soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.

    Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Ceyhun Hadıyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

  • Qazaxda əmək hüquqlarını pozan şirkət rəhbəri cərimələnib

    ““ELSCOOTER N1” MMC tərəfindən işçilərin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Qazax rayon prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Qazax rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

    Faktla bağlı Qazax rayon prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə hüquqi şəxsin ünvanına, Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

    Eyni zamanda Cəmiyyətin direktoru Yusifov Elcan Şahin oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz Regional şöbəsinə göndərilmiş və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.

  • Şəkidə qəsdən yanğın törədən şəxslər həbs olunublar

    Şəkinin Aşağı Göynük kəndi ərazisində 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, araşdırmalarla həmin şəxslərin rayon sakinləri – 48 yaşlı Məzahir Sadıqov və 40 yaşlı Asif Mahmudov olduqları müəyyən edilib. Onların özlərinə məxsus pay torpaq sahəsini şumlamağa hazır vəziyyətə gətirmək üçün qəsdən yandırdıqları və nəticədə yanğının daha böyük ərazini əhatə etdiyi məlum olub.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Nazirlik Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb

    Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

    Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

    Birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub.

    Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi Kokauri (190 xal), idman gimnastı Nikita Simonov (165 xal), yunan-Roma güləşçisi Qurban Qurbanov (160 xal), sərbəst güləşçi Giorgi Meşvildişvili, yunan-Roma güləşçiləri Həsrət Cədərov və Nihat Məmmədli (hamısı 150 xal) yer alıblar.

  • Во Вьетнаме в результате наводнений не менее 14 человек погибли или числятся пропавшими без вести

    По меньшей мере 14 человек погибли или пропали без вести в результате вызванного затяжными дождями наводнения в провинции Дьенбьен на севере Вьетнама.

    Об этом сообщает Median.Az со ссылкой на вьетнамские СМИ.

    Согласно источнику, в четверг вечером после нескольких часов сильного дождя резко повысился уровень воды, что привело к затоплению низинных районов и внезапным оползням в горных деревнях.

    “В провинции Дьенбьен в настоящее время от наводнения пострадали 128 домов: 97 из них затоплены, 14 повреждены оползнями, ещё 17 смыты и погребены под водой”- сообщается в оперативном отчете Руководящего комитета по предупреждению стихийных бедствий и поисково-спасательным работам.

    Наводнение также нарушило транспортное сообщение и электроснабжение в нескольких районах. Спасательные работы осложнены продолжающимися проливными дождями.

    Период дождей длится во Вьетнаме с июня по ноябрь. Ежегодно в результате наводнений и штормов в стране погибают сотни людей, а материальный ущерб оценивается в миллионы долларов. Так, в 2018 году в сезон дождей погибли около 65 человек.

  • Vyetnamda daşqınlar nəticəsində ən azı 14 nəfər ölüb və ya itkin düşüb

    Vyetnamın şimalındakı Dyenbyen əyalətində uzunsürən yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı 14 nəfər ölüb və ya itkin düşüb.

    Bu barədə Vyetnam mediasına istinadən məlumat verir.

    Mənbə bildirib ki, cümə axşamı bir neçə saat davam edən güclü yağışlardan sonra suyun səviyyəsi kəskin qalxıb ki, bu da daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

    Daşqın nəticəsində 128 evə ziyan dəyib, bir neçə rayonda nəqliyyat əlaqəsi və enerji təchizatında problem yaranıb. Ərazidə davam edən güclü yağışlar səbəbindən xilasetmə işləri çətinləşib.

  • Азербайджан и Кыргызстан осуществили первые грузоперевозки с применением электронного бланка разрешения

    Азербайджан и Кыргызстан осуществили первые грузоперевозки с применением электронного бланка разрешения.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджанское (AYNA).

    Согласно информации, в Азербайджане успешно применяются цифровые технологии в международных грузоперевозках автомобильным транспортом. Этот процесс также охватывает электронизацию бланков “Разрешение”, которыми страны обмениваются на двусторонней основе.

    После Турции и Узбекистана, грузоперевозки с применением “e-Permit” – электронного бланка разрешения – были осуществлены и с Кыргызстаном.

    Грузовой автомобиль, принадлежащий транспортной компании Кыргызстана, осуществляющий транзитные грузоперевозки по маршруту Грузия-Кыргызстан через территорию нашей страны, прибыл в Азербайджан.

    Транспортным средствам, принадлежащим Азербайджану, также выданы электронные бланки разрешений для осуществления международных грузоперевозок в Кыргызстан. В ближайшие дни ожидается осуществление двусторонних международных грузоперевозок по маршруту Азербайджан-Кыргызстан с использованием электронных бланков разрешений.