Month: August 2025

  • Alman avtomobil sənayesi çöküş astanasında: Əfsanəvi brendlər niyə mövqelərini itirir?

    Onilliklər boyu etibarlılığın və texnoloji üstünlüyün simvolu sayılan Alman avtomobil sənayesi bu gün dərin böhranla üz-üzədir. Səbəblər arasında istehsal xərclərinin yüksəkliyi, innovasiyaların itirilməsi və Çin kimi ölkələrin elektroavtomobil bazarında liderliyidir.

    Qayanrinfo xəbər verir ki, bu barədə UNIAN agentliyinə açıqlamasında “Luaz Motor” şirkətinin baş direktoru Vadim İqnatov məlumat verib.

    2025-ci ilin ikinci rübündə “Volkswagen” şirkətinin mənfəəti 36,3% azalaraq 2,3 milyard avroya düşüb. Şirkət 2030-cu ilə qədər 35 min iş yerinin ixtisarını planlaşdırır. Xüsusilə “Audi” və “Porsche” brendləri ciddi itkilərlə üzləşib:

    “Audi”: Mənfəət 50% azalaraq 1,35 milyard avroya düşüb, avtomobil tədarükləri isə 5,9% azalıb. Şirkət 7,5 min işçini ixtisar etməklə ildə 1 milyard avro qənaət etməyi planlaşdırır.

    “Porsche”: ABŞ-ın tətbiq etdiyi rüsumlara görə 400 milyon avro itirib və 1,9 min əməkdaşın ixtisarını nəzərdən keçirir.

    “Mercedes-Benz”: Mənfəət 55,8% azalaraq 2,7 milyard avroya düşüb. Şirkət işçilərə 500 min avroya qədər könüllü təzminat təklif edərək kadr ixtisarına gedir.

    İqnatova görə, Alman avtomobil nəhəngləri zamanında elektromobil sektoruna keçidi düzgün dəyərləndirməyiblər və bu, onların rəqabətə davam gətirməməsinə səbəb olub:

    “Onlar yeni modellər təqdim edə bilmirlər, bəzi hallarda isə Çindən hazır platformalar alırlar”.

    Əlavə olaraq, Almaniyada enerji qiymətlərinin artması və atom elektrik stansiyalarının bağlanması, istehsalın maya dəyərini artırıb. Alman avtomobil zavodlarında hələ də yüksək maaşlı işçilərin əli ilə çoxlu sayda əməliyyat yerinə yetirilir, bu isə istehsalın avtomatlaşdırılması baxımından Çindən geri qalmağa səbəb olub.

    Avropada avtomobil satışları düşməkdədir. Dizel və benzinlə işləyən avtomobillərə tələbat kəskin azalıb. Əvəzində elektroavtomobillərin satışı 22% artıb. Amma alman istehsalçılar elektroavtomobilləri kifayət qədər sərfəli qiymətə təqdim edə bilmirlər.

    Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər Alman şirkətlərinin Amerika bazarında da sıxışdırılmasına səbəb olub. Çin bazarında isə alman avtomobilləri artıq əvvəlki kimi populyar deyil.

    * BMW fərqli yol seçərək “Neue Klasse” adlı yeni elektroavtomobil platformasına fokuslanır.
    * “Mercedes-Benz” və “Audi” gələcəyə dair aydın strategiya ortaya qoya bilmir, bazar payını sürətlə itirirlər.
    * “Porsche” isə elektromobillərə keçidlə bağlı ziddiyyətli qərarlarla alıcıları çaşdırır: elektrik modellər pis satılır, benzin modellərinin gələcəyi isə qeyri-müəyyəndir.

    Ekspertlərin fikrincə, Alman avtomobil istehsalçıları öz mövqelərini artıq dünya miqyasında əhəmiyyətli dərəcədə itiriblər:

    “Alman avtomobilləri bir vaxtlar texnologiya və etibarlılıq nümunəsi idi. İndi isə bu sahədə onları Çin və Yapon avtomobilləri qabaqlayır”.

    Ən əsası, sənaye köhnə model idarəetmə yanaşmalarına əsaslanmağa davam edir. Əvvəllər uğurlu olan “eyni dizaynın illərlə tətbiqi” strategiyası artıq işlək deyil. Müasir bazar daha çevik və innovativ yanaşmalar tələb edir.

    Qeyd: 2025-ci ilin iyun ayında Avropada yeni avtomobil satışları son 10 ayda ən kəskin enişi göstərib. Ən böyük düşüş Almaniyada qeydə alınıb. Eyni zamanda “Mercedes-Benz” ABŞ-da istehsal sahələrini dəyişmək məcburiyyətində qalıb.

  • Ev kirayəsi ilə bağlı dələduzluq halları artır: Nə etmək lazımdır? – Video

    Kirayələmək istədiyi evə görə 240 manat ziyana düşüb. Söhbət paytaxt sakini Aruz Əliyevdən gedir.

    Onun sözlərinə görə, elan saytında görüb, bəyəndiyi ev üçün göndərdiyi 240 manat behi batıb. Başqa sözlə, elan sahibi onu aldadıb.

    Aruz məsələ ilə bağlı 102 qaynar xəttinə, həmçinin Nərimanov rayon 17-ci polis bölməsinə müraciət edib. Onun şikayətinin əsaslı şəkildə araşdırılacağı deyilib. O ki, tək məqsədi pulun geri ödənilməsi deyil, o, başqalarının da aldanmamasını istəyir.

    “Xəzər TV” iddialarla bağlı sözgedən elanda yerləşən mobil nömrə ilə əlaqə saxlamaq istəsə də, bu mümkün olmayıb.

    Turizm üzrə ekspert Rəhman Quliyev isə bu məsələdə aldanmamağın əsas yolları barədə danışıb. Bildirib ki, ilk növbədə, yaxşı olar ki, sifarişçi evin müvafiq sənədlərini qarşı tərəfdən tələb etsin. Çünkü xüsusilə yay aylarında dələduzlar tərəfindən bu cür şirnikləşdirici elanlar vasitəsi ilə aldadılma halları olur. Tələbat və qiymətlərin artması dələduzlar üçün əsl fürsətə çevirilir. Ekspert tövsiyə edir ki, ev kirayələmək istəyənlər yalnız rəsmi platformalardan istifadə etsinlər. Evi yerində görmədən, heç bir sənəd olmadan, qabaqcadan pul göndərmək risklidir.

    Ekspert onu da qeyd etdi ki, rəsmi müqavilələrin bağlanması gələcəkdə yaranacaq problemlərin hüquq müstəvisində həllinə də kömək ola bilər.

  • Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

    Azərbaycan güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatında finala yüksəlib.

    Hüseyn İsmayılov (65 kq) turnirin həlledici mərhələsinə adlayıb.

    O, əvvəlcə kanadalı Liam Qortonu üstələyib – 4:2. Gəncə güləş məktəbinin yetirməsi 1/8 finalda yunanıstanlı Konstantinos Mixailidisə heç bir şans tanımayıb – 11:0. İsmayılov daha sonra qırğızıstanlı Adisbek Altınbekovu çətinliklə də olsa, yolundan kənarlaşdırıb – 2:1. Hüseyn yarımfinalda isə qazaxıstanlı Yerali Askerbekdən güclü olub – 3:1. Milli üzvü sabah finalda amerikalı Arseni Kikinyovla güləşəcək.

    Rəvan Həsənzadə (48 kq) belaruslu Makar Markoviçi vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 12:0. Həmyerlimiz özbəkistanlı Cahangir Tulkunovla gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılıb – 4:2. Rəvan yarımfinalda amerikalı Ariah Millsə 2:7 hesabı ilə məğlub olub. Həsənzadə sabah bürünc medal uğrunda Giorgi Narimanidze (Gürcüstan) – İslam Rabadanov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

    Ruslan Əlizadə (55 kq) həm moldovalı Dan Bulqaru, həm də kanadalı Aaharen Piranavan üzərində 10:0 hesablı qələbə qazanıb. Güləşçimiz 1/4 finalda rusiyalı Çingis Sarıqlarla üz-üzə gəlib. Ruslan 6:1 hesablı üstünlük əldə etsə də, təşəbbüsü əldən verib və yekunda minimal fərqlə (8:9) xalçanı məyus tərk edib.

    Nihad Süleymanlı (80 kq) debütdə ermənistanlı Vaçe Aslanyan üzərində inamlı qələbəyə sevinib – 7:1. Süleymanlı 1/4 finala çıxmağa da yaxın olub. Ancaq sona 3 saniyə qalmış qələbəni əldən verən Nihad rusiyalı İssa Zanqiyevə 5:7 hesabıyla məğlub olub.

    Hakim Tağıyev (110 kq) debütdə belaruslu Mikita Tkaçiki vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Pəhləvanımız amerikalı Aleksander Teylora da gücünü göstərib – 7:6. Tağıyev 1/4 finalda rusiyalı Avropa çempionu Maqomedrasul Omarovla bacarmayıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Hakim sabah təsəlliverici görüşə çıxacaq. Onun rəqibi ya Laert Movsesyan (Ermənistan), ya da Yu Çuanq (Tayvan) olacaq.

  • Paytaxtda təmir sexində güclü YANĞIN: Lüks avtomobil KÜLƏ DÖNDÜ – Video

    Bakıda avtomobil təmiri sexində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanar konstruksiyaları 120 m² sahədə, içərisində təmirə dayanmış “LAND ROVER SPORT” markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m² olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyat hissələri yanıb.

    Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.

    Həmin görüntüləri təqdim edirik:

  • BQXK-nın Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq.

    Bu barədə qurumun Azərbaycan Nümayəndəliyinin ölkədə diplomatik fəaliyyəti başa çatan rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib.

    O, Azərbaycan hökumətinin təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXK ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
    //report

  • AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb.

    Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

    Məlumata görə, AQTA Almaniya, ABŞ, Argentina, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Çex, Estoniya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Norveç, Özbəkistan, Polşa, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya və Yeni Zelandiyanın qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbul edilib

    Yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadan Azərbaycana məhsul ixrac edə biləcəklər.

    Belə ki, ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindən müəssisələrin təsdiqinə dair təqdim edilən rəsmi məlumatlar və ya müvafiq sənədlər Agentliyə təqdim olunduğu halda, bu müəssisələrin yenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan əvvəl Agentlik tərəfindən həmin ölkələrin qida təhlükəsizliyi sistemləri qiymətləndirilib, ticarət dövriyyəsi zamanı müşahidə olunan qida təhlükəsizliyi sahəsində uyğunsuzluqların statistikası nəzərə alınıb.

    Qərara əsasən, tanınma üçün əsas götürülən meyarlara uyğunsuzluq halları aşkarlandıqda və ya həmin ölkələrdən Azərbaycana insan və heyvan sağlamlığı üçün təhlükəli olan qida və yem məhsullarının ixracı halları təkrarlandığı təqdirdə, müvafiq ölkənin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi Agentliyin Kollegiyasında müzakirəyə çıxarılacaq.

    Ümumilikdə bu qərar Azərbaycan ilə adıçəkilən ölkələr arasında qida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək.

  • Федерация зимних видов спорта прокомментировала отказ на включение российской спортсменки в сборную Азербайджана

    Федерация зимних видов спорта Азербайджана прокомментировала отказ на переход российской спортсменки Вероники Жилиной в состав сборной Азербайджана.

    В ответ на запрос Report в Федерации выразили сожаление по поводу решения Международного союза конькобежцев (ISU -International Skating Union).

    “Мы хотели бы особо подчеркнуть, что Вероника Жилина в своей заявке также довела до сведения другой стороны свою заинтересованность в представлении нашей страны на международных соревнованиях. Федерация зимних видов спорта в рамках продолжения процесса планирует повторно обратиться в Международный союз конькобежцев с просьбой о том, чтобы Вероника Жилина представляла Азербайджан в следующем сезоне”, – заявили в организации.

    Отметим, что, согласно решению Совета ISU, переход фигуристки в сборную Азербайджана не состоялся. Веронике Жилиной 17 лет. В мае она написала на своей странице в соцсети, что получила азербайджанский паспорт.

  • Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı idmançının milliyə buraxılmamasına münasibət bildirib

    Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı idmançı Veronika Jilinanın Azərbaycan millisinə keçidinin baş tutmamasına münasibət bildirib.

    Bu barədə qurumdan “Report”un sorğusuna cavab verilib.

    “Azərbaycan Qış İdman Növləri Federasiyası olaraq bildirmək istərdik ki, Beynəlxalq Konkisürmə Birliyinin (ISU) bu cür qərar verməsi təəssüf doğurur. Xüsusi vurğulamaq istərdik ki, Veronika Jilina da öz müraciətində ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək istəyində maraqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Qış İdman Növləri Federasiyası olaraq proseslərin davamı olaraq növbəti mövsümdə Veronika Jilinanın Azərbaycanı təmsil etməsi üçün yenidən Beynəlxalq Konkisürmə Birliyinəmüraciət etməyi planlaşdırırıq”, – deyə federasiyadan bildirilib.

    Qeyd edək ki, ISU Şurasının qərarına əsasən, fiqurlu konkisürənin Azərbaycan yığmasına keçidi reallaşmayıb. Veronika Jilinanın 17 yaşı var. O, may ayında sosial şəbəkə hesabında Azərbaycan pasportunu aldığını yazıb.

  • AQTA qarpız və yemiş məhsullarını monitorinq edib

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay aylarında əhalinin geniş şəkildə istehlak etdiyi qarpız və yemiş məhsulları üzrə monitorinqlər keçirib.

    Bu barədə agentlikdən bildirilib.

    Məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

    Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.

    Qeyd edək ki, son zamanlarda sosial şəbəkələrdə qarpız və yemiş məhsullarında bakteriyaların olduğu barədə məlumatlar yayılıb.

  • МВД: Посещающие Карабах могут получить разрешение через мобильное приложение E-Polis

    Министерство внутренних дел (МВД) продолжает совершенствовать мобильное приложение E-Polis для повышения удобства граждан и качества услуг.

    Как сообщили в ведомстве, благодаря обновлениям процесс получения разрешений на поездки на освобожденные от оккупации территории стал быстрее и удобнее.

    С помощью новой функции, добавленной в мобильное приложение E-Polis, теперь можно оформить разрешение на поездку в Карабах в электронной форме.

    “Для этого необходимо войти в приложение и выбрать из списка “Разрешение на въезд в Карабах” или “Услуги” раздел “Получение разрешения на въезд на освобожденные от оккупации территории”. После нажатия кнопки “Подать заявку” откроется форма, в которой нужно указать контактные данные. Затем следует выбрать направление и даты поездки. Разрешение выдается максимум на 5 дней”, – говорится в сообщении.