Month: August 2025

  • Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb

    Azərbaycan və Qırğızıstan arasında elektron icazə blankının tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib.

    Bu barədə Median.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata əsasən, Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir.

    Türkiyə və Özbəkistandan sonra Qırğızıstanla da beynəlxalq yükdaşımalarında “e-Permit”in – elektron icazə blankının tətbiqi ilə yükdaşımaları yerinə yetirilib.

    Gürcüstan-Qırğızıstan marşrutu üzrə ölkəmizin ərazisindən tranzit yük daşımaları həyata keçirən Qırğızıstanın daşıyıcı şirkətinə məxsus yük avtomobili Azərbaycana çatıb.

    Azərbaycana məxsus nəqliyyat vasitələrinə də Qırğızıstana beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün elektron icazə blankları verilib. Yaxın günlərdə Azərbaycan-Qırğızıstan marşrutu üzrə elektron “İcazə” blanklarından istifadə edilməklə ikitərəfli beynəlxalq yük daşımaları həyata keçirilməsi gözlənilir.

    “İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edir, yükdaşımaların təşkilinin səmərəliliyini artırır, icazələrin alınmasında daşıyıcılara resurslarına qənaət etmək imkanı yaradır. Reallaşdırılan layihə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarının elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur.

    Beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal texnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.

  • Авиадиспетчера обвинили в причастности к катастрофе в Вашингтоне 29 января

    Федеральное управление гражданской авиации (FAA) США назвало причиной авиакатастрофы в Вашингтоне 29 января, унесшей жизни 67 человек, возможную ошибку авиадиспетчера.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила газета The Washington Post (WP).

    По данным FAA, авиадиспетчер не предупредил экипаж пассажирского самолета компании American Airlines о быстром приближении вертолета Black Hawk американских сухопутных войск.

    По словам представителя управления Ника Фуллера, из диспетчерской башни должны были предупредить авиалайнер о траектории движения Black Hawk перед крушением. Авиадиспетчер обязан был сообщить экипажу самолета, что вертолет использует визуальное эшелонирование и что “цели, вероятно, сойдутся”, заявил Фуллер на слушаниях в Национальном совете по безопасности на транспорте (NTSB), расследующем причины авиакатастрофы.

    Согласно информации главы NTSB Дженнифер Хоменди, диспетчер, отвечавший за управление полетами вертолета и авиалайнера, контактировал с 21 различным воздушным судном в течение 10 минут до столкновения вертолета и самолета над рекой Потомак. Сам авиадиспетчер сказал следователям совета, что почувствовал себя “перегруженным” примерно за 15 минут до крушения.

    По данным FAA, ежечасно в столичном аэропорту взлетали и приземлялись 79 самолетов.

  • Vaşinqtondakı təyyarə qəzasında aviadispetçer təqsirli bilinib

    ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) yanvarın 29-da Vaşinqtonda 67 nəfərin həyatına son qoymuş təyyarə qəzasının aviadispetçerin mümkün səhvi nəticəsində baş verdiyini bildirib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

    Bildirilib ki, aviadispetçer “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin ekipajını ABŞ quru qoşunlarının “Black Hawk” helikopterinin sürətlə yaxınlaşması barədə xəbərdar etməyib.

    İdarənin nümayəndəsi Nik Fullerin sözlərinə görə, o, qəzadan əvvəl dispetçer qülləsindən təyyarəni “Black Hawk”ın hərəkət trayektoriyası barədə xəbərdar etməli idi.

    NTSB-nin rəhbəri Cennifer Homendi qeyd edib ki, dispetçer helikopter və təyyarənin Potomak çayı üzərində toqquşmasından 10 dəqiqə əvvəl 21 müxtəlif hava gəmisi ilə əlaqə saxlayıb.

    FAA-nın məlumatına görə, paytaxtın hava limanında saatda 79 təyyarə eniş edib və havaya qalxıb.

  • МВД: За последние сутки задержано 49 подозреваемых в совершении преступлений

    За последние сутки в Азербайджане задержано 49 человек по подозрению в совершении преступлений.

    Как сообщает Median.Az со ссылкой на Министерство внутренних дел, сотрудниками полиции раскрыто 37 зарегистрированных и 3 ранее нераскрытых уголовных дела.

    По данным, задержаны и переданы в соответствующие органы 65 разыскиваемых лиц, в том числе 38 должников. Определено 15 фактов, связанных с наркотиками, и 11 – изъятием незаконно хранящегося оружия и боеприпасов.

  • DİN: Son sutkada cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

    Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

  • At, arı və donuzların xüsusi təhlükəli xəstəlikləri üzrə klinik müşahidələr aparılacaq

    Cari ilin 11-22 avqust tarixlərində respublika ərazisində atların, arıların və donuzların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinə məqsədilə diaqnostik nümunələr götürüləcək.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

    Tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootoloji vəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

    Monitorinqdə AQTA, Qida Təhlükəsizliyi İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri iştirak edəcəklər

  • Состояние российских бизнесменов выросло более чем на $20 млрд

    Состояние богатейших бизнесменов России увеличилось с начала года на $20,163 млрд.

    Это следует из опубликованного агентством Bloomberg “Индекса миллиардеров” (Bloomberg Billionaires Index), который, в частности, рассчитывается на основе стоимости акций компаний.

    Согласно рейтингу, состояние акционера крупнейшего производителя железной руды в России “Металлоинвест” Алишера Усманова возросло на $3,12 млрд, до $16,3 млрд.

    Сооснователь мессенджера Telegram Павел Дуров с начала года заработал $3,27 млрд, его состояние составило $14,3 млрд.

    Наибольшие убытки понес председатель совета директоров НЛМК Владимир Лисин – его состояние уменьшилось на $3,58 млрд, до $22,2 млрд.

    Агентство с марта 2012 года публикует Bloomberg Billionaires Index, в который включены сведения о состоянии 500 богатейших людей планеты.

  • Rusiyalı biznesmenlərin sərvəti 20 milyard dollardan çox artıb

    Rusiyanın ən varlı iş adamlarının sərvəti bu ilin əvvəlindən 20,163 milyard dollar artıb.

    Bu barədə “Bloomberg” agentliyinin dərc etdiyi “Milyarderlər indeksi”ndən (Bloomberg Billionaires Index) bəlli olub.

    Reytinqə əsasən, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Alişer Usmanovun sərvəti 3,12 milyard dollar artaraq 16,3 milyard dollara çatıb.

    “Telegram” messencerinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 3,27 milyard dollar qazanıb, onun sərvəti 14,3 milyard dollar təşkil edib.

    “Novolipetsk Metallurgiya Kombinatı”nın (NLMK) Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti isə 3,58 milyard dollar azalaraq 22,2 milyard dollar olub.

  • Pakistan BMT Təhlükəsizlik Şurasında sədrliyi başa vurub

    Pakistan BMT Təhlükəsizlik Şurasında (TŞ) iyul ayında rotasiya əsasında əldə etdiyi sədrliyi başa vurub.

    Bu barədə Pakistan mediası BMT-dəki daimi nümayəndəliyinə istinadən xəbər verir.

    Yekun iclasda çıxış edən Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd Təhlükəsizlik Şurasının üzvlərinə konstruktiv əməkdaşlıq üçün təşəkkür edib. O, ölkənin “öz roluna məsuliyyət hissi və BMT Nizamnaməsinə sadiqlik ilə yanaşdığını” vurğulayıb.

    Qeyd olunur ki, BMT TŞ-də sədrliyi dövründə Pakistan Qəzza və Suriya ilə bağlı əsas müzakirələrə təşəbbüs göstərib, atəşkəs və humanitar girişə çağırıb. Ölkə Suriyada siyasi həlli, xüsusilə druzlar və bədəvilər arasındakı münaqişə fonunda dəstəkləyib.

    Təhlükəsizlik Şurası Qırmızı dəniz, Yəmən, Haiti, Mərkəzi Afrika Respublikası və Beynəlxalq Məhkəmə ilə bağlı böhranlara dair beş qətnamə qəbul edib. Həmçinin sülhməramlı islahatlar və İƏT ilə əməkdaşlıq müzakirə olunub.

    Fələstin konfransında Pakistanın xarici işlər naziri İshak Dar Fələstinin tanınmasına və ona BMT-də tam üzvlük verilməsinə çağırıb.

    Qeyd edək ki, Pakistan 2025-2026-cı illər üçün TŞ-nin daimi olmayan üzvüdür və iyul ayındakı sədrlik bu müddətin bir hissəsi idi. Bu, 2013-cü ildən bəri ölkənin Təhlükəsizlik Şurasının işinə rəhbərlik etdiyi ilk dəfə idi.

    Avqust ayından BMT Təhlükəsizlik Şurasında sədrlik Panamaya keçir.

    BMT Təhlükəsizlik Şurasında sədrlik hər ay 15 üzv dövlət arasında rotasiya əsasında dəyişir.
    //report

  • На юге Китая зафиксировали более 100 случаев заболевания лихорадкой денге

    Китайские медики выявили 119 случаев заболевания лихорадкой денге в южной провинции КНР Гуандун.

    Об этом сообщил региональный центр по контролю и профилактике заболеваний.

    Случаи заражения зафиксированы с 21 по 27 июля. Треть заболевших приходится на административный центр региона, город Гуанчжоу.

    102 случая заболевания лихорадкой денге выявлены у граждан, которые не выезжали из провинции, еще 17 – завозные.

    Распространение денге, переносчиками которой являются комары, произошло на фоне вспышки лихорадки чикунгунья, также распространяемой этими насекомыми. Ранее власти гуандунского города Фошань ввели третий уровень реагирования на ситуацию в области здравоохранения и объявили о семидневной кампании по уничтожению комаров. В Китае действует четырехуровневая система реагирования на ситуации в сфере здравоохранения, где первый уровень – наивысший. Четвертый (базовый) и третий (относительно высокий) уровни вводятся при возникновении вспышки заболевания на уровне города.