Month: August 2025

  • Kürdəmirdə zəli ovlayan şəxslərə HÖKM OXUNUB

    Kürdəmir rayonunda 36 ədəd zəlini ovlayanlara hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, həmin şəxslər Kürdəmir rayonu, Prili kəndi ərazisində Çala deyilən ərazidə və Qarasaqqal kəndində saxlanılıblar.

    Saxlanılan rayon sakinləri 1966-cı il S.B., 1981-ci ild E.D., 1984-cü il F.G. barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə ayrı-ayrılıqda baxılıb.

    Məlum olub ki, saxlanılanların hər biri qadağan olunmuş ərazidən 12 ədəd zəli tutublar.

    Məhkəmənin hökmü ilə saxlanılanların hər biri İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 manat cərimə olunublar. Ümumilikdə 36 zəliyə görə 3000 min manat cərimə kəsilib.

  • Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir küçəsində hərəkət məhdudlaşdırılacaq

    Bakının Yasamal rayonunun Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan avqustun 3-ü saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    “Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

  • Vətəndaşları xaricdə işə düzəltmək adı altında aldadan vəzifəli şəxslərin MƏHKƏMƏSİ

    Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilir ki, xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək çoxsaylı vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirən “365TOURISM”, “TEMPOTRIPS” və “JOBS” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

    İbtidai istintaqla “365TOURISM” MMC-nin rəhbəri Nəcəfov Ruslan İlyas oğlu, “JOBS” MMC-nin rəhbəri Xəlilov Mehrab Nəzər oğlu və “TEMPOTRIPS” MMC-nin rəhbəri Təhməzova Sədaqət Təhməz qızının qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə və saxta sənədlər hazırlamaqla vətəndaşlara xarici ölkələrdə yüksək gəlirli işlə təmin olunacaqlarına dair yalan vədlər verərək 71 şəxsin ümumilikdə 223 min manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Ruslan Nəcəfov, Mehrab Xəlilov və Sədaqət Təhməzovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilərək, Ruslan Nəcəfov və Mehrab Xəlilov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Sədaqət Təhməzova barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Eyni zamanda, “365TOURISM”, “TEMPOTRIPS” və “JOBS” MMC barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

    İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 223 min manat maddi ziyanın 105 min manatının ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Magistraturaya sənəd qəbulunun vaxtı avqustun 4-dək uzadılıb

    Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, müraciətçilərhttps://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

  • В три районные больницы назначены новые директора – ФОТО

    По представлению исполнительного директора Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Вугара Гурбанова в ряд медицинских учреждений назначены новые директора.

    Об этом сообщает Median.Az со ссылкой на TƏBİB.

    Согласно информации, Рафаил Мустафаев возглавит Гёранбойскую, Асяф Мамедов – Билясуварскую, а Сайиг Самедов – Гедабейскую центральные районные больницы (ЦРБ).

    Отметим, что ранее Р.Мустафаев занимал должность руководителя Центра семейного здоровья Бардинской ЦРБ, А.Мамедов – начальника Центральной военно-врачебной комиссии Государственной службы по мобилизации и призыву на военную службу, а С.Самедов – главным специалистом отдела по работе с документами и обращениями граждан Государственного агентства медико-социальной экспертизы и реабилитации.



  • Üç rayon xəstəxanasına YENİ DİREKTORLAR təyin edildilər – FOTO

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunublar.

    Bu barədə TƏBİB məlumat yayıb.

    Bildirilib ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasına Rafayil Mustafayev, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına Asəf Məmmədov, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına isə Sayiq Səmədov rəhbərlik edəcək.

    Qeyd edək ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rafayil Mustafayev yeni təyinatınadək Bərdə Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib.

    Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Asəf Məmmədov yeni təyinatınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsində çalışıb.

    Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayiq Səmədov yeni təyinatınadək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.



  • Валерий Меладзе прекращает концертные выступления в России

    Певец Валерий Меладзе прекращает концертные выступления в России.

    Как передает Median.Az, об этом написало издание “Абзац” со ссылкой на информацию, полученную от представителей нескольких неназванных ивент-агентств.

    По их утверждениям, график концертов покинувшего Россию три года назад исполнителя расписан до 2026 года и все они состоятся за границей.

    “Валерий Меладзе не дает концертов в России. Точных сроков возобновления сотрудничества у нас нет”, – заявил источник издания.

    В материале также отмечается, что российские агентства больше не могут бронировать участие Меладзе на частных мероприятиях, даже при условиях соблюдения полной конфиденциальности.

    Комментируя ситуацию, директор певца Сергей Луппов заявил, что с концертным графиком можно ознакомиться на сайте исполнителя. Там доступен гастрольный график певца в период с 21 августа 2025 года по 4 октября 2026-го. Российских городов в списке нет.

  • Valeri Meladze Rusiyada konsert verməkdən imtina edib

    Tanınmış müğənni Valeri Meladze Rusiyada konsert verməkdən imtina edib.

    Bu barədə Rusiyanın “Abzats” agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, müğənni 2026-cı il üçün konsert planını tərtib edib, lakin onların arasında Rusiyanın adı yoxdur.

    Xatırladaq ki, Valeri Meladze artıq uzun illərdir ki, Rusiyada yaşamır. 2023-cü ildə Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal layihənin rəhbəri Vitali Borodin 60 yaşlı müğənninin “xarici agent”lər siyahısına daxil edilməsi tələbi ilə baş prokurora müraciət edib.

  • Брата одного из исполнителей теракта в “Крокусе” объявили в розыск

    Брат одного из предполагаемых исполнителей теракта в “Крокус Сити Холле” Мухаммадсобира Файзова, работавшего парикмахером в барбершопе в Иваново, объявлен в розыск.

    Как передает Median.Az, об этом сообщает РИА Новости со ссылкой на источник в правоохранительных органах. Собеседник агентства уточнил, что в настоящее время родственник фигуранта проживает в Турции.

    “Брат Файзова Мухаммадсобира объявлен в розыск”, – сказал собеседник агентства.

    Ранее адвокат Игорь Трунов сообщил, что Турция может выдать России фигурантов уголовного дела о теракте в “Крокус Сити Холле”. Он также указал, что один из террористов является братом Файзова. По его словам, следствие считает, что он является членом “Исламского государства”.

  • “Crocus City Hall”da terror aktını törədənlərdən birinin qardaşı axtarışa verildi

    Rusiyanın Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktının icraçılarından biri, İvanovoda bərbərxanada işləyən Muhammadsobir Fayzovun qardaşı barəsində axtarış elan edilib.

    Bu barədə “RIA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

    Agentliyin həmsöhbəti bildirib ki, fiqurantın qohumu hazırda Türkiyədə yaşayır.

    Qeyd edək ki, bundan əvvəl vəkil İqor Trunov Türkiyənin “Crocus City Hall”da terror aktı ilə bağlı cinayət işi üzrə fiqurantları Rusiyaya ekstradisiya edə biləcəyini demişdi. O, həmçinin bildirib ki, terrorçulardan biri Fayzovun qardaşıdır. Onun sözlərinə görə, istintaq onun “İslam Dövləti”nin üzvü olduğu qənaətindədir.

    Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı – Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.