Month: August 2025

  • За год 53 человека представили поддельные дипломы для признания

    С апреля 2024 года по апрель 2025 года 53 человека представили поддельные дипломы для признания.

    Об этом сообщили в Агентстве по обеспечению качества в образовании.

    В тот же период были установлены факты, что 12 человек, получившие отказ в признании квалификации, различными обходными путями сумели получить поддельные свидетельства о признании.

    Согласно уставу агентства, в его обязанности входит принятие мер в соответствии с Кодексом об административных проступках при выявлении признаков административного правонарушения в сфере своей деятельности.

    Представители агентства подчеркнули, что информация о выявленных поддельных дипломах и свидетельствах систематически обобщается и направляется в компетентные органы для правовой оценки в соответствии с требованиями законодательства.

  • Bir ildə 53 nəfər tanınma üçün saxta diplom təqdim edib

    2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər 53 nəfər tanınma üçün saxta diplom təqdim edib.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

    Qeyd edilib ki, həmçinin kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri aşkar olunub.

    “Agentliyin nizamnaməsinə əsasən, öz fəaliyyəti ilə əlaqədar sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək qurumun vəzifələri arasında təsbit olunduğundan, aşkarlanmış saxta diplomlar, eləcə də şəhadətnamələrlə bağlı məlumatlar mütəmadi olaraq ümumiləşdirilərək qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilir”, – deyə məlumatda vurğulanıb.

  • Субъекты печатных СМИ, не зарегистрированных в медиареестре, будут штрафоваться до 5 000 манатов

    Субъекты печатных СМИ, осуществляющие деятельность без регистрации в медиареестре, будут оштрафованы на сумму до 5 000 манатов.

    Как сообщает Report, это отражено в поправках в Гражданский кодекс, Кодекс об административных проступках, в законы “О медиа” и “О государственной регистрации и государственном реестре юридических лиц”, утвержденных Президентом Азербайджана Ильхамом Алиевым.

  • Media Reyestrində olmayan çap mediası subyektlərinin beş min manatadək cərimələnməsi təsdiqlənib

    Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyev Mülki, İnzibati Xətalar məcəllələrində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

    Dəyişikliklə Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcək.

    Yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.

  • DİN-dən ƏMƏLİYYAT – Üç nəfər ələ keçdi

    Xəzər, Abşeron və İmişli rayonlarında keçirilən əməliyyatlar zamanı narkokuryerlər – 56 yaşlı Kamil Hüseynzadə, 48 yaşlı Eldəniz Musayev və 44 yaşlı Rəşad İsmayılov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) məlumat yayıb.

    Onlardan ümumilikdə 27 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

    Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən saxlanılan şəxslər narkotik vasitələrin satışını təşkil etməyi planlaşdırıblar.

    Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.

  • Yevlaxda toyda dava, söyüş söyən qonağı pilləkəndən atdılar

    Yevlax şəhərində toyda dava düşüb.

    Hadisə şəhər ərazisində fəaliyyət göstərən “Turan” şadlıq sarayında baş verib. Rayon sakini Murad Ağayev(soyad şərtidir) tanışının övladının kiçik toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedib. Orada spirtli içki qəbul etdikdən sonra toya pul yazdırmaq üçün foyeyə çıxarkən tanışı Yadigarın söyüş söydüyünü görüb. Murad Yadigardan xahiş edib ki, toyda qadınlar var, söyüş söyməsin. Bu vaxt sərxoş vəziyyətdə olan Yadigar ona yaxınlaşaraq vurmaq istəyib. Bu vaxt Murad əli ilə Yadigarı itələyib yıxıb və yoluna davam edib.

    Hadisə nəticəsində Yadigar pilləkəndən yıxılıb və ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hökmü ilə Murad Ağayev 4 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • В Сальянском районе похоронен трагически погибший в России азербайджанец

    24-летний житель Сальянского района Рашад Расет оглу Исламов предан земле в жилом массиве Галалы.

    Несколько дней назад он трагически погиб в Российской Федерации.

    Р.Исламов отправился в Россию на заработки и утонул в реке.

    Отметим, что ранее Рашад работал поваром в городе Баку.

  • Rusiyada faciəli şəkildə ölən azərbaycanlı Salyanda dəfn olundu

    Rusiyada faciəli şəkildə ölən Rəşad Rasət oğlu İslamov Salyanda dəfn olunub.

    24 yaşlı R.İslamov rayonun Qalalı massivində torpağa tapşırılıb.

    Qeyd edək ki, hadisə bir neçə gün öncə Rusiya Federasiyasında baş verib.

    Belə ki, işləmək üçün Rusiyaya gedən Salyan rayonu Qalalı massiv sakini, 24 yaşlı Rəşad Rasət oğlu İslamov çayda boğularaq dünyasını dəyişib.

    Qeyd edək ki, mərhum əvvəllər Bakı şəhərində aşpaz kimi çalışıb.

  • Almaniya ABŞ ilə razılığa gəldi: Kiyevə yeni “Patriot”lar veriləcək

    Almaniya yeni “Patriot” hava hücumundan müdafiə sistemləri alması ilə bağlı ABŞ ilə razılığa gəlib və bu da Almaniyaya iki köhnə sistemi Ukraynaya tədarük etməyə imkan verəcək.

    Bu barədə Almaniya Müdafiə Nazirliyindən məlumat verilib.

    “Almaniya lap əvvəldən Ukraynaya sistem komponentləri təhvil verməyə hazır olduğunu bəyan edib. Məcburi şərt ABŞ istehsalçısı tərəfindən yeni “Patriot” sistemlərinin tez bir zamanda çatdırılması idi ki, biz alyans qarşısında öhdəliklərimizi yerinə yetirməyə davam edə bilək. Bu öhdəlik ABŞ tərəfindən yerinə yetirildi. Beləliklə, Almaniya Ukraynanı ilk növbədə buraxılış qurğuları, daha sonra isə “Patriot” sisteminin əlavə komponentləri ilə təmin edə bilər”, – deyə Almaniyanın müdafiə naziri Boris Pistorus bildirib.

    Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Bundesver yaxın günlərdə Ukraynaya əlavə “Patriot” buraxılış qurğuları tədarük edəcək. Sistemin əlavə komponentləri yaxın iki-üç ay ərzində Kiyevə təhvil veriləcək.

  • Azərbaycan gömrükçülərindən ƏMƏLİYYAT: “Kahı” adı ilə narkotik keçirmək istədilər

    Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə DGK məlumat yayıb.

    Bildirilib ki, “Cənub-Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.

    Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı yükün içərisində folqaya bükülmüş şəkildə, kahı formasına salınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamada qablaşdırılma ilə birlikdə ümumi təqribi çəkisi 152 kiloqram 295 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.