Month: August 2025

  • Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət veriləcək

    Prezident İlham Əliyev Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Dəyişikliklə Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət veriləcək.

    Yeni qanun Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləmə nəzərdə tutulur.

    Sənədə əsasən, icra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən “Elektron icra informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdən sonra 7 iş günü ərzində o, əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət edildikdə icra məmuru bir iş günü müddətində qərar qəbul edir və borcluya əmlakın satılması üçün iki ay müddət verilir. Borclu bu müddətdə əmlakı icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərinin yalnız 80 faizindən az olmayan qiymətə sata bilər.

    Notarius vasitəsilə rəsmiləşdirilən əmlakın alqı-satqı əməliyyatlarının aparılması üçün icra məmurunun sözügedən qərarı “Elektron icra informasiya sistemindən “Elektron notariat informasiya sisteminə göndərilir və əmlak satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına göndərir.

    Notarius vasitəsilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür.

    Əmlak bu müddətdə açıq bazarda satılmadığı halda elektron hərraca çıxarılır.

    Borclunun üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmeti isə əvvəlcə qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif edilir. Bu halda tələbkara öz iradə ifadəsinin bildirilməsi üçün təklifi aldıqdan sonra 7 iş günü müddət verilir və tələbkar əmlakı qəbul etdikdə bu hal protokolla rəsmiləşdirilir. Həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir. Tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Həmin əmlak üzərində hüquqların rəsmiləşdirilməsi qeyd olunan protokol əsasında “Notariat haqqında” qanunun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir.

    Borclu üzərinə həbs qoyulmuş əmlakı tələbkar qəbul etmədiyi, yaxud verilmiş müddətin ötürüldüyü hallarda şəxsən açıq bazarda satmaq üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət olduqda bir iş günü ərzində icra məmuru bu barədə qərar qəbul edir və borcluya əmlakın qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80%-dən az olmayan qiymətə satılması üçün iki ay müddət verir.

    Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar “Elektron icra informasiya sistemindən “Elektron notariat” informasiya sisteminə göndərilir.

    Qeyd edilən müddətdə və qaydada borclu satmadıqda həmin əmlak elektron hərraca çıxarılır.

    Tələbkarın qəbul etmədiyi ipoteka predmeti, yaxud icra sənədinə əsasən satılmalı olan əmlak isə birbaşa elektron hərraca çıxarılır.

    Dəyəri 5 000 manatdan az olan daşınar əmlak “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə də satıla bilər.

    Elektron hərracın keçirilməsi barədə sifariş “Elektron icra” informasiya sistemi vasitəsilə formalaşdırılır və hərrac müvafiq informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir.

    Sifariş yerləşdirildiyi gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir.

    İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin ən azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə ən azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir.

    Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir.

    Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir.

    Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) həmin müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə növbəti yuxarı qiymət təklif etmiş şəxs elektron hərracın qalibi hesab olunur.

    Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və əmlakı elektron hərracın predmeti olan əmlakı elektron hərracın qalibinin alması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər.

    İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 7 iş günü müddətində əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur.

    Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda elektron hərracın nəticələri avtomatik olaraq ləğv olunur.

    Elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol “Elektron icra informasiya sistemindən Elektron Hökumət Informasiya Sistemi vasitəsilə müvafiq reyestrlərə ötürülür.

    Hərracda satılmış, yaxud tələbkarın əldə etdiyi daşınmaz əmlakın təhvil verilməsi ilə bağlı alıcı (eldə edən) və borclu, yaxud maraqlarına toxunan digər şəxslər arasında mübahisə yarandıqda əmlakı əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru boşaldır və ona təhvil verir.

    Təkrar elektron hərracda satılmayan əmlak onun bazar qiymətinin 65%-i həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya verilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

    Elektron hərracın keçirilməsi ilə bağlı xərcləri hərracın qalibi, hərracda satılmayan əmlakı tələbkar əldə etdikdə isə o, ödəyir. Hərracın baş tutmadığı digər hallarda hərrac xərcləri hərracda iştirak haqları hesabına kompensasiya edilir.

    Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləğini Nazirlər Kabineti təsdiq edir.

    Üzərinə həbs qoyulmuş dövlət əmlakı icra məmurunun sifarişi əsasında yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərrac təşkilatı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada salır.

    Qanunla, həmçinin, aşağıdakı məsələlər tənzimlənib:

    – icra məmurlarının icra ödənişinin alınması barədə qərarlarının müstəqil icra sənədi kimi müəyyən edilməsi və onların icrası qaydasının tenzimlənməsi;

    – borcludan tutulmuş pul məbləğinin tələbkarın tələbinin təmin olunması ilə yanaşı, həm də icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, İcra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş. cərimələrin ödənilməsi üçün istifadə edilməsi;

    – könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləğini borclunun qismən ödəməsi halında icra ödənişinin borcun qalan hissəsindən, vaxtaşırı ödənişlər üzrə icra ödənişinin yığılmış borc məbləğindən hesablanmaqla tutulması;

    – icra ödənişinin borcludan tam və ya hissə-hissə tutulması imkanı;

    – icraatın dayandırılması qaydasının təkmilləşdirilməsi, icraata xitam verilməsi ilə bağlı icra məmurunun və icra qurumunun rəhbərinin hərəkətləri üçün müddətlərin konkretləşdirilməsi;

    – borcun qalan hissəsindən, vaxtaşırı ödənişlər üzrə icra ödənişinin yığılmış borc məbləğindən hesablanmaqla tutulması; – icra ödənişinin borcludan tam və ya hissə-hissə tutulması imkanı; icraatın dayandırılması qaydasının təkmilləşdirilməsi, icraata xitam verilməsi ilə bağlı icra məmurunun və icra qurumunun rəhbərinin hərəkətləri üçün müddətlərin konkretləşdirilməsi;

  • Жену Макрона обвинили в дискриминации трансгендеров

    Жену президента Франции Эммануэля Макрона Брижит обвинили в дискриминации трансгендеров.

    Об этом пишет Libération.

    “Она чувствует себя преследуемой и затравленной, но выбранная ею юридическая стратегия представляется не только неэффективной (оправдательный приговор тому подтверждение), но и контрпродуктивной. Ведь, пытаясь обелить своё имя, она, возможно, сама того не осознавая, способствует укреплению представления о том, что эти слухи изначально оскорбительны, и тем самым увековечивает стигматизацию трансгендерных людей”, – говорится в материале.

    В статье отмечается, что Брижит Макрон не стоило подавать иск в суд против американской журналистки Кэндис Оуэнс за её слова о том, что первая леди Франции якобы родилась мужчиной.

    По мнению авторов публикации, ей стоило бы взять пример с таких личностей, как жена экс-президента США Барака Обамы Мишель Обама, актёр Джордж Клуни, певица Леди Гага или актёр Хью Джекман, которые также становились объектами сплетен, но не стали раздувать их.

    Ранее французский лидер Эммануэль Макрон и его жена Брижит подали в суд на американскую журналистку Кэндис Оуэнс за её слова о том, что первая леди Франции якобы родилась мужчиной.

    Оуэнс в ответ на иск Макрона заявила о готовности судиться.

    До этого журналистку Наташу Рей, которую осудили во Франции за заявления о том, что Брижит якобы родилась мужчиной, оправдали.

    Издание Daily Mail отмечало, что вердикт по делу о клевете против жены Макрона довёл первую леди Франции до отчаяния.

  • Bricit Makron transgenderlərə münasibəti ilə bağlı yeni qalmaqalın mərkəzində

    Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron transgenderlərin diskriminasiyasında ittiham olunub.

    Bu barədə “Liberation” qəzeti məlumat verib.

    Nəşrin müəllifi qeyd edir ki, Bricit Makron özünü təqib olunmuş və təzyiqlərə məruz qalmış biri kimi hiss etsə də, seçdiyi hüquqi müdafiə strategiyası təkcə səmərəsiz deyil, həm də ziddiyyətli görünür:

    “Çünki o öz adını təmizləməyə çalışarkən, bu şayiələrin əslində təhqiredici olduğu təsəvvürünü gücləndirir. Nəticədə isə transgender insanlara qarşı damğalanma və ayrı-seçkilik daha da dərinləşir”.

    Məqalə müəllifi hesab edir ki, Bricit Makron onun kişi kimi doğulduğunu iddia edən amerikalı jurnalist Kendis Ouensə qarşı məhkəməyə müraciət etməməli idi. Bunun əvəzinə, barələrində bənzər şayiələr yayılsa da, buna reaksiya verməyən şəxsləri – ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanı, aktyor Corc Klunini, müğənni Ledi Qaqanı və aktyor Hyu Cekmanı nümunə götürməli idi.

    Xatırladaq ki, Fransa prezidenti və həyat yoldaşı, amerikalı jurnalist Kendis Ouensin Bricitin cinsiyyəti ilə bağlı fikirlərinə görə məhkəməyə müraciət ediblər. Ouens isə Makronun iddiasına cavab olaraq prosesdə iştirak etməyə hazır olduğunu açıqlayıb.

    Bundan əvvəl Fransada Bricitin kişi kimi doğulması barədə bəyanatlarına görə məhkum edilmiş jurnalist Nataşa Rey bəraət alıb. Məlumata görə, məhkəmənin bu qərarı Fransa birinci xanımını ruhdan salıb.

  • Произошли новые назначения в ИВ города Хазарского и Пираллахинского районов Баку

    В Исполнительной власти (ИВ) Хазарского и Пираллахинского районов города Баку произошли новые назначения.

    Как сообщает Median.Az со ссылкой на iqtisadiyyat.az, новые назначения произведены на должности заведующего сектором – главного бухгалтера в ведомстве.

    Так, по приказу главы Хазарского ИВ Эльшана Салахова Керимова Ильхама Ариф гызы, а по приказу главы Пираллахинского ИВ Васифа Иманова Гарачобанов Таир Хидаят оглу назначены на должность заведующего сектором – главного бухгалтера.

    Отметим, что И.Керимова ранее работала советником в экономическом отделе ИВ, а Т.Гарачобанов – бухгалтером в поселковом представительстве.

  • Bakıda iki icra başçısından yeni təyinatlar

    Bakı şəhəri Xəzər və Pirallahı Rayon İcra Hakimiyyətlərində (RİH) yeni təyinatlar olub.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni təyinatlar RİH aparatında sektor müdiri-baş mühasib vəzifələri üzrə aparılıb.

    Belə ki, Xəzər RİH başçısı Elşən Salahovun əmri ilə İlhamə Arif qızı Kərimova, Pirallahı RİH başçısı Vasif İmanovun əmri ilə isə Tahir Hidayət oğlu Qaraçobanov sektor müdiri-baş mühasib vəzifəsinə təyin olunublar.

    Qeyd edək ki, İ.Kərimova bundan əvvəl RİH-də iqtisadiyyat şöbəsində məsləhətçi, T.Qaraçobanov isə qəsəbə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.

  • Azərbaycanda valideynlərin uşaqlara qoymaq istədikləri qəribə adlar: Rəzil, Türmə, Stəkan – VİDEO

    “Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir”.

    Bunu “Report”a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

    O qeyd edib ki, adın se­çil­mə­sin­də əsas mə­su­liy­yət ata və ananın üzə­ri­nə dü­şür. Buna görə də ad seç­mə va­li­deyn­lə­rin mə­su­liy­yə­ti­ni da­ha da ar­tı­rır:

    “Çün­ki va­li­deyn­lər tə­rə­fin­dən düşünülməmiş qo­yu­lan ad­lar, son­ra­dan öv­lad­lar tə­rə­fin­dən də­yiş­di­ril­mə­si­nə sə­bəb olur. Bu­nun mən­fi nə­ti­cə­si uşaq bo­ya-ba­şa ça­tan­dan son­ra da­ha çox diq­qə­ti cəlb edir. Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir. Tə­əs­süf ki, bir sı­ra va­li­deyn­lər müqəddəs və­zi­fə­lə­ri­ni, borclarını unu­da­raq aşa­ğı­da­kı ad­la­rı öv­lad­la­rı­na ve­rir­lər: Stə­kan, Şü­şə­bənd, Tür­mə, Candərd, Kə­niz, Kün­də, Kü­lək, Mə­lu­mat, Mey­xoş, Qaç­maz, Bü­töv, Rə­zil, Şi­ka­yət”.

  • Азербайджанские тяжелоатлеты заняли третье место на чемпионате Европы

    Команда Азербайджана по тяжелой атлетике заняла третье место на чемпионате Европы U-15, проходившем в испанском Мадриде.

    Об этом сообщили в пресс-службе Федерации тяжелой атлетики Азербайджана.

    Благодаря трем золотым и четырем серебряным медалям, завоеванным Мусабом Мамедтагиевым, Лятифом Алиевым и Мухаммедали Мамедзаде на соревнованиях континентального масштаба, наши спортсмены опередили испанцев, поляков и болгар.

  • Azərbaycan millisi Avropa çempionatını üçüncü pillədə başa vurdu

    Azərbaycanın ağırlıqqaldırma üzrə komandası İspaniyanın paytaxtı Madriddə keçirilmiş U-15 Avropa birinciliyində üçüncü yeri tutub.

    Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

    Qitəmiqyaslı yarışda Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı üç qızıl və dörd gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa, Bolqarıstan kimi kollektivləri qabaqlayıb.

  • В Баку приостановлена деятельность караоке-клуба – ПРИЧИНА (Видео)

    В ходе проверки, проведенной Государственной службой пожарного надзора Министерства по чрезвычайным ситуациям (МЧС) в клубе Icon-karaoke, расположенном по адресу: город Баку, Наримановский район, дом 103С, выявлены многочисленные нарушения в сфере пожарной безопасности.

    Об этом сообщает Median.Az со ссылкой на МЧС.

    Было отмечено, что указанные нарушения представляют прямую угрозу жизни и здоровью людей, окружающей среде и имущественным интересам государства:

    – на объекте отсутствуют соответствующие документы о нахождении системы автоматической пожарной сигнализации в рабочем состоянии;

    – не проведен профилактический осмотр электрохозяйства и электроустановок объекта и не приняты соответствующие меры по устранению выявленных недостатков;

    – на объекте используется баллон со сжатым и сжиженным пропаном;

    – объект не оснащен воздухообменной вентиляцией;

    – объект полностью не обеспечен первичными средствами пожаротушения;

    – на объекте установлены перегородки из деревянных материалов, не предусмотренных проектом;

    – недвижимое имущество объекта не застраховано в соответствии с Законом Азербайджанской Республики “Об обязательном страховании”.

    С учетом вышеизложенного принято решение о приостановлении деятельности клуба Icon-karaoke, в котором были выявлены грубые нарушения норм и правил пожарной безопасности, копия решения передана представителю объекта.

  • Bakıda karaoke klubun fəaliyyəti dayandırıldı – SƏBƏB (Video)

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, ev 103C ünvanında yerləşən “Icon-karaoke” klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsan aşkarlanıb.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:

    – obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil;

    – obyektin elektrik təsərrüfatına və elektrik qurğularına profilaktiki baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

    – obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

    – obyekt havadəyişmə ventilyasiya qurğusu ilə təmin olunmayıb;

    – obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

    – obyektdə layihədən kənar taxta materiallardan istifadə olunmaqla arakəsmə otaqlar quraşdırılıb;

    – obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, ev 103C ünvanında yerləşən “Icon-karaoke” klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.