Month: August 2025

  • Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR

    Ötən gün Quba-Susay-Xınalıq yolunun Qaleyxudat kəndindən keçən hissəsində baş verən dəhşətli qəzanın bəzi təfərrüatı məlum olub.

    Quba Rayon İcra Hakimiyyəti başçısının Əlik İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Ağasiyevin Bizim.media-ya verdiyi məlumata görə, qəzaya uğrayan “Ford” markalı avtomobilin sürücüsü, 52 yaşlı Füzuli sakini İlqar Əhmədov dumanlı havada yolu azıb.

    Belə ki, sürücü Qrız kəndinə dönməli olsa da, 10-12 km artıq məsafə qət edib. Nəticədə “Ford” yüksəklikdən dərəyə aşıb.

    Qəzada sürücü həyatını itirib, sərnişin Ramil İbrahimzadə isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

    Qeyd edək ki, qəzaya uğrayanlar Qrız kəndində kino çəkən yaponiyalı yaradıcı heyətə sanitar avadanlıqlar aparırmışlar. Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yapon film heyəti serialın bir bölümünü Qrız kəndində çəkirmiş.

    Ağır qəzanın başvermə səbəbi Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində başlanılan araşdırmalar nəticəsində müəyyən edəcək.

    Bu faciəli olay sürücülərə bir daha avtomobil yollarında, xüsusən dağ massivlərində hava şəraitinə görə daha ehtiyatlı olmalarının, həyatlarını riskə atmamalarının nə dərəcədə önəmli olduğunu göstərir.

  • Naxçıvan hava limanında 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

    Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər – 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.

    Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Продолжается суд над обвиняемыми в военных преступлениях против Азербайджана

    В Бакинском судебном комплексе проходит заседание по уголовному делу лиц армянского происхождения, обвиняемых в военных преступлениях.

    Как сообщает Report, процесс проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Добавим, что на предыдущем процессе потерпевшие дали показания.

    Напомним, обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Азербайджан укрепил свои позиции в таблице коэффициентов УЕФА благодаря “Карабаху”

    Азербайджан укрепил свои позиции в таблице коэффициентов УЕФА.

    Несмотря на поражение “Карабаха” от венгерского клуба “Ференцварош” в матче, прошедшем в Баку, благодаря выходу в общий этап Лиги чемпионов по результатам двух игр агдамцы принесли нашей стране 6 бонусных очков.

    Согласно регламенту, эти очки были разделены на 4 в соответствии с количеством участников Азербайджана в еврокубках. Поэтому в итоге в таблицу коэффициентов было добавлено еще 1.500 очка. Таким образом, Азербайджан, доведя свой запас очков до 21.000, обошел Украину (19.850) и Словению (20.468), поднявшись с 28-го на 26-е место.

    В текущем сезоне вклад азербайджанских клубов в рейтинг страны составил 3.875 балла. Львиную долю – 2.750 очка – принес “Карабах”, уже завершивший выступления “Сабах” добавил 0.625 балла, “Араз-Нахчыван” – 0.375, а “Зиря” – 0.125 балла.

    Стоит отметить, что позиции нашей страны в таблице коэффициентов могут измениться, так как сегодня клубы из Словении и Украины проводят матчи в Лиге Европы и Конференций.

  • “Qarabağ”ın sayəsində Azərbaycan UEFA əmsallar cədvəlindəki yerini möhkəmlədib

    Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini gücləndirib.

    Bakıda baş tutan oyunda “Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubuna uduzsa da, iki oyunun nəticəsinə görə Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi sayəsində ağdamlılar ölkəmizin reytinqinə 6 bonus xalı qazandırıblar.

    Reqlamentə əsasən, bu xallar da Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb. Ona görə də yekun nəticədə əmsallar cədvəlinə daha 1.500 xal əlavə olunub. Bununla da xal ehtiyatını 21.000-a çatdıran Azərbaycan Ukrayna (19.850) və Sloveniyanı (20.468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.

    Builki qazancımız isə 3.875 xaldır. Ölkə reytinqinə “Qarabağ”ın 2.750 xal, avrokuboklarda artıq çıxışını dayandırmış “Sabah”ın 0.625 xal, “Araz-Naxçıvan”ın 0.375 xal və “Zirə”nin isə 0.125 xal gətirdiyi aydın olur.

    Qeyd edək ki, Sloveniya və Ukrayna klubları bu gün Avropa və Konfrans liqalarında keçirdikləri oyunların nəticələrinə əsasən, Azərbaycanı əmsallar cədvəlində qabaqlaya bilərlər.

  • Daha bir Tiktoker polis tərəfindən saxlanıldı

    TikTokda “Miray” ləqəbi ilə tanınan Aysel Mustafayeva Sumqayıt polisinin keçirdiyi əməliyyatla şübhəli şəxs qismində saxlanılıb.

    Median.Az-ın əldə etdiyi məlumata görə, Aysel Mustafayeva istintaqa cəlb edilib.

    “Miray” ləqəbli yayınçının bu gün Sumqayıt Şəhər Məhkəməsinə çıxarılacağı bildirilir.

    Ona qarşı Cinayət Məcəlləsinin hansı maddəsinin irəli sürülməsi isə məhkəmədən sonra məlum olacaq.

    Qeyd edək ki, “Miray” ləqəbi ilə tanınan Aysel Mustafayeva Tiktokda sosial şəbəkəsində söyüş və təhqir dolu yayınlar aparmaqda, eləcə də postlar paylaşmaqla tanınıb. O, postlarıda dəfələrlə hüquq mühafizə orqanlarını və ayrı-ayrı vətəndaşları təhqir edib.

    Orxan Rasifoğlu

  • Məhkəmə həbsdə olan “Ekstrasens Hikmət”lə bağlı qərar verdi

    Ali Məhkəmədə özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Quba rayon Qamqam kənd sakini olan falçı Mətləb Nemətullayev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    Qeyd edək ki, məlumata görə, Nemətullayevin cinayətinin üstü xanım müştərisinə hədə-qorxu gəldikdən sonra açılıb.

    İttihamda göstərilib ki, “Instagram”da “baxıcı ekstrasens Hikmət” adı ilə fəaliyyət göstərmiş təqsirləndirilən şəxs falçı xidməti üçün müraciət edən Mədinə Məmmədovanı (şərti) aldadıb. O, müştərilərinə özünü Hikmət adı ilə təqdim edib və əsl kimliyini gizlədib.

    Mədinə ailəsində yaranmış problemin həll olunması, evindəki caduların təmizlənməsi, qardaşının ondan ayrılmaq üzrə olan həyat yoldaşının evə qayıtmasını və övladını abort etdirməməsi, anasının ölümcül xəstəliyə qalib gəlməsi və qardaşının əsəblərinin hər zaman sakit olması üçün Mətləbə ümumilikdə 7 min 790 manat pul verib. Təqsirləndirilən şəxs söz verib ki, zərərçəkmişin qeyd etdiyi bütün problemləri aradan qaldıracaq. Lakin bir müddət sonra müttəhimlə zərərçəkmişin arası pozulub. Mətləb cadugər kimi göstərdiyi xidmətə görə Mədinədən daha 2 400 manat miqdarında pul tələb edib. Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdikdə isə Mətləb onu özü və yaxın qohumları haqda rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Bundan əlavə, qisas almaq niyyəti ilə zərərçəkmişin qardaşının və onun qayınanasının şəkillərini sosial şəbəkəyə yerləşdirib.

    Polisə müraciət daxil olandan sonra o saxlanılıb.

  • В Сумгайыте будут перебои в подаче газа

    Сегодня с 12:00 в городе Сумгайыт будут введены ограничения в снабжении природным газом.

    Об этом сообщил Сумгайытский газоэксплуатационный участок производственного объединения “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    Согласно информации, в связи с подключением газовой линии для семьи ветерана войны к сети вблизи автошколы, расположенной в районе дачного массива Хазар, будет приостановлена подача голубого топлива для 600 абонентов.

    После завершения ремонтно-восстановительных работ газоснабжение будет восстановлено в полном объеме.

  • Sumqayıtın qaz təchizatında məhdudiyyət olacaq

    Bu gün saat 12:00-dan Sumqayıt şəhərinin təbii qazla təchizatında məhdudiyyət olacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

    Məlumata görə, şəhərin Xəzər bağları ərazisində yerləşən Sürücülük məktəbinin yaxınlığında qazi ailəsinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatında fasilə yaranacaq.

    Təmir-bərpa işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.