Month: August 2025

  • Naxçıvan Hərbi Məhkəməsində hakim təqsirləndirilən hərbçilərə prokurorun istədiyi cəzadan daha artıq cəza təyin etdi – FOTO

    Naxçıvandakı N Saylı Hərbi hissədə milyonluq aksiz markası olmayan tütün məmulatlarının oğurlanmasında təqsirləndirilən hərbçilərin məhkəməsi yekunlaşıb.

    Median.Az-ın Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Naxçıvan Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

    Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslər Cəmil Allahverdiyevin 6 il, Şahbaz Məmmədovun 3 il, Fərhad Şükürovun 6 il 6 ay, Murad Şükürovun 5 il 6 ay və Vüsal Mehdizadənin isə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə, Aməd Qasımov, Nihat Sadıqov, Elcan Hüseynzadə və Amil Ibrahimovun isə 2 il müddətinə şərti cəza verilməsini məhkəməyə təklif edib.

    Daha sonra vəkillərin müdafiə çıxışları oldu. Təqsirləndirilən şəxslərin vəkilləri dəymiş ziyanın tam ödənildiyini, həmçinin işin digər hallarını nəzərə alaraq müvəkkillərinə daha yüngül cəza verilməsini məhkəmədən xahiş etdilər.

    Təqsirləndirilən şəxslərdən Cəmil Allahverdiyevin vəkili Yusif Seyfəlov bildirdi ki, ibtidai istintaq zamanı cinayət işi ilə bağlı ətraflı araşdırma aparılmayıb. Bir çox məsələlər qaranlıq qalıb. Və bu boşluqların aradan qaldırılması üçün məhkəməyə təqdim edilən 9 əsaslı vəsatət təmin edilərək araşdırılmalı idi. Lakin çox təəssüf ki məhkəmə həmin vəsatətlərin heç birini təmin etmədi. Vəkil onu da vurğulayıb ki, məhkəmə təcrübəsində bu növ əmlak xarakterli cinayətlər üzrə zərər ödənildikdə belə ağır cəzaların verilməsi çox nadir hallarda görünür. Verilmiş cəza ilə qəti şəkildə razılaşmır və obyektiv həqiqətə nail olunmasından ötrü apellyasiyaya şikayətilə Apellyasiya Məhkəməsinə müraciət olunacaq.

    Təqsirləndirilən şəxlər son söz deyərək məhkəmədən daha yüngül və ədalətli hökm çıxarmasını xahiş ediblər.

    Müşavirədən qayıdan məhkəmə hökmü elan edib.

    Hökmə əsasən, təqsirləndirilən şəxslər dövlət ittihamçısı tərəfindən 6 il cəza istənilmiş Cəmil Allahverdiyev 7 il, 3 il istənilmiş Şahbaz Məmmədov 4 il, 6 il 6 ay istənilmiş Fərhad Şükürov 7 il, 5 il 6 ay istənilmiş Murad Şükürov 6 il və 5 il 6 ay istənilmiş Vüsal Mehdizadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildilər, Aməd Qasımov, Nihat Sadıqov, Elcan Hüseynzadə və Amil Ibrahimovun isə 2 il müddətinə şərti cəza verildi.

    Qeyd edək ki, Naxçıvanda N saylı hərbi hissədə aksiz markası vurulmayan tütün məmulatları hərbi hissənin mülkiyyətinə mədaxil edilib,daha sonra isə oğurlanıb. Adıçəkilən şəxslər də həmin məmulatların oğurlanmasında təqsirləndirilir.

    Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci (oğurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə), 177.2.3-cü (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 177.3.2-ci (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.





    Orxan Rasifoğlu

  • Sabah Biləsuvarda 800-dən çox abonentin qazı kəsiləcək

    Biləsuvar rayonunda sızma ilə əlaqədar sabah 800-dən çox abonentin qaz təchizatı dayandırılacaq.

    Rayonun Xırmandalı kəndindən keçən təbii qaz xəttində aşkar olunmuş sızmanın qarşısının alınması məqsədilə avqustun 29-da saat 10:00-dan başlayaraq kəndin bir hissəsində, ümumilikdə 839 abonentin mavi yanacaqla təchizatında müvəqqəti fasilə yaranacaq.

    Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

  • Два пункта обмена валюты в Азербайджане лишились лицензий на месяц

    Лицензии двух пунктов обмена валюты (ООО Delta Capital и ООО Zuhur) приостановлены сроком на один месяц.

    Соответствующую информацию распространил Центральный банк Азербайджана (ЦБА).

    В сообщении указано, что в рамках текущих контрольных процессов, проведенных ЦБА в ООО Delta Capital и ООО Zuhur, было установлено невыполнение обязательных предписаний, нарушение требований пунктов 4.10 и 5.2 “Правил осуществления операций по обмену валюты лицами, получившими лицензию на деятельность по обмену валюты, и контроля за деятельностью по обмену валюты”. Кроме того, были выявлены повторные случаи нарушения статьи 16-1.1 закона Азербайджанской Республики “О валютном регулировании” и пунктов 3.4, 3.6, 4.7, 6.3 и 7.3 вышеупомянутых правил.

    Для устранения выявленных нарушений и приведения деятельности в соответствие с требованиями соответствующих законодательных актов, согласно статьям 13-7.1.2 и 13-7.2 закона Азербайджанской Республики “О валютном регулировании”, решением Центробанка действие лицензии VMF-02 от 08.12.2021, выданной ООО Delta Capital, и лицензии VMF-03 от 15.03.2022, выданной ООО Zuhur, приостановлено с 28 августа сроком на один месяц.

  • İki valyutadəyişmə məntəqəsinin lisenziyası dayandırıldı

    İki valyuta mübadiləsi məntəqəsinin (“Delta Capital” MMC və “Zuhur” MMC) lisenziyası bir ay müddətinə dayandırılıb.

    Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

    Bildirilib ki, AMB tərəfindən “Delta Capital” MMC-də və Zuhur” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 4.10-cu və 5.2-ci bəndlərinin tələblərinin pozulması, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü, 3.6-cı, 4.7-ci, 6.3-cü və 7.3-cü bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib.

    Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Delta Capital” MMC-yə verilmiş 08.12.2021-ci il tarixli, VMF-02 nömrəli lisenziyanın qüvvəsi və Zuhur” MMC-yə verilmiş 15.03.2022-ci il tarixli, VMF-03 nömrəli lisenziyanın qüvvəsi 28.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.

  • Paşinyan Ermənistanın Aİİ-dən çıxmasını istisna etmir

    “Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqına eyni vaxtda üzvlük mümkün deyil, ona görə də İrəvan zamanla “uyğun qərar” verəcək”.

    Median.Az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

    “Biz başa düşürük ki, Aİ və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil. Seçimin qaçınılmazlığı anı gəldiyi zaman biz müvafiq qərar qəbul edəcəyik”, – deyə o bildirib.

    Onun sözlərinə görə, istənilən ssenari mümkündür.

    “Hər şey xalqımızın iradəsindən, vəziyyətin təhlilindən, perspektivlərdən və danışıqların nəticələrindən asılıdır”, – deyə Paşinyan qeyd edib.

  • Prezidentdən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə bağlı FƏRMAN

    Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonları ilə yanaşı, Xankəndi şəhəri və Ağdərə rayonunun da inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında nəzərdə tutulur.

    Həmçinin dəyişikliklə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi artıq Bərdədə deyil, Xankəndi şəhərində yerləşəcək.

    Bu Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabineti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.

  • Пашинян планирует посетить РФ и встретиться с Путиным

    Премьер-министр Армении Никол Пашинян заявил о планируемом в конце сентября визите в Россию, передает Median.Az со ссылкой на “Интерфакс”.

    “Знаю, что меня ждут в России. Я всегда жду очередной возможности посетить Россию. В конце сентября планируется мой визит”, – сказал Пашинян на брифинге 28 августа.

    По его словам, в конце августа состоится его встреча с президентом РФ Владимиром Путиным в рамках саммита Шанхайской организации сотрудничества (ШОС) в Китае.

  • Paşinyan gələn ay Rusiyaya səfər edəcəyini bildirib

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcəyini bildirib.

    Median.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, brifinqdə səfərin sentyabrın sonuna gözlənildiyini qeyd edib.

    Ermənistanın baş naziri Rusiya Prezidenti Vladimir Putinlə Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşməyi planlaşdırdığını da qeyd edib.

  • Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Maqdalena Qrono Avropa İttifaqının rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb, Azərbaycan Prezidentini Avropa İttifaqının rəhbərliyi və öz adından Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələr münasibətilə təbrik edib. O, bu prosesin regionda davamlı sülhün təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb.

    Qonaq Avropa İttifaqına üzv dövlətlərin də Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhü dəstəklədiklərini bildirib. Maqdalena Qrono, həmçinin Avropa İttifaqının iki ölkə arasında razılaşdırılmış məsələlərin, o cümlədən nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu qeyd edib.

    Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqının rəhbərliyinə çatdırmağı xahiş edib.

    Dövlətimizin başçısı Vaşinqtonda əldə olunan nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini deyərək, bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-nin vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.

    Görüşdə ölkəmizin Ermənistanla ikitərəfli əsasda etimad quruculuğu tədbirlərini dəstəklədiyi qeyd olunub. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat və tranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb, xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

    Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.




  • Международный кинопроект обернулся трагедией: подробности трагического ДТП в Азербайджане

    Стали известны некоторые подробности тяжелого дорожно-транспортного происшествия (ДТП), произошедшего минувшим днем на участке дороги Губа – Сусай – Хыналыг, проходящем через село Галейхудат.

    Как сообщил Bizim.media представитель главы Исполнительной власти (ИВ) Губинского района по Аликскому административно-территориальному округу Мубариз Агасиев, водитель попавшего в ДТП автомобиля Ford, 52-летний житель Физули Ильгар Ахмедов, заблудился в тумане.

    Он должен был вернуться в село Грыз, но проехал лишние 10-12 км. В результате Ford упал с высоты в ущелье.

    Водитель погиб, а пассажир Рамиль Ибрагимзаде был госпитализирован с тяжёлыми травмами.

    Отметим, что попавшие в ДТП перевозили санитарное оборудование для японской творческой группы, снимавшей фильм в Грызе. По информации из ИВ, японская съёмочная группа проводит в селе съемки сериала.

    Причина ДТП будет установлена в результате расследования, начатого в следственном отделении Губинского районного отдела полиции.

    Этот трагический инцидент ещё раз показывает водителям, как важно в соответствии с погодными условиями соблюдать осторожность на дорогах, особенно в горной местности, и не рисковать своими жизнями.