Month: August 2025

  • ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşı yarım milyon manatdan artıq dələduzluqda ittiham olunur

    ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, səfirlikdə 20 ilə yaxın çalışan Rafiq Göyüşov yarım milyon manatdan artıq dələduzluqda ittiham olunur.

    Cinayət işi Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində istintaq edilib.

    İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.

    İlkin istintaqın sonunda Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan olunub. Onun barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

    ABŞ səfirliyinin zərərçəkmiş qismində tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

    Təqsirləndirilən şəxsin vəkili İlham Əsədov isə açıqlamasında müvəkkilinin ittihamla razılaşmadığını deyib.

    Qeyd edək ki, R.Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.

  • Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr və ona aid olan digər sənədlər elan edilib

    Avqustun 28-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadələr və ona aid digər sənədlər elan edilib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı ifadəsində bildirib ki, qondarma rejimin “prezidenti” kimi istənilən “vəzifəyə təyinat”la bağlı qərar qəbul etmək səlahiyyətinə malik olub. Yalnız “müdafiə naziri” vəzifəsinə “təyinat” və “vəzifədən azad etmə” Ermənistanın Müdafiə Nazirliyi və Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baş tutub.

    Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyinin göndərdiyini deyən A.Qukasyan ifadəsində vurğulayıb ki, qondarma rejimin “müdafiə nazirliyi” faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyinin tərkib hissəsi kimi çıxış edib.

    Bildirilib ki, Ermənistandan silah-sursat və digər bütün təminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndi avtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • İçərişəhərdəki ağacların qeydiyyatı və nömrələnməsinə başlanıldı

    İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi çərçivəsində İçərişəhərdəki bütün ağacların qeydiyyatı və nömrələnməsinə start verilib.

    Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

    Bildirilib ki, hər bir ağacın üzərinə xüsusi nömrələnmiş inventar lövhələri vurulur, onların üzərində ağacın kodu və onun elektron uçot vərəqinə keçid imkanı yaradan QR-kod yerləşdirilir:

    “İnventarlaşdırma nəticəsində İçərişəhərin bütün yaşıllıqları “Şəhər yaşıllıqlarının reyestri” informasiya sisteminə daxil ediləcək. Proses tam zərərsiz üsulla aparılır və inventar lövhələri ətraf mühit təsirlərinə davamlı materialdan hazırlanır”.

    Məlumata əsasən, layihənin məqsədi İçərişəhərin yaşıllıqlarını qorumaq, ekoloji mühiti yaxşılaşdırmaq və gələcək nəsillərə yaşıl irs ötürməkdir.

  • Арзу Алиева поделилась публикацией из Шамахинского района – ФОТО

    Руководитель Baku Media Center Арзу Алиева и вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева побывали в Шамахинском районе.

    Соответствующей публикацией Арзу Алиева поделилась в своем официальном Instagram-аккаунте.

  • Arzu Əliyeva Şamaxı rayonundan paylaşım edib – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Şamaxı rayonunda olublar.

    Bununla bağlı Arzu Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

    Paylaşımı təqdim edirik:

  • Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək

    Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlının kiçik qardaşı da körpələr evinə yerləşdiriləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən (SXA) verilən məlumata görə, SXA-nın əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.

    “Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub.

    Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq körpələr evinə yerləşdiriləcək”, – deyə əlavə edilib.

  • Biləsuvarda maşın aşdı, azyaşlı yaralandı

    Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Ələt-Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb.

    “Kia” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

    Qəza nəticəsində maşında olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yanğın olan DOST Mərkəzi müvəqqəti bağlandı

    Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron Dost Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

    Bu barədə DOST Agentliyi məlumat yayıb.

    Bildirilib ki, bu, Mərkəzdə ehtiyac yaranan kiçik təmir işlərinin aparılması ilə əlaqədardır.

    Qeyd edilib ki, ötən gün saaat 16:30 radələrində Abşeron DOST Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ qaydada söndürülüb: “Hadisə yalnız bir otaqda baş verib və Mərkəzi əhatə etməyib. Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər”.

  • Пашинян счел ненужным возвращаться к заявлению от 9 ноября с РФ и Азербайджаном

    Премьер-министр Армении Никол Пашинян считает, что нет нужды возвращаться к заявлению от 9 ноября 2020 года с Россией и Азербайджаном по прекращению огня в зоне Карабахского конфликта, передает Median.Az.

    “Нет никакой необходимости возвращаться к 9 ноября. 9 ноября остается 9 ноября”, – отметил он.

  • Paşinyan 9 Noyabr Üçtərəfli Bəyanatının qüvvədən düşdüyünü bildirib

    Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci ildə imzaladıqları Üçtərəfli Bəyanatının qüvvədən düşdüyünü bəyan edib.

    Median.Az TASS agentliyinə istinadən məlumat verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

    “Noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur. 9 noyabr 9 noyabrda qaldı”, – N. Paşinyan vurğulayıb.