Month: August 2025

  • Cегодня определятся соперники “Карабаха” в основном этапе Лиги чемпионов УЕФА

    Сегодня в Монако пройдет жеребьевка основного этапа Лиги чемпионов УЕФА.

    Определятся соперники и азербайджанского “Карабаха”, одержавшего минувшим вечером победу над венгерским “Ференцварошем”.

    Церемония жеребьёвки начнётся в 20:00 по бакинскому времени. На мероприятии “Карабах” будет представлен на уровне руководства клуба.

    По регламенту, у “Карабаха” будет восемь соперников. Представитель Агдама проведёт четыре домашних и четыре выездных матча.

    Напомним, в основном этапе Лиги чемпионов примут участие 36 команд.

  • UEFA Çempionlar Liqası: “Qarabağ”ın rəqibləri bu gün bəlli olacaq

    “Ferentsvaroş”u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan “Qarabağ”ın rəqibləri bu gün bəlli olacaq.

    Yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılacaq.

    Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tədbirdə “Qarabağ” klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

    Liqa mərhələsində “Qarabağ”ın səkkiz rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

    Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

  • В Габалинском районе подросток погиб, упав с велосипеда

    В селе Абрых Габалинского района произошел трагический инцидент.

    Омар Закарияев (2010 г.р.) упал с велосипеда. Подросток был госпитализирован, но несмотря на это, 27 августа он скончался.

    По данному факту ведется расследование.

  • Qəbələdə velosipeddən yıxılan yeniyetmə ölüb

    Qəbələdə velosipeddən yıxılan yeniyetmə ölüb.

    Hadisə rayonun Abrıx kəndində qeydə alınıb.

    Belə ki, 2010-cu il təvəllüdlü Ömər Zəkəriyəyev velosipeddən yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, avqustun 27-si vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Шамкирском районе загорелся автомобиль

    В селе Ирмашлы Шамкирского района сгорели воспламеняющиеся части легкового автомобиля ВАЗ.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС).

    Близлежащие строения были защищены от огня. Пожар потушен.

  • Şəmkirdə avtomobil yanıb

    Şəmkir rayonunun İrmaşlı kəndində VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək

    Azərbaycanda təbii hadisələrdən zərər görmüş şəxslərin evlə təminatı davam etdirilir.

    Bu dəfə respublika ərazisində 15-16 avqust 2025-ci il tarixlərində baş vermiş intensiv yağışlar nəticəsində yaranmış sel sularının ziyan vurduğu Xaçmaz və Xızı rayonlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evləri tikiləcək.
    Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı müvafiq işlərə yekun vurub.
    Qurum sözügedən işlərin icrasını “İnnova İnşaat” MMC-yə həvalə edib və müqavilə bağlayıb.
    Müqaviləyə əsasən, MMC-yə 1 843 803 manat ödənilib.
    İşlərin həvalə olunduğu “İnnova İnşaat” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur.
    //trend

  • “Qarabağ” UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib

    UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən “Qarabağ” Liqa mərhələsinə yüksəlib.

    Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
    Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Josef (14), Barnabas Varqa (55,pen) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.
    Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.
    Beləliklə, iki görüşün nəticəsinə əsasən “Ferentsvaroş”u mübarizədən kənarlaşdıran “Qarabağ” tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.

  • Hər il on minlərlə insanı öldürən böyük təhlükə

    ABŞ-da fosil yanacaqların sağlamlıq üzərindəki təsirlərini araşdıran yeni bir araşdırma, neft və qaz sənayesinin hər il 91.000-dən çox erkən ölümə səbəb olduğunu ortaya qoydu. Bundan əlavə, hava çirklənməsi ilə əlaqədar olaraq hər il 10.000-dən çox erkən doğum, yüzlərlə min yeni astma halı və minlərlə xərçəng inkişafı ilə də əlaqə qurulub.

    Qaynarinfo xəbər verir ki, araşdırma neft və qaz fəaliyyətindən yaranan hava çirklənməsinin insan sağlamlığı üzərindəki təsirlərini həm say, həm də coğrafi paylanma baxımından ətraflı şəkildə araşdırır. University College London, Stockholm Ətraf Mühit İnstitutu, Corc Vaşinqton Universiteti və Kolorado Boulder Universiteti alimləri tərəfindən aparılan araşdırmada, hava çirklənməsinin ölkə üzrə necə yayıldığı inkişaf etdirilmiş kompüter modelləri ilə xəritələndirilib. Əldə edilən məlumatlar milli sağlamlıq statistikası ilə uyğunlaşdırılaraq sağlamlıq üzərindəki təsirlər qiymətləndirilib.

    Araşdırma göstərir ki, fosil yanacaqlar təkcə yandığı anda deyil, axtarış, qazma, daşınma və emal kimi hər bir mərhələsində müxtəlif növ çirkləndiricilər buraxır. Bu proses boyu atmosferə buraxılan əsas maddələr arasında azot dioksid (NO₂), ozon (O₃) və incə hissəcik maddəsi (PM2.5) var. Bu maddələr nəfəs yolu ilə ağciyərlərin dərinliklərinə qədər girə bilir və qan dövranına qarışaraq müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilir.

    Tibb araşdırmaları uzun müddətdir ki, bu cür çirkləndiricilərin xüsusilə ürək-damar xəstəlikləri, tənəffüs yolu xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqəli olduğunu göstərir.

    Araşdırmanın baş müəlliflərindən Dr. Karn Vohra, neft və qaz mənbli hava çirklənməsinin təsirlərini ölçmək üçün sənayeyə xüsusi hava keyfiyyəti modellərindən istifadə etdiklərini bildirir. Araşdırmanın diqqət çəkən tapıntılarından biri odur ki, incə hissəcik maddəsinə bağlı erkən doğumların və yetkin ölümlərinin təxminən beşdə biri neft və qaz mənblidir. Bundan əlavə, azot dioksid çirklənməsinə bağlı uşaqlıq astması hallarının təxminən 90%-i də eyni sənayeyə bağlanır.

    Araşdırma, sağlamlıq risklərinin ABŞ üzrə bərabər paylanmadığını da ortaya qoyur. Xüsusilə etnik azlıqlar və mərhum qrupların fosil yanacaq fəaliyyətindən daha çox təsirləndiyi görülür. Yerli Amerikalılar və Hispanik icmalar axtarış və daşınma proseslərindən yaranan çirklənməyə daha çox məruz qalarkən, qara və Asiyalı əhali yanacağın son istifadəsindən yaranan çirkləndiricilərdən daha çox təsirlənir.

    Məlumatlar göstərir ki, qara icmalar ümumilikdə daha az çirkləndirici buraxan, lakin yaşayış məntəqələrinə daha yaxın olan emal kimi “aşağı axın” fəaliyyətlərindən nisbətən daha çox təsirlənir. Bu vəziyyət xüsusilə neft hasilatının sıx olduğu şərqi Texas və “Xərçəng Küçəsi” kimi tanınan Cənubi Luiziana kimi regionlarda daha aydın görünür.

    Araşdırmanın yalnız xarici hava çirklənməsini nəzərə alması və 2017-ci il məlumatlarından istifadə etməsi, əldə edilən rəqəmlərin mövcud vəziyyəti tam əks etdirməyə biləcəyini düşündürür. Araşdırmaya görə, 2017 və 2023-cü illər arasında ABŞ-da neft və qaz istehsalı 40% artıb. İstehlakdakı artım isə 8% səviyyəsindədir. Bu da günümüzdəki sağlamlıq təsirlərinin keçmiş illərdən daha böyük ola biləcəyinə işarə edir.

    Üstəlik, bu məlumatlar istixana qazı tullantıları və iqlim dəyişikliyi kimi digər təsirlər nəzərə alınmadan əldə edilib. Təkcə hava keyfiyyəsi əsasında belə bu qədər çarpıcı nəticələrə çatılması, fosil yanacaq istifadəsinin azaldılmasının nə üçün bu qədər təcili olduğunu bir daha göstərir.

    Araşdırmanın müəlliflərindən Dr. Ploy Akakulvisut, bu nəticələrin fosil yanacaqlardan uzaqlaşmaq üçün güclü əsas təqdim etdiyini bildirir. Akakulvisuta görə, neft və qaz istifadəsinin zamanla azaldılması təkcə iqlim böhranı ilə mübarizədə deyil, həm də qısa müddətdə ictimai sağlamlıq baxımından əhəmiyyətli qazanclar təmin edə bilər: “Hər il yüzlərlə min uşağın, yetkinin və yaşlının xəstəlikdən və erkən ölümdən qorunması mümkün ola bilər”.

  • İxtisas seçimi: kimlər boş qalan yerlərə müraciət edə bilməz?

    Ali təhsil müəssisələrinə ixtisas seçimi yekunlaşıb. Boş qalan plan yerlərinə ixtisas seçimi isə 28 avqust, 2 sentyabr tarixlərində keçiriləcək. İxtisas qrupları üzrə ümumilikdə 3 492 boş yer qalıb.

    AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata əsasən, I-V ixtisas qrupları üzrə boş qalan yerlərə qəbul qaydaları və minimum bal tələbləri aşağıdakı kimi müəyyən edilib.

    I ixtisas qrupu üzrə;

    Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

    “Riyaziyyat” və “Fizika” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

    Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti və Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxilır;

    Aşağıda qeyd olunan ixtisas üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-den ve imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

    – Şərabçılıq.

    II ixtisas qrupu üzrə;

    Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

    Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

    Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

    III ixtisas qrupu üzrə;

    Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

    Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

    Dövlət ali təhsil müəssisələrinin “Filologiya (ingilis dil və ədəbiyyat üzrə) ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

    IV ixtisas qrupu üzrə;

    Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm pe ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

    Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

    Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

    Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

    Bağçılıq və tərəvəzçilik;

    Su bioehtiyatları və akvakultura.