Month: August 2025

  • Alimlər Yupiterin dəqiq yaranma tarixini müəyyən etdilər

    Tədqiqatçılar ilk dəfə Yupiterin dəqiq yaranma tarixini müəyyən ediblər. Onlar bunun üçün Yerin üzərinə düşmüş meteoritlərdə aşkar edilən ərimiş süxur damcılarını öyrəniblər.

    Qaynarinfo “interestingengineering.com”a istinadla yazır ki, Naqoya Universiteti (Yaponiya) və İtaliya Milli Astrofizika İnstitutunun (INAF) apardığı araşdırma göstərib ki, qaz nəhəngi, çox güman ki, Günəş sisteminin yaranmasından 1,8 milyon il sonra, yəni 4,5 milyard il əvvəl formalaşıb.

    Sübutlar Yerin səthinə düşən meteoritlərdə tapılan kondrlərin – 0,1–2 millimetr diametrli “ərimiş süxur damcılarının” öyrənilməsi nəticəsində əldə olunub.

    Aparılan modelləşdirmə göstərib ki, bu ərimiş süxur damcılarının yaranmasına sürətlə formalaşmaqda olan Yupiterin güclü qravitasiya qüvvələri səbəb olub. Bu qüvvələr asteroid və kometalar kimi tanınan saysız-hesabsız kiçik cisimlərin – planetesimalların orbitlərini pozub. Daş, toz və buzdan ibarət olan bu planetesimallar inanılmaz sürətlə toqquşublar. Toqquşmalar o qədər güclü olub ki, onların tərkibindəki daş və toz dərhal ərimiş vəziyyətə keçib. Zərbənin gücü daha kiçik cisimlərdəki suyu buxarlandıraraq partlayış yaradıb, bu da ərimiş silikatı mikroskopik damcılara parçalayaraq ətrafa səpələyib. Daha sonra damcılar soyuyaraq bərkiyib və asteroidlərə çevriliblər, həmin asteroidlər də nəticədə parçalanaraq Yerə meteoritlər şəklində düşüblər.

    Yeni araşdırmada kompüter modelləşdirməsindən istifadə olunub. Burada həm Yupiterin böyümə prosesi, həm də erkən Günəş sistemindəki daş və su ilə zəngin planetesimalların toqquşmaları simulyasiya edilib. Nəticədə alimlər modelləşdirilən bu toqquşmaların vaxtını meteoritlərdə aşkar edilən kondrlərin yaşı ilə müqayisə etməklə Yupiterin yaranma zamanını dəqiq müəyyən edə biliblər.

    “Model göstərir ki, kondrlərin yaranması Yupiterin dumanlı qazı intensiv şəkildə udaraq nəhəng ölçülərə çatması ilə üst-üstə düşür. Meteoritlər üzərində aparılan araşdırmalar isə göstərir ki, kondrlərin yaranma zirvəsi Günəş sisteminin yaranmasından 1,8 milyon il sonrasına təsadüf edir. Bu, həm də Yupiterin doğum vaxtıdır”, – deyə tədqiqatın həmmüəllifi və INAF-ın aparıcı elmi işçisi doktor Dieqo Turrini bildirib.

    Bundan əvvəl NASA-nın bir alimi Günəş sistemimizdə kosmosda həyatın mövcud ola biləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, o, Ceres adlı cırtdan planetdə yerləşə bilər.

  • Повышение безопасности движения: в Шабране завершены работы по обновлению дорожной разметки

    Агентство наземного транспорта Азербайджана (AYNA) обновил дорожную разметку на ряде улиц в Шабране.

    Как сообщили в Агентстве, работы проведены в целях повышения безопасности и обеспечения непрерывности движения.

    В частности, новая разметка нанесена на проспекте Гейдара Алиева, улицах 20 Января, М.А. Расулзаде и Агалара Мирзы, на общей площади 33 км.

    На указанных территориях также обновлено 16 нерегулируемых пешеходных переходов и установлены соответствующие дорожные знаки.

  • Qardaşına 6 milyonluq villalarını verdi – Barışdılar

    Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz və qardaşı Ərcan Dəniz arasındakı qalmaqal səngiyib.

    Median.Az CNN Türk-ə istinadən xəbər verir ki, Özcan Dənizin 6 milyon dollar dəyərində iki villasını qardaşına verməsi onların arasındakı soyuq münasibətə son qoyub.

    Barış xəbərini müğənninin anası Kadriye Dəniz açıqlayıb: “Özcan Ercana iki villa verib, protokol imzalanıb. Hazırda Aydına qayıtmışam, hələ də müalicəm davam edir”.

    Xatırladaq ki, bir müddət əvvəl Özcan Dənizlə böyük qardaşı Ərcan Dəniz arasında mülk üstündə qalmaqal yaşanıb, onlar məhkəmədə qarşılıqlı olaraq bir-birlərinə qarşı müxtəlif iddialar qaldırıblar.

  • Xərçəng yaşı cavanlaşır – Ötən il 393 gəncdə aşkarlanıb

    Ötən il 393 gəncdə (14-29 yaş) bədxassəli şiş aşkarlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri” məcmuəsində öz əksini tapıb.

    Məlumata əsasən, onlardan 189-u kişilər, 204-ü isə qadınlardır.

    2023-cü ildə isə bədxassəli şiş aşkarlanan gənclərin sayı 296 nəfər olub.

    2024-cü ildə 14-17 yaşlı 70 gəncdə (2023-cü ildə 48 nəfər), 18-29 yaşlı isə 323 gəncdə (2023-cü ildə 248 nəfər) bədxassəli şiş aşkarlanıb.

  • “ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq

    “ChatGPT” neyroşəbəkəsinin sahibi “OpenAI” şirkəti çat-bota valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır.

    Bu barədə məlumat şirkətin saytında yer alıb.

    Bildirilib ki, tezliklə istifadəyə veriləcək funksiya valideynlərə övladlarının “ChatGPT”ni necə istifadə etdikləri barədə daha çox məlumat əldə etməyə imkan verəcək.

    Bununla yanaşı, istifadəçi çat-bota fövqəladə hallarda əlaqə saxlamaq üçün etibar etdiyi hansısa şəxsin əlaqə nömrəsini əlavə edə biləcək.

    Qeyd edək ki, şirkət bu qərarı ABŞ-də “ChatGPT” ilə intihar planlarını bölüşən 16 yaşlı gəncin ölümü ilə bağlı ittihamlar fonunda verib. Belə ki, Kaliforniyada həmin gəncin valideynləri “OpenAI”ni məhkəməyə verərək şirkəti övladlarının ölümündə günahlandırıb. “NBC News” telekanalının məlumatına görə, yeniyetmə çat-bota öz problemləri barədə danışıb. Valideynlərin iddiasına əsasən, övladları “ChatGPT”yə canına qəsd etmək niyyətində olduğunu dedikdə, çat-bot onunla söhbəti dayandırmayıb, üstəlik mövzu ilə bağlı ona məlumat verib.
    //qafqazinfo

  • Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər – Video

    Bakının Yasamal rayonu kənar dairəvi yolun köməkçi hissəsi ikitərəfli olsa da, sürücülər yolun birtərəfli olduğunu zənn edirlər. Bu da günün istənilən vaxtında qəza şəraiti yaradır.

    Bu problemlə bağlı Xəzər TV-yə ərazidə yaşayan sakinlər müraciət ediblər.

    Onların sözlərinə görə, üzü “Şamaxinka” istiqamətində hərəkət edən sürücülərin yolu birtərəfli bilmələrinə səbəb düz xəttin silinməsidir.

    Bir müddət əvvəl yeraltı kommunikasiya xətləri yeniləndiyindən yolun sağ və sol hissəsində qazıntı işləri aparılıb. Bu da yolun daralmasına səbəb olub, nəticədə sürücülər istiqaməti ayırd edə bilmirlər. Sakinlər bildiriblər ki, bu vəziyyət həm gündüz, həm də axşam saatlarında ciddi təhlükə yaradır.

    Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun qazılan hissəsinə bir qat asfalt vurulub, yaxın günlərdə də ikinci qat vurulacaq.

    Daha ətraflı süjetdə:

  • У северо-восточного побережья Тайваня произошло землетрясение магнитудой 6

    Землетрясение магнитудой 6 произошло в море у северо-восточного побережья Тайваня.

    Об этом сообщает Median.Az со ссылкой на агентство Reuters.

    Землетрясение вызвало кратковременные сотрясения зданий в столице Тайваня Тайбэе. По данным метеорологического управления, очаг землетрясения находился примерно в 20 км от уезда Илань, а его глубина составила 112 км.

    Сообщения о разрушениях на данный момент отсутствуют.

    Толчки также ощущались в Таоюане, Цзилуне и Илане.

    Метеорологическое агентство Тайваня в общенациональном предупреждении сообщило, что в северной части острова ощущалось “значительное” землетрясение.

    Тайвань расположен вблизи стыка двух тектонических плит и подвержен землетрясениям.

    В 2016 году в результате землетрясения на юге Тайваня погибло более 100 человек, а в 1999 году землетрясение магнитудой 7,3 унесло жизни более 2000 человек.

  • Tayvanda 6 maqnitudalı zəlzələ olub

    Tayvanın şimal-şərq sahillərində dənizdə 6 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

    Zəlzələ Tayvanın paytaxtı Taypeydə binaların qısa müddətli titrəməsinə səbəb olub. Meteorologiya idarəsinin məlumatına görə, zəlzələnin ocağı İlan qəzasından təxminən 20 km məsafədə yerləşib.

    Hazırda dağıntılar barədə məlumat yoxdur.

    Təkanlar, həmçinin Taoyuan, Tszilun və İlanda da hiss edilib.

    Tayvan Meteorologiya Agentliyi ümummilli xəbərdarlıqda adanın şimal hissəsində “əhəmiyyətli” zəlzələnin hiss edildiyini bildirib.

    2016-cı ildə Tayvanın cənubunda baş verən zəlzələ nəticəsində 100-dən çox insan həlak olub, 1999-cu ildə isə 7,3 maqnitudalı zəlzələ 2 000-dən çox insanın həyatına son qoyub.

  • В Тертере задержаны подозреваемые в хищении госсобственности и культивации конопли

    В Тертерском районе задержаны лица, подозреваемые в совершении различных преступлений.

    Об этом сообщили в пресс-службе МВД.

    По данным ведомства, в полицию поступила информация о краже государственного имущества – железных труб и сеток-рабиц – в поселке Суговушан и селе Талыш Агдеринского района. В ходе оперативных мероприятий был задержан 42-летний Хаял Насиров. При осмотре его дома изъяты 471 железная труба и 46 рулонов сетки.

    В ходе другой операции задержан 54-летний Фирдовси Гасанов, незаконного выращивавший коноплю.

    По обоим фактам возбуждены уголовные дела, ведется расследование.

  • Tərtərdə cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar

    Tərtər Rayon Polis Şöbəsinə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinin ərazisindən dövlət əmlakı olan dəmir boru və toxuma torların oğurlanması barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Xəyal Nəsirov saxlanılıb. Onun yaşadığı ünvandan 471 ədəd dəmir boru və 46 top toxuma maddi sübut kimi götürülüb.

    Bundan başqa, polis əməkdaşlarının narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı keçirdiyi tədbirlər nəticəsində 54 yaşlı Firdovsi Həsənov saxlanılıb. Yaşadığı ünvana baxış zamanı oradan aqrotexniki qaydada dibçəklərdə yetişdirilən çətənə bitkiləri aşkarlanıb.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.