Month: August 2025

  • В Азербайджане с 1 сентября временно приостановят запись детей в детсады

    С 1 сентября в Азербайджане будет временно приостановлен электронный прием заявок в детские сады.

    Это связано с формированием групп в дошкольных образовательных учреждениях.

    Процесс комплектации групп продлится с 1 по 15 сентября. После его завершения прием детей на свободные места в детсадах продолжится в течение всего года.

  • Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

    Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

    Qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

  • Оползень в Джамму и Кашмире унес жизни не менее 30 человек

    Сильный дождь спровоцировал масштабный оползень на знаменитом маршруте индуистского паломничества в Джамму и Кашмире, в результате которого погибли не менее 30 человек.

    Как передает Median.Az со ссылкой на агентство Reuters, об этом сообщает агентство ANI.

    “Связь в регионе остается сильно нарушенной. Телекоммуникационные услуги практически отсутствовали”, – заявил главный министр территории Омар Абдулла.

    Оползень произошел недалеко от святилища Вайшно Деви, популярного среди паломников.

    Всего неделю назад в Киштваре, в результате непогоды погибли 60 человек, еще около 200 числятся пропавшими без вести.

    В Джамму за сутки выпало более 368 мм осадков, что привело к выходу из берегов рек Тави, Ченаб и Басантар. В низменных районах зафиксированы сильные наводнения. Представитель округа Джамму Ракеш Кумар сообщил, что многие дороги затоплены.

    Телевизионные кадры демонстрируют обрушение моста через реку Тави, в результате чего автомобили срывались в образовавшуюся яму.

  • Cammuda torpaq sürüşməsi azı 30 nəfərin ölümünə səbəb olub

    Güclü yağış Cammuda torpaq sürüşməsinə səbəb olub, azı 30 nəfər həlak olub.

    Bu barədə ANI agentliyi məlumat yayıb.

    Sürüşmə zəvvarlar arasında məşhur olan Vayşno Devi ziyarətgahı yaxınlığında baş verib.

    “Bölgədə rabitə ciddi şəkildə pozulub. Telekommunikasiya xidmətləri demək olar ki, yoxdur”, – ərazinin baş naziri Ömər Abdullah bildirib.

    Bir həftə əvvəl Kəşmir ərazisində yerləşən Kiştvarda əlverişsiz hava şəraiti səbəbindən 60 nəfər həlak olub, təxminən 200 nəfər itkin düşüb.

  • Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!

    Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün sentyabrın 28-də və oktyabrın 2-də növbəti imtahanlar keçirəcək. İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər 27 avqust saat 17:00-dan 16 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

    DİM-dən verilən məlumata görə, imtahanlar iki növbədə təşkil olunur və namizədlərə seçim etmək imkanı yaradılır. İmtahan vermək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

    İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 manat məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçib imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

    Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50), Gəncə regional bölməsində keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə biləcəklər.

    İmtahan 1 saat davam edəcək. İmtahanda sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

  • Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olundu

    Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.

    Nazirlik tərəfindən təşkil olunmuş açıq müsabiqənin nəticələrinə əsasən test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.

    Təyinatların bölgüsü belədir:

    Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;

    Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.

    Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramlarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, 2025–2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş “İncəsənət Məktəblərinin Elektron Sistemi” (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.

    Mədəniyyət Nazirliyi müsabiqə əsasında vəzifəyə təyin olunmuş direktor və direktor müavinlərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

  • Ağdamda ata 2 yaşlı uşağını ölümcül döydü

    Ağdamda azyaşlı ağır xəsarət alıb.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.

    Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    * * * * *

    Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb.

    Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər.

    Uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Laçının 110 yaşlı sakini – 6 övladı, 9 nəvəsi var

    Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları Laçın Şəhəri Günü ərəfəsində rayonun 100 yaşlı sakini Fatma Kərimovanı ziyarət ediblər.

    Sənədlərə əsasən, Fatma Kərimova 1926-cı il iyulun 1-də Laçın rayonunun keçmiş Mahmudlu bulağı adlanan ərazisində anadan olub.

    O, bildirir ki, həmin dövrdə sənədlər çox vaxt gec verildiyindən doğum tarixində dəqiqlik tam qorunmayıb. Onun sözlərinə görə, əslində 110 yaşı var.

    Fatma Kərimovanın 6 övladı, 9 nəvəsi var.

  • Azərbaycanda bu tarixdən balıq ovuna icazə veriləcək

    Azərbaycanda sentyabrın 1-dən balıq ovlama müddəti açıq elan olunur.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium sentyabrın 1-də başa çatır.

    Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nazirliyin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirir. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

    “Balıqçılıq və Akvakulura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin, müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır. Vətəndaşları su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Balıqçılıq və Akvakulura Mərkəzinə, eləcə də Su Nəqliyyatında Polis İdarəsinə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa dəvət edirik”,- deyə məlumatda qeyd edilib.

  • Ödənişli yolda maşın aşdı – Video

    Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunda qəza baş verib.

    “Unikal”ın məlumatına görə, ötən gün qeydə alınan qəzada minik avtomobili yoldan çıxaraq aşıb.

    Belə ki, hərəkətdə olarkən maşının şini partlayıb və avtomobil idarəetmədən çıxaraq yolun kənarına düşüb.