Month: August 2025

  • Bütün sosial ödənişlər verildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb.

    Bu barədə DSMF məlumat yayıb.

    Belə ki, avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları, avqustun 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları, avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

  • “Netflix”in animasiya filmi lider oldu

    “Netflix” platformasının istehsalı olan “K-pop: Şeytan ovçuları” (K-pop Demon Hunters) animasiya filmi ABŞ kassalarında liderliyə yüksəlib.

    Median.Az axsam.az-a istinadən xəbər verir ki, film həftəsonu 18-20 milyon dollar gəlir əldə edib. Bu, “Netflix”in kinoteatrda yayımlanan layihələri arasında ilk belə uğurudur.

    Şirkət filmi ABŞ-də 1700 kinoteatrda nümayiş etdirib. Bu rəqəm, daha əvvəl “Netflix”in böyük maraqla qarşılanan “Knives Out: Glass Onion” filminin nümayiş olunduğu ekran sayından iki dəfə çoxdur.

    Animasiya filmi xüsusilə uşaq auditoriyası tərəfindən böyük maraqla qarşılanır.

    Qeyd edək ki, “Şeytan ovçuları” animasiya filmi 20 iyunda “Netflix”də yayımlanıb. Ekran işində qəhrəmanları koreyalı və koreya-amerikalı aktyorlar və müğənnilər səsləndiriblər.

  • Bakının üç rayonunda söküntü olacaq

    Bakıda daha 3 rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü işləri paytaxtın Sabunçu, Suraxanı və Səbail rayonlarında aparılacaq.

    Səbail rayonunda istismar müddəti bitmiş qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub. Tenderi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi keçirir. Sözügedən layihə çərçivəsində Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, eləcə də Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək.

    Həmçinin, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntüsü üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə də Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən tender elan edilib.

    Söküntü işlərinin aparılacağı ünvanlar aşağıdakılardır:

    Sabunçu rayonu, Y.Qasımov küçəsi, ev 39

    Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və bina 6

    Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 43

    Qeyd edək ki, hazırda söküntü işlərinin aprıldığı ərazilərdə əhaliyə iki yol təklif olunur. Vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif edilir. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur.

    Digər yol isə vətəndaşlara söküləcək mənzilləri müqabilində kompensasiya verilməsidir. Hazırda Bakı üzrə kompensasiya məbləği 2500-2800 AZN arasında dəyişir.

  • Əfqanıstanda güclü zəlzələ: Özbəkistanda da hiss olundu

    Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri Bədəxşan vilayəti olub.

    Zəlzələ Özbəkistanın 7 rayonunda və Daşkənddə də hiss olunub.

  • Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açıldı

    Tehran Şəhər Prokurorluğu İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədrə qarşı cinayət işi açıb.

    Bu barədə “Azad İran” məlumat yayıb.

    Məlumata əsasən, sabiq diplomat internet üzərindən yayımlanan verilişlərin birində Rusiya ilə bağlı iddialar səsləndirib. O, Rusiya Federasiyasının İranın müdafiə mərkəzləri barədə məlumatları İsrailə ötürdüyünü iddia edib. Bu açıqlama hüquqi araşdırmaya səbəb olub.

    Hazırda Tehran Şəhər Prokurorluğu tərəfindən Məhəmməd Sədrə qarşı hüquqi prosedurlar başlanılıb.

  • Xırdalanda DOST Mərkəzində yanğın – YENİLƏNİB (FOTOLAR)

    Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

    * * * * *

    Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.

    Əraziyə yanğınsöndürənlər cəlb olunub.



  • Sabah üç rayonun bəzi hissələrində qaz olmayacaq

    Sabah Ağdaş, Zaqatala və Şəki rayonlarının bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Zaqatala Rayon Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində Dəhnəxəlil qazpaylayıcı stansiyasından (QPS) qidalanan Türyançay qəsəbəsinə gedən PE-110 mm-lik əhali qaz xəttinin kipliyə davamlığı yoxlanılacaq. Bu məqsədlə avqustun 28-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Türyançay qəsəbəsində 69 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    Bundan başqa, Zaqatala rayonu ərazisində D-219 mm-lik Əliabad QPS qolu yüksəktəzyiqli qaz kəmərinin yerüstü çəkilmiş hissəsi yer altına salınacaq. Bu səbəbdən sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu Əliabad, Mosul, Yengiyan, Bəhmədli və Lahıc kəndlərində 5 100 abonentin qaz təchizatının Əliabad QPS-dən dayandırılması planlaşdırılır.

    Həmçinin Şəki rayonu Qırxbulaq kəndi ərazisində d-159 mm-lik qaz xəttinin üzərinə “ölçü qovşaqları” quraşdırılacaq. Bu məqsədlə saat 09:30-dan işlər yekunlaşanadək Şəki rayonu Vərəzət, Qırxbulaq, Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Bideyiz, Baş Küngüt, Aşağı Küngüt kəndlərində cəmi 2 081 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

  • Мирзоян: Планируется подписание и ратификация мирного договора с Азербайджаном

    Достигнутые в Вашингтоне договорённости зафиксировали стремление к восстановлению мира между Арменией и Азербайджаном.

    Об этом сказал министр иностранных дел Армении Арарат Мирзоян.

    По словам министра, затем планируется подписание и ратификация мирного договора между сторонами.

  • Ararat Mirzoyan: “Bundan sonra Ermənistanla Azərbaycan arasında sülh olacaq”

    “Vaşinqtonda əldə olunan razılaşmaya əsasən, bundan sonra Ermənistanla Azərbaycan arasında sülh olacaq”.

    Bu sözləri Ermənistan KİV-ə müsahibəsində ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.

    A.Mirzoyan qeyd edib ki, gələcəkdə bu sənədin imzalanması və ratifikasiyası planlaşdırılır.

  • Путин и Эрдоган могут встретиться в Китае

    В Китае может состояться встреча президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина во время проведения саммита ШОС. На данный момент неизвестно, будут ли это длительные переговоры или короткое общение.

    Об этом сообщил РИА “Новости” турецкий дипломатический источник.

    “Учитывая личные отношения лидеров, вероятность встречи, приветствия, разговора “на ногах” есть. Но пока неизвестно, будут ли это полноценные переговоры”, – рассказал собеседник агентства.

    Напомним, саммит ШОС пройдёт в Тяньцзине с 31 августа по 1 сентября. Китайский лидер будет председательствовать на 25-м заседании Совета глав государств-членов ШОС, а также выступит с программной речью, определяющей стратегические направления развития организации. В рамках саммита также запланированы приветственный банкет и серия двусторонних встреч с лидерами стран-участниц. Всего будут участвовать более чем 20 иностранных лидеров и главы десяти международных организаций.