Month: August 2025

  • İlham Əliyev Maya Sandunu təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli xanım prezident, Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Biz Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

    Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeləri naminə birgə səylərimizlə Azərbaycan-Moldova əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Ильхам Алиев: Зангезурский коридор не представляет никакой угрозы Ирану

    Наши межгосударственные отношения с Ираном – это отношения между правительствами, между президентами, между министрами иностранных дел. Поэтому мы полностью игнорируем эти ложные нарративы, которые распространяют так называемые советники.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев в интервью каналу Al Arabiya.

    “Для нас все ясно. Позиция Президента (Ирана – ред.) абсолютно разумна и основана на том, что Зангезурский коридор не представляет никакой угрозы Ирану”, – отметил глава государства.

  • Prezident: “Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil”

    “Dövlətlərarası münasibətlərimiz (İranla – red.) hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində söyləyib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin (İran prezidenti – red.) mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil”.

  • Дорожная полиция сделала предупреждение водителям сельхозтехники – Видео

    Несмотря на неоднократные предупреждения, к сожалению, до сих пор наблюдаются случаи движения сельскохозяйственной техники, в том числе тракторов, по дорогам общего пользования с нарушением правил дорожного движения. Подобные случаи являются одной из основных причин, повышающих вероятность аварий на дорогах.

    Об этом говорится в обращении Главного управления Государственной дорожной полиции (ГУГДП) к водителям сельскохозяйственной техники и тракторов.

    “К наиболее распространенным нарушениям относятся выезд на дороги неисправной техники, неработающие осветительные и предупреждающие сигналы, неправильное закрепление перевозимых грузов, а также невнимательное и безответственное выполнение маневров водителями. Практика показывает, что последствия аварий, происходящих по этим причинам, бывают более тяжелыми. Это объясняется тем, что крупногабаритная сельскохозяйственная техника в разы превосходит обычные легковые автомобили по весу и размерам.

    Согласно законодательству, сельскохозяйственная техника может передвигаться по дорогам только в исправном состоянии и при соответствии необходимым требованиям безопасности. В противном случае к водителям, нарушающим эти правила, будут применены меры административной ответственности.

    ГУГДП еще раз обращает внимание всех участников движения на то, что соблюдение правил необходимо как для защиты собственной жизни и здоровья, так и для безопасности других участников дорожного движения”, – отмечается в информации.

  • BDYPİ kənd təsərrüfatı texnikası və traktor sürücülərinə xəbərdarlıq edib – Video

    “Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də kənd təsərrüfatı texnikalarının, o cümlədən traktorların ümumi istifadədə olan avtomobil yollarında yol hərəkəti qaydalarına riayət etmədən hərəkətinə rast gəlinir. Bu kimi hallar yollarda qəza ehtimalını artıran əsas səbəblərdəndir”.

    Bu sözlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) kənd təsərrüfatı texnikalarının və traktorların sürücülərinə müraciətində yer alıb.

    “Ən çox rast gəlinən qayda pozuntularına bu texnikaların saz vəziyyətdə olmadan yollara çıxarılması, işıqlandırma və xəbərdaredici siqnalların işlək vəziyyətdə olmaması, daşınan yüklərin düzgün bərkidilməməsi, eləcə də sürücülərin manevrləri diqqətsiz və məsuliyyətsiz şəkildə yerinə yetirməsi daxildir. Təcrübə göstərir ki, bu səbəbdən baş verən qəzaların nəticələri daha ağır olur. Çünki iri həcmli kənd təsərrüfatı texnikaları adi minik avtomobilləri ilə müqayisədə dəfələrlə böyük çəki və ölçüyə malikdir.

    Qanunvericiliyə əsasən, kənd təsərrüfatı texnikaları yalnız saz vəziyyətdə və lazımi təhlükəsizlik tələblərinə cavab verdiyi halda yollarda hərəkət edə bilər. Əks halda, bu qaydaları pozan sürücülər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.

    BDYPİ bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, qaydalara əməl etmək həm özünüzün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması baxımından zəruridir”, – deyə qeyd olunub.

  • Президент Ильхам Алиев: Поддержка Трампа ускорит реализацию Зангезурского коридора

    Теперь, когда президент Трамп дал свое имя Зангезурскому коридору, я уверен, что он будет реализован в ближайшее время.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в интервью каналу Al Arabiya.

    “Что касается строительства физической инфраструктуры, я имею в виду железную дорогу, это не должно занять много времени, потому что протяженность маршрута составляет всего 42 км. Если бы мы это строили, мы бы сделали это за год, поскольку у нас больше опыта в строительстве железных дорог. Армении же, возможно, потребуется еще несколько лет”, – отметил глава государства.

  • Prezident: “Tramp dəhlizə öz adını verdikdən sonra əminəm ki, bu layihə yaxın zamanda reallaşacaq”

    “Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Fiziki infrastrukturun, yəni dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də, daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.

  • Пожары в Ходжавендском и Агдеринском районах потушены

    Пожары, произошедшие в поселке Гырмызы Базар, селе Эдилли Ходжавендского района и селе Сырхавенд Агдеринского района, потушены.

    Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС).

    “Благодаря принятым силами МЧС необходимым и неотложным мерам, пожары, невзирая на ветреную погоду, были потушены, предотвращено распространения огня на большую территорию.

    Отметим, что в ликвидации возгорания участвовали силы Государственной службы пожарной охраны и авиаотряда МЧС”, – говорится в сообщении.

  • Xocavənd və Ağdərədə baş verən yanğınlar SÖNDÜRÜLÜB

    Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş vermiş yanğınlar söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    “Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın, küləkli olmasına baxmayaraq, daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

    Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib”, – məlumatda qeyd olunub.

  • İsmayıllı Rayon Mərkəzi xəstəxanasında insan İZDİHAMI – Video

    İsmayıllı Rayon Mərkəzi xəstəxanasının sistemində problem yaranıb, uzun növbələr əmələ gəlib.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, səhər saatlarından xəstəxanasının elektron qeydiyyat sistemində texniki nasazlıq yaranıb. Vətəndaşlar uzun müddət növbədə gözləməli olublar.

    Xəstəxananın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Leyla Əliyeva bildirib ki, sistemdə yaranan problem normadan artıq yaranan yüklənmə səbəbindən baş verib.

    Mütəxəssis qeyd edib ki, hazırda elektron qeydiyyat sistemi stabil şəkildə fəaliyyət göstərir.

    Ətraflı süjetdə: