Month: August 2025

  • Ученые впервые пересадили свиные легкие в человеческое тело

    Китайские ученые впервые сумели пересадить свиные легкие в тело человека.

    Это следует из исследования, опубликованного в журнале Nature Medicine.

    “Генетически модифицированные свиные легкие не трансплантировались людям. Мы сообщаем о случае ксенотрансплантации, в котором легкое от свиньи с шестью отредактированными генами было трансплантировано 39-летнему мужчине-реципиенту”, — говорится в публикации.

    Уточняется, что до пересадки легкого у мужчины перестал функционировать мозг после кровоизлияния.

    Отмечается, что ксенотрансплантат легкого сохранял жизнеспособность и функциональность в течение 216 часов периода наблюдения, сверхострого отторжения органа или инфекции зафиксировано не было.

  • Alimlər ilk dəfə donuzun ağciyərini insan bədəninə köçürüblər

    Çinli alimlər ilk dəfə donuz ağciyərini insan bədəninə köçürməyi bacarıb.

    Bu barədə “Nature Medicine” jurnalında elmi məqalə dərc olunub.

    “Daha əvvəl genetik modifikasiya olunmuş donuz ağciyəri insanlara transplantasiya edilməmişdi. Biz altı redaktə edilmiş geni olan donuzdan ağciyərin 39 yaşlı kişi resipientə transplantasiya edildiyi ksenotransplantasiya hadisəsi barədə məlumat veririk”, – nəşrdə deyilir.

    Dəqiqləşdirilir ki, ağciyər transplantasiyasından əvvəl kişinin beyni qansızma nəticəsində fəaliyyətini dayandırmışdı.

    Qeyd olunur ki, ağciyər ksenotransplantasiyası müşahidə dövrünün 216 saatı ərzində həyat qabiliyyətini və funksionallığını qoruyub saxlayıb, orqanın kəskin rədd edilməsi və ya infeksiya qeydə alınmayıb.

  • Şəmkirdə 3 otaqlı evdə yanğın

    Şəmkir rayonunun Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Hərbçilərimiz Türkiyəyə getdi

    Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularından ibarət növbəti heyət “Dağ komando kursu”nda iştirak etmək üçün qardaş ölkənin İsparta şəhərinə yola düşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçiriləcək kursda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitdə müasir döyüşaparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədiləcək.

    Qeyd edək ki, keçirilən kursun əsas məqsədi komando bölmələrinin döyüş vərdişlərinin artırılması və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

  • Terroru maliyyələşdirməkdə təqsirləndirilənlərin növbəti məhkəməsi oldu

    Terroru maliyyələşdirməkdə təqsirləndirilən və istintaqı Dövlət Təhlükəsizlik Xidmətində (DTX ) aparilan Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən proses şahidlərin ifadələri ilə davam edib.

    Prosesdə şahid kimi ifadə verən E. Rəhimova təqsirləndirilən şəxsləri tanımadığını bildirib.

    “Mənim kartımdan pul göndərilsə də, o əməliyyatı mən etməmişəm. Ümumi, vatsapda paylaşılan xəstə uşaqlara, qadınlara yardım üçün pul göndərmişəm. İstintaqda dedilər ki, sən 300 manat göndərmisən. İfadəmdə də demişəm ki, mənim xəbərim yoxdur. Dəqiq heç nə bilmirəm”.

    Figər şahid Aytən İsayeva isə təqsirləndirilənlərdən Xəqani Ömərovu tanıdığını bildirib:

    “Xəqani qardaşımın qaynıdır. Mən 2013-cü ildə qızımla Suriyaya getmişdim, 2023-cü ildə oradan qayıtmışıq. Suriyada olanda Azad Suriya Ordusu bizə maliyyə yardımı edirdi. Ehtiyac olduğu üçün Xəqani də bizə yardım göndərirdi. Xəqaninin Azərbaycanda hansı işlə məşğul olduğunu bilmirdim”.

    Cinayət işinində adı keçən şəxslərdən biri olan Elşən Mustafayevin anası Məlahət Mustafayevdə şahid qismində ifadəsi zamanı üzərinə düşən sualları cavablandırıb.

    “Biz Suriyaya getmişdik, bir il qalandan sonra qayıtmaq istəyirdik. Elşən Azərbaycan vətəndaşıdır. Biz Suriyadakı evimizi 11 min 500 dollara satmışdıq. Xəqani ilə Elşən arasında razılaşma var idi. Bu razılaşmaya görə Xəqani bizə 30 min manata yaxın pul vermişdi. Qalan məbləğin haradan gəldiyini bilmirəm”, – şahid deyərək bildirib.

    Təqsirləndirilən Xəqani Ömərov isə ünvanına deyilənləri cavablandıraraq vurğulayıb ki,onlara verdiyi 30 min manatın müəyyən hissəsini tanımadığı şəxslər sədəqə kimi onun kart hesabına atıb.

    Şahid İsmayıl Məmmədov ifadəsində özünün və yoldaşının kartından Xəqani Ömərovun kartına məbləğ köçürüldüyünü təsdiqləyib:

    “ 1200 manat sədəqə məqsədi ilə karta köçürmüşəm. Həmin karta pul göndərilməsi və yardım edilməsi barədə heç bir paylaşım etməmişəm. Yalnız yaxınlara, qohumlara demişəmki Ramazan ayıdı köməklik edin. Pulların kimin hesabına köçürülməsi barədə xəbərim yoxdu. Atdığım məbləğin hərbi əməliyyatlarla bağlılığı ilə əlaqəsi yoxdur. Göndərdiyim pulların aydiyatı üzrə xərclənməsi barədə daha sonra heçnə dəqiqləşdirməmişəm.”

    Daha sonra Xəqani Ömərovun vəkili müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

    Məhkəmənin növbəti iclası 16 sentyabr tarixinə təyin edilib.

    Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

    İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

    Onlara qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

  • Qırğızıstanda zəlzələ oldu

    Qırğızıstanda 4,1 maqnitudalı zəlzələ baş verib.

    Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

    Yeraltı təkanların episentri Botken şəhəri rayonunda olub.

    Özbəkistan ərazisində təkanlar Fərqanə vilayətinin bir neçə yaşayış məntəqəsində hiss edilib.

  • 12 tribunadan 9-nun biletləri satılıb – “Formula 1” üzrə Azərbaycan Qran-prisi

    “Formula 1” üzrə Azərbaycan Qran-prisinə 12 tribunadan 9-nun biletləri satılıb.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

    Tikinti işləri demək olar ki, yekunlaşıb. Eyni zamanda, yeni tribunalar üçün standapların təşkili də mümkündür.

    Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

  • Kollec və universitetlərdə təhsil alan qadınların sayı kişilərdən çox olub

    Ötən il 63 min 361 nəfər orta ixtisas təhsili müəssisələrində (kollec) təhsil alıb, onlardan 39 min 758-i qadın olub.

    Bu barədə məlumat “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı statistik məcmuədə əks olunub.

    Məlumata əsasən, 2024-cü ildə ali təhsil müəssisələrində 246 min 529 tələbə olub, onlardan 126 min 92-si qadındır.

    Onu da qeyd edək ki, 2023-cü ildə 41 min 27 qadın kollecdə, 118 min 290 nəfəri isə ali məktəblərdə tələbə olub.

  • Moskvadan miqrantlarla bağlı daha bir yenilik

    Sentyabrın 1-dən Moskvada miqrantları izləmək üçün proqram istifadəyə veriləcək.

    Bu barədə Rusiya KİV məlumat yayıb.

    Moskva meri Sergey Sobyanin “Komsomolskaya Prav”a müsahibəsində deyib: “QR kodu ilə polis əməkdaşı miqrant haqqında hər şeyi öyrənə bilər: nə vaxt gəlib, nə qədər müddətə, harada işləyir, miqrasiya pozuntusu olub-olmadığını öyrənə bilər. Əgər pozuntu qırmızıdırsa, polis əməkdaşı onu saxlamalıdır. Yaşıldırsa, heç bir problem yoxdur”.

  • DYP azyaşlıların moped və motosiklet idarə etməsi ilə bağlı xəbərdarlıq etdi – Video

    Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər. Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Qeyd olunmalıdır ki, son zamanlar azyaşlı uşaqların moped və motosikletləri əyləncə məqsədilə ümumi istifadədə olan yollarda idarə etməsi hallarına rast gəlinir. Bu, həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, həm də onların sağlamlığı və həyatının birbaşa təhlükə altına düşməsi deməkdir. Unudulmamalıdır ki, nəqliyyat vasitəsini idarə etmək xüsusi bilik, bacarıq və məsuliyyət tələb edir və uşaqların belə hərəkətlərə yol verməsi qanunla qadağandır.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün valideynlərə müraciət edərək övladlarının bu kimi təhlükəli hərəkətlərinə laqeyd qalmamağa, onlara ciddi nəzarət etməyə çağırır.