Month: August 2025

  • Формула-1: Победители Гран-при Азербайджана приедут в Баку

    обедители Гран-при Азербайджана Формулы-1 Серхио Перес и Валттери Боттас приедут в Баку.

    Об этом Report сообщили в пресс-службе операционной компании Baku City Circuit.

    Cadillac объявил свой состав, который впервые примет участие в чемпионате Формулы-1 в 2026 году. Команда официально сообщила о заключении контрактов с опытными пилотами, многократными победителями Гран-при Серхио Пересом и Валттери Боттасом. Вместе они участвовали в 527 Гран-при и одержали 16 побед. Это делает их одним из самых опытных дуэтов чемпионата.

    Отметим, что Серхио Перес является двукратным победителем Гран-при Азербайджана. Он побеждал в Баку в 2021 и 2023 годах в составе команды Red Bull Honda. Валттери Боттас стал победителем Гран-при Азербайджана в 2019 году в составе команды Mercedes.

    Cadillac станет 11-м официальным участником чемпионата мира Формулы-1 с 2026 года.

    Гран-при Азербайджана пройдет 19-21 сентября.

  • “Formula 1”: Azərbaycan Qran-prisinin qalibləri Bakıya gələcəklər

    “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibləri Serxio Peres və Valtteri Bottas Bakıya gələcəklər.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

    “Cadillac” 2026-cı ildə ilk dəfə “Formula 1” çempionatında iştirak edəcək heyətini açıqlayıb. Komanda təcrübəli pilotlar, çoxsaylı Qran-pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını elan edib. Onlar birlikdə 527 Qran-priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirib.

    S.Peres Azərbaycan Qran-prisinin ikiqat qalibidir. O, “Red Bull Honda”nın heyətində 2021 və 2023-cü illərdə Bakıda qalib gəlib. V.Bottas isə 2019-cu ildə “Mercedes” komandasının tərkibində Azərbaycan Qran-prisinin qalibi olub. “Cadillac” 2026-cı ildən etibarən “Formula 1” üzrə dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.

    Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

  • Diplomsuz “stomatoloq” işdən çıxarıldı, klinikaya protokol tərtib edildi

    Həkim diplomu olmadan stomatoloq işləyən iki şəxs barədə iddialar araşdırılıb, onlardan birinin əmək müqaviləsinə xitam verilib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

    Qeyd olunub ki, “L.A. Dent” klinikasında çalışan Turab Məmmədli və Qaragözova Tibb Mərkəzində çalışan Hafiz İsazadənin diş həkimi işləmək üçün heç bir təhsilinin olmadığı barədə iddialar AEM-in işçi qrupu tərəfindən araşdırılıb. Məlum olub ki, tibb kadrlarının vahid dövlət registrində olan məlumata əsasən, Hafiz İsazadə (diş texniki) və Turab Məmmədli (ortoped-stomatoloq) orta tibb təhsillidirlər.

    “Hafiz Faiq oğlu İsazadənin vəzifə səlahiyyətləri araşdırılan zaman onun 12.04.2028-ci il tarixinədək qüvvədə olan dövlət sertifikasiya şəhadətnaməsi əsasında stomatologiya ixtisası üzrə diş texniki praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilib. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, diş texniki Hafiz Faiq oğlu İsazadənin praktik tibb fəaliyyəti məqsədəmüvafiq hesab edilir.

    Həmçinin mediadan edilən müraciətlərlə əlaqədar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 27 ünvanda yerləşən “L.A.Dent diş klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində əməkdaşlarımız tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib.

    Yoxlama zamanı Turab Məmmədlinin əmək müqaviləsi üzrə diş texniki vəzifəsinə götürülməsi və sertifikatsız tibb fəaliyyəti ilə əlaqədar MMC barədə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.1 (lisenziyadankənar fəaliyyət) və 215.4-cü (sertifikasiyadan keçməyən şəxsin praktik tibbi fəaliyyətə buraxılması) maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilib.

    Qeyd edək ki, bu gündən etibarən həmin klinikada Turab Məmmədlinin əmək müqaviləsinə xitam verilib”, – məlumatda deyilir.

  • Bakının bu ərazisində su olmayacaq

    Xətai rayon ərazisindən keçən magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı bu gün saat 23:00-dan rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

    Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

    Bildirilib ki, avqustun 27-i tarixində günorta saatlarında suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

  • Азербайджан и США обсуждают возможность подписания рамочного соглашения

    Азербайджан и США провели предварительные переговоры о возможности подписания рамочного соглашения.

    Как сообщает Report, об этом заявил министр экономики Микаил Джаббаров на специальном заседании правительства, посвященном визиту Президента Ильхама Алиева в США.

    По его словам, благоприятные условия для подписания документа сложились после исторического визита Президента Ильхама Алиева в Вашингтон.

    Министр подчеркнул, что стороны уже провели предварительные переговоры, в ходе которых был особо отмечен вклад Азербайджана в энергетическую безопасность региона и мира.

    “Особое внимание уделили богатым энергетическим ресурсам Азербайджана и потенциалу возобновляемых источников энергии”, – добавил Джаббаров.

  • Azərbaycan və ABŞ Çərçivə Sazişi imzalaya bilərlər

    “Vaşinqtondakı tarixi görüşdən sonra Azərbaycan və ABŞ arasında Çərçivə Sazişinin imzalanması üçün əlverişli şərait yaranıb, bununla bağlı ilkin müzakirə aparılıb”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

    Onun sözlərinə görə, görüşdə Azərbaycanın regionda və dünyada enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd edilib:

    “Azərbaycanın zəngin enerji resursları, o cümlədən bərpaolunan enerji ehtiyatları da diqqət çəkib”.

  • Gəncədə TOYA GEDƏNLƏR qəzaya düşdülər: Çoxlu yaralı var

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan bir neçə avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmişlər.

  • Ofisiant həbsdən adam “azad” etdirirmiş – 5 minlik dələduzluq

    Quba rayonunda fəaliyət göstərən “Aura” restoranının Tural adlı ofisiantı dəlləduzluq əməlinə görə həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, o, zərərçəkmişə bacısı oğlunu həbsdən azad etdirəcəyi barədə vəd verərək 5000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.

    Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Tural saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmədə Tural özünü verilmiş ittiham üzrtə təqsirli bilib. O, qeyd edib ki, zərərçəkəndən aldığı pulu şəkər xəstəliyindən əziyyət çəkən azyaşlı övladının müalicəsinə xərcləyib.

    Məhkəmənin hökmü ilə Turala 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

  • İmtahansız tələbə olan bacı-qardaşın hekayəsi

    Lənkəran rayonunun Tütəpeştə kəndindən olan Məlahət və Əliyyiəkbər Şirinlilər bu il heç bir imtahan vermədən ölkənin ən nüfuzlu universitetlərinə qəbul olublar.

    Belə ki, Respublika Fənn Olimpiadasının bürünc medalçısı Məlahət Şirinli Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına, qardaşı Respublika Fənn Olimpiadasının ikiqat bürünc medalçısı, Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının bürünc medalçısı Əliyyiəkbər Şirinli isə ADA Universitetinin Kompüter elmləri ixtisasına qəbul olub.

    “Qafqazinfo” istedadlı bacı-qardaşla həmsöhbət olub, onları daha yaxından tanımağa çalışıb.

    Ailədə iki uşaq olduqlarını deyən Əliyyiəkbər açıqlamasında qeyd edib ki, bacısı ondan bir yaş böyükdür. Məlahət 12-ci sinfi ABŞ-nin Texas ştatında oxuduğu üçün onlar ikisi də bu il universitetə qəbul olublar.

    Məlahət bildirib ki, o, ilk dəfə 10-cu sinifdə oxuyarkən Kimya Fənn Olimpiadasından bürünc medal qazanıb: “11-ci sinfin buraxılış imtahanından 292 bal toplayaraq məktəbi “Qızıl döş nişanı” ilə bitirmişəm. Həmin vaxt IV qrupa hazırlaşırdım. Qəbul imtahanında 627 bal toplamışdım. Lakin mən bundan imtina etdim və Amerikada 12-ci sinfi oxumağa getdim. Oradan qayıdandan sonra isə mənim fikirlərim tamamilə dəyişdi və kimya sahəsini seçdim. Məktəb illərindən kimyaya marağım var idi. Amma Amerikadakı təhsilimin, orada tanış olduğum mütəxəssislərin də burada rolu çox oldu. Məhz elə buna görə də BANM-i seçdim. Gələcəkdə isə təhsilimi xaricdə davam etmək istəyərəm”.

    Onların hər ikisi olimpiadalarda bürünc medal əldə etsələr də, əslində tamamilə fərqli şəkildə hazırlıq proqramları olub.

    Əliyyiəkbər deyir ki, bu yolunda ona işıq saçan elə bacısı olub: “Mən ilk dəfə elə bacımdan ilhamlandım. Düşündüm o bacarırsa, eyni ailədən çıxmışıq, mən də bacararam. Bacım çox dəstək oldu. “Online” olimpiadalarda iştirak edirdik və uğur qazanmayanda ruhdan düşürdüm, lakin bacım məni həvəsləndirirdi. Biz heç vaxt dərsləri birlikdə hazırlaya bilməmişik. Çünki hazırlıq proqramımız tamamilə başqa idi. Seçdiyimiz sahə də, hədəflərimiz də fərqlidir. Buna görə də fərqli universitetlər seçmişik. Bacım kimya sahəsini sevir və onu seçib. Bu ixtisas ADA universitetində yox idi. Onun planları adətən xariclə bağlıdır. Təhsilini xaricdə davam etdirmək istəyir. Məndə isə əksinə, Azərbaycanda olimpiada sahəsində nələrsə etmək istəyirəm”.

    Amma bu yol heç də asan olmayıb: “9-cu sinifdə oxuyurdum və ilk dəfə məktəbimizin direktoru mənim adımı olimpiadaya yazmışdı. Düzü, mənim bir o qədər marağım yox idi. Amma sırf direktorumuz yazmışdı deyə iştirak etmək qərarına gəldim. Hazırlıqsız olmağıma baxmayaraq, necə oldusa, birinci turdan keçdim. Amma yarımfinalda məğlub oldum. Sonra düşündüm ki, əgər ciddi hazırlaşsam və bütün diqqətimi bura yönəltsəm, çox da uğurlu olimpiadaçı ola bilərəm. 10-11-ci siniflərdə oxuyarkən bəzi problemlərə görə bir neçə dəfə məktəblərimi dəyişməli də oldum. Amma bütün bunlar mənə təsir etmədi. Qərar verdim ki, heç bir imtahandan asılı qalmamalıyam və hansısa testləri əzbərləməməliyəm. Bu artıq elə bir səviyyəyə gəlib çıxmışdı ki, günümün 7-8 saatını bir sualın cavabını tapmaq üçün sərf edirdim. 11-ci sinifdə oxuyarkən heç gözləmədiyimiz bir şey oldu. İlk dəfə Sinqapurda keçirilmiş Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında azərbaycanlı məktəblilər olaraq yüksək nəticə əldə etdik. Mən orada bürünc medal əldə etdim”.

    Son iki ildə isə Əliyyiəkbər heç bir hazırlığa getməyib: “8-9-cu siniflərdə oxuyarkən mən də hazırlıqlara getmişəm. Lakin olimpiadalara yönləndikdən sonra buna ehtiyac olmadı. Sadəcə mənə yol göstərildi və mən o yolla getdim. İnternetdə açıq mənbələr çoxdur. İngilis dilində axtarış etdikdə bununla bağlı çoxlu məlumatlar əldə etmək olur. Günümü müəyyən hissələrə bölürdüm. Oyandıqdan sonra ilk işim internetə girib proqramlaşdırma haqqında məqalələr oxumaq olurdu. Daha sonra həmin olimpiyadanın mövzularını öyrənirdim. Axşamlar isə artıq praktika edirdim. Bu strategiya ilə 10-cu sinifdə davamlı olaraq çalışdım. Bu il verilən imtahanlardan sadəcə buraxılış imtahanında iştirak etdim. İki il ərzində heç bir hazırlığa getməmişdim, buna görə də 212 bal topladım”.

    Bacı-qardaş hər zaman bir-birindən ilham alıb. Amma onlara dəstək olan, hər uğurlarına inanan isə ailəsi olub: “Ailəmiz bizə hər zaman dəstək olub. Bacım çox əzmlə çalışırdı. Mən isə onun qədər deyil. Buna görə ailəmiz bir qədər narahat idi ki, birdən medal qazanmasam, necə olar?! Amma sonra bütün bu düşüncələr də yox oldu. Hər zaman arxamızda oldular”.

  • Ağstafada açıq ərazidə yanğın başladı

    Ağstafada yanğın hadisəsi baş verib.

    Yanğın rayonun Aşağı Göyvəli və Tatlı kəndlərində açıq ərazidə qeydə alınıb.

    Hazırda sözügedən ərazilərdə açıq sahədə kol-kos yanır. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

    Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.