Month: August 2025

  • Laçında 2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlanır

    Laçında bərpa işləri ardıcıl olaraq Dövlət Proqramı əsasında davam edir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, Laçın şəhərinin bərpasının birinci mərhələsi başa çatıb.

    “2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlayırıq. Buna uyğun olaraq, Laçın rayonu ərazisində 20-dən çox yeni məntəqənin tikintisi nəzərdə tutulur”.

  • Qazdan istifadə edənlərə MÜHÜM XƏBƏR – Sabahdan etibarən…

    Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə sınaq olunması və siyirtmənin dəyişdirilməsi məqsədilə avqustun 27-si saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

    Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

  • Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 26-da davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

    Zərərçəkmiş şəxs Qasim Məmmədhəsənovun hüquqi varisi – atası Bilal Məmmədhəsənov ifadəsində oğlunun Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

    Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkmiş şəxs Rizvan Əhmədovun hüquqi varisi – anası Məkkə Əhmədova ifadəsində oğlunun Xocalı şəhərində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini deyib.

    Zərərçəkmiş şəxs Tural Seyidovun hüquqi varisi – anası Fəridə Seyidova oğlunun Xocalıda “KamAZ” markalı avtomobili idarə edərkən düşmən tərəfindən basdırılan minanın partlaması nəticəsində həlak olduğunu söyləyib.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Ramin Hüseynovun hüquqi varisi Gülbəniz Əmiraslanova qeyd edib ki, oğlu Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həyatını itirib.

    Zərərçəkmiş şəxs Azər Məmmədovun hüquqi varisi – atası Mustafa Nemətov ifadəsində vurğulayıb ki, oğlu Zəngilanda düşmənin snayperdən açdığı atəş nəticəsində həlak olub.

    Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Məmməd Mərdanovun hüquqi varisi – atası Ələddin Mərdanov oğlunun tankəleyhinə minaya düşərək həlak olduğunu söyləyib.

    Zərərçəkmiş şəxs İlham Şəmşiyevin hüquqi varisi Şahmar Şəmşiyev isə qardaşının Ağdərədə düşmənin təxribatı nəticəsində həlak olduğunu söyləyib.

    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkmiş şəxs Əli Tağıyevin hüquqi varisi Səid Tağızadə ifadəsində diqqətə çatdırıb ki, qardaşı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində Ağdamda həyatını itirib.

    Zərərçəkmiş şəxs Mirzəəli Mirzəzadənin hüquqi varisi – atası Kamran Mirzəyev oğlunun düşmənin təxribatı nəticəsində Ağdərədə həlak olduğunu deyib.

    Zərərçəkmiş şəxs Nail Süleymanlının hüquqi varisi – atası Səfər Süleymanov ifadəsində qeyd edib ki, oğlu düşmənin təxribatı nəticəsində Xankəndidə həyatını itirib.

    Zərərçəkmiş şəxs Röyal Beydiyevin hüquqi varisi – atası Nəsib Beydiyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında oğlunun Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində Xocavənddə həlak olduğunu söyləyib.

    Zərərçəkmiş şəxs Kənan Ağayevin hüquqi varisi – atası Vahid Ağayev oğlunun düşmənin təxribatı nəticəsində Xocavənddə snayperlə açılan atəş nəticəsində həlak olduğunu vurğulayıb.

    Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında zərərçəkmiş şəxs Vüsal Şəhriyarovun hüquqi varisi – atası Təbiyyət Şəhriyarov oğlunun Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olduğunu bildirib.

    Zərərçəkən Vurğun Gülməmmədov ifadəsində qeyd edib ki, Ağdərə rayonu ərazisində düşmənin təxribatı zamanı snayper silahından açılan atəş nəticəsində bud-çanaq nahiyəsindən xəsarət alıb.

    Əhləm Məmmədov ifadəsində Laçın rayonunun ərazisində düşmənin atdığı artilleriya mərmisinin partlaması nəticəsində Ömər Şirinovun həlak olduğunu, özünün və Faiq Cəfərovun, daha bir neçə nəfərin müxtəlif növ bədən xəsarətləri aldıqlarını deyib.

    Zərərçəkən Röyal Məmmədov qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt Emin Qarayev isə həlak olub.

    Sabutay Ağabağırov ifadəsində deyib ki, Ağdərə rayonunda düşmənin atdığı artilleriya mərmisi nəticəsində o, eyni zamanda, yanında olan yoldaşları Əli Heydərov, Samir Kərimov, Şamxal Qasımov, Ceyhun Abbasov, Tural Quliyev, İsgəndər Hüseynov və Əlizamin İsmayılov xəsarətlər alıblar.

    Düşmən tərəfindən Ağdam rayonu istiqamətində avtomat silahlarından açılmış atəş nəticəsində sol qarın boşluğundan güllə yarası aldığını söyləyən Ülvi Həsənov ifadəsində bildirib ki, həmin vaxt Röyal Məmmədov və Murad Eyyubov həlak olublar.

    Ehtiram Allahyarov Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində Xocalı rayonu ərazisində güllə yarası aldığını deyib. O, təxribat zamanı Ramil Rzayevin və Sergey Heybətovun həyatlarını itirdiklərini bildirib.

    Zərərçəkən Əli Cəfərli ifadəsində Ağdərə rayonundan Ağdam rayonuna geri qayıdarkən düşmən tərəfindən topdan açılan atəş nəticəsində müxtəlif nahiyələrindən qəlpə yarası, həmçinin kəllə-beyin travması aldığını vurğulayıb.

    Ağdamın Papravənd kəndində idarə etdiyi avtomobilin düşmən tərəfindən açılan artilleriya atəşi nəticəsində vurulduğunu deyən zərərçəkən Elşən Zərbalıyev diqqətə çatdırıb ki, o, hadisə zamanı xəsarət alıb.

    Vüsal Lətifov ifadəsində bildirib ki, düşmənin təxribatı nəticəsində Ağdərə rayonu ərazisində Emin Abbaszadə və Ülvi Mikayılov həlak olub, özü isə yaralanıb.

    Zərərçəkən Sərxan Kərimli vurğulayıb ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində düşmənin yerləşdirdiyi qumbaranın partlaması nəticəsində xəsarət alıb.

    Əvəzağa Abdullazadə ifadəsində deyib ki, o, Ağdərə və Xankəndi rayonları arasında, Narınclar kəndi istiqamətində qarşı tərəfin atdığı “F1” əl qumbarasının partlaması nəticəsində xəsarət alıb. Zərərçəkən hadisə zamanı daha 8 nəfərin yaralandığını vurğulayıb.

    Zərərçəkənlər Vətən Verdiyev, İlkin İbrahimov, Şamxal Qasımov, Emin Cəfərov, Vaseh Eyvazov, Əmrah Əliyev, Şaiq Yediyarov və Şirxan Mustafayev ifadələrində düşmənin təxribatları nəticəsində Ağdərə istiqamətində xəsarət aldıqlarını qeyd ediblər.

    Ramil Allahyarov, Samir Mirzəyev, Elvin Məmmədov, Rəvan Şəfizadə və İmran Bayramov ifadələrində Kəlbəcər istiqamətində düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını deyiblər.

    Digər zərərçəkənlər Vasif Məmmədov, Rüstəm İsmayılov, Toğrul Nəcizadə, Altay Əhədov, Rəcəbəli Mirzəzadə, Rəşad Hudulov, Eltac Xəlilov, Elxan Məmmədzadə, Pərvin Səfərov və Sahib Bağırov ifadələrində Xocalı istiqamətində düşmənin açdığı atəşlər nəticəsində xəsarətlər aldıqlarını söyləyiblər.

    Eldar Abbasov ifadəsində bildirib ki, Xankəndi şəhəri ərazisində yerləşən düşmən tərəfindən atılan pilotsuz uçuş aparatının yaxınlığına düşərək partlaması nəticəsində yanında olan Seymur Şabiyev həlak olub, o və Qismət Şükürov, Vurğun Sayılov, Vüsal Hüseynov, Nəsimi Ələkbərov xəsarətlər alıblar.

    Zərərçəkən şəxs Qəhrəman İsmayılov ifadəsində deyib ki, düşmən tərəfindən Xocavənddə onların olduğu ərazi əvvəlcə raketlə vurulub, sonra digər silahlarla hədəf alınıb. Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb, Vüsal Rüstəmov, Elvin Əliyev və Əlibəy Əlibəyov həlak olublar.

    Rüfət Səlimov qeyd edib ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində o və yanında olan Azad Allahverdiyev xəsarətlər alıb.

    Zərərçəkən Ceyhun Əsgərov ifadəsində diqqətə çatdırıb ki, Ağdərə rayonu ərazisində olarkən qarşı tərəfdən təcili tibbi yardım avtomobilinə atılmış iriçaplı mərminin partlaması nəticəsində o və tibb məntəqəsinin həkimi Yasin Quluzadə xəsarətlər alıb.

    Tahir Zeynalov, Elsevər Kərimov, Qismət Şükürov Xankəndi, Hazar Bəndəliyev, Dünyamin Əzizov Xocavənd, Samir Zamanov, Əbülfəz Məlikov, Əli Babayev, Pərvin Əhmədli, Zakir Cəbrayılov, Taleh Zeynalov Ağdam istiqamətlərində düşmənin açdığı atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar.

    Digər zərərçəkənlər Sirus Qalallı, Umud Əliyev, Nemət Əskərov, Kamran Muradov, Famil Hüseynov, Alim Gülmalıyev, Vüqar Yusifov, İlyas Sadıqov, Rövşən Cəfərov, Ehtibar Abasquliyev də ifadələrində düşmənin təxribatı nəticəsində xəsarət aldıqlarını bildiriblər.

    Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

    Məhkəmənin növbəti iclası sentyabrın 2-nə təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

  • Yevlaxda kişi bıçaqlandı: Oğlu şübhəli bilinir

    Yevlax rayonunda oğulun atasını bıçaqladığı bildirilir.

    Hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Hüsü Qara oğlu Talıbov aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

    İlkin məlumata görə, onu ailə münaqişəsi zəminində oğlu bıçaqlayıb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bakı metrosu “Qarabağ”ın oyunu ilə bağlı gücləndirilmiş rejimdə işləyəcək

    Sabah “Bakı Metropoliteni” QSC “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.

    Bakı metrosunun müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

    Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

    Həmçinin qeyd edək ki, qarşılaşma əlavə vaxtla davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün Bakı metropoliteninin iş saatının uzadılması planlaşdırılıb.

    “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

  • В дни проведения Формулы-1 могут быть введены ограничения в работе ряда школ

    В случае принятия решения об установлении ограничений на территориях проведения Гран-при Азербайджана Формулы-1, общественность будет своевременно проинформирована об этом.

    Об этом сообщили в Министерстве науки и образования в ответ на запрос Report касательно ограничений в работе средних школ в дни проведения Гран-при Азербайджана.

    Отметим, что Гран-при Азербайджана Формулы-1 состоится 19-21 сентября.

  • “Formula 1″lə əlaqədar bəzi məktəblərin fəaliyyətində məhdudiyyət tətbiq edilə bilər

    “Formula 1” üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək.

    Bu barədə “Report”un Bakıda “Formula 1” yarışlarının keçiriləcəyi tarixlərdə orta məktəblərin fəaliyyətində məhdidiyyətlərin olub-olmayacağı ilə bağlı sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq. Həmin tarixlərin iki günü 19-20 sentyabr dərs günüdür.

  • Ukraynada şaxtada qalan 148 nəfərin hamısı çıxarılıb

    Rusiya ordusunun Dobropolye (Donetsk vilayəti) ərazisindəki yaşayış məntəqələrinə hücumu nəticəsində yerin altında qalan 148 mədənçinin hamısı xilas edilib.

    Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

    “Bütün mədənçilər səthə çıxarılıb. Hazırda onların həyatılarına və sağlamlıqlarına təhlükə yoxdur,” – məlumatda deyilir.

    Bundan əlavə, Rusiya zərbəsindən sonra şaxtaların birində bir nəfər həlak olub, daha üç nəfər yaralanıb.

  • Gəncədə üzgüçülük üzrə beynəlxalq turnir təşkil olunacaq

    Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” turniri keçiriləcək.

    Bu abrədə “Report”a ASF-nin mətbuat xidmətindən bildirilib.

    Yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.

    Hər hansı bir klubu təmsil edən və WA balı (keçmiş FINA) 300-dən çox olan idmançıların nəqliyyat (Bakı – Gəncə – Bakı), otel və qidalanma xərcləri qarşılanacaq. Qeyd olunan meyarlara uyğun olmayan idmaçılar da istəklərinə əsasən turnirdə iştirak edə bilərlər. Lakin onlar üçün yalnız nəqliyyat təşkil olunacaq.

    Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışların açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq.

    Üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.

    Qeyd edək ki, “ASF Ganja Cup 2025” sentyabrın 13-14-də təşkil olunacaq.

  • Таиланд и Камбоджа договорились о разминировании в одном из регионов

    Таиланд и Камбоджа договорились о совместном разминировании приграничной зоны в одном из трех регионов.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом заявил в ходе брифинга в Бангкоке официальный представитель МИД Таиланда Никондет Пхалангкун.

    “К настоящему времени договориться с камбоджийской стороной о разминировании приграничной зоны удалось только в одном из трех пограничных регионов. Эта договоренность была достигнута на заседании Регионального комитета по вопросам границ в зоне ответственности Первого военного округа сухопутных войск Таиланда, где граница проходит с таиландской стороны по провинции Сакео”, – сказал он.