Month: August 2025

  • Rumıniya Senatının üzvü: Qarabağda özümü evimdəki kimi hiss edirəm

    “Heydər Əliyev” zirvəsinə qalxan Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş Qarabağda özünü evində kimi hiss etdiyini bildirib.

    Eyni zamanda, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan senator “Heydər Əliyev” zirvəsinə Qarabağ bölgəsindən gəldiyini və bu zirvənin Azərbaycanın, hətta Cənubi Qafqazın ən gözəl yüksəkliyi olduğunu vurğulayıb:

    “Bu dağ çox gözəl, hava isə mükəmməldir. Zirvəyə təxminən 6-7 saata qalxdıq. Heç bir problemimiz olmadı. Çətin deyil, amma əzm və səy tələb olunur. Çox gözəl bir dırmanış oldu, problem yaşamadıq, amma dağlar çox güclüdür və mən bu enerjini hiss edirəm. Mən indi Qarabağ bölgəsindən gəlmişəm, Qarabağ Azərbaycanın çox vacib və xüsusi bir bölgəsidir”.

    Kristian-Avqustin Nikulesku-Tsıqırlaş Qarabağdakı bərpa-quruculuq işlərinə də diqqət çəkib:

    “Qarabağda işçilər əzmlə çalışırlar, oranı yenidən qururlar. Bu çox gözəldir, çünki Qarabağ ölkəmin Maramureş bölgəsinə bənzəyir. Orada meşələr, yaşıllıqlar, çaylar var və mən Qarabağda özümü evimdəki kimi hiss edirəm. Bu mənim üçün çox önəmlidir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri çox gözəldir. Bu yerlərdə olmaqdan qürur duyuram. Mən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanova təbriklərimi və təşəkkürümü bildirirəm. Bu missiyanı o təşkil etdi və bunun üçün çox minnətdaram”.

    Qeyd edək ki, “Heydər Əliyev” zirvəsi Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşir.
    //report

  • МЧС: За неделю произошло 692 пожара, спасены 57 человек

    В Азербайджане за минувшую неделю подразделения Министерства по чрезвычайным ситуациям (МЧС) совершили 692 выезда на тушение пожаров.

    Как сообщает Median.Az со ссылкой на МЧС, спасатели также провели 48 операций по оказанию помощи людям, оказавшимся в безвыходной ситуации, ликвидировали последствия двух дорожно-транспортных происшествий и предотвратили одну попытку самоубийства.

    В результате оперативных действий были спасены 57 человек, в том числе 11 детей. Кроме того, 13 человек получили травмы, 8 эвакуированы. Тела 10 погибших были переданы по назначению.

  • FHN: Ötən həftə ərzində 692 yanğına çıxış olub, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

    Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 692 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 57 nəfər xilas edilib, 13 nəfər xəsarət alıb, 8 nəfər təxliyə olunub, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • “Sabah”ın hücumçusu Azərbaycan çempionatında 40 qola çatan doqquzuncu legioner olub

    “Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycan çempionatında 40 qola çatan doqquzuncu legioner olub.

    32 yaşlı almaniyalı hücumçu buna “Şamaxı”ya qalib gəldikləri (2:1) Misli Premyer Liqasının II turunun matçında nail olub.

    Qarşılaşmada dubla imza atan Mikels ikinci qolu ilə “40”a çatıb. Ölkəmizdə yalnız bir klubda çıxış edən futbolçu 86-cı matçında bunu reallaşdırıb.

    Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur.

    Coy Lens Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir.
    //report

  • В Кыргызстане остановили поиски пропавших на пике Победы иранских альпинистов

    Работы по поиску пропавших на пике Победы в Кыргызстане двух альпинистов из Ирана остановлены.

    Об этом ТАСС сообщили в пресс-службе кыргызстанского МЧС.

    “Все поисковые работы остановлены, пока неизвестно – возобновятся ли в этом году”, – заявил представитель пресс-службы.

    По его словам, в настоящее время в районе исчезновения иранских альпинистов плохие погодные условия.

    Иранцы Марьям Пилехвари и Хасан Сейфоллах прибыли в Кыргызстан для восхождения на пик Победы в начале августа. Последний раз они выходили на связь 12 августа. На их поиски был направлен дрон, который во время облета территории не обнаружил альпинистов.

  • Qırğızıstanda itkin düşən iranlı alpinistlərin axtarışları dayandırılıb

    Qırğızıstanın Qələbə zirvəsində itkin düşən iki iranlı alpinistin axtarışları dayandırılıb.

    Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    “Bütün əməliyyat-axtarış tədbirləri dayandırılıb, onların bu il bərpa edilib-edilməyəcəyi hələlik məlum deyil”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.

  • SpaceX отменила запуск прототипа корабля Starship из-за технических неполадок

    Американская компания SpaceX отменила намеченный на 24 августа запуск ракеты-носителя с прототипом космического корабля Starship в 10-й испытательный полет в связи с возникшими техническими неполадками.

    Об этом сообщила компания-разработчик SpaceX.

    Старт был запланирован на 19:30 по времени восточного побережья (03:30 по бакинскому времени – ред.) с космодрома Starbase в штате Техас. “Отменяем сегодняшний полет Starship для того, чтобы дать время устранить неполадки с наземными системами”, – написала компания в X.

    Информации о новой дате запуска пока не приводится.

    “Starship” самая большая и самая мощная космическая ракета на сегодняшний день. Общая расчетная грузоподъемность системы составляет 150 тонн.

  • “SpaceX” texniki problemlərə görə “Starship” prototipinin buraxılışını təxirə salıb

    Amerikanın “SpaceX” şirkəti avqustun 24-nə planlaşdırılan “Starship” kosmik gəmisinin prototipi olan daşıyıcı raketin buraxılışını texniki nasazlıqlara görə təxirə salıb.

    Kosmosa uçuş Texasdakı Starbase kosmodromundan Şərq vaxtı ilə saat 19:30-a (Bakı vaxtı ilə 03:30) planlaşdırılmışdı.

    Qeyd olunub ki, problemin həlli üçün müəyyən vaxt lazım olacaq. Hələlik yeni buraxılışın tarixi açıqlanmayıb.

    “Starship” bu günə qədər ən böyük və ən güclü kosmik raketdir. Sistemin ümumi təxmini yükgötürmə qabiliyyəti 150 tondur.

  • İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?

    Ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərsin müddəti hazırda 45 dəqiqədir. Bu norma Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 nömrəli qərarla təsbit olunub.

    Median.Az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, ibtidai siniflərdə dərs zamanı təlimə sərf olunan vaxt ümumi dərs müddətinin 80 faizindən çox ola bilməz.

    Bundan əlavə, günün ortasında 40 dəqiqədən artıq olmayan dinamik fasilə də nəzərdə tutulur.

    Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda bu normativlərin dəyişdirilməsi gündəmdə deyil.

    Təhsil İnstitutunun metodisti Səidə Dünyamalıyeva da təsdiqləyib ki, bütün siniflərdə dərs müddəti eynidir – 45 dəqiqə. Onun fikrincə, xüsusilə 1-ci sinif şagirdləri üçün bu, kifayət qədər uzun görünə bilər: “Əvvəlcə nəzərə almaq lazımdır ki, həmin uşaqlar məktəbəqədər hazırlıq qruplarına və ya bağçalara cəlb olunublarmı? Əgər bu təcrübələri varsa, artıq müəyyən qaydalara, vaxt və davranış rejiminə alışmış olurlar. Amma elə uşaqlar da var ki, birbaşa evdən məktəbə gəlirlər. Bu halda 45 dəqiqəlik dərs prosesi onlar üçün həm çox uzun, həm də psixoloji və fiziki cəhətdən ağır ola bilər”.

    S.Dünyamalıyeva əlavə edib ki, azyaşlı uşaqlar uzun müddət eyni fəaliyyətdə sıxılır, hərəkət etmək, oyun oynamaq istəyirlər. Ona görə də müəllim 45 dəqiqəlik dərsi elə qurmalıdır ki, şagird həm öyrənsin, həm əylənsin, həm də yenidən məktəbə gəlmək həvəsində olsun.

    Beynəlxalq təcrübə nə deyir?

    Dünyanın müxtəlif ölkələrində ibtidai siniflərdə dərs müddətləri müxtəlifdir və bu, pedaqoji yanaşmaların fərqliliyini göstərir. Məsələn, İtaliyada dərslər adətən 30-35 dəqiqə davam edir və bu qısa dərslər şagirdlər üçün daha çox fasilə imkanı yaradır. Finlandiyada isə 45 dəqiqədir və dərsdən sonra şagirdlərə 15 dəqiqəlik istirahət fasiləsi verilir. 

    Latviya təhsil sistemində I sinifdə dərslər 35 dəqiqə davam edir, yuxarı siniflərdə isə 40-45 dəqiqəyə qədər uzanır. 

    Türkiyədə ibtidai sinif şagirdləri 40 dəqiqəlik dərslərdə iştirak edir və dərslər arasında 10 dəqiqəlik fasilələr təşkil olunur.

    Sinqapurda dərslər 30-40 dəqiqə arasında dəyişir və burada oyun əsaslı öyrənmə metodları üstünlük təşkil edir. 

    İngiltərədə isə şagirdlər fəaliyyət blokları ilə öyrədilir; qısa, 15-20 dəqiqəlik bloklar fasilələrlə növbələşərək dərs prosesini maraqlı və cəlbedici edir. 

    Çin məktəblərində dərslərin müddəti adətən 40 dəqiqədir, bəzi bölgələrdə isə I sinifdə 35 dəqiqəyə qədər qısaldılır. 

    Yaponiyada isə ibtidai sinif şagirdləri 35 dəqiqəlik dərslərlə məşğul olurlar.

    Səhiyyə təşkilatlarının yanaşması

    Amerika Pediatriya Akademiyasının (AAP) tövsiyələrinə görə, uşaqların diqqət saxlama qabiliyyəti onların yaşına uyğun dəqiqələrlə ölçülür. Məsələn, 6 yaşlı uşaq 6-8 dəqiqə, 7 yaşlı uşaq isə 7-9 dəqiqə fasiləsiz diqqət göstərə bilir. Buna görə də dərslərin qısa bloklarla təşkili, ardınca isə fəaliyyət dəyişikliyi vacibdir.

    Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində isə qeyd olunur ki, 6-7 yaşlı uşaqlar ən geci 30-40 dəqiqədən bir ayağa qalxıb hərəkət etməlidirlər. Bu, həm fiziki, həm də zehni sağlamlıq baxımından zəruridir. 

    Təhsil psixoloqları da diqqət müddətini sadə düsturla izah edirlər: yaş vurulsun 2-5 dəqiqə. Yəni 7 yaşlı uşaq dərs prosesində maksimum 14-35 dəqiqə diqqətini qoruyaraq öyrənə bilir. Bu isə yalnız oxu-yazı ilə deyil, oyun, rəsmlə məşğuliyyət, qrup işi kimi fəaliyyətlərin növbələşməsi ilə mümkündür.

    Göründüyü kimi, bəzi ölkələrdə (Latviya, Yaponiya, İtaliya və s.) ibtidai siniflərdə dərs müddəti daha qısadır. Finlandiya və İngiltərə kimi ölkələr isə fasilələrin tezliyi və uşaqların aktivliyinə xüsusi diqqət yetirir.

    Azərbaycanda mövcud qaydalar dərsin 45 dəqiqədən az olmamasını tələb etsə də, beynəlxalq təcrübə sübut edir ki, dərsin keyfiyyətinə təkcə müddət yox, həm də onun təşkili, fasilələrin düzgün planlanması və uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılması birbaşa təsir göstərir.

  • Putinlə Pezeşkian telefonla danışdı

    Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

    Bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.

    Bildirilib ki, tərəflər söhbət zamanı Putinlə ABŞ lideri Donald Tramp arasında Alyaskada baş tutan danışıqları müzakirə ediblər:

    “Bununla yanaşı, Rusiya və İran prezidentləri Cənubi Qafqazdakı, eləcə də İranın nüvə proqramı ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar”.