Month: August 2025

  • Texniki baxışın müddəti necə hesablanır? – BDYPİ cavablandırır

    Baş Dövlət Yol Polisi İdarəsinin “1 sual – 1 cavab” rubrikası hərəkət iştirakçılarını maraqlandıran aktual məsələlərə aydınlıq gətirməyə davam edir.

    Bu dəfə rubrikada belə bir sual səsləndirilib:

    “Texniki baxışın müddəti əvvəlki baxış günündən hesablanır, yoxsa ilin əvvəlindən?”

    Sualın cavabı BDYPİ əməkdaşının iştirakı ilə hazırlanmış videomaterialda:

  • İlham Əliyev Donald Trampa təşəkkür etdi

    Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını ifadə edib.

    Bu barədə dövlət başçısı “X” sosial səhifəsindəki hesabında paylaşım edib.
    “Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”, – paylaşımda deyilir.

  • Yanğında sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

    “Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verib. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisədir. Aydındır ki, bu dəfə də sahibkarlara xeyli ziyan dəyib. İnkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir”.

    Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

    “Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər. Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, “Sədərək” Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr belə, buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər”, – deputat bildirib.

    V. Bayramov qeyd edib ki, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdırmalıdırlar: “Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy və sənədin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, sığorta şirkətləri hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar”.

    “Bütün bunlarla yanaşı, “Sədərək” ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var. Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydaları tam təmin edilməlidir. Əks halda sığorta şirkətləri bu riskli obyektlərlə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.

    Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var, yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər”, – parlamentari vurğulayıb.

  • Nitq qabiliyyəti olmayan kişi dənizdə boğuldu

    Astarada 72 yaşlı kişi dənizdə boğulub.

    Hadisə Qamışoba kəndində baş verib.

    Andadangəlmə eşitmə və nitq qabiliyyəti məhdud olan Ağarza Məmmədov dənizdə çimərkən boğulub.

    Onun meyiti sudan çıxarılaraq təhvil verilib.

  • Qaxda xadimə işləyən qadın 37 yaşında tələbə oldu – Video

    Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

    Valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.

    O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.

    Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub.

    O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib.

    Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub.

    Ətraflı “Baku Tv”-nin videomaterialında:

  • Британская полиция арестовала 140 человек во время карнавала

    Первый день карнавала в Ноттинг-Хилле в Лондоне завершился 140 арестами – на 40% больше, чем год назад.

    Об этом пишет издание Daily Mail.

    В публикации сказано о том, что cреди нарушений – нападения на полицейских, хранение оружия и наркотиков, а также сексуальные преступления.

    “Мы фиксируем рост числа инцидентов, но продолжим применять все доступные меры для обеспечения безопасности”, – заявили в полиции.

    По данным ведомства, 15 арестов связаны с нападениями на сотрудников полиции. Один из пострадавших офицеров был госпитализирован с травмой руки.

  • Londonda keçirilən karnavalda 140 nəfər həbs edilib

    Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Notting-Hill karnavalının ilk günü 140 həbslə başa çatıb ki, bu da bir il əvvəlkindən 40% çoxdur.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    Vurğulanıb ki, qanun pozuntularına polis əməkdaşlarına hücumlar, silah və narkotik vasitələrin saxlanması və cinsi xarakterli cinayətlər daxildir.

    “Biz insidentlərin sayında artım qeydə alırıq, lakin təhlükəsizliyi təmin etmək üçün bütün mümkün tədbirləri görməyə davam edəcəyik”, – deyə polisdən bildirib.

    İdarənin məlumatına görə, 15 həbs polis əməkdaşlarına hücumla bağlıdır. Əlindən xəsarət alan zabit xəstəxanaya yerləşdirilib.

  • Обнародовано число плановых мест в вузах Азербайджана

    В Азербайджане в высших учебных заведениях 2 219 свободных плановых мест.

    Об этом в эфире программы “Xəbərimiz var” на ITV заявил заведующий сектором по работе с прессой и электронными коммуникациями Государственного экзаменационного центра (ГЭЦ) Ханлар Ханларзаде.

    По его словам, список плановых мест будет объявлен завтра. По I группе специальностей имеется 1 549, по II группе специальностей – 278, по III группе специальностей – 30 и по IV группе специальностей – 218, по V группе специальностей – 144 свободных плановых мест.

  • Ali məktəblərə boş qalan plan yerlərinin sayı açıqlanıb

    Ali təhsil müəssisələri üzrə boş qalan plan yerlərinin sayı 2 219-dur.

    Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin “Xəbərimiz var” verilişinin efirində deyib.

    Onun sözlərinə görə, sözügedən plan yerlərinin siyahısı sabah açıqlanacaq:

    “Hazırda I ixtisas qrupu üzrə 1549, II qrup üzrə 278, III ixtisas qrupu üzrə 30, IV qrup üzrə isə 218 boş plan yeri var. V qrupa gəlincə isə 144 boş plan yeri mövcudur”.

  • Əməkdar məşqçiyə yeni vəzifə verildi

    Tanınmış güləş hakimi Əjdər Cəfərovun Azərbaycan Badminton Federasiyasında təyinatı baş tutub.

    Bu barədə Federasiyanın rəsmi saytı məlumat yayıb.

    Belə ki, Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.

    Qeyd edək ki, Cəfərov Əjdər Xosrov oğlu 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

    2012-ci ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.