Month: August 2025

  • Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb

    Bu ilin birinci yarısında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 523 480,1 min manat təşkil edib, bu da illik müqayisədə 2,7% azdır.

    Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 538 277,6 min manat səviyyəsində olub.

    Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 18 513 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,8% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 13 924,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,8% azdır.

    Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 058 072,5 min manat təşkil edib, bu da illik müqayisədə 4% azdır.

    Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

  • Xəzərdə suyun səviyyəsi 30 metrə kimi düşə bilər – Ekoloqdan SOS

    Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Xəzər dənizi ilə bağlı şok açıqlama verib. Nazir müavini “Reuters”ə bildirib ki, Xəzər son 30 ildə 2,5 metr dayazlaşıb və proses getdikcə sürətlənir.

    O, daha sonra əlavə edib ki, suyun azalması həm limanların işini çətinləşdirir, həm də nərəkimilər və Xəzər suitiləri kimi canlılar həyati məkanlarını məhv edir. Nazir müavini həmçinin açıqlayıb ki, Bakı limanına daxil olan gəmilər artıq manevr etməkdə çətinlik çəkir, yükdaşımada ciddi azalma var.

    Ekoloq Xosrov Musayev Qaynarinfo-ya Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəblərini açıqlayıb:

    “Xəzər dənizinə tökülən Volqa çayıdır. Volqa çayı Rusiya ərazisində formalaşır və onda olan sululuq get-gedə azalır. Qlobal istiləşmə ilə bağlı buxarlanma artır və çaylarda sululuğun miqdarı azalır. Bizdə suyun buxarlanması prosesi gedir, bu, yağıntıdan 2,7 dəfə çoxdur. Bu da Xəzər dənizinin sahildən kənarlaşmasına aparır. Hətta proqnozlarda deyilir ki, suyun səviyyəsinin 30 metrə kimi düşmək ehtimalı var. Bu da sahilə yaxın ərazilərdə, limanlar, hər hansı infrastrukturların hamısının tamamilə sahildən çox aralıda qalmasına və müəyyən problemlərin yaranmasına səbəb olacaq”.

    Xosrov Musayev dünyada nərəkimilərin ancaq Xəzər dənizində olduğunu xatırladıb:

    “İndi suyun əvvəlki illərlə müqayisədə miqdarının azalması suyun istiləşməsinə səbəb olacaq. Bu da nərəkimilərin yox olması ehtimalını artırır. Təkcə onların deyil, həm də suda yaşayan bir çox çanlıların məhvinə səbəb olacaq. Bunun qarşısını almaq çətin olacaq, çünki burada təkcə Xəzəryanı ölkələr – Türkmənistan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan böyük mütəxəssislər dəvət etməli və problem dərindən araşdırılmalıdır”.

    Xosrov Musayev məsələ ilə bağlı araşdırma apardığını xatırladıb:

    “Görürəm ki, onlarla mənim fikirlərim üst-üstə düşür. Yaxın vaxtlarda bu problem qaçılmazdır. Bunun özü də müəyyən problemlərə yol açacaq”.

  • “Sədərək”dəki yanğınla bağlı sığorta şirkətlərinə müraciət edən olmayıb

    Bakının Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzinin icarəyə verdiyi anbarda baş verən şiddətli yanğınla əlaqədar ölkədəki 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanıb.

    Bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən bildirilib.

    Məlumata görə, bu günə qədər yanğınla bağlı sığorta şirkətlərinə əmlak sahiblərindən hər hansı müraciət daxil olmayıb.

    “Bu kimi hadisələrin nəticəsində yaranan zərərlər daşınmaz əmlakın icbari sığortası, əmlakın yanğından və digər risklərdən könüllü sığortası, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası məhsulları vasitəsilə əvvəlcədən təminat altına alına bilər.

    Xüsusilə iri ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalı, qarşısıalınma tədbirləri görülməli və mümkün risklərin azaldılması üçün preventiv addımlar atılmalıdır”, – deyə məlumatda qeyd olunub.

  • Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb

    2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8.1% artaraq 1374.9 manat təşkil edib.

    Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Qeyd edək ki, bu dövrdə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.1 faiz artaraq 1095 manata bərabər olub.

  • Hindistanda uşaq kobranı dişləyərək öldürdü

    Hindistanda uşaq əlinin ətrafına sarılan 3 fut uzunluğunda (təxminən 90 sm) zəhərli kobra dişləyib.

    Hindistanda uşaq əlinin ətrafına sarılan 3 fut uzunluğunda (təxminən 90 sm) zəhərli kobra dişləyib.

    Kobra hücum edib onun əlinə möhkəm sarıldığı zaman uşaq şoka düşərək ilanın başını dişləyərək onu öldürdü.

    Dişləmədən dərhal sonra uşaq huşunu itirib. Yerli sağlamlıq mərkəzinə aparılan uşaq vaxtında edilən müdaxilə ilə həyatda qalıb.

    Həkimlər kobranın ölümünün uşağın dişləməsi nəticəsində baş və ağız nahiyəsində aldığı xəsarətlərlə bağlı olduğunu təsdiqləyiblər.
    //azxeber.com

  • Tufandağ buzlağında ərimə prosesi sürətlənib

    Böyük Qafqazın şimal-şərq yamacında Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərindən ibarət birgə ekspedisiya təşkil edilib.

    Bu barədə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

    Məlumata görə, tədqiqat zamanı buzlaqların koordinatları, dəniz səviyyəsindən olan hündürlükləri, ekspozisiyası və fotoşəkilləri (buzlaqlar yerləşən dərələrin təsviri, yamaclara görə yeri, ümumi istiqaməti, dərinliyi və dikliyinin təsviri, buzlaq səthinin relyefi üzərindəki çatlar, onların istiqaməti və ölçüləri, buzlaq üzərində moren örtüyü, buzlaq dilinin vəziyyəti, quruluşu və s.) götürülüb.

    Aparılan tədqiqatlar nəticəsində buzlağın sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində əmələ gəlmiş çatların sayının artması və ölçülərinin genişlənməsi müşahidə olunub. 3500-3800 metr yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu isə bir daha qlobal iqlim dəyişmələrinin təsiri nəticəsəndə anomal istilər zamanı buzlaq üzərində əmələ gəlmiş çatların ölçülərinin böyüyərək genişlənməsindən eyni zamanda ərimə prosesi zamanı buzlaq dilinin yüksəkliyə doğru çəkilərək həcminin azalmasından xəbər verir.

    Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.

  • МИД Азербайджана поздравил Уругвай с Днем независимости

    Министерство иностранных дел (МИД) Азербайджана поздравило Уругвай с Днем независимости.

    Поздравление размещено на официальной странице внешнеполитического ведомства в соцсети X.

    “Искренне поздравляем Уругвай и его народ с Днем независимости!” – говорится в публикации.

  • Azərbaycan XİN Uruqvayı Müstəqillik Günü münasibətilə təbrik edib

    Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Uruqvayı Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə qurumun “X” hesabında yazılıb.

    “Uruqvay və xalqını Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!”, – paylaşımda qeyd edilib.

  • “Cəmi 6 qazan oğurlamağın inandırıcı deyil” – Hakim

    Yasamal rayonunda yerləşən uşaq bağçasından məişət əşyaları oğurlayan şəxs mühakimə edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 4 ay əvvəl gecə saatlarında bağçanın anbarına daxil olan 45 yaşlı Azər Bahşov müxtəlif qab-qacaqları aparıb.

    Araşdırma nəticəsində məlum olub ki, Azər bağçaya məxsus 6 qazan, 4 keramika tava, bir aşsüzən, bir neçə “padnos” və çaydanı oğurlayıb. Bunun nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 2 233 manat ziyan dəyib.

    Təqsirləndirilən şəxs isə verilmiş ittihamla tam razılaşmayıb. O, bağçadan 2 torbanın içində cəmi 6 qazan apardığını etiraf edib. Həmin qazanları da Alatava qəsəbəsindəki mağazaya 49 manata satıb. Mağaza sahibi özü də bunu məhkəmədə təsdiqləyib. Deyib ki, Azər ona cəmi 6 qazan satıb.

    Hakim müttəhimin cəmi 6 qazan oğurladığını deməsini inandırıcı hesab etməyib: “İttihamda göstərilən qazan, tava, “padnos”, ləyən və digər məişət əşyalarının ölçü və forması onların daşınmasını çətinləşdirmir. Əksinə, bu əşyaların əksəriyyəti müxtəlif ölçülərdə olduğundan təbii şəkildə bir-birinin içinə yerləşdirilə bilir. Məsələn, 40 litrlik və 30 litrlik qazanların içərisinə 20 litrlik və 3 litrlik qazanlar, həmçinin emal ləyənlər yerləşdirilə bilər. Eyni ilə keramika və tefal tavalar da ölçülərinə görə üst-üstə yığıla və iç-içə salına bilər. “Padnos” və aşsüzən kimi yastı formalı əşyalar isə ən altda yerləşdirildikdə heç bir əlavə həcm yaratmır. Beləliklə, bütün əşyaların kompakt şəkildə yığılması və cəmi iki iri torbada daşınması texniki baxımdan tamamilə mümkündür”.

    Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib. Bu ittiham onun işini çətinləşdirib.

    Yekunda təqsirləndirilən şəxsə oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsə də, narkotik ittihamı vəziyyəti dəyişib. Bu cinayət nəzərə alınaraq Azər Bahşova 1 il 6 ay həbs cəzası verilib.

  • Rəqsanənin ərinə də cinayət işi açıldı – Ölkədən çıxa bilməz

    1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, F.Əmiraslanov da eyni işlə bağlı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

    İş adamı təqsirləndirilən şəxs qismində cəlb edilsə də, həbs edilməyib. Onun haqda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. F.Əmiraslanov istintaq bitənə qədər ölkədən kənara çıxa bilməz.

    Məlumatı onun vəkili Ramal Şahmarov saytımıza təsdiq edib.

    Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.