Month: August 2025

  • Ronaldu karyerasında 940-cı qolunu vurub

    Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 940-cı qolunu vurub.

    Avqustun 29-da “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının ilk turunda “Əl-Taavun”u məğlub edib, oyun 5:0 hesabı ilə başa çatıb. 40 yaşlı forvard penaltidən fərqlənərək 940-cı qolu vurub.

    Ümumilikdə Ronaldunun “Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Əl-Nəsr”də isə 101 qolu var. Portuqaliyalı qalan qollarını Lissabonun “Sportinq” komandası və Portuqaliya millisinin heyətində vurub.

    Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nəsr” komandasının hücumçusu olub. Ölkədə qadın və kişinin nikahsız bir evdə altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya yer verilib və övladlarının anası ilə birgə yaşamağa icazə verilib.

    2023-cü ilin yayında Ronaldu “Əl-Nasr” ilə Ərəbistan çempionatının Klublar Kubokunu qazanıb. Bu kubok futbolçu Səudiyyə Ərəbistanına köçdükdən sonra ilk idi, lakin o vaxtdan bəri klub bir dəfə də olsun kubok qazana bilməyib.

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    DİN-dən verilən məlumata görə, avqustun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 qumbara, 3 tüfəng, 65 patron darağı və 2187 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi

    Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdrarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin rəisi Cəfərov Mahir Sabir oğlu vəzifəsindən azad olunub.

    “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb..

  • “Kəpəz” “Neftçi”nin futbolçusunu icarəyə götürdü

    Transfer çalışmaları çərçivəsində “Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Gəncə təmsilçisi “Neftçi”dən yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohorini icarəyə götürüb.

    24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında “Kəpəz”in formasını geyinəcək.

    Qeyd edək ki, Ryonosuke Ohori ötən mövsümün ilk yarısını Litvanın “Transinvest”, ikinci hissəsini isə “Neftçi”də keçirib.

  • Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

    Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) və Gənclər və İdman Nazirliyinin (GİN) birgə təşkilatçılığı əsasında 2-3 sentyabr tarixlərində akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.

    Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

    Ölkə çempionatında avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda güclərini sınayacaqlar.

    Qeyd edək ki, Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq 3-cü MDB Oyunlarına test və hazırlıq xarakteri daşıyır. Həmçinin, bu turnirdə fərqlənən avarçəkənlər MDB Oyunlarında iştirak edəcəklər.

  • Gəncədə 15 yaşlı qızı maşın vurdu

    Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    “Unikal”ın məlumatına görə, həkətdə olan minik avtomobili yolu keçmək istəyən 2010-ci il təvəllüdlü A.Zeynalovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda moped və velosiped oğurlayanlar tutuldu

    Paytaxtın Nəsimi və Yasamal rayonlarında velosipedlər və moped oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ədəd velosiped oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər. Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 27 yaşlı A.Abdullayev və 37 yaşlı R.Şirinov saxlanılıblar.

    Yasamalda isə vətəndaşlara məxsus moped və mobil telefonları oğurlayıblar.

    Polisin keçirdiyi tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 29 yaşlı H.Eminov və 26 yaşlı Ə.Abbasov saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Bakıda taksi şirkətinin xidməti otağından pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

    Bakının Binəqədi rayonunda taksi şirkətlərinin birinin xidməti otağından pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, rayon ərazisindəki taksi şirkətlərinin birinin xidməti otağından 1460 manat, Nərimanov və Sabunçu rayonlarında isə ayrı-ayrı vətəndaşlara məxsus 2702 manat dəyərində nağd pul, qızıl-zinət əşyaları və kompüter avadanlıqları oğurlanıb.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 55 yaşlı N.Nəsirov, əvvəllər məhkum olunmuşlar – 40 yaşlı R.Abbasov və 35 yaşlı Ə.Məmmədov saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycaa 248 min 470 ton meyvə və tərəvəz idxal edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 191 milyon 481 min ABŞ dolları olub.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14 min 80 ton (6 %), dəyər baxımından isə 19 milyon 585 min ABŞ dolları (11,3 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.

    Bundan başqa, 7 ay ərzində Azərbaycan 506 milyon 406 min ABŞ dolları dəyərində 490 min 609 ton meyvə-tərəvəz ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 122 min 60 ton (33,1 %), dəyər baxımından isə 122 milyon 543 min ABŞ dolları (31,9 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində 3,3 % paya malik olub.

  • Bakıda sexdə DƏHŞƏT: Ustasını söyüşə görə bıçaqladı

    Bakıda mebel sexində bıçaqlanma hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən “Lallar fabriki”nin yaxınlığındakı sexdə qeydə alınıb.

    Burada usta köməkçisi işləyən 19 yaşlı Fərid onu təhqir edən ustası Elnuru bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, həyatını xilas etmək mümkün olub.

    Fərid saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə Fərid 3 il müddətinə azadlıqdan məhrum edilib.